Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4136/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxx oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(105)156/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 11 iyul 2013-cü il tarixli, 01103 saylı kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən Cavabdeh avtomobil alınması üçün illik 18% dərəcəsi ilə 48 ay müddətinə 28480 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq 11 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh mülkiyyətində olan “xxx İ40” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmiş və ipotekanın müvafiq dövlət orqanında qeydiyyatı aparılmışdır. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaş dırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC və İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqavilə ilə ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC BOKT tərəfindən tərtib edilmiş 01 yanvar 2017-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 11 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə 17215,19 ABŞ dolları məbləğində əsas, 4226,85 ABŞ dolları məbləğində faiz borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 05 oktyabr 2020-ci il tarixli rəyinə əsasən 11 iyul 2013-cü il tarixli, 01103 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 11 iyul 2017-ci il tarixə "xxxx" ASC-yə olan borcu ümumi likdə 23374,60 ABŞ dolları məbləğində, o cümlədən əsas borc üzrə 17437,22 ABŞ dolları və faiz borcu üzrə 5937,37 ABŞ dolları müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 oktyabr 2020-ci il tarixli rəyinə əsasən “xxx İ40 markalı, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin hazırki orta bazar qiyməti təxminən 20000 manat müəyyən olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 17215,19 ABŞ dolları, faiz üzrə 4226,85 ABŞ dolları olmaqla, cəmi 21442,04 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub i ddiaçının xeyrinə ödənilməsi, cavabdehin mülkiyyətində olan **-EZ-*** dövlət qeydiyyat nişanlı, “xxx İ40” minik (buraxılış ili 2012, ban: KMHLC41CBCU01417, rəngi - qara) avtomobilə yönəldərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada h əll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(012)-2443/2019 nömrəli qətnaməsi ilə (həmin Məhkəmənin 26 sentyabr 2019-cu il tarixli qərardadı nəzərə alınmaqla) (hakim H.Y.Əhmədov) iddia təmin edilərək, İddiaçı QSC BOKT-un xeyrinə Cavabdeh 17215,19 ABŞ dolları əsas, 4226,85 ABŞ dolları faiz borcu olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 21442,04 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus **-EZ-*** dövlət qeydiyyat nişanlı, “xxx İ40” minik (buraxılış ili 2012, ban: KMHLC41CBCU01417, rəngi - qara) markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına 21442,04 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin İddiaçı QSC BOKT-a ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Cavabdeh verilməsi və satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin ümumi qaydada icra edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli, 2(012)-2443/2019 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(105)-156/2021 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və Cavabdeh ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh məxsus **-EZ-*** dövlət qeydiyyat nişanlı, “xxx İ40” minik (buraxılış ili 2012, ban - KMHLC41CBCU01417, rəngi – qara) markalı avtomobilin ilkin satış qiyməti 20000 manat məbləğində müəyyən edilmiş, qətnamə – İddiaçı QSC-nin xeyrinə Cavabdeh 17215,19 ABŞ dolları əsas, 4226,85 ABŞ dolları faiz borcu olmaqla qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 21442,04 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulsun, tutma ipoteka predme ti olan Cavabdeh məxsus **-EZ-*** dövlət qeydiyyat nişanlı, “xxx İ40” minik (buraxılış ili 2012, ban- KMHLC41CBCU01417, rəngi – qara) markalı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracdan satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına 21442,04 ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti İddiaçı QSC-yə ödənilsin, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi Cavabdeh verilsin və satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda qətnamə ümumi qaydada icra edilsin” hissələrində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd etmişdir ki, 05 oktyabr 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə əsas borcun tələbdən çox, yəni 17437,22 ABŞ dolları əsas borc və 5937,37 ABŞ dolları faiz borcunun olması müəyyən olunmuşdur. İddia ərizəsi üzrə tələb edilən borc məbləğinin Cavabdeh məxsus **-EZ-*** dövlət qeydiyyat nişanlı, “xxx İ40” minik (buraxılış ili 2012, banKMHLC41CBCU01417, rəngi – qara) markalı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, ipoteka predmeti olan avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına banka ödənilməli olan borcuna yönəldilməsi barədə nəticəyə hüquqi münasibət bildirən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsasl arını Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə dair ipoteka predmeti olan əmlakın Bank qarşısında öhdəliklərin icrası kimi qəbul edərək həmin münasibətlərin tənzimlənməsini əsaslandıran halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4, 317.1, 319.1, 319.6-cı maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.2.2, 33, 34.1.3, 39.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Əgər tərəflər arasında razılaşma əldə olunmazsa, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qanunvericili klə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Mülki mübahisə üzrə tələbin ipotekaya yönəldilməsi mübahisəsinə baxılarkən işə baxan məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətini də gəldiyi nəticədə müəyyən etməli olması imperativ şəkildə göstərilmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan “xxx İ40” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətini müəyyən etməmişdir. Həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və 07 oktyabr 2020-ci il tarixli ekspert rəyi ilə “xxx İ40” markalı, 2012-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin hazırk i orta bazar qiyməti təxminən 20000 manat məbləğində müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(105)-156/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüş, cavabdeh kredit müqaviləsi üzrə ödənişlər etməmiş və ödənişlər bank əməkdaşları tərəfindən iddia müddətinin axımının bərpa edilməsi məqsədi ilə həyata keçirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və ya vəkili gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələb inə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tər əfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1 və 380.2-ci maddələrinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin ( kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü ə şyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mə nasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxa rkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmış və toplanmış sübutlara səlahiyyətləri çərçivəsində hüquqi qiymət verilərək müəyyən olunmu şdur ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi tam icra etməmiş və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, hazırki halda iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, bankla cavabdeh kredit müqaviləsi 11 iyul 2013-cü il tarixdə 48 ay müddətinə bağlanılmış və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə 3 illik iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən, yəni 11 iyul 2017-ci il tarixdən hesablanmalıdır. İddiaçı isə hazırki iddianı bu müddət daxilində - 02 may 2 019-cu il tarixdə vermişdir. Odur ki, cavabdehin kredit müqaviləsi üzrə ödənişlər etməməsinə və həmin ödənişlərin buraxılmış iddia müddətinin kəsilməsi məqsədi ilə iddiaçı təşkilatın əməkdaşları tərəfindən həyata keçirilməsinə dair dəlilləri əhəmiyyətsizdir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsas ən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(105)-156/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4136/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4136/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver