Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4131/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4131/2024 (Açar sözlər: borcun qaytarılması, sübutların təhrif olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1397/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, Cavabdeh adından tərtib edilmiş qəbzdə “Cavabdeh X1 borc olaraq 12.000 götürdüm, bir aya qaytarmağa söz verirəm. Aslanov imza xx.xx.2019” sözləri yazılaraq imzalamışdır.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktaybr 2021-ci il tarixli, 4/1316 nömrəli rəyindən görünür ki, Xocavənd Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadına əsasən iş üzrə təyin olunmuş məhkəmə-xətşunaslıq ekspertizası ilə, mülki işin 7-ci vərəqində olan Cavabdeh ilə X3 adlarında tərtib edilmiş 18 oktyabr 2019-cu il tarixli qəbzdə “1” rəqəmindən başqa yazıların və “Astanov.imza” yazıl arı qarşısındakı imzanın Cavabdeh tərəfindən icra olunması, lakin “1” rəqəminin Cavabdehn oğlu və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin ikinci bəndində göstərilən səbəbə görə müəyyən etmək mümkun olmadığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən borc aldığı puldan qaytarmadığı 6.400 manatın və dövlət rüsumu kimi ödədiyi 84 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu Dünyamalılar kənd sakini, hərbiçi kimi əvvəllər tanıdığı Cavabdeh 2019-cu ilin o ktyabr ayının 18-də təcili ehtiyacı olduğu üçün ondan 12.000 manat borc pul götürərək, öz xətti ilə qəbz yazaraq imzalamışdır. Həmin borcu bir ay müddətinə qaytaracağı barədə söz vermişdir. Borcdan 2021-ci ilin aprel ayınadək hissə-hissə olmaqla 5.600 manat pul qaytarmış, sonradan qalan pulu qaytarmaqdan boyun qaçırmışdır. O, məcburiyyət qarşısında qalaraq cavabdehin xidmət etdiyi N saylı hərbi hissənin yerləşdiyi Xocavənd Rayon Məhkəməsində iddia qaldırmışdır. Lakin cavabdehin qeydiyyat yeri Beyləqan rayonu olduğuna görə o, ərizənin baxılmamış saxlanılması barədə ərizə yazaraq, sənədləri geri götürmüşdür. Lakin hal-hazırkı vaxtadək cavabdeh borcunu ödəməkdən yayınmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Məhkəmə iclasında cavabdeh iddanı qəbul etməyərək izahatında göstərmişdir ki, Vəliyəddin Əzizovdan xx.xx.2019 cu il tarixdə 2.000 manat sələm olaraq pul almışdır. Bir il ərzində 15 %-dən yəni ayda 300 manat olmaqla cəmi 3.600 manat sələm olaraq və pulun əsas hissəsi 2.000 manatı, cəmi idda ərzəsində özü qeyd etdiyi kimi 5.600 pulu ödəmişdır. Pulu ödədikdən sonra Vəliyəddinə yazıb verdiyi qəbzi ondan istəmiş, lakin Vəliyəddin həmin qəbzin onda olmadığını, gətirib qaytaracağını bildirmişdir. Sonradan Vəliyəddin qəbzin hec bir mənasının olmadığını, onsuzda onun pulu qaytardığını ona demişdir. Ondan sonra dəfələrlə tələb etsə də, Vəliyəddindən qəbzi ala bilməmişdir. Üzərindən bir müddət keçdikdən, yəni təxminən 1 il sonra Vəliyəddin Əzizova yazıb verdiyi kağızdakı “2.000” rəqəminin qarşısına “1” artıraraq “12.000” kimi düzəltm iş və qəbz deyilən bir kağızı saxtalaşdırmış və ona qarşı Xocəvənd Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin vaxtı onun tələbinə əsasən ekspertiza təyin edilmiş, onun xətt və imza nümunələri götürülərək ekspertizaya təqdim edilmişdir. Ekspertizanın rəyi ilə həqiqətən də “1” rəqəminin sonradan yazıldığı müəyyən olunmuşdur. Vəliyəddin bunu görüb iddianın baxılmamış saxlanılması ilə bağlı Xocəvənd Rayon Məhkəməsinə ərizə vermiş və məhkəmənin qərarı ilə iddia baxılmamış saxlanmışdır. Bundan sonra o, əsasız olaraq Beyləqan Rayon Məhkəməsinə hazırkı iddia ilə müraciət etmişdir. Onun vəsatətinə əsasən yenidən ekspertiza təyin edilmiş və ekspertizanın rəyi ilə “1” rəqəminin həmin rəqəmlərin qarşısına sonradan elavə edildiyi məlum olmuşdur. X7 hec bir borcu qalmamışdır. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 4-16-16/2-4/25-5/36 nömrəli rəyin nəticə hissəsindən görünür ki, xx.xx.2019-cu il tarixli qəbzin 3-cü sətrində olan “12000” rəqəmlərindəki “1” rəqəmi həmin rəqəmlərin qarşısına sonradan əlavə edilmişdir.
7. Beyləqan Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(020)-44/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə borc olaraq 2.000 manat pul verməsini cavabdeh özü də etiraf etmişdi r. Lakin iddiaçının cavabdehə 12.000 manat borc verməsi ilə bağlı hər hansı bir yazılı sənəd təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi qəbzdəki “1” rəqəminin sonradan həmin qəbzə əlavə edilməsi ekspertiza rəyi ilə müəyyən edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirməmişdir. Əksinə iddianın əsassız olmağına dair cavabdehin etirazları işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər təsdiq olunmuşdur.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1, 739.2, 740.2-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat: 1
1. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı öz üzərinə düşən vəzifəni yerinə yetirmiş, pulu cavabdehə vermişdir. Lakin cavabdeh həmin pulun bir hissəsini qaytarsa da, qalan hissəsini qaytarmamışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəlləsinin 739.1-ci maddəsinə düzgün istinad etsə də, gəldiyi nəticə işin halına uyğun deyildir. İddiaçı mülki qanunvericiliyin bu tələbinə əməl etmiş, borc məbləğini cavabdeh öz xətti ilə tərtib etmiş, imzalamışdır. Həmin qəbzdə hər hansı bir dəyişiklik edilməmişdir. Cavabdeh bu gün iddia etdiyi 1 rəqəminin sonradan yazılmasını hesab etmişdir ki, o, bunu qəsdən öz yazı vərdişinə uyğun olmayan formada icra etməklə, gələcəkdə öhdəliyin icrasından qəsdən boyun qaçırmaq məqsədi güdmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə bütün faktiki halları araşdırmamışdır. Belə ki, cavabdeh özü də etiraf etmişdir ki, o, iddiaçıya 5.600 manat pulu ödəmişdir. Məhkəmə nəyə görə 2.000 manat aldığı halda 5.600 manat pul ödəməsini, aldığı pulun məbləğindən çox pul ödədikdən sonra belə həmin ödənişi dayandırmamasını, bununla bağlı ona heç bir təhlükənin olmadığı halda ödəməni 5.600 manata qədər davam etdirilməsinin səbəbini aydınlaşdırmamışdır ki, bu hal məhkəmənin gəldiyi nəticəyə təsir edən haldır.
13. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh vaxtı ilə qəbz yazarkən “2.000” manat ədədinin qarşısına qəsdən gələcəkdə borc öhdəliyindən yayınmaq üçün “1” ədədini öz yazı vərdişinə uyğun olmayan tərzdə yazmışdır. Həmin qəbz iddiaçıda qalmışdır. Lakin iddiaçı cavabdehin “1” ədədini öz yazı vərdişinə uyğun olmayan tərzdə yazmasından xəbəri olmamışdır. Hazırda cavabdeh Xocavənd rayon prokurorluğuna şikayət ərizəsi yazaraq 2.000 manatdan artıq ödəmiş olduğu 3.600 m anat pulu (5.600-2.000=3.600 manat) iddiaçıdan tələb edir. Həmçinin bildirmişdir ki, onların səs, “WhatsApp” kimi sübutları yoxdur.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(106)-1397/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və yaxud da dəyişdirilməsi üçün əsas ola bilməz.
16. Məhkəmə kollegi yası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh özü də, birinci instansiya məhkəməsində 2.000 manat pulu aylıq 15 faiz olmaqla ödəmək şərtilə iddiaçıdan aldığını etiraf etmişdir. Belə olan halda da, cavabdehin iddiaçıya hər ay 15 faiz olmaqla, 1 il müddətində borc ödədiyi təqdirdə 5.600 manat məbləğini iddiaçıya ödəməsi ağlabatan görünür. İddiaçının bildirdiyinə görə, cavabdeh qəsdən özü yazı vərdişlərindən düzgün istifadə etməyərək, 1 rəqəmini qəbzə əlavə etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının şikayətinin bu dəlili əsaslı hesab edilə bilməz. Belə olan halda, iddiaçı qəbzi cavabdehdən alarkən, onunla razılaşmaya, yeni qəbz yazılmasını tələb edə bilərdi. Məhkəmə kollegiyası iddiaçının diqqətinə çatdırmışdır ki, hazırkı iş üzrə iddia nı sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə öz tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
17. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəlləsinin 739.1, 739.2, 740.2-ci və Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.1, 384.0.1, 402.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
18. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxdirsə borc müqaviləsi yazılı bağlanır. İddiaçı mülki qanunvericiliyin bu tələbinə əməl etmiş, biorc məbləğini cavabdeh öz xətti ilə tərtib etmiş, imzalamışdır. Həmin qəbzdə hər hansı bir dəyişiklik edilməmişdir. Cavabdeh bu gün iddia etdiyi 1 rəqəmini sonradan yazılmasını, qəsdən öz yazı vərdişinə uyğun olmayan formada icra etməklə, gələcəkdə öhdəliyin icrasından qəsdən boyun qaçırmaq məqsədi güdmüşdür. Apellyasiya instansiya məhkəməsi bu halı araşdırmamış, işin daha obyektiv araşdırılması üçün bütün mümükün imkanlardan istifadə etməmiş, sonda səhv nəticəyə gəlməklə əsassız qətnamənin qüvvədə saxlamaqla, iddiaçının əmlak mə nafelərini pozmuşlar. İddiaçı öz üzərinə düşən vəzifəni yerinə yetirmiş, pulu cavabdehə vermiş, lakin cavabdeh həmin pulun bir hissəsini qaytarsada qalan hissəsini qaytarmamışdır. Məhkəmələr yaranmış münasibətləri tənzimləyən bu normaya düzgün istinad etsədə, sonda gəldikləri nəticə işin hallarna uyğun olmamışdır. Bu hal onun Konstitusiya ilə qorunan mənafeyinə zidd olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının subyektiv fikirlərini əsas tutaraq iddianın təmin edilməməsinə əsas verən heç bir sübutun olmamasına baxmayarq, iddianı təmin etməmiş, mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki cavabdehlə Xocavənd Rayon Məhkəməsində iddiaya qarşı etiraz təqdim etməmiş, məhkəmədə vəsatət vermiş, ekspertizanın rəyi gəldikdən sonra guya həmin “1” rəqəmini n sonradan əlavə olunduğunu bildirmiş, eyni zamanda 15 faizlə 2.000 manat götürdüyünü, həmin məbləğə görə hər ay 300 manat faiz verdiyini, sonda isə 5.600 manat borcunu ödədiyini bildirmişdir. Bu izahata məhkəmələr tənqidi yanaşmamışlar. Birincisi ayda 300 manat faiz verməyə imlkanı çatan biri nəyə görə illik 18 faizlə kredit verən "xxxx" ASC-dən aylıq ödənişi 196 manat olan krediti götürməməsinə aydınlıq gətirməmişdir. Belə ki, cavabdeh həmin vaxt hərbiçi olmaqla, yüksək əmək haqqı almaqla, əmək haqqı kartları "xxxx" ASC-yə məxsus olmaqla, həmin banklardan əmək haqqı alanlara heç bir problem olmadan kiçik məbləğdə (5.000 manatadək) kredit veriərdi. Bu halda ayda 300 manat faiz verən cavabdeh aylı ödənişi 196 manat olan və əsas məbləğin azalması ilə davam edən kredit üçün banka müraciət edə bilərdi. Aydındırki yazdığı qəbzlə gələcəkdə pulu qaytarmaq imkanının olmayacağı halda məsuliyyətdən yhayınmaq üçün cavabdeh “1” rəqəmini iddiaçının nəzərindən yanındırmaqla qəsdən öz yazı vərdişinə uyğun olmayan formada icra etmişdir. Bu halın mümükünlüyünün ancaq məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilməsi mümükün olduğu halda, apellyasiya məhkəməsi bu halın müəyyən edilməsi üçün təkrar məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatəti təmin etməmiş, nəticədə məhkəmə qətnaməsinin şübhə altına alınmasına zəmin yaratmışdır. Məhkəmlər tərəfindən cavabdeh tərəfindən əlyazma ilə icra olunmuş qəbzdə əks olunmuş rəqəmlərdən “1” rəqəminin qəsdən yazı vərdişlərinə uyğun olmayan formada icra olunubolunmamasını müəyyən edilməməsi, məhkəmələrin gəldiyi nəticəni n əsaslı olmadığlını təsdiq etməklə, qətnamənin ləğvi üçün əsas olduğu halda, apellyasiya məhkəməsi qətnaməni qüvvədə saxlamış, apellyasiya şikayətini təmin etməmiş, kassasiya qaydasında qətnamənin ləğv edilməsi üçün əsas yaratmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
20. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət et məlidir.
22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
24. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası ki mi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin ə saslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM -in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
44. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
45. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
47. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin e dilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1397/2024 nömrəli, 12 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.