Məhkəmə qərarları › İş №2(102)-4133/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4133/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4133/2023 29.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinə əlavə edilmiş order düzgün tərtib edilmədiyinə görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cavabdeh X2 (vəkil və Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin 25 noyabr 2021-ci i l tarixli, 2(064)-578/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2022-ci il tarixli, 2(106)-1225/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-578/2021 nömrəli qətnaməsi verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 sentyabr 2023-cü il tarixli, 2(106)-1500/2023 nömrəli qərardadı ilə Füzuli Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(064)578/2021 saylı qətnaməsindən Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və icraata qəbul edilməsindən imtina edilməsi, mülki işin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Füzuli Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Cavabdeh2 (vəkil qismində və Nümayəndə) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 sentyabr 2023-cü il tarixli, 2(106)1500/2023 nömrəli qərardadının ləğv edilməsi, Füzuli Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(064)-578/2021 nömrəli qətnaməsindən Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin Şirvan Apellyasiya Məhkəməsi tərəfindən icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edildi ki, vəkil Nümayəndə kassasiya şikayəti verərkən təq dim etdiyi orderdə “Azərbaycan Respublikasının Ali Məhkəməsi” yox “Şirvan Apellyasiya Məhkəməsi” qeyd edilmişdir. Yəni, order vəkilin Azərbaycan Respublikasının Ali Məhkəməsində deyil, Şirvan Apellyasiya Məhkəməsində müvafiq tapşırıqları yerinə yetirməsi üçündür. Azərbaycan Respublikasının MPM-in 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Göstərilən maddədə “vəkilin orderi” dedikdə vəkilin Azərbaycan Respublikasının Ali Məhkəməsində tapşırıqlar yerinə yetirməsini təsdiq edən order nəzərdə tutulur. Belə olan halda kassasiya şikayətinə Azərbaycan Respublikasının Ali Məhkəməsində tapşırıqlar yerinə yetirməsini təsdiq edən orderin əlavə edilmədiyi məlum olur. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellya siya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Mülki Prosessual Məcəllənin 409-cu maddəsinin tələblərinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi MPM-in 407-ci maddəsinin tələblərinə cavab verməyən kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının MPM-in 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddə tində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; -404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Azərbaycan Respublikasının MPM-in 408.1 və 408.1.3-cü maddələrinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən, kassasiya şikayəti icraata qəbul edilə bilməz, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur. Odur ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, geri qaytarılması üç ün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(106)-1500/2023 saylı qərardadından cavabdeh X2 tərəfindən (vəkili qismində və Nümayəndə) verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar