Məhkəmə qərarları › İş №2(102)-414/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-414/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-414/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi, əmlakın likvid qiyməti, ipoteka predmetinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin boşaldılması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4 976/2022 nömrəli iş üzrə 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli XXX nömrəli ipoteka krediti müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədilə 116 ay müddətinə illik 22 faiz hesablanmaqla 105.609 ABŞ dolları məbləğdə kredit verilmişdir.

2. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli XXX nömrəli ipoteka krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 nömrəli Razılaşmaya əsasən, Cavabdeh xx.xx.2018-ci il tarixə mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək 127.004,16 manat məbləğdə olan borcu ill ik 12% hesablanması şərtilə 24 ay müddətə uzaldılmışdır.

3. Cavabdeh məxsus olan XXX ünvanda yerləşən 89,9 kv.m. ümumi sahəsi olan 2 nömrəli mənzil xx.xx.2018-ci il tarixli XXX nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü etmişdir (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il).

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarışa görə, XXX ünvanda yerlşən 89,9 kv.m. ümumi sahəsi olan 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2797 nömrəli reyestr kitabının 260817 nömrəli vərəqində qeydiyyata alınmışdır.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixl i RX ******* nömrəli çıxarışa əsasən, Cavabdeh adına olan XXX ünvanda yerləşən 2 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir.

6. Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsinin ekspert rəyinə əsasən, girov qismində Bakı şəhəri Yasamal rayonunda 2016-cı ildə inşa edilmiş XXX yaşayış kompleksində 16 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, hüquqi sənədlər üzrə ümumi sahəsi 89,9 kv.m, yaşayış sahəsi 53,1 kv.m. olan 3 otaqlı mənzil çıxış edir. Mənzilin qiymətləndirilməsi üçün hüquqi sənədlər və yeni fotomateriallar təqdim olunmuşdur. Təqdim olunmuş fotomateriallardan görünür ki, mənzil təyinatı üzrə istifadə olunur, daxili təmir vəziyyəti və məişət şəraiti qənaətbəxşdir. Girovun sahibi Cavabdehdur. Hüquqi sənədləri və fotomateriallardakı vəziyyəti əsas tutaraq, girovun dəyəri 117.000 manat məbləği təşkil edir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli XXX nömrəli ekspert rəyinə görə, xx.xx.2020-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə xx.xx.2014-cü il tarixli XXX nömrəli kredit müqaviləsi və xx.xx.2018-ci il tarixli 1 nömrəli saziş şərtləri nəzərə alınmaqla, 5.193,40 manat əsas, illik 5%-lə 69,97 manat faiz borcu təşkil edir.

8. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli XXX nömrəli təkrar ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə xx.xx.2014-cü il tarixli XXX nömrəli kredit müqaviləsi və xx.xx.2018-ci il tarixli 1 nömrəli saziş şərtləri nəzərə alınmaqla, 5.193,40 manat əsas, illik 5%-lə 69,97 manat faiz borcu təşkil edir. 9. "xxxx" MMC tərəfindən verilmiş x x.xx.2021-ci il tarixli QXM 370/M nömrəli qiymətləndirmə rəyinə görə, XXX ünvanda yerləşən 89,9 kv.m. ümumi sahəsi olan 2 nömrəli mənzilin bazar dəyəri 125.000 manat, ilkin satış (likvid) dəyəri 120.000 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış Razılaşmaya əsasən xx.xx.2022-ci il tarixə banka 12.396,31 manat əsas borc, 742,76 manat faiz, 488,49 manat məbləğdə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5% hesabı ilə faiz olmaqla, ümumilikdə 13.627,56 manat məbləğdə pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 117.000 manat məbləğdə müəyyən edilməklə cavabdehdən tutulmalı olan məbləğin ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və vəsaitdən qeyd edilən tutulmalı olan pul məbləğinin Banka ödənilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra cavabdeh həmin mənzili ən gec 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxsin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

11. İddianın əsaslarına görə, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2019-cu il tarixdən icra etməmiş və nəticədə borcu yaranmışdır.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-103/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia qismən təmin edilərək, cavabdehdən kredit müqaviləsi üzrə 5.193,40 manat əsas və 260 manat gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi olmaqla, cəmi 5.453,40 manat məbləğdə pul vəsaitinin tutularaq Banka ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin ipoteka predmetinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 120.000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, ipoteka predmetinı tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq Banka ödənilməsi, iş üzrə keçirilmiş xx.xx.2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat ekspertiza xərcinin 50%-i, yəni 100 manatının Bankdan, qalan 50%-i, yəni 100 manatının cavabdehdən tutularaq dövlət büdcəsinə müvafiq hesablaşma hesabına köçürülməsi, iş üzrə keçirilmiş xx.xx.2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat ekspertiza xərcinin 50%-i, yəni 100 manatının Bankdan, qalan 50%-i, yəni 100 manatının cavabdehdən tutularaq dövlət büdcəsinə müvafiq hesablaşma hesabına köçürülməsi, iş üzrə keçirilmiş "xxxx" MMC-nin tədqiqatının dəyərini təşkil edən 300 manat xidmət haqqının 50%-i, yəni 150 manatının Bankdan, qalan 50%-i, yəni 150 manatının cavabdehdən tutularaq “Qiymətləndirmə Xidməti Mərkəzi" MMC-nin hesabına köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda cavabdeh vaxtında ödəniş etməmiş, bununla da kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 (beş) faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən 488,49 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, 260 manat faiz borcu (51 93,40 x 5%÷12 ay=259,61≈260) gecikdirilmiş vaxt üçün ədalətli hesab olunmalıdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 295, 296.1, 317.1, 385.1, 386.1, 442, 445, 448.1, 448.2, 449.1, 739-cu maddələrinə, «İpoteka haqqında» AR Qanununun 34.1.1, 39.3.3, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı qətnamənin dəyişdirilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlillərinə görə, əsas borc hissəsinin hesablanması bir qayda olaraq, sadə və dəyişməz olduğundan və məhkəmə ekspert rəyini mötəbər sübut sayaraq, əsas borca aid hissədə ekspert rəyinə ist inad etməsi onun gəldiyi qənaəti məhkəmə qətnaməsində kifayət qədər əsaslandırılmamasına və bankın iddia tələbinin əsas borc hissəsində də tam təmin edilməsi üçün əsasdır. Ekspert tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə zidd olaraq özü qayda müəyyən etmiş və bununla da qanunsuz və əsassız rəy tərtib etmişdir. Qeyd olunanlara əsasən iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizasının təyin olunmasını zəruri hesab edirlər.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4976/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyevin sədrliyi və məruzəsi ilə, N.Cəfərov və X.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia təmin edilən - gecikmiş vaxt üçün illik 5 faizlə hesabla naraq tutulan məbləğ hissədə dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə tutulan 260 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsinin məbləği dəyişdirilərək 488,49 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası iş üzrə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da, gecikdiriımiş vaxt üçün tutulmuş illik 5 faizlə hesablanmış məbləğin miqdarı hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsinin ödənilməsi qənaətinə gələrkən yalnız bir illik müddətini əsas götürərək gecikdiri ımiş vaxt üçün 260 manatın ödənilməsini ədalətli hesab etmişdir. Lakin iddiaçı iddia tələbində iki illik müddət üçün həmin məbləğin tutulmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı müqavilə müddəti bitəndən sonrakı dövr üçün illik 5 faizlə hesablanaraq tutulmalı olan məbləği düz hesablamamışdır. İddiaçının apellyasiya şikayətinin digər dəlili əsas borc məbləğinin düzgün hesablanmaması ilə bağlıdır. Məhkəmə kollegiyası ekspertiza rəyi ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi əsas borca münasibətdə düzgün nəticəyə gəlmişdir. Ekspert tərəfindən əsas borc məbləği düzgün hesablanmışdır və həmin məbləğ 5193,40 manat təşkil edir. Göründüyü kimi, iddiaçının qeyd olunan dəlili qətnamənin əsas borca dair hissəsinin dəyişdirilməsi üçün əsas təşkil etmir. Bundan əlavə Kollegiya e kspert rəyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi müqavilə müddəti üçün hesablanmış faiz borcunun tutulması hissəsində iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyi kifayət qədər əsaslandırılmışdır və həmin rəyi şübhə altına almaq üçün hər hansı dəlil təqdim edilməmişdir.”

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 295, 296.1, 317.1, 385.1, 386.1, 442, 445.7, 448.1, 448.2, 449.1, 739-cu, “İpoteka haqqında” Qanunun 34.1.1, 39.3.3, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan k assasiya şikayəti verərək, qətnamənin hesablanmış əsas və faiz borcu hissədə qismən ləğv edib, həmin hissədə işi yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətinin dəlillərinə görə, əsas borc hissəsinin hesablanması bir qayda olaraq, sadə və dəyişməz olduğundan və məhkəmə ekspert rəyini mötəbər sübut sayaraq, əsas borca aid hissədə ekspert rəyinə istinad etməsi onun gəldiyi qənaəti məhkəmə qətnaməsində kifayət qədər əsaslandırılmamasına və Bankın iddia tələbinin əsas borc hissəsində də tam təmin edilməsi üçün əsasdır. Ekspert rəyində də müəyyən olunduğu kimi, borclu tərəfindən dəfələrlə ödəniş cədvəli üzrə ödəniş vaxtında olunmamış və bunun nəticəsində də müqavilə ilə müəyyən edilmiş nisbətə uyğun cərimə hesablanar aq kredit alanın ödənişindən tutulmuşdur. Ekspert tərəfindən qanunvericiliyin və tərəflər arasında bağlanmış müqavilənin şərtləri nəzərə alınmamış, özünə görə cədvəl tərtib edərək səhv rəqəmlərdən ibarət qanunsuz rəy verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini ge cikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tut ursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar bor clunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqa viləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 24. “İpoteka haqqında” Qanun: Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə t utulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən g eci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4 (28 dekabr 2018-ci il tarixli 1439-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək olan redaksiyada). Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlər i və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən məcburi qaydada çıxarılırlar.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza aparar kən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüq uq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli Qərardadı: ““İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayəti ilə qətnamənin hesablanmış əsas və faiz borcu hissədə ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı yalnız həmin hissədə kassasiya şikayətində irəli sürülən dəlillər üzrə qismən yoxlanılır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasib ətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmış, iş üzrə sübutetmə yükü düzgün bölüşdürülmüş və sübutlara hüquqi qiymət verilmişdir.

32. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, şikayətlə qətnamənin hesablanmış faiz borcu hissədə də ləğvi xahiş edilsə də, kassasiya şikayətində bu barədə heç bir faktiki dəlilə istinad olunmur.

33. Şikayətin ekspert rəyinin qanunsuzluğuna dair dəlili də əsaslı deyil. Belə ki, iş üzrə alınmış hər iki ekspert rəyində aparılmış tədqiqatların təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmələr tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmişdir, rəylərin mötəbər sayılmaması hər hansı hal işdən müəyyən edilmir.

34. Şikayətin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

35. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamal ı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4976/2022 nömrəli 06 sentyabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılsın. İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar