Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-414/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, iddia müddətinin tətbiqi üçün əsaslar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)5231/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şika yəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 03 aprel 2009-cu il tarixli, 978 saylı Təminatsız kredit xətti müqaviləsinə əsasən İddiaçı ASC-nin 3 saylı filialı Cavabdeh 6 ay müddətinə illik 18 faizlə dərəcəsi ilə 44837 manat məbləğində kredit vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 03 aprel 2009-cu il tarixli 978 saylı kredit müqaviləsinə əsasən 44837 manat əsas, 9895,39 manat faiz, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli P lenum qərarına əsasən hesablanmış 26988,36 manat faiz borcunun, cəmi 81720,75 manat borcun və 30,40 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, Banka tələbdə göstərilən məbləğlərdə borcu qalmışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)5936/2021 nömrəli qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddia təmin edilərək, Cavabdeh 44837 manat əsas borcun, 9895,39 manat faiz borcunun, kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 26988,36 manat faiz borcunun, ümumilikdə 81720,75 manat pulun və 30 manat dövlət rüsumunun tutulara q iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 443.5, 445.7, 739.1, 739.2 və 741-ci, Mülki Prosessual Məcəllənin 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
6. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)-5936/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi 03 aprel 2009-cu il tarixdə 6 ay müddətinə bağlanmışdır. Müqavilənin icra müddəti 03 oktyabr 2009-cu il də yekunlaşmışdır. Bundan başqa, iş materiallarına müqavilənin əsli əlavə edilməmiş, iddiaçının özünün müqavilə öhdəliklərini icra etməsini təsdiq edən məxaric orderi iş materiallarında mövcud olmamışdır. Cavabdeh belə bir kredit müqaviləsini imzalayıb-imzalamasını xatırlamamışdır. O, məhkəmə iclasına dəvət edilməmiş və iştirakı təmin edilməmişdir. Nəticə etibarı ilə o, hüquqlarının müdafiəsindən məhrum olmuşdur. Hazırki mübahisə ilə bağlı iddiaçı faktiki olaraq iddia müddətini 10 il ötürmüş və iddia müddətinin ötürülməsinin üzürlü hesab edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
8. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC apellyasiya instansiyası məhkəməsinə 03 aprel 2009-cu il tarixli kassa məxaric orderini təqdim etmişdir. Həmin sənəddən görünür ki, Cavabdeh 978 saylı, 03 aprel 2009-cu il tarixli təminatsız kredit xətti müqaviləsi üzrə İddiaçı ASC-dən 30 aprel 2009-cu il tarixdə 44837 manat məbləğində nağd pul götürmüşdür.
9. Həmçinin, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilmiş 16 may 2013-cü il tarixli Banka ödəniş edilməsi barədə qəbzdən görünür ki, Cavabdeh adından həmin tarixdə Banka 1000 manat məbləğində pul ödənilmişdir.
10. İş üzrə apellyasiya icraatında təyin edilərək keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 16 dekabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin 8-14cü vərəqlərində olan 03 aprel 2009-cu il tarixli 978 saylı təminatsız kredit xətti müqaviləsinin “Borc alan” qrafalarındakı imzalar və 03 aprel 2009-cu il tarixli məxaric orderində “Vəsaiti aldım” qrafalarındakı imza Cavabdeh tərəfind ən icra olunmuş, mülki işin 179-cu vərəqlərində olan 16 may 2013-cü il tarixli qəbzdə “Təhvil verdim” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(103)-322/2023 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)5936/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi tələbinə dair” iddiası rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi təq dim olunmuş ekspert rəyinə əsaslanaraq, cavabdehin apellyasiya şikayətinin kredit müqaviləsinin onun tərəfindən imzalanmaması barədə dəlillərini əsassız hesab etmişdir.
13. Bundan başqa, məhkəmə mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə cavabdeh tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi ərizəsi ilə bağlı qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olmaqla, iddia müddəti tətbiq edilməli olan mübahisələrə aiddir. Hazırki iş üzrə kredit müqaviləsinin müddəti 03 oktyabr 2009-cu il tarixdə bitdiyi halda iddiaçı tərəfindən üç il müddətində kreditin qaytarılması istiqamətində heç bir addım atılmamış, vaxtında məhkəmədə iddia qaldırılmamışdır. İddiaçı yalnız 0 7 sentyabr 2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür ki, bu da iddianın rədd olunması üçün əsasdır.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 372, 373.2, 375.2, 377.2, 385.1, 386.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 445.2.1, 445.7, 448.1, 448.2, 449.1, 449.4, 739.1, 739.2, 741-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələri nin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(103)-322/2023 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mül ki kollegiyasının 13 iyun 2023cü il tarixli, 2(102)-2034/2023 nömrəli qərarı ilə (hakim M.T.Əhmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər V.T.Həsənovdan və Ə.Ə.Əliyevdən ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023cü il tarixli, 2(103)-322/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
17. Kassasiya məhkəməsi izah etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi verilir. Bu ərizə iddia ərizəsi icraata qəbul ediləndən məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedənə kimi təqdim edilə bilər. Mülki Məcəllənin 375-ci maddəsinin mənasına görə iddia müddətinin tətbiqi barəd ə ərizə birinci instansiya məhkəməsinə verilmədikdə apellyasiya, kassasiya və əlavə kassasiya instansiyası məhkəmələrinə verilə bilməz.
18. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hazırlıq iclası 22 sentyabr 2021-ci il tarixə saat 09:30-a təyin olunmuş, iddiaçı və cavabdeh iştirak etmədiyindən işə onların iştirakı olmadan baxılmışdır. 02 oktyabr 2021-ci il tarixdə məhkəməyə qaytarılmış zərfdən görünür ki, qapısı bağlı olduğundan bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Bu səbəbdən 16 noyabr 2021-ci il tarixə saat 11:00-a təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına bildiriş göndərilməklə yanaşı elektron məhkəmə informasiya sistemi vasitəsilə də cavabdehə SMS bildiriş göndərilmişdir. Lakin, cavabdeh iştirak etmə diyindən məhkəmə baxış iclası 14 dekabr 2021-ci il tarixə saat 11:00-a təxirə salınmış və bu barədə tərəflərə bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılmış və iş üzrə müvafiq qətnamə qəbul olunmuşdur.
19. Göründüyü kimi, cavabdehin birinci instansiya məhkəmə iclaslarında iştirak etməməsi onun iddiaçının ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsindən məlumatlı olmaması anlamına gəlmir. Belə ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına göndərilmiş bildirişlərin qapısı bağlı olduğu üçün ona çatdırılması mümkün olmasa da, elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş bildiriş cavabdehə çatdırılmış və o, iddiaçının ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsindən məlumatl ı olmuşdur. Lakin, iddia müddətinin tətbiqi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməmişdir.
20. İşə baxan apellyasiya məhkəməsi cavabdehin birinci instansiya məhkəmənin icraatında iddiaçının ona qarşı tələblə məhkəməyə müraciət etməsindən məlumatlı olmasını nəzərə almadan iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə cavabdeh tərəfin apellyasiya instansiya məhkəməsinə təqdim etdiyi ərizəsini təmin edərək iddia tələbini rədd etmişdir. ç) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)-5231/2023 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyevdən və F.H.Qasımlıdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apelly asiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)-5936/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi cavabdehin mübahisələndirilən kredit müqaviləsini imzalayıb-imzalamadığını xatırlamaması barədə dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 16 dekabr 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin 8-14-cü vərəqlərində olan 03 aprel 2009-cu il tarixli 978 saylı təminatsız kredit xətti müqaviləsinin “Borc alan” qrafalarındakı imzalar və 03 aprel 2009-cu il tarixli məxaric orderində (i.v.180) “Vəsaiti aldım” qrafalarındakı imza Cavabdeh tərəfindən icra olun muşdur. Mülki işin 179-cu vərəqlərində olan 16 may 2013-cü il tarixli qəbzdə “Təhvil verdim” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi həmçinin kassasiya instansiyası məhkəməsinin iş üzrə qəbul edilən qərara istinad etməklə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hazırlıq iclası 22 sentyabr 2021-ci il tarixə saat 09:30-a (İ cild, səh. 35) təyin olunmuş, iddiaçı və cavabdeh iştirak etmədiyindən işə onların iştirakı olmadan baxılmışdır. 02 oktyabr 2021-ci il tarixdə məhkəməyə qaytarılmış zərfdən görünür ki, qapısı bağlı olduğundan bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır (İ cild, səh. 38). Bu səbəbdən 16 noyabr 2021-ci il tarixə saat 11:00-a təyin olunmuş məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına bildiriş göndərilməklə yanaşı elektron məhkəmə informasiya sistemi vasitəsilə də cavabdehə SMS bildiriş göndərilmi şdir (İ cild, səh. 41). Lakin, cavabdeh iştirak etmədiyindən məhkəmə baxış iclası 14 dekabr 2021-ci il tarixə saat 11:00-a təxirə salınmış məhkəmə baxış iclasının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına bildiriş göndərilməklə yanaşı elektron məhkəmə informasiya sistemi vasitəsilə də cavabdehə SMS bildiriş göndərilmişdir (İ cild, səh. 47). 20 noyabr 2021-ci il tarixdə məhkəməyə qaytarılmış zərfdən görünür ki, yaşamadığı üçün bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır (İ cild, səh. 51). Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılmış və iş üzrə müvafiq qətnamə qəbul olunmuşdur. Göründüyü kimi məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehin qeydiyyat ünvanına göndərilmiş bildirişlərin qapı bağlı olması, yaşamaması əsası ilə çatdırılm ası mümkün olmasa da, elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş bildiriş cavabdehə çatdırılmış və o, iddiaçının ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsindən məlumatlı olmuşdur. Lakin, iddia müddətinin tətbiqi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməmişdir.
24. Apellyasiya kollegiyası apellyatorun pretenziya qaydasına əməl olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq (pretenziya) göndərilmişdir. Digər tərəfdən cavabdeh uzun illər LPO İddiaçı ASC-də idarə heyətinin sədri vəzifəsində işləmiş, kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, borcunun olması ilə bağlı mübahisəsiz qaydada məlumatlı olmuşdur.
25. Apellyasiya məhkəməsi apellyasiya mərhə ləsində cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməsini əsassız hesab etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 372, 373.2, 375.2, 377.2, 385.1, 386.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 445.2.1, 445.7, 448.1, 448.2, 449.1, 449.4, 739.1, 739.2, 741-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 217.3, 217.4, 385.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tar ixli, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
27. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)-5231/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 385.1, 425.1, 442, 445.1, 445.2, 445.7, 448. 1, 448.2, 739.1, 739.2, 741-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, kredit müqaviləsinin şərtlərinə əsasən, kredit öhdəliklərinin son tarixi 03 oktyabr 2009-cu il olmuş, iddiaçının məhkəməyə son müraciət edə biləcəyi tarix isə 03 oktyabr 2012-ci il olmuşdur. Lakin məhkəmə qeyd edilən hala diqqət yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə istinad etdiyi dəlilləri nəyə əsasən irəli sürməsini və nə ilə əsaslandırmasını qeyd etməmişdir. Halbuki, cavabdeh qeyd edilən bankda 2007-ci ilin may ayına qədər çalışmış, Bank isə 2016-cı ilə qədər fəaliyyət göstərmişdir. Məhkəmə nə üçün iddiaçının öz hüququndan vaxtında istifadə etməməsini sübut etməsini tələb etmək əvəzinə qeyd etmişdir ki, cavabdeh müqavilənin olmasından xəbərdar olmuşdur. Bu hal iddianın müddət ötürülməsi ilə verilməsini əsaslandıran hal deyil və ola da bilməz. Eyni zamanda iddia ərizəsi əsas məbləğ hissəsində əsaslı hesab edilsə də, nə üçün kredit borcun ödənilməməsi ilə bağlı uzun illər üzrə faizlərin hesablanması və məhkəmənin iddiaçının öz hüququndan sui-istifadə etməsi nəticəsində əsassız varlanması üçün əlavə olaraq cavabdehdən uzun müddətli faizlərin tələb edilməsinə (kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 26988,36 manat faiz borcunun, cəmi 81720,75 manat borcun) də ədalətsiz mövqe nümayiş etdirmiş, qətnamə qəbul edərək iddia tələblərini tam təmin etmişdir. Məhkəmə borcun müəyyən edilməsinə dair heç bir ekspertiza keçirilməmiş, borcun mö təbərliyi dəqiqləşdirilməmişdir.
29. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
30. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
31. Etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində cavabdehə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə göndərilmiş bildiriş çatdırılmış, o, məhkəmə prosesləri barədə məlumatlı olmuşdur. Lakin iddia müddətinin tətbiqi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməmişdir. Odur ki, apellyasiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəni əsassız hesab etməklə düzgün nəticəyə gəlmişdir. Kassasi ya şikayət formal mülahizələr əsasında verilmiş, apellyasiya məhkəməsi tərəfindən isə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Kassasiya baxışının hədləri:
32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının pros essual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
33. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddələrinə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öh dəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikd irilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətn amə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh in apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, cavabdehin iddiaçı qarşısında kredit müqaviləsi üzrə icra olunmamış öhdəliyinin qalması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
38. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin birinci instansiya məhkəməsindəki icraat barəsində məlumatlı olması apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş və cavabdeh hazırki kassasiya şikayətində də bu halı hər hansı dəlillə mübahisələndirməmişdir. Belə olan halda, iddiaçı tərəfindən hazırki iddia verilərk ən iddia müddəti ötürülsə də, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini birinci instansiya məhkəməsinə deyil, apellyasiya icraatında verdiyindən apellyasiya məhkəməsi Mülki Məcəllənin 375.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddia müddətinin tətbiqindən imtina etmişdir.
39. Belə ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında MM-in 375.2-ci maddəsinə şərh verilərkən qeyd olunmuşdur ki, “Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin qanunverici MM-in 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir. Məsələni aydınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkil də verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsində (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir.... Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində tərəflərin hüquqlarının təmin olunmasına lazımi diqqət yetirməlidir. Lakin tərəflərdən hər hansı biri mülki məhkəmə prosesinin müxtəlif mərhələlərində ona aid olan hüquqlardan elə istifadə etməlidir ki, əks tərəfin hüquqları və qanunla müəyyən edilmiş məhkəmə icraatının qaydaları pozulmasın. Odur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə ed ilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.
40. Kassasiya şikayətinin digər dəlili üzrə qeyd olunmalıdır ki, cavabdeh hazırda iddiaçıya olan borcun məbləğini mübahisələndirsə də, apellyasiya məhkəməsində bununla bağlı dəlillər irəli sürməmiş, borcun məbləğinin yoxlanılmasını tələb etməmişdir. Apellyasiya baxışının predmetini təşkil etməyən dəlillər isə kassasiya məhkəməsində irəli sürülə bilməz.
41. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 15 sentyabr 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə q anuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2(103)-5231/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.