Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4141/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-763/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(032)-09/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Z.M.Əliyev) iddiaçı “xxxx” BOKT ASC Cavabdeh qarşı “kredit borcunun və xərclərin əvəzinin tutulması” barədə iddiası qismən təmin edilərək, cavabdehdən milli manata məzənnədə əsas borca görə 2.182,53 ABŞ dolları, faiz borcuna görə 945,14 ABŞ dolları, dəbbə puluna görə 50 ABŞ dolları, cəmi 3.177,67 ABŞ dolları kredit borcunun, habelə ödənilmiş hüquqi yardıma görə 50 manat, dövlət rüsumuna görə 30 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-763/2020 saylı qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev sədrlik edən, məruzəçi, Q.B.Kərimov və Z.B.Babayev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qə tnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncudan ödəniş günü milli manata məzənnədə xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 2.182,53 ABŞ dolları, faiz borcuna görə 2.541,63 ABŞ dolları, dəbbə puluna görə 2.557,83 ABŞ dolları olmaqla, cəmi 7.281,99 ABŞ dolları kredit borcunun, ödənilmiş hüquqi yardıma görə 500 manat və dövlət rüsumuna görə 30 manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki hall arı üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh və vəkili Ruslan Mirzəyev kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı “xxxx” BOKT ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya ödənilməmiş 2.182,53 ABŞ dolları əsas, 945,14 ABŞ dolları faiz borcu var. Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməklə və qüsurla icra etməklə iddiaçıya dəymiş ziyanı ödəməyə borcludur və vurduğu zərərin nəticələri üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Ona görə də iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və apelyasiya şikayətinin dəlillərinə əsasən qətnamənin apelyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni və hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmayıb. Belə ki, xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 31 faiz ödəmək şərti ilə 2.840 ABŞ dolları kredit verilib. Kreditin ödənilmə qrafikinə əsasən, cavabdeh hər ay 161 ABŞ doları ödəməklə kredit borcunu və ona hesablanmış faizləri xx xxxxx 2017-ci il tarixədək ödəməli idi. İddiaçının xx xxxx 2017-ci il tarixli maliyyə arayışına görə, cavabdehin sözügedən kredit müqaviləsi üzrə iddiaçıya ödənilməmiş 2.182,53 ABŞ dolları əsas, 2.541,63 ABŞ dolları faiz borcu, 2.557,83 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 7.281,99 ABŞ dolları kredit borcu vardır. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli rəyinə görə, cavabdehin sözügedən kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla xx xxxx 2017-ci il tarixə iddiaçıya olan əsas borcu 2.185,65 ABŞ dolları, faiz borcu isə 945,14 ABŞ dolları təşkil edir. Göründüyü kimi iddiaçı, sözügedən kredit müqaviləsi üzrə cavabdehdən ödənilməmiş əsas borca görə 2.182,53 ABŞ dolları, faiz borcuna görə isə 2.541,63 ABŞ dolları iddia edir. Cavabdeh isə iddiaya etiraz edərək apelyasiya və kasasiya şikayətlərində, habelə izahatında göstərib ki, iddiaçıya iddia olunan məbləğdə kredit borcu yoxdur və hazırda iddiaçıya bütövlükdə 1.805,84 manat kredit borcu vardır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019cu il tarixl i fərmanına əsasən, problemli kreditlərin kompensasiya olunması ilə əlaqədar olaraq onun iddiaçıya olan 3.710,30 manat kredit borcundan 1.904,46 manat pul vəsaiti dövlət tərəfindən ödənilib. xx xxxxxx 2018-ci ildən xx xxxx 2020-ci il tarixədək onun iddiaçı təşkilata olan kredit borcu 1.805,84 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi, iddiaçının təqdim etdiyi xx xxxx 2017-ci il tarixli maliyyə arayışına, iş üzrə verilmiş xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsaslanaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, həmin maliyyə arayışının və ekspert rəyinin mötəbərliliyini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən xx xxxxxx 2018-ci il tarixli ekspert rəyi, cavabdehin məhkəməyə təqdim etdiyi xx xxxxx 2019-cu il tarixli “problemli kreditlərin kompe nsasiyası”na dair sənədlə müqayisəli şəkildə tədqiq edib yoxlamamış, hazırki mübahisəyə dair ekspertlərin rəyləri arasındakı ziddiyyətlərə aydınlıq gətirməmiş, sözügedən kredit müqaviləsi üzrə iddia olunan əsas borcun və ona hesablanmış faizlərin düzgün hesablanıb-hesablanmamasını, problemli kreditlərin kompensasiyasına dair borcun azaldılmasına yönəldilən məbləğin ümumi kredit borcundan çıxılıb-çıxılmamasını araşdırmamış, bu barədə təkrar ekspertiza təyin edib əsaslandırılmış rəy almamış və hansı dəlillərə əsasən apelyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərməmiş və nəticədə işə əlavə edilmiş sübutlara obyektiv baxıb onlara düzgün hüquqi qiymət verməmişdir. Halbuki, MPM-nin 392.2-ci maddəsinin mənasına görə, apelyasiya şikayəti təmin edilmədikdə, apelyasiya instansiyası məhkəməs i hansı dəlillərə əsasən şikayəti təmin etmədiyini qətnamədə göstərməyə borcludur. Kasasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə və yaxud təkrar ekspertizaların keçirilməsidir (MPM-nin 77.3, 102.1, 102.2-ci maddələri). Həmin Məcəllənin 97.1-ci maddəsinin mənasına görə, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Göründüyü kimi prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməyib. Lakin, mülki məhkə mə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin oluna bilər və nəzərə almaq lazımdır ki, ekspertin rəyi də mülki iş üzrə sübut növlərindən biridir və hüquqi baxımından hər hansı digər sübut növünə nisbətdə heç bir üstünlüyə malik deyil. Ekspertin rəyinin məhkəmə üçün məcburi olmaması dedikdə rəydə gəlinmiş nəticələrin, rəyin məzmununun məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması başa düşülür. Lakin, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “mü stəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (MPM-nin 101.3 və 205.1-ci maddələri). Əksinə, işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixə borlunun kreditora olan əsas və faiz borcunu müəyyən etmək mümkün deyil. Apelyasiya və kasasiya şikayətlərindən, habelə işə əlavə edilmiş “problemli kreditlərin kompensasiyası”na dair xx xxxxx 2019-cu il tarixli sənəddən görünür ki, cavabdehin xx xxxx 2019- cu il tarixə iddiaç ıya olan əsas kredit borcu manata ekvivalentdə 3.710,30 manat, borcun azalmasına yönələn məbləğ 1.904,46 manat, qalıq borcunun məbləği isə 1.805,84 manat təşkil edir. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra...və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsində göstərilir ki, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.1-ci maddəsinə görə, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələbləri baxımından “problemli kreditlərin kompensasiyasına dair” cavabdehin adına verilmiş xx xxxxx 2019-cu il tarixli sənədin kreditorun icranı qismən qəbul etdiyini təsdiqləyən sənəd hesab edilib-edilməməsini araşdırmadan, tərəflər arasında olan öhdəliyə cavabdehin onu qismən icra etməsi nəticəsində xitam verilibverilməməsini aydınlaşdırmadan, cavabdehin iddiaçıya sözügedən kredit müqaviləsi üzrə ödənilməmiş 2.182,53 ABŞ dolları əsas, 945,14 ABŞ dolları faiz borcunun olmasına dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiy a şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayətitəmin edilsin, iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Koll egiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-763/2020 saylı qətnaməsiləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4141/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4141/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver