Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4131/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2(105)-112/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən veril miş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 12 iyul 2019-cu il tarixli, 2019/00197-01 nömrəli kredit müqaviləsi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik faiz dərəcəsi 36 faiz olmaqla, 14000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin təminatı olaraq 12 iyul 2019cu il tarixli, 2019/00197-01İP saylı ipoteka müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 6-cı məhəllədə 0,06 ha torpaq sahəsini və həmin torpaq üzərində yerləşən 4 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin likvid dəyəri 50000 manat məb ləğində qiymətləndirilmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, 2019/00197-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 12393,01 manat məbləğində qalıq, ona hesablanmış 2674,26 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4620,75 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 19688,02 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 6-cı məhəllədə 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 50000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 19688,02 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamış, cavabdehə yaranmış borcu ödəmədiyi təqdirdə iddia ilə məhkəməyə müraciət olunması barədə bildiriş göndərilmişd ir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər ödənilməmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)-6187/2020 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia qismən təmin edilmiş, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, 2019/00197-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 12393,1 manat məbləğində qalıq, ona hesablanmış 2674,26 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 462,07 manat məbləğində dəbbə pulu, cəmi 15529,34 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu r ayonu, Zabrat qəsəbəsi, 6-cı məhəllədə 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 6-cı məhəllədə 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 4 saylı fərdi yaşayış evinin likvid qiymətinin 50000 manat müəyyən edilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə edilən pul vəsaiti hesabına Cavabdeh banka olan 15529,34 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi, borc ödənildikdən sonra artıq qalan vəsaitin isə Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini 12 iyul 2019-cu il tarixli köçürmə sifarişi ilə cavabdehə vermiş, lakin kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda borc ödənilməmiş qalmışdır.
7. Məhkəmə hesab etmişdir ki, borcludan əsas borca görə 12393,01 manat, faiz borcuna görə 2674,26 manat faiz borcunun tutulması barədə tələb əsaslıdır. Bununla belə məhkəmə, dəbbə pulu üzrə tələbi tənasübsüz surətdə yüksək hesab edərək, onu azaltmışdır.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri 50000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə göstərilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti hesab etmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 152.1, 203.1, 279, 295, 317.1, 319.1, 467, 739, 743-cü, maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)-6187/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 07 oktyabr 2021-ci il tarixli rəyi ilə Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə 17 sentyabr 2020-ci il tarixə olan əsas borcu 12627,26 manat, faiz borcu 2462,32 manat müəyyən edilmişdir.
12. Həmçinin keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 12 dekabr 2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 6-cı məhəllədə 0,06 ha torpaq sahəsinin və üzərində yerləşən 4 saylı fərdi yaşayış evinin likvid dəyəri 56000 manat təşkil edir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2(105)-112/2022 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və S.A.Qafaridən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)-6187/2020 nömrəli qətnaməsinə faiz borcuna və ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissələrdə dəyişiklik edilmiş, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə 2462,32 manat faiz borcunun tutulması, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 6-cı məhəllədə 0,06 ha torpaq sahəsinin və üzərində yerləşən 4 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 56000 manat müəyyən edilməsi, qalan hissələrdə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh ona verilmiş krediti və faizini ödəniş qrafiki üzrə müəyyən edilmiş məbləğdə ödəməmiş, eləcə də ödənişləri gecikdirmiş, 02 mart 2020-ci il tarixdən sonra isə ödəniş etməmişdir. Qeyd edilən hallar Cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu il tarixli, 2019/00197-01 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 12.393,1 manat məbləğində əsas borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus torpaq sahəsi və yaşayış evinə yönəldilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
15. Bununla belə apellyasiy a məhkəməsi qeyd etmişdir ki, keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 07 oktyabr 2021-ci il tarixli rəyi ilə cavabdehin faiz borcu 2462,32 manat müəyyən edildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilməli, cavabdehdən iddiaçının xeyrinə faiz borcu üzrə həmin məbləğ tutulmalıdır.
16. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə alınmış 12 dekabr 2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 6-cı məhəllədə 0,06 ha torpaq sahəsinin və üzərində yerləşən 4 saylı fərdi yaşayış evinin likvid dəyəri 56.000 manat təşkil etdiyi müəyyən edildiyindən, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə qətnaməyə dəyişiklik edilməli, ipoteka p redmetinin likvid dəyəri 56000 manat müəyyən edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 269.2, 269.4, 270.1, 295, 317.1, 385.1, 421, 442, 443.1, 445.1, 445.2, 448.1, 448.2, 449.4, 462.1, 465.2, 467, 739.1, 739.2-ci maddələri, “İpoteka haqqında” Qanunun 1.0.9, 4.1, 33, 34.1, 34.1.1, 34.1.2, 39.3.3-cü maddələri, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3, 5, 6-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
18. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2(105)-112/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən “İpoteka haqqında” Qanunun 39.3.3, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 88, 217.1, 217.3, 218.3-cü maddələrinin tələbləri pozulmuş, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən olunmamış, cavabdeh tərəfindən təqdim olunan sübutlara obyektiv yanaşılmamış, bərabərlik və faktlar əsasında həyata keçirilən prinsiplər pozulmuşdur.
20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. Kassasiya şikayətinin hədləri müəyyən olunarkən qeyd olunmalıdır ki, iddiaçı nə birinci instansiya məhkəməsinin, nə də ki, apellyasiya instansiyası məhkəməsinin qətnamələrini mübahisələndirməmişdir. Hazırda cav abdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkə tdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələ b edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəs inə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq ipoteka predmetinin ilkin satış qiymətini iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsinə dair ekspert rəyi ilə müəyyən etmişdir. Müəyyən olunan ilkin satış qiyməti iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilsə də, onun düzgün olmamasını təsdiq edən sübut işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsinə təqdim olunmamışdır. Əksinə müəyyən olunur ki, 12 iyul 2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsində cavabdeh ipoteka ilə yüklü edil miş əmlakının likvid dəyərinin 50000 manat müəyyən edilməsinə razılıq vermiş, hazırki qətnamə ilə isə həmin qiymət daha yüksək məbləğdə - 56000 manat dəyərində müəyyən olunmuşdur.
29. Odur ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini alınmış rəy əsasında əmlakın likvid dəyəri ilə müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
30. Kassasiya şikayətinin digər dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası onları formal hesab edir. Belə ki, şikayətdə prosessual hüquq normaların pozulmasına istinad olunsa da, həmin pozuntuların nədə ifadə olunmasını konkret göstərilməmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2(105)-112/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdir ilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.