Məhkəmə qərarları › İş №2(102)-4139/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4139/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4139/2023 16.10.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa qızı və X1 ibarət tərkibdə, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-990/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-in 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə işt irak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Hazırki işdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi 25 iyun 2023-cü il tarixdə Cavabdeh2 Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasına dair qrafalar doldurulmamış vəziyyətdə olmaqla müvafiq formaməzmun tələbinə cavab verməmişdir. Bundan sonra Cavabdeh2 ikinci dəfə xx.xx.2023-cü il tarixdə elektron qaydada imzalanmaqla yenidən kassasiya şikayəti təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini baxılması üçün kassasiya məhkəməsinə göndərər kən nəzərə almamışdır ki, xx.xx.2023-cü il tarixli şikayət vaxtında təqdim olunsa da, forma-məzmun baxımından qeyri-mümkün olmuş, sonradan xx.xx.2023-cü il tarixdə şikayət verildiyi (imzalandığı) məqamda isə kassasiya şikayəti verilməsi müddəti ötmüşdür, lakin həmin müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 408.1.1 və 408.1.4-cü maddələrinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiy a instansiyası məhkəməsi tərəfindən qaytarılır. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 404-1 və 408.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-990/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar