Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4133/2020 23.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh2 və Cavabdeh1 İddia tələbi: mənzildən istifadə hüquqlarına xitam verilməsi və əşyaların mənzildən çıxarılması (Açar sözlər: iddianın predmeti, eyni tərəflər arasında eyni əsaslar üzrə eyni predmet barədə iddialar, şikayətin dəlillərindən asılı olmayaraq prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş məhkəmə aktının tam yoxlanılması, iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının, onun vəkili Vəkil1 və Ca vabdeh1 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12278/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı şəhəri, Nəsimi rayonu, XXX küçəsi, 9 saylı evin 18 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) əvvəllər xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuşdur. Həmin şəxslə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mənzilə mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. 2017-ci ildə iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh2 və onun bacısı Cavabdeh1 mübahisəli mənzildən çıxarılması (mənzilin boşaldılması) barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsi əsasında mənzilə mülkiyyət hüququ əldə edib, əvvəlki mülkiyyətçi mənzilə olan bütün hüquqlarını itirib. Alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2015-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmaq, həmçinin əldə olunmuş razılaşmaya əsasən cavabdehlər 2 ay müddətində mənzildən çıxmaq öhdəliyi götürmüşlər. Lakin cavabdehlər mənzili boşaltmaqdan imtina edirlər. Həmin iş üzrə Cavabdeh2 alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9878/2017 nömrəli iş üz rə xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, cavabdehlərin mübahisəli mənzildən çıxarılaraq mənzilin boşaldılması qət edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-1634/2018 nömrəli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddia ərizəsinə əlavə edilmiş aktda göstərilən əşyalarının mübahisəli mənzildən onların öz hesabına çıxarılması və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İdd iaçı tələbini onunla əsaslandırmışdır ki, mənzili 2015-ci ildə almışdır, cavabdehlər 6 ay ərzində mənzildən çıxacaqlarını bildirsələr də, vədlərinə əməl etməmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdehlər həmin mənzildən çıxarılsalar da, onlara məxsus müxtəlif əşyalar mənzildən hələ də çıxarılmamış, bununla da onun mülkiyyət hüququ pozulmaqdadır. Bundan başqa, həmin məhkəmə aktı ilə cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilsə də, bununla bağlı hər hansı rəsmi sənəd tərtib edilmədiyindən cavabdehlərin mənzildən istifadə hüquqlarına Mülki Məcəllənin 152, 157-ci maddələrində təsbit olunmuş hüquqi əsaslarla xitam verilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2428/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia təmin edilmiş, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin mübahisəli mənzildə qalmış, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli aktında qeyd edilmiş əşyaların cavabdehlərin öz hesabına həmin mənzildən çıxarılması qət olunmuşdur. Məhkəmə hesab etmişdir ki, əvvəlki iş üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial olduğu üçün iddia təmin olunmalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apelyasiya instansiyası məhkəməsi) 2(103)-12278/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov) cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilmiş, birin ci instansiya məhkəməsinin qətnaməsi qismən – Cavabdeh1 aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia ona münasibətdə rədd edilmiş, iddiaçıya həmin cavabdehə qarşı müvafiq kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməni yalnız şikayət əsasında Cavabdeh1 münasibətdə yoxladığını qeyd etmiş, işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 158.3, 158.4, 228.4-cü maddələrini tətbiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi məhkəmə aktı Cavabdeh1 istifadə hüququna xitam verilməsi tələbinə münasibətdə preyudisial əhəmiyyət kəsb edə bilməz. Belə ki, həmin məhkəmə mübahisələrində həmin cavabdehin mənzilə istifadə hüququna xitam verilməsi və ya itirilməsi müzakirə predmeti olmamış, bununla bağlı hər hansı qərar qəbul edilməmişdir. Cavabdeh2 mənzili iddiaçıya satmaqla mənzilə olan mülkiyyət hüquqlarını itirsə də, Cavabdeh1 həmin mənzilə istifadə hüququnun olması işin mübahisəsiz halıdır. İddiaçı da bunu nəinki mübahisələndirmir, əksinə istifadə hüququnun olmasını təsdiq edir və ona xitam verilməsini tələb edir. İşə baxılarkən arxivdən tələb edilmiş 2(103)-9878/2017 saylı mülki işin 11-ci səhifəsində olan iş üzrə Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ərizənin surəti əsasında müəyyən edilmişdir ki, o, qardaşı Cavabdeh2 məxsus olan mübahisəli mənzilin satılmasına etiraz etməmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 istifadə hüququna M ülki Məcəllənin 228.2-ci maddəsi tətbiq olunmaqla, müvafiq kompensasiya verilməklə xitam verilə bilər. Hazırda isə, iddiaçı cavabdeh X2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürsə də, ona müvafiq kompensasiya təklif etməmişdir. Belə olan halda iddia Mülki Məcəllənin 228.2-ci maddəsinin dispozitiv şərtləri baxımından təmin oluna bilməz. Apelyasiya instansiyası məhkəməsi, həmçinin müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin qeyd-şərtsiz ləğvinə səbəb olan başqa pozuntuya da yol verilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində cavabdehlərin mənzilə istifadə hüququna xitam verilməsi yox, cavabdehlərin mənzilə olan istifadə hüququnun itirilməsi qət edilmişdir. Halbuki, iddiaçı tərəfindən belə tələb ve rilməmiş, məhkəmədə də belə bir tələbə baxılmamışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddia tələbinin Cavabdeh1 münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məzmunu əsasən iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayətində, həmçinin qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi sübutlara obyektiv qiymət verməmiş, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun olmasını işin mübahisəsiz halı kimi qeyd etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 kassasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə digər Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişd ir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının iddianın təmin edilməyən hissəsində ləğvini xahiş etsə də, iş üzrə aşağı ins tansiya məhkəmələri tərəfindən düzgün olmayan qətnamə qəbul olunması ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən şikayətin dəlillərindən asılı olmayaraq məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-in 261.0.2-ci maddəsinə müvafiq olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Baxılan iş üzrə tərəflərlə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının icraatında olmuş 2(103)-9878/2017 nömrəli mülki işin tərəfləri eynidir. Hər iki iş üzrə iddianın əsasları da eyni olmuşdur. Belə ki, iddiaçı mübahisəli mənzili alqı-satqı müqaviləsi əsasında əldə etdiyinə, cavabdehlərin müvafiq öhdəlik götürmələrinə və hüquqlarını itirmə lərinə baxmayaraq mənzili boşaltmaqdan imtina etdiklərinə əsaslanmışdır. Müqayisə olunan işlər üzrə iddiaların predmeti ilə bağlı qeyd olunmalıdır ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; 2) iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın predmeti ilə iddianın obye kti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qərarı). Göründüyü kimi iddianın predmeti iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq olduğu üçün iddiaçının tələb etdiyi konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi və sairlə eyniləşdirilə bilməz. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasını n müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir. Baxılan iş üzrə iddia tələbi cavabdehlərin əşyalarının mübahisəli mənzildən onların öz hesabına çıxarılması və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsindən ibarətdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının icraatında olmuş 2(103)-9878/2017 nömrəli mülki iş üzrə iddia tələbi isə cavabdehlərin mübahisəli mənzildən çıxarılması və mənzilin boşaldılması olmuşdur. Göründüyü kimi hər iki iş üzrə iddiaçı mübahisəli mənzilə mülkiyyət hüququnun cavabdehlər tərəfindən edilən qanunsuz qəsddən qorunmasını tələb edir. Qeyd olunmalıdır ki, mövcud qanunver iciliyə əsasən hər hansı şəxsin yaşayış sahəsindən çıxarılması tələbinin təmin olunması üçün onun həmin sahəyə istifadə hüququnun yaranmadığı, həmin hüququn yarandığı, lakin bir müddət sonra itirildiyi, yaxud qanunun tələbinə əsasən həmin hüquqa xitam verilməli olduğu müəyyən edilməlidir. Bu baxımdan şəxsin mənzildən çıxarılması tələbinin təmin olunması yalnız bu üç əsasdan biri müəyyən edildiyi halda mümkündür. Beləliklə, şəxsin yaşayış sahəsindən çıxarılması tələbi, həmin tələbdə ifadə olunub-olunmamasından asılı olmayaraq, həmçinin onun həmin sahəyə istifadə hüququnun yaranmadığı, itirildiyi və ya xitam verilməli olduğu tələblərini də özündə ehtiva edir. Bu baxımdan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının icraatında olmuş 2(103)-9878/2017 nömrəli mülki iş üzrə cavabdehlərin mənz ildən çıxarılması və hazırkı iş üzrə cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsi tələbi eyni tələblərdir. Eyni zamanda konkret şəxslərə qarşı mənzildən çıxarmaqla yanaşı, mənzilin boşaldılması tələbinin irəli sürülməsi cavabdeh şəxsin özünə məxsus əşyalarla mənzildən məcburi çıxarılmasını nəzərdə tutur. Qanuni qüvvəyə minmiş belə məhkəmə aktının olması icra icraatı qaydasında cavabdehlərin özləri ilə bərabər, əşyalarının da mübahisəli yaşayış sahəsindən çıxarılması üçün əsasdır. Bu zaman icra icraatı üzrə tələbkarın borclulara məxsus əşyaların məcburi icra hərəkətləri ilə mübahisəli yaşayış sahəsindən çıxarılmasını tələb etmək hüququ vardır. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının icraatında olmuş 2(103)-9878/2017 nömrəli mülki iş üzrə cavabdehlər tərə findən mənzilin boşaldılması və hazırkı iş üzrə cavabdehlərə məxsus əşyaların onların öz hesabına mənzildən çıxarılması tələbi eyni tələblərdir. Beləliklə, baxılan iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnaməsi olmuşdur. Bu hal MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini icraata qəbul etməkdən imtina üçün, yaxud MPM-in 261.0.2-ci maddəsinə əsasən artıq icraata qəbul edilmiş iş üzrə icraata xitam verilməsi üçün əsas olmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlərin verdiyi şikayət əsasında işə baxmış apelyasiya instansiyası məhkəməsi də eyni prosessual pozuntuya yol vermiş, MPM-in iş üzrə tətbiq edilməli olan 261.0.2-ci maddəsini tətbiq etməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə apelyasiya şikayətinin dəlilləri əsasında hissəvi baxılması ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. MPM-in 372.6-cı maddəsinin birinci cümləsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməs i qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. MPM-in 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır. Bu müddəadan göründüyü kimi, qanunver ici apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirir. Mübahisənin predmetinin bölünməz olması məsələsi tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxx 2011-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, MPM-in 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Bununla yanaşı, MPMin 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Konstitusiya Məhkəməsinin istinad olunan qərarında qeyd edilmişdir ki, MPM-in həmin maddəsində nəzərdə tutulmuş prosessual pozuntuları iki qrupa bölmək olar. Birinci qrupa birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir halda ləğv olunmasına əsas olmuş prosessual pozuntular aiddir. Belə pozuntular kobud pozuntular adlandırılır. Həmin pozuntular MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə şərtsiz əsasdır. İkinci qrupa elə prosessual pozuntuları aid etmək olar ki, onlar birinci instansiya məhkəməsinin qətnaməs inin ləğv edilməsi üçün əsas olmaya da bilər. Belə pozuntuları şərtli pozuntular da adlandırmaq olar. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apelyasiya instansiya məhkəməsi həll edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə onlar qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsinin qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən hesab edir ki, iş üzrə iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməsi, yaxud icraata xitam verilməsi əsaslarının mövcud olması halı ümumilikdə mövcud məhkəmə baxışını istisna etdiyi üçün əhəmiyyətli prosessual pozuntu kimi qəbul edilməli və hər bir halda düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan MPM-in 372.6, 372.7 və 387.1-ci maddələrinə əsasən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamənin tam yoxlanılması üçün əsas kimi nəzərdən keçirilməlidir. Baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntu əhəmiyyətli olduğundan, prosessual qanunvericiliyə əsasən mülki iş üzrə yeni məhkəmə icraatı istisna edildiyi halda iddia ərizəsinə mahiyyəti üzrə baxmaqla məhkəmə qətnaməsi qəbul edildiyindən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalı, qətnamə ləğv edilməklə iş üzrə icraata xitam verilməli idi. Məhkəmə kollegiyası eyni əsaslarla hesab etmişdir ki, baxılan iş üzrə kassasiya şikayətinin də dəlillərindən asılı olmayaraq apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılmalıdır. MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tamamilə ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Ona görə də hazırkı iş üzrə kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməl i və mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12278/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi və əşyaların mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4133/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4133/2020
23.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver