Məhkəmə qərarları › İş №2(102)-4130/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4130/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4130/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: zaminliyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-335/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cə miyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra – borcalan) arasında 28 aprel 2015-ci il tarixdə bağlanmış 015L**********16 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, sonuncuya 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit limiti ayrılmışdır. 28 aprel 2015-ci il tarixli 015R********** nömrəli kredit razılaşmasına əsasən, borcalana 28 aprel 2015-ci il tarixli 015L**********16 saylı uzunmüddətli kredit müqaviləsi əsasında 6000 ABŞ dolları kredit verilmişdir. Uzunmüddətli kredit müqaviləsi və kredit razılaşması üzrə icranı təmin etmək məqsədi ilə həmi n tarixdə X1 və Cavabdeh3 (bundan sonra – zaminlər) arasında müvafiq olaraq 015S**********03 və 015S**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit razılaşmasına 04 fevral 2016-cı il tarixli 015R**********S nömrəli, 05 sentyabr 2016-cı il tarixli 015R**********SA nömrəli, 05 sentyabr 2017-ci il tarixli 015R**********SB nömrəli sazişlərlə dəyişikliklər edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank Cavabdeh1, X3 və Cavabdeh3 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 015R********** saylı kredit razılaşması üzrə 1515 ABŞ dolları məbləğində kredit borcu, 2701.68 ABŞ dolları məbləğində faiz borcu və 1012.03 ABŞ dolları məbləğində cərimə borcu olmaq la, ümumilikdə cəmi 5228.71 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalan kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcu üzrə ödəməli olduğu vəsaitləri 07 iyun 2019-cu il tarixdən Banka qaytarmamışdır. O, götürdüyü kredit borcundan 4485 ABŞ dolları ödəmiş, onun 1515 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Bankın 19 avqust 2020-ci il tarixli 18671 nömrəli arayışına əsasən, borcalanın 015R********** nömrəli 28 aprel 2015-ci il tarixli kredit razılaşması üzrə 1515 ABŞ dolları əsas, 2701.68 ABŞ dolları faiz, 1012.03 ABŞ dolları cərimə, cəmi 5228. 71 ABŞ dolları borcu qalmışdır. Cavabdeh1 məhkəmə iclasında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ona kompensasiya ödənilmişdir. Hazırda Bankın iddiasını qismən qəbul edir. Belə ki, cərimə borcunda ona köməklik edilməsini xahiş edir. Qalan borcu hissə-hissə ödəyəcəkdir. Cavabdeh X4 məhkəmə iclasında Bankın iddiasını qismən qəbul etdiyini, cərimə borcunda onlara köməklik edilərsə, qalan borcu hissə-hissə ödəyəcəklərini bildirmişdir. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)1774/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia qismən təmin edilmiş, əsas kredit borcu 1515 ABŞ dolları, 2701.68 ABŞ dolları faiz borcu, 35 ABŞ dolları cərimə borcu, cəmi 4251.68 ABŞ dolları borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və X2 müştərək qaydada alınaraq Banka ödənilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mövcud sübutlarla borcalan tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və bu səbəbdən iddiaçının borcu tələb etmək hüququ yaranmışdır. Bununla belə, məhkəmə iddia ərizəsində göstərilən 1012.03 ABŞ dolları dəbbə pulunu tənasübsüz yüksək hesab etmiş və onu azaltmağı məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddia tələbinin zaminlərə qarşı olan hissəsi ilə bağlı qeyd etmişdir ki, Bank ilə borcalan arasında bağlanmış uzunmüddətli kredit müqaviləsində kredit xəttinin məbləği və ümumi müddəti göstərilsə də, kredit razılaşması üzrə veriləcək məbləğin qaytarılması üçün konkret müddət və faiz dərəcəsi müəyyən edilməmişdir və hazırkı iş üzrə zaminlər həmin kredit xətti üzrə üzərilərinə öhdəlik götürmüşlər. Kredit xəttinin şərtlərinə görə, veriləcək məbləğ, onun qaytarılması üçün müddət və faiz dərəcəsi ayrıca bağlanacaq kredit razılaşması üzrə olmalıdır. Bu səbəbdən Bank ilə borcalan arasında 28 aprel 2015-ci il tarixdə kredit razılaşması imzalanmış, bu razılaşma əsasında ona 24 ay müddətinə, aylıq 2,25 faiz ödənilmək şərti ilə 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit razılaşması ilə və ona əlavə edilmiş ödəniş planı ilə zaminlər ümumiyyətlə tanış edilməmişlər, onlar tərəfindən həmin razılaşma imzala nmamış, bununla da razılaşmanın şərtlərinin onlar tərəfindən qəbul edilməsi təsdiqini tapmır. Sonradan həmin razılaşmaya əlavə olaraq sazişlər imzalanmaqla razılaşmanın şərtləri dəyişdirilmiş, müddəti artırılmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, zamin Cavabdeh3 münasibətdə iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 477.0.1 maddəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, hazırkı halda Cavabdeh3 zaminliyinə xitam verilməli və ona münasibətdə iddia təmin edilməməlidir. Lakin cavabdeh X4 iddianı etiraf etdiyindən iddia ərizəsi ona münasibətdə təmin edilməlidir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 443, 445.1, 445.2.1, 448.1, 448.2, 449.1, 460.1, 465.2, 467, 470.1, 4 72.1, 472.2, 477.0.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli qərarlarına istinadla əsaslandırmışdır. Qətnamədən Bank apellyasiy a şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bank apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmişdir. Belə ki, uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən, sonuncu, Bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin zaminə münasibətdə təmin olunmaması hissəsində ləğv edilməli, iddia həmin hissədə də təmin olunmalıdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-335/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ilə ( hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd etmişdir ki, kredit xətti müqaviləsi üzrə zamin Cavabdeh3 kredit razılaşmasından və razılaşma üzrə ödəniş planından məlumatlı olmadığından, onun razılığı alınmadığından, verilən kreditin faiz dərəcəsi onunla razılaşdırılmadığından, bu hallar onun üçün əlverişsiz nəticələrə səbəb olduğundan, cavabdeh-zamin Cavabdeh3 münasibətdə zaminliyə xitam verilməlidir. Ona görə də iddia tələbi ona aid hissədə təmin edilə bilməz. Məhkəmə öz mövqeyini, həmçinin ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. Kassasiya şik ayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Bank (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin Cavabdeh3 münasibətdə də təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarının hazırkı mübahisəyə tətbiqi düzgün deyil. Belə ki, bu məsələni Konstitusiya Məhkəməsi Plenumunun 11.10.2019-cu il tarixli qərardadı tənzimləmişdir. Qərardadda açıq şəkildə qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə müvafiq olaraq həmin qərarlar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İddiaçı hazırkı tələblə 2020-ci ilin avqust ayında, Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarı qüvvəyə minəndən sonra müraciət etmişdir. Mülki iş həmin qərar qüvvəyə minənədək məhkəmənin icraatında olmamışdır. Eyni zamanda, tərəflər arasında yaranmış hüquq münasibətləri yuxarıda qeyd olunmuş qərarlar qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Hər iki hal onu deməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi həmin qərarları mübahisəyə tətbiq etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Göründüyü kimi, məhkəmə sözügedən qərarları tətbiq edərkən Konstitusiya Məhkəməsi Plenumunun 11.1 0.2019-cu il tarixli qərardadını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən, MPM-in 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili, habelə digər cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayətinə əsasən iddia tələbinin Cavabdeh3 qarşı rədd olunması hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 470.1. və 472.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda... Maddə

739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarı... zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mü hüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidi r. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Konstitusiya Məhk əməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarı...müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürür və borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tənzimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlv erişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir. Zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta v ə s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli Qərardadı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq həmin Qərarlar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. MPM Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun (maddə 13.7). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız m əhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Konstitusiya Məhkəməsinin qərarları aşağıda göstərilən vaxtlardan qüvvəyə minir: Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərində, V və Vİİ hissələrində nəzərdə tutulmuş məsələlər üzrə qəbul olunmuş qərarlar - qərarın özündə göstərilən vaxtdan (maddə 67.0.1)... Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşə baxmış məhkəmələr Cavabdeh3 qarşı iddia tələbinin rədd olunmasını Mülki Məcəllənin 477.0.1-ci maddəsinə və həmin maddənin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iyul 2019-cu il tarixli qərarlarına istinadla əsaslandırmışlar. Halbuki h əmin qərarların tətbiqi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərardadında qeyd olunmuşdur ki, bu qərarlarda ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq həmin qərarlar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Lakin baxılan iş üzrə mübahisəli zaminlik müqaviləsi həmin qərarların qüvvəyə minməsindən əvvəl bağlanmış, habelə hazırkı iş üzrə iddia ərizəsi qeyd olunan qərarlar qüvvəyə mindikdən sonra məhkəmənin icraatına daxil olmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 477.0.1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli və 25 iy ul 2019-cu il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqeləri hazırkı mübahisəyə tətbiq etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-335/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi qismən – iddia tələbinin Cavabdeh3 qarşı rədd edilməsi hissəsində ləğv olunsun və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar