Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4132/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və sair tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-784/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh (bundan sonra “cavabdeh”) ******* nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 otaqlı evi və 388,85 kv.metr torpaq sahəsini İddiaçı (bundan sonra “iddiaçı”) satmışdır.
2. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli) əsasən Xaçmaz şəhəri, Əfəndiyev küçəsində olan 0,038885 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34,9 kv.metr yaşayış, 14,8 kv.metr köməkçi sahədən ibarət 53A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir.
3. Cavabdeh hələ də həmin evdə yaşayır. Mübahisə də bununla bağlı yaranıb. İş üz rə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə ünvan 2 ünvanda yerləşən ona məxsus yaşayış sahəsinin boşaldılması və həmin əmlakın cavabdehin qanunsuz sahibliyindən alınaraq istifadəsinə verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 0,39 ha torpaq sahəsində yerləşən yaşayış evi xüsusi mülkiyyət üzrə iddiaçıya məxsusdur. Cavabdeh evin keçmiş mülkiyyətçisidir. Evi aldıqdan sonra cavabdeh işlərini sahmana salana qədər evdə müvəqqəti olaraq qalıb bir müddət yaşamasını xahiş etmişdir. Bildirdiyinə görə cavabdeh özünə lazımı şərait yaratdıqdan sonra evi tərk etməli idi. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə iddiaçının evini boşal tmaqdan yayınmağa başlamışdır. Son vaxtlar isə, ümumiyyətlə, telefon zənglərinə cavab verməmiş, hətta eşitdiyinə görə cavabdeh başqa şəxsləri də evə buraxmışdır.
6. Cavabdehin evi boşaltmaması səbəbindən iddiaçının Konstitusiyada və qanunlarda təsbit olunmuş mülkiyyət hüququ pozulmaqdadır. İddiaçı qanunlara hörmət edən vətəndaş olaraq məsələnin hüquqi müstəvidə məhkəmə yolu ilə həll etmək qərarına gəlmişdir. Cavabdeh özünə məxsus əşyaları da iddiaçının evindən çıxarmaqla, evi boşaltmalıdır. Qarşıda payız və qış fəsli vardır. İddiaçı evini təmir etdirib oraya köçmək istəyir. Cavabdehin inadkarlığı üzündən evini təmir də etdirə bilmir.
7. İddiaçı tələbinin hüquqi əsas kimi Mülki Məcəllənin 152.1, 152.4 və 157.2-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh birinci instansiya məhkəməsində işti rak etməmişdir.
9. Xaçmaz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, ünvan 3 ünvanda yerləşən İddiaçı məxsus yaşayış sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq (boşaldılaraq) İddiaçı istifadəsinə verilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. (hakim Anar Sadıqov)
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, cavabdeh mülkiyyətində olan Xaçmaz şəhəri Əfəndiyev küçəsi 53 A ünvanda yerləşən 2 otaqlı evi iddiaçıya satmışdır. Xaçmaz şəhəri Əfəndiyev küçəsində olan 0,038885 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 34,9 kv.metr yaşayış, 14,8 kv.metr köməkçi sahədən ibarət 53A nömrəli fərdi yaşayış evi ta m mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 175 nömrəli vərəqində qeydiyyata alınmışdır.
11. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən iddianın təmin edilməli olması nəticəsinə gəlmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci, Mülki Məcəllənin 152, 157-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdehin apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhəri, Əfəndiyev küçəsi,ev 53-də yerləşən fərdi yaşayış evi cavabdehə məxsusdur. İddiaçı ilə formal alqısatqı etmişdir. Belə ki, alqı-satqı müqaviləsi bağlanandan sonra da indiyədək də həmin evdə cavabdeh yaşayır. İddiaçı alqı-satqının formal olduğunu bildiyindən bu günə qədər cavabdehi evdən çıxarmamışdır. Evin bütün kommunal xərclərini cavabdeh ödəyir. Alqısatqı müqaviləsi etibarsızdır və məhkəmə bu halları yoxlamalı və qiymət verməlidir. Həmçinin qüvvədən düşmüş və həm də qüvvədə olan Mənzil Məcəlləsinə əsasən 30-cu maddəsinə əsasən cavabdehin evdən istifadə hüququ yaranmışdır. İşin hallarının tam və obyektiv araşdırılması və obyektiv həqiqətin üzə çıxarılması təmin edilməmişdir. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamış, qanunu düzgü n tətbiq etməmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-784/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Lətifə Məmmədova)
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iddia tələbi əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi barədədir. İddia tələbinin maddi hüququ əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Cavabdehin mülkiyyətində olan evi xx.xx.2006-cı il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçıya satması və həmin müqaviləyə əsasən iddiaçının adına müvafiq çıxarışın ve rilməsi işin mübahisəsiz halıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi).
16. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını ger i tələb edə bilər.
17. İddiaçı mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmişdir. Hazırda cavabdehin mənzildə hər hansı bir hüququ yoxdur. İddiaçının isə əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və onun bu hüququ mübahisələndirilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq onun mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilmiş və iddia təmin olunmuşdur.
18. Bu mənada apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətində qeyd olunmuşdur ki, alqı-satqı müqaviləsi başqa əqdi pərdələmək üçün bağlanmışdır. İddiaçı ilə cavabdehin arasında pul məsələsi olub, bu səbəbdən cavabdeh evi iddiaçının adına keçirib. İddiaçı ilə cavabdeh formal alqı-satqı etmişdir. Aldığı pulu qaytara bilmədiyi üçün iddiaçı cavabdehi evdən çıxarmaq istəyir. Məhkəmə əqdin etibarsızlığı hallarına qiymət verməmişdir. Mübahisədə adı keçən fərdi yaşayış evi cavabdehə məxsusdur. Be lə ki, alqı-satqı müqaviləsi bağlanandan sonra indiyədək də cavabdeh həmin evdə yaşayır. İddiaçı alqı-satqının formal olduğunu bildiyindən bu günə qədər cavabdehi evdən çıxarmamışdır. Evin bütün kommunal xərclərini cavabdeh ödəyir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüqu qi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.
27. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus yaşayış evinin boşaldılması və evin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçının istifadəsinə verilməsi barədədir. İddiaçı tələbinin əsası həmin evin alqı-satqısına dair cavabdehlə bağlanmış müqaviləyə və evin mülkiyyət hüququ ilə artıq özünə məxsus olmasına istinad etmişdir.
28. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, cavabdeh xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsin ə əsasən mülkiyyətində olan evi və iddiaçıya satmışdır. İddiaçı həmin evin mülkiyyətçisidir. Cavabdeh isə hazırda da həmin evdə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozur.
29. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.
30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımın dan vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – iddiaçı ilə cavabdeh arasında pul məsələsi olması, evi bu səbəbdən iddiaçının adına keçirməsi, bununla da alqı-satqı müqaviləsinin etibarsız olması – əsassız sayır. Belə ki, iddiaçı reyestrdə qeydə alınan əşya hüququndan çıxış edərək, hazırki iddianı qaldırıb. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezum psiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir.
32. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-784/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.