Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-414/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh: Cavabdeh1 Möhübbat oğlu Cavabdeh: Cavabdeh2 İddia tələbi: “borcun tutuması” Açar sözlər: borcun tutuması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2040/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan “xxxx” X1 tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan xx xxxx 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, Ləğv prosesində olan “xxxx” ASC illik 32 faizlə 24 ay müddətinə 5.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə borcalan kreditora illik 32 faiz ödəyir. Kredit müqaviləsinin 2.5-ci bəndinə uyğun olaraq gecikdirilən borc məbləğinə cərimə kimi illik 64 faiz dərəcəsiylə, aylıq isə 5.33 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən Kreditora ödənilir. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli, 470001878/ZM s aylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borc alan Cavabdeh1 Möhübbat oğlu ilə Ləğv prosesində olan “xxxx” ASC arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklər üçün üzərinə məsuliyyət götürmüşdür. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan “xxxx” ASC cavabdehlər Cavabdeh1 Möhübbat oğlu və Cavabdeh2 qarşı “borcun tutuması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1.409,92 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 798,46 ABŞ dolları faiz, 5.349,20 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxxxxxx 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 433,02 ABŞ dolları borcu olmaqla, ümumilikdə 7.99 0,60 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(020)-120/2020 saylı qətnaməsi ilə (hakim R.V.Nurullayev) iddia qismən təmin təmin edilərək, cavabdehlər Cavabdeh1 Möhübbat oğlu və Cavabdeh2 müştərək qaydada xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.409,92 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 798,46 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə borcu, cəmi 2.258,38 ABŞ dolları məbləğində kredit borcunun Azərbaycan manatına ekvivalentinin və ödənilmiş dövlət rüsumununun 14 manat hissəsinin tutulub Ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedis i Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2040/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.S.Kərimov (sədrlik edən və məruzəçi), T.X.Heydərov və F.K.Soltanov) iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməyərək, Beyləqan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(020)-120/2020 saylı qətnaməsi iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-yə (apelyasiya şikayətinə) münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı Ləğv prosesində olan “xxxx” X1 kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv olunmasına və iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası faiz məbləğinin tutulması ilə bağlı işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil tərəflər arasında xx.xx.2020-ci il tarixində artıq restrukturizasiya müqaviləsinin bağlanmasını təsdiq edərək kasasiya şikayəti nin məhkəmənin mülahizəsi əsasında həll olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1 Möhübbat oğlu və Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əssasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəll ənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 458.2-ci maddəsinə əsasən bu Məcəllənin 458.1-ci maddəsinin qaydaları bu Məcəlləyə və ya müqaviləyə görə borclunun öz təqsirindən asılı olmayaraq öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığı hallarda da müvafiq surətdə tətbiq edilir. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kasasiya instansiyası məhkəməsinin mövqeyi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlav ə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixdə 551 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.1-ci bəndinə əsasən xx xxxxxx 2015-ci il tarixinə fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi bu Fərmanda müəyyən olunmuş qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir; Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki halda borc alanın kreditor qarşısında icra edilməmiş əsas kredit öhdəliyinin 10.000 ABŞ dollarından az olması Fərmanın təsiri altına düşməsi, Fərmanın qəbul edilməsini zəruri edən yuxarıda sadalanan şərtlərin həmin borc alana münasibətdə də, mövcud olması deməkdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilən hal isə, cavabdehin təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi kimi qiymətləndirilə, iddiaçının cavabdehə qarşı pul öhdəliyinin icra edilməməsinə görə illik 5 faiz olmaqla, dəymiş zərərin və əldən çıxmış faydanın tutulması tələbinin təmin olunmasına əsas ola bilməz. İş materiallarından və iddiaçının vəkilinin məhkəmə kollegiyasında verdiyi izahatdan görünür ki, tərəflər arasında artıq xx.xx.2020-ci il tarixdə LM082000574 №-li restrukturizasiya müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan “xxxx” X1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2040/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi kasasiya şika yəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-414/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-414/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver