Məhkəmə qərarları › İş №2(105)-784/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-784/2023

17.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-784/2023 17.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X8 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(067)-146/2023 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddia tələbi təmin olunması, ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus yaşayış sahəsi cavabdeh X2 qanunsuz sahibliyindən alınaraq (boşaldılaraq) İddiaçı istifadəsinə verilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdeh X4 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanda yerləşən ona məxsus yaşayış sahəsinin boşaldılması və həmin əmlakın cavabdehin qanunsuz sahibliyindən alınaraq istifadəsinə verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda 0,39 ha torpaq sahəsində yerləşən yaşayış evi xüsusi mülkiyyət üzrə ona məxsusdur. Hüququ hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********39-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli seriya MH ******* nömrəli çıxarışla rəsmilləşdirilmişdir. Cavabdeh X5 evin keçmiş mülkiyyətçisidir. Evi aldıqdan sonra cavabdeh işlərini səhmana salana qədər evdə müvəqqəti olaraq qalıb bir müddət yaşamasını xahiş etmişdir. Bildirdiyinə görə özünə lazımı şərait yaratdıqdan sonra evini tərk etməli idi. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə evini boşaltmaqdan yayınmağa başlamışdır. Son vaxtlar isə ümumiyyətlə telefon zənglərinə cavab verməmiş, hətta eşitdiyinə görə özündən başqa şəxsləri də evə buraxmışdır. Cavabdehin evini boşaltmaması səbəbindən konstitusiyada və qanunlarda təsbit olunmuş mülkiyyət hüququ pozulmaqdadır. Qanunlara hörmət edən vətəndaş olaraq məsələnin hüquqi müstəvidə məhkəmə yolu ilə həll etmək qərarına gəlmişdir. Cavabdeh özünə məxsus müxtəlif predmetlərini də evindən çıxarmaqla evini boşaltmalıdır. Qarşıda payız və qış fəsli vardır. Evini təmir etdirib oraya köçmək istəyir. Cavabdehin inadkarlığı üzündən evini də təmir etdirə bilmir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh X1 Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhəri, Əfəndiyev küçəsi,ev 53-də yerləşən fərdi yaşayış evi ona məxsusdur. İddiaçı ilə formal alqı-satqı etmişdir. Belə ki, alqı-satqı müqaviləsi bağlanandan sonra da indiyədək də o, həmin evdə yaşayır. İddiaçı alqı-satqının formal olduğunu bildiyindən bu günə qədər onu evdən çıxarmamışdır. Evin bütün kommunal xərclərini o ödəyir. Hesab edir ki, alqı-satqı müaviləsi etibarsızdır və məhkəmə bu halları yoxlamalı və qiymət verməlidir. Həmçinin qüvvədən düşmüş və qüvvədə olan Mənzil Məcəlləsinə əsasən 30-cu maddəsinə əsasən onun evdən istifadə hüququ yaranmışdır. İşin hallarının tam və obyektiv araşdırılması və obyektiv həqiqətin üzə çıxarılması təmin edilməmişdir. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır. Qanunu düzgün tətbiq etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdeh X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddia tələbinin əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh Asya Alışanova tərəfindən mübahisələndirilmiş və bu nəticənin ləğv edilməsi xahiş edilmişdir. Hazırkı iddia tələbi əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi barədədir. İddia tələbinin maddi hüququ əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Cavabdeh X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 otaqlı evi 0,3 ha evi İddiaçı xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən satması və həmin müqaviləyə əsasən iddiaçının adına müvafiq çıxarışın verilməsi işin mübahisəsiz halıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İddiaçı mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmişdir. Hazırda cavabdehin mənzildə hər hansı bir hüququ yoxdur. İddiaçının isə əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və onun bu hüququ mübahisələndirilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq onun mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilmiş və iddia təmin olunmuşdur. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar