Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1514/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosessində olan "xxxx" ASC) qarşı iş üzrə QƏRARİ Açar sözləri: şəxsi yaşayış evinin boşaldılaraq təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC) qarşı şəxsi yaşayış evinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumq ayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-127/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə, 0,00646 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı 33,8 kv.m yaşayış 3,9 kv.m köməkçi sahədən ibarət 5/22 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 111 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır.
2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5631/2020 nömrəli, xx.xx.2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı maddi ziyana görə 25. 000 ABŞ dolları, mənəvi zərərə görə 1000 manat, dövlət rüsumuna görə 30 manat pulun alınaraq iddiaçı Cavabdeh1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5631/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra sənədi üzrə borclu İddiaçı tələbkar Cavabdeh1 10.000 manat və tələbkara ödənilməsi məqsədilə Binəqədi Rayon İcra Şöbəsinin depozit hesabına 1.450 manat ödəniş etmişdir. Yəni, həmin tarixə icra sənədi üzrə borc tam ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 0,00646 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı 33,8 kv.m yaşayış, 13,9 kv.m kömə kçi sahədən ibarət 5/22 nömrəli fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il tarixdə iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə istifadəsində olan 0,00646 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı 33,8 kv.m yaşayış, 13,9 kv.m köməkçi sahədən ibarət 5/22 nömrəli fərdi yaşayış evinin gələcəkdə cavabdehlərə satılması barədə razılığa gəlmişlər. Həmin vaxt Cavabdeh1 ilə iddiaçı arasında evin alğı-satqısını həyata keçirməyi təminat altına almaq üçün 21 noyabr 2012-ci il tarixli kredit müqaviləsi də bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçıya 2013-cü ilədək 25.000 ABŞ dolları məbləğində pul vermişdir. Əvəzində isə iddiaçı evin sənədlərini Sür məlinin adına keçirəcəyi təqdirdə, Cavabdeh1 borcdan imtina edəcəkdir. Lakin sənədləri Sürməlinin adına keçirmədiyi üçün fərdi yaşayış evini boşaldacağına söz vermiş və kredit müqaviləsi üzrə borcun tutulması üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmiş və iddia qismən təmin olunaraq 25.000 ABŞ dolları pulun iddiaçıdan tutulması qət edilmişdir. Bildirmişdir ki, həmin fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və hazırda cavabdehlərin qanunsuz sahibliyindədir. Həmin evin boşaldılması barədə cavabdehlərə dəfələrlə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə evdən çıxmamışlar.
6. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, sözügedən mənzil rəsmi çıxarış ilə iddiaçının m ülkiyyətindədir və cavabdehlər həmin mənzildə qanunsuz olaraq yaşayırlar. Bu səbəbdən o, iddia tələbinin təmin edilməsinə etiraz etməmişdir.
7. Cavabdeh1 izahatında bildirmişdir ki, o, 2012-ci ilin noyabr ayında evi İddiaçı 25.000 ABŞ dollarına almışdır. Onun qızının 3 yaşlı övladı vardır və ailəsi dağılmışdır. Bu evi o, qızına almışdır. Daha sonra qızı rezidentura oxumaq üçün xaricə getmişdir. O, iddiaçıdan evin çıxarışını tələb etsə də, iddiaçı ona yalnız evin texniki pasportunu vermiş, çıxarışı isə 1 həftəyə verəcəyini demiş, lakin sözünə əməl etməmişdir. İddiaçı bankdan verilmiş sənədin altına evin ona 25.000 ABŞ dollarına satdığını qeyd etmiş və imzalar atılmış, həmin sənəd notariusda təsdiq edilmişdir. Onun qızı ölkəyə qayıtmış, evdə yaşamağa başlamışdır. Bu zaman fərqli insanlar e və gələrək, evin onlara satıldığını bildirmişlər. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)5631/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, 25000 ABŞ dollarının İddiaçı alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin indiyə qədər iddiaçı ona yalnız 10.000 manat pul qaytarmışdır.
8. Abşeron Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(012)-2403/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddianın təmin edilməsi, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə, 0,00646 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı 33,8 kv.m. yaşayış, 13,9 kv.m. köməkçi sahədən ibarət 5/22 nömrəli fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehlərin həmin evdə yaşaması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehlər maneçilik törədir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır. Cavabdehlərin iddiaçının evində yaşamaları qanunla onun öz mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək hüququnu məhdudlaşdırır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 178.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2012-ci ildə mübahisəli evi İddiaçı Alxas oğlundan 30.000 ABŞ dollarına almış, belə ki, 2012-ci ildə həyət evi almaq qərarına gəlmiş, “Birja” qəzeti vasitəsi ilə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən alğısatqı ofisinin əməkdaşı İbadova İradə adlı şəxslə tanış olmuş, bundan bir neçə gün sonra o, qızı Leyla ilə həmin ofisə gələrək İradə ilə görüşmüş və sonuncu onlara bir neçə həyət evi göstərmiş, lakin qızı Leyla, İradənin göstərdiyi həyət evlərini bəyənməmişdir. 2012-ci ilin oktyabr ayında İradə ona zəng edərək Xırdalan şəhərinin 26-cı məhəlləsində üç otaqdan ibarət ev tapdığını, həmin evin İddiaçı məxsus olduğunu bildirmişdir. Bundan sonra evə baxmış, qızı Leyla evi bəyənmiş, ev sahibi Cəsarət evi 30.000 ABŞ dollarına satdığını, evin texniki pasportunun olduğunu və 5.000 ABŞ dolları olarsa ilin sonunadək evə çıxarış alaraq bizə verəcəyinə inandırmışdır. O, iddiaçı ilə razılaşmış, pula görə narahat olduqlarını görən Cəsarət elə həmin tarixdə, yəni xx.xx.2012-ci ildə ofisin içərisində müvəqqəti sənəd olaraq kirayə müqaviləsi yazmış və onlar imzalamışlar. Həmin müqavilədə göstərilmişdir ki, Cəsarət onlardan 25.000 ABŞ dolları alaraq özünün Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 5/22 saylı evini ona satmışdır, bundan sonra Cəsarət onu inandırmaq üçün 32 saylı notariat ofisinə apararaq orada onlarla kredit müqaviləsi bağlamış və göstərmişdir ki, ondan 25.000 ABŞ dollarını borc olaraq almışdır. Onların arasında ilkin olaraq sadə yazılı formada alğı-satqı müqaviləsi bağlanmış və onlar Cəsarətə 25.000 ABŞ dolları vermiş, qalan 5.000 ABŞ dollarını evin sənədi hazır olanda verəcəklərinə razılaşmışlar. Daha sonra notariat kontorunda beh müqaviləsi bağlamışlar, eyni zamanda Cəsarət öz xətti ilə evin onlara satılmasına dair iltizam yazmışdır. Bundan sonra o evə köçərək orada yaşamağa başlamış, bu zaman fərqli insanlar evə gələrək, evin onlara satıldığını bildirmişlər. O, iddiaçı tərəfindən aldadıldığını başa düşdükdən sonra, dəfələrlə pulunu iddiaçıdan tələb etsə də, iddiaçı buna məhəl qoymamış və iddiaçıya ödənilmiş 25.000 ABŞ dolları məbləğinin İddiaçı alınaraq ona verilməsi üçün müvafiq iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-5631/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı maddi ziyana görə 25.000 ABŞ dollarının, mənəvi ziyana görə 1.000 manatın və dövlət rüsumuna görə 30 manatın alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin bu günədək iddiaçı tərəfindən ona yalnız 10.000 manat ödəniş edilmişdir. Abşeron Rayon Məhkəməsi 27 avqust 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddia ərizəsini təmin edərkən bunların heç birini nəzərə almadan ədalətsiz qətnamə qəbul etmişdir. Sözü gedən qətnamənin mövcudluğu əvvəlki qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra olunmamasına şərait yaradacaqdır. Belə olan halda hesab etmişdir ki, məhkəmə qət hissəsində qeyd edilən qətnamənin əvvəlki qətnamə ilə eyni vaxtda icra edilməsinə dair qeyd verməli idi.
13. Sumqayıt Apellyasiya Məh kəməsi Mülki kollegiyasının 2(105)-127/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Zahid Məmmədov və Mirbahəddin Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə, 0,00646 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı 33,8 kv.m yaşayış, 13,9 kv.m köməkçi sahədən ibarət 5/22 nömrəli fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(012)-2403/2024 nömrəli qətnaməsi Binəqədi Rayon Məhkəməsinin 2(001)-5631/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə eyni vaxtda icra edilməsi qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi evə dair iddiaçının mülkiyyət hüququ olduğundan iddianı təmin etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyət hüququnun əsas hüquq olduğundan iddianı təmin etsə də, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5631/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasını nəzərə almamışdır. Belə ki, həmin qətnaməyə əsasən İddiaçı maddi ziyana görə 25.000 ABŞ dolları, mənəvi zərərə görə 1000 manat, dövlət rüsumuna görə 30 manatın alınaraq iddiaçı Cavabdeh1 verilməsi qət edilsə də, iş materiallarında olan Binəqədi rayon İcra Şöbəsindən verilmiş məktuba əsasən müəyyən edilir ki, qətnamə tam icra edilməmişdir. Buna görə də, iddiaçı Bakı Şəhər i Binəqədi Rayon Məhkəməsinin 2(001)5631/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinə əsaslanaraq cavabdehlərin mübahisə predmeti olan evdən çıxarılmasını tələb etmək hüququ olsa da, həmin evə görə verilmiş pulun qaytarılmasına dair sözügedən qətnaməni tam icra etmədiyindən iddia tələbi də qismən təmin edilməli və hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin qətnamə ilə eyni vaxtda icra edilməlidir.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 425.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (vəkil - Vəkil) kassasiya şikayəti verərək qətnamənin lə ğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, qərəzli şəkildə və birinci instansiya məhkəməsinin əsaslı və qanunauyğun qərarını dəyişdirərək qərar qəbul etmişdir. İddiaçı mübahisəli yaşayış sahəsinə Dövlət reyestrindən çıxarışı vardır. Dövlət qeydiyyatı, əmlak hüquqlarının hüquqi qüvvəyə minməsi üçün vacib olan formadır. Belə ki, hüquq sahibinin əmlak üzərində olan hüququ qeydə alındıqdan sonra, digər şəxslər tərəfindən də tanınır və etibarlıdır. Əgər qanunla başqa bir xüsusi müddəa nəzərdə tutulmazsa, yalnız qeydiyyat prosesi tamamlandıqda həmin hüququn hüquqi təsiri yaranır. Bu qayda, əmlak üzərindəki hüquqların daha şəffaf v ə mübahisəsiz bir şəkildə təmin olunmasına xidmət edir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-127/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsində bu kimi hallar nəzərə alınmamış, bununla da İddiaçı mənafeyi kobud şəkildə pozulmuşdur.
18. Şikayətdə həmçinin, göstərilmişdir ki, məhkəmə hazırkı qətnamənin Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə eyni vaxtda icra edilməsini müəyyən etməklə işə şikayət həddində baxmamış, iddianın predmetinə daxil olmayan məsələni həll etməyə çalışmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh1 kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona gör ə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-127/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətlə ri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməl idir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və sübutlar müvafiq prosessual normalara uyğun qiymətləndirilmiş və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas vermir.
37. Kassasiya şikayətinin apellyasiya məh kəməsinin işə şikayət həddində baxmaması, hazırkı qətnamənin pulun tutulmasına dair digər qətnamə ilə eyni vaxtda icra olunmasını müəyyən etməklə iddianın predmetinə daxil olmayan məsələni həll etməyə çalışması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən məsələ iddianın predmetindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Belə ki, qətnamələrin eyni vaxtda icra edilməsini qət etməklə, apellyasiya instansiyası məhkəməsi qətnamənin icrası qaydasını müəyyən etmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir (MPM 220.6).
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iy ul 1997-ci il 2 №-li qərarında da məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olmayaraq müəyyən olunur. Əgər məhkəmə qətnamənin icrası üçün bu və digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda, qanuna əsasən tətbiq edilməlidirsə (MPM-nin 213-cü maddəsi) qətnamənin mətnində bu qətnamənin icra qaydası göstərilməlidir.
39. Göstərilənlərə əsasən kollegiya kassasiya şikayətinin bu dəlili ilə razılaşmır.
40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edi lmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2025-ci il tarixli 2(105)-127/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.