Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4141/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi, tələbin qanuni əsası, iddia müddəti, ədalətli məhkəmə araşdırması hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1177/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları:
1. Tərəflər arasındakı mübahisə pul tələbi ilə bağlıdır. Belə ki, iddiaçı cavabdehlərin ona 55300 manat borclarının olduğunu bildirir, cavabdehlər isə iddianın təmin olunmasına etiraz edirlər.
2. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
3. Cavabdeh2 tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 31-ci Polis bölməsində verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o, anası Cavabdeh1 Fərhad qızı və oğlu X9 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İddiaçı onun dayısıdır və qonşuluqda C.Əliyev küçəsində öz ailəsi ilə birlikdə yaşayır. Onun anası ilə yaşadığı ev İddiaçı adınadır. Həmin evdən İddiaçı onu, anasını və oğlunu 2017-ci ildə qeydiyyatdan çıxarmışdır. Həmin evi dayısı bir ildir ki, öz adına keçirmişdir. İddiaçı həmin evi öz adına keçirməyinin səbəbi 2013-cü ildə onun İddiaçı 30000 manat pulu hissə-hissə götürüb faizlə verməsidir. Həmin pullardan 10000 manat faizlə qaytarılmışdır. Hazırda, 20000 manat pul qalmışdır. Bu səbəbdən də, yaşadığı baba evi 2017-ci ildə İddiaçı adına keçirilmişdir. Nə vaxt ona pulu qaytarsa həmin evi yenə onun adına qaytaracaqdır. Hazırda, onu pul vermədiyi üçün dayısı evdən qovmuşdur. O və anası həmin evdən qeydiyyatdan çıxıb digər yerə qeydiyyata düşmüşlər. Həmin vaxt dayısı ona məxsus olan Ramana qəsəbəsində olan evə onu, oğlunu və anasını qeydiyyata salmışdır, lakin sonra demişdir ki, həmin ev təcili satılır və onlar məcbur olub qardaşı Elnurun Xırdalan qəsəbəsində yerləşən evinə qeydiyyata düşmüşlər. xx.xx.2022-ci il tarixdə saat təxminən 14:00-da o, yaşadığı evdə olan zaman dayısı evə girmiş və demişdir ki, onlar həmin evdən çıxıb getməli və evi tərk etməli idilər. Həmin vaxt aralarında sözlə mübahisə yaranmış və yaşadıqları evin içində baş vermişdir. Mübahisə dayısı ilə onun arasında olmuşdur. Mübahisənin əvvəlində anası işdə olmuşdur. Anası mübahisənin sonunda evə gəlmişdir. Mübahisə zamanı İddiaçı ona demişdir ki, o, evdən çıxıb getməli və ustalar gətirib evi təmir etdirəcəkdir. O, evi tərk etməyəcəyini bildirmişdir. Həmin vaxt evdə qonaq otağında dayısı ona hirslənib saçından tutmuş, evdən itələyib çıxartmağa başlamışdır. Sonra İddiaçı həyətdə olan taxta parçasını iki dəfə onun baş nahiyəsinə, sol ayağından və əlindən vurmuşdur. Bundan sonra o, DİN-nin “102” zəng mərkəzinə müraciət etmişdir. Mübahisənin sonunda İddiaçı onu taxta parçası ilə evdə döyən zaman anası artıq işdən gəlmiş və həmin hadisənin şahidi olmuşdur.
4. Cavabdeh3 tərəfindən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 31-ci Polis bölməsində verilmiş izahatdan görünür ki, anası Cavabdeh1 və bacısı Cavabdeh2 Bakı şəhəri Suraxanı rayonu ərazisində yerləşən evdə 32 ildir ki, yaşayır. X1 özü onları qeydiyyata saldırmışdır. Dayısının həmin evdə gözü olduğu üçün bacısını aldadaraq 30000 manat pulu sələmə vermişdir. Nəticədə, ailəyə hədə-qorxu gəlmiş və evdən qeydiyyatdan çıxarmağa və girov qoymağa məcbur etmişdir. O, oğurluq hadisəsi olduğunu və guya onun evinə daxil olaraq qapını sındırdığını qeyd etmişdir. Halbuki, 18 mm armatur, paslanmayan su qızdırıcısı və şiferler ona məxsusdur və bacısı oğlu həmin materialların ona məxsus olduğunu bildiyi h alda onları yoldan keçən dənizçilərə satmışdır. Qapıya qaldıqda isə həmin ev ona məxsus olduğundan evinin qapısını sındırıb evinə daxil olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 55300 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia belə əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı 55300 manat borcu vardır. Cavabdehlər Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30, 8 saylı evin 129 saylı mənzilini almaq üçün iddiaçıdan hissə-hissə pul vəsaiti almışlar. Cavabdehlər həmin borcu iddiaçıya qarşı verdikləri iddia ərizəsində, poli s bölməsində yazdıqları izahatlarında, habelə, məhkəmə qətnaməsində etiraf etmişlər. Lakin cavabdehlər borclarını verməməyə görə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 5-ci Balandin döngəsi, 3 saylı evin 1 saylı mənzilinə daxil olaraq çıxmırlar, polisə şikayət edərək cinayət işi başlatmışlar. Beləliklə, hal-hazırda, cavabdehlərin 55300 manat borcu vardır. 300 manat pulu iddiaçı Cavabdeh3 mənzilə çıxarış alan zaman vermişdir. Cavabdehlər müxtəlif bəhanələrlə borclarını qaytarmadıqlarına görə iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir.
7. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsini qəbul etməyərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçı onun doğma dayısıdı r və rayonda hamı iddiaçını “sələmçi” kimi tanıyır. İddiaçının sələmçi olduğunu şahidlər də təsdiq edə bilər. Dayısı öz bacısını aldatmışdır. O, öz həyətini satmışdır. İddiaçının çıxarışı 2019-cu ilə aiddir, o isə 2017-ci ildə gürcüstanlıya torpaq sahəsi satmışdır. Belə ki, o, Bakı şəhəri Suraxanı rayonunda yerləşən və 30 il yaşadığı torpaq sahəsinin ona aid pay torpaq sahəsini satmışdır. Pula ehtiyacı olduğundan həmin pulu xərcləmişdir. İcra tikintiyə icazə vermədiyindən onun gürcüstanlı ilə alqı-satqısı alınmamışdır. İddiaçı gürcüstanlını tapmış, ona pul təklif etmiş və torpaq sahəsini almaq istəmişdir. O, polisdə qeyd etmişdir ki, onun əvəzinə iddiaçının dediyinə görə 25000 manat pul vəsaiti vermişdir. İddiaçı ona torpaq sahəsini ucuza satdığını, özünün isə baha satacağını bildirmişdir. Doğma dayısı olduğundan iddiaçıya inanmış, elə bilmişlər ki, qeydiyyata düşəndən sonra ev sahibi olacaqlar. Nəticədə, xx.xx.2022-ci il tarixdə iddiaçı oğlu ilə evə hücum etmiş, cinayət işi açılmış və proses hazırda, davam edir. İddiaçı bacısını aldadaraq çıxarış almışdır. O, məcbur qalıb istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş, iddia təmin olunmuş, qətnamə yuxarı instansiya məhkəməsində ləğv olunmuşdur. Səbəb isə iddiaçının çıxarışının olmasıdır. Hazırda, o, inzibati qaydada çıxarışı mübahisələndirəcəkdir. O, iddiaçıdan pul vəsaiti almamışdır. Notariusda heç bir sənədli borc müqaviləsi yoxdur. İddiaçı gürcüstanlıya onun əvəzindən pul vermiş, nəticədə, bütün evə sahib olmuşdur. Halbuki, o, gürcüstanlı ilə danışıb pulu hiss ə-hissə verəcəkdi. Onun ümumiyyətlə, iddiaçıya hər hansı bir məbləğdə borcu yoxdur. Onun polis idarəsində verdiyi izahatın mahiyyətini iddiaçının onların əvəzinə pul verilməsi təşkil edir. Halbuki, onun iddiaçıdan belə bir xahişi olmamışdır. İddiaçı gürcüstanlıya 25000 manat pul vermiş, çıxarışı almaq üçün 5000 manat pul ödəmiş, 30000 manat pulu isə onlardan tələb edir. Evlə birlikdə torpaq sahəsinin ölçüsü 4 sotdur, dayısı 2 sotun əvəzinə 4 sotun hamısına yiyələnmiş, evə dair çıxarış almışdır. Torpaq sahəsi “neftin torpağı” olduğundan çıxarış ala bilməmişdir. Bacısının “faiz” işi ilə məşğul olduğunu bilməmişdir. Belə ki, bacısı ondan qorxduğu üçün hər şeyi ondan gizlətmiş, anası isə hər şeyi bilmişdir. Onun anası 25 ildir ki, həmin ünvan üzrə qeydiyyatda olmuş, ev isə əvvəldən onun babası nın adına olmuşdur.
8. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Cavabdeh3 izahatını təsdiq etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, 30000 manat pul vəsaitinin olması ilə bağlı o da polis idarəsində izahat yazmışdır. 25000 manat pul torpaq sahəsinə görə, 5000 manat pul vəsaiti isə çıxarışa görə verilmişdir. İzahat verilən zaman o, təzyiq görmüşdür. O, iddiaçıdan pul almamış, iddiaçıya adamlar vasitəsilə faizlə pul qazanılmasını təmin etmiş, başqa sözlə, “calamışdır”, əlbəəl ona pul verilməmişdir. İddiaçı pulu verərək onların Xırdalanda ev aldığını və həmin pulu faizə verdiyini bildirmişdir. Onun 140 000 manatlıq evini mənimsəyən adam notarius olmadan 30000 manat pulu verməz. Əgər iddiaçı ona pu l vermişdirsə, o, faizə pul deyil, ipoteka ilə aldığı mənzilin pulunu ödəyərdi. İddiaçı quldurluğa görə həbsdə olmuş, bəraət almışdır. İddiaçı ona pulunun olduğunu, tanışları olduğu halda faizə pul verdiyini bildirmişdir. 10 000 manat pul vəsaitini isə onun adamları vermişlər. Qeyd olunan məsələlərdə onun anası iştirak etməmiş, lakin məlumatı olmuşdur.
9. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında göstərmişdir ki, o, iş adamıdır, iddiaçı isə faizlə pul verəndir. Bir il üzərindən keçmişdir ki, iddiaçı pul tələb edir. İddiaçı onun qardaşıdır, lakin buna baxmayaraq, onu aldatmışdır.
10. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişlər ki, iddiaçının özünün də istinad etdiyi fakta ə sasən, 30 000 manat borcu iddiaçı cavabdehlərə 2013-cü ildə vermişdir. İddiaçı bununla bağlı 2022-ci ilin sonunda iddia qaldırmış və bununla da iddia müddətini ötürmüşdür. İddia tələbinin iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur.
11. Abşeron Rayon Məhkəməsinin e-2(012)-988/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Habil Əhmədov) ilə iddia tələbi təmin edilməmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, sübutetmə vəzifəsi daşıyan iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmişdir.
13. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 377.3. maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənlə şdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Tərəflər arasında borc hüquq münasibətləri 2013-cü ildə yaranmasına baxmayaraq, iddiaçı tərəfindən borcun qaytarılması ilə bağlı mübahisə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni, xx.xx.2022-ci il tarixdən başlanmışdır. Ona görə də iddiaçı tərəfindən iddia ərizəsi müddət ötürülmədən verildiyindən iddia ərizəsinə müddətin ötürülməsi səbəbindən təmin edilməməsinə lüzum qalmır.
14. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3-cü, Mül ki Prosessual Məcəllənin 76.1, 76.2, 77.1, 88-ci, maddələrinə və Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozularaq iddia təmin edilməmişdir. Cavabdehlərin yazılı şəkildə polis bölməsində verdikləri izahatları nəzərə alınmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin polis şöbəsində verilmiş izahatlar ını qorxu, həyəcan və təsir altında yazılmışdır. Halbuki, Suraxanı Rayon Məhkəməsində hal-hazırda cavabdehlərin şikayəti əsasında barəsində olan cinayət işində onlar özlərinin ilkin izahatlarını müdafiə edirlər.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1177/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X8 (sədrlik edən və məruzəçi) X10 və X3) apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin e2(012)-988/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə iddiası rədd edilmişdir.
17. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlərin polis idarəsində verdikləri izahatları ilə İddiaçı t ərəfindən 30.000 manat məbləğində pulun cavabdeh Naibə Məmmədovaya 2013-cü ildə verilməsi öz təsdiqini tapsa da, iddiaçı həmin məbləği cavabdehdən ona qaytarılması ilə bağlı hazırkı iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. İddia tələbinin 25.000 və 300 manat pulun tutulması hissəsində tələb olunan 25.000 manat məhz Cavabdeh3 yaşadıqları torpağın 2 sotunun başqa şəxslərə satdığı pulun onun əvəzinə iddiaçı tərəfindən 2017-ci ildə qaytarılan pul vəsaitidir. Belə olan halda həmin məbləğin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tələb etməklə iddiaçı haqlı olmasa da, Mülki Məcəllənin 1090.2-ci maddəsinin tələbi baxımından həmin vəsaiti Cavabdeh3 tutulması barədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin bu zaman Mülki Məcəllən in 1095-ci maddəsində nəzərdə tutulan tələb etmə müddətini ötürmüşdür.
18. Kollegiya qeyd etmişdir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Bu baxımdan iddiaçının Cavabdeh2 qarşı 30.000, Cavabdeh3 qarşı 25.000 manat pulun tutulması hissəsində iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi müddətin ötürülməsi əsası ilə təmin edilə bilməz. İddia tələbinin 300 manat məbləğində pulun tutulması hissədə iddiaçı həmin məbləğin Cavabdeh3 verilməsini sübuta yetirə bilmədiyindən təmin edilə bilməz.
19. Məhkəmə kollegiyası Cavabdeh1 qarşı iddia tələbinə gəldikdə isə qeyd etmişdir ki, Cavabdeh1 cavabdeh kimi qoyulsa da lakin hazırki iddia tələbinə cavab verməli olan şəxs olmadığından, iddia tələbi ona münasibətdə rədd edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil) apellyasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1177/2023 nömrəli, xx.xx.2023-cü il tarixli il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: A zərbaycan Respublikasının Konstitusiyası:
23. Maddə 60, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 X4:
24. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
26. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
27. Maddə 373.1. Ümumi iddia müddə ti on il təşkil edir.
28. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
29. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
30. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
31. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
32. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
33. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
34. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
35. Maddə 427.4. Ağlabatan müddətdə icra edil məmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
36. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tə ləb olunmur.
37. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.
38. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
39. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür.
40. Maddə 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur.
41. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
42. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas o lmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
43. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir.
44. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Ma ddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnam ə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Apellyasiya məhkəməsi iş materialları əsasında belə qənaətə gəlmişdir ki, İddiaçı, 2013-cü ildə Cavabdeh2 30.000 manat borc vermiş, habelə digər Cavabdeh3 başqasına qaytarmalı olduğu 25.000 manat pulu ödəmiş, lakin həmin vəsaitlər cavabdehlər tərəfindən iddiaçıya qaytarılmamışdır. Bununla belə, məhkəmə cavabdehlərin ərizəsi əsasında hər iki məbləğə iddia müddəti tətbiq edərək iddianı rədd etmiş və mövqeyini belə əsaslandırmışdır ki, 2013-cü ildə verilmiş 30.000 manat borcun qaytarılması barədə iddia xx.x x.2022-ci il tarixdə qaldırılmaqla iddia müddəti ötürülmüşdür. Cavabdeh3 isə 25.000 manat məbləğində əsassız varlanmışdır. Odur ki, MM-in 1095-ci maddəsində nəzərdə tutulan iki illik iddia müddəti keçmişdir (§ 17-18).
54. Kassasiya məhkəməsi aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
55. Əvvəla, iddiaçının 25.300 manat pul tələbinin əsassız varlanmaya söykənməsi barədə mövqe ilə bağlı qeyd olunmalıdır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş şəxs əsassız varlanan (varlanmış şəxs) sayılır. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür va rlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 41-43).
56. Göründüyü kimi, əsassız varlanma üçün aşağıdakı şərtlər təsbit olunmalıdır: cavabdehin əmlak əldə etməsi; bunu iddiaçının əmlakı hesabına əldə edilməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn əsasın olmaması. Qeyd olunan şərtlərdən birinin aşkar edilməməsi əsassız varlanma halını istisna edir.
57. Baxılan işdə apellyasiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh3 üçüncü şəxsə qaytarmalı olduğu 25.000 manatı ödəmişdir.
58. Bu hal adıçəkilən cavabdehin iddiaçının hesabına əmlak əldə etməsini göstərsə də, digər şərtin mövcudluğu - əldəetmənin qanuni və müqavilə əsasının olmadığı mə hkəmə tərəfindən əsaslandırılmamışdır.
59. Nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısındakı öhdəliyini borclunun əvəzinə üçüncü bir şəxs icra edilə bilər (şəxsə bağlı öhdəlik istisna olmaqla). Öz iradəsi ilə hərəkət edən üçüncü şəxs öhdəliyi borclunun tapşırığı və ya məlumatı əsasında, yaxud bunlar olmadan yerinə yetirə bilər. Bu cür mülki hüquq münasibətləri Mülki Məcəllədə öhdəliyin üçüncü şəxs tərəfindən icrası (§ 36-37), tapşırıq müqaviləsi (§ 38), özgə işlərini tapşırıqsız aparma (§ 40) kimi qaydalarla tənzimlənir.
60. Bu qaydaları özündə əks etdirən normalar eyni zamanda üçüncü şəxsin borclunun əvəzinə öhdəliyi icra etməsinin müqavilə və ya qanuni əsaslarını təşkil edir.
61. Ona görə də, borclunun əvəzinə kreditoru təmin edən üçüncü şəxsin borcluya qarşı tələbinin hansı qanuni əsasa uyğun olduğunu müəyyənləşdirmək işə mahiyyəti üzrə baxan məhkəmənin vəzifəsidir.
62. Belə ki, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən əvvəlcə tərəflərin bildirdiklərini və iş üçün əhəmiyyətli olan faktiki halları aydınlaşdırmalı, bu hallara uyğun gələn maddi hüquq normalarını tapmalı, onların dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) müəyyənləşdirməlidir. Əgər irəli sürülmüş tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
63. Baxılan işdə iddiaçının 25.300 manat pul tələbi üzrə yuxarıda göstərilən maddi hüquq normaları yoxlanılmadan əsassız varlanma qənaətinə gəlinmiş, hətta bu əsas üzrə də Cavabdeh3 əmlak əldə etməsinin hansı səbəbdən qanuni və müqavilə əsasının olmadığı göstərilməmişdir.
64. Qeyd edilənlər ona dəlalət edir ki, 25.300 manat pul tələbi üzrə tərəflər arasındakı hüquq münasibətinin həqiqi xarakteri lazımi şəkildə araşdırılmamış, bu tələbin mümkün qanuni əsas(ları), yəni cavabdeh(lər)in iddiaçı qarşısında hansı növ öhdəlik daşıması dəqiq şəkildə müəyyən edilməmişdir.
65. Halbuki, həmin hallar düzgün şəkildə müəyyən olunmadan tələbə hansı iddia müddətinin tətbiq ediləcəyini müəyyənləşdirmək mümkün deyil.
66. Məlum olduğu kimi, ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, əsassız varlanma tələbi üzrə iddia müddəti iki ildir. Eyni zam anda tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər (§ 27-29, 44).
67. Məhkəmə tərkibi onu da qeyd edir ki, iddia tələbinin qanuni əsası və ona tətbiq edilən iddia müddəti müəyyənləşdirildikdən sonra bu müddətin düzgün hesablanması da (müddətin axımının hansı tarixdən başlaması və nə vaxt başa çatması) mühüm əhəmiyyət kəsb edir. Çünki, iddia müddəti ötürülməmiş tələbin rədd edilməsi şəxsin tələb hüququnun kobud şəkildə pozulması ilə nəticələnir.
68. Mülki Məcəlləyə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kredi torun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (§ 31-32).
69. Apellyasiya məhkəməsi 30.000 manat və 25.300 manat pul tələbləri üzrə iddiaçının öz hüquqlarının pozulduğunu hansı tarixdən bildiyini və ya bilməli olduğunu dəqiqliklə qeyd etməmişdir.
70. Məlum olduğu kimi, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin (§ 33-35).
71. Baxılan işdə isə apellyasiya məhkəməsi müəyyən etdiyi borc müqaviləsi üzrə 30.000 manat, habelə digər hüquq münasibəti üzrə 25.300 manat pul tələblərinə hansı iddia müddətlərinin tətbiq olunduğunu, öhdəliklərin icra vaxtının, yəni iddia müddətlərinin axımının hansı andan və hansı əsasla başladığını, nə vaxt bitdiyini aydın şəkildə göstərməmişdir. Belə olan halda, iddia müddəti hazırkı işə qanuni və əsaslı şəkildə tətbiq edilmiş sayıla bilməz.
72. Beləliklə, yuxarıda qeyd edilənlər iş üzrə maddi hüquq normalarının (düzgün) tətbiq olunmadığına, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmadığına, qətnamənin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmadığına, nəticə etibarilə düzgün olmayan qətnamə çıxarıldığına dəlalət edir (§ 45, 48-49).
73. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qə naətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
74. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
75. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X5 X2 6-cı madd əsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 23-24).
76. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qət namədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (Cavabdeh1 şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008ci il tarixli qərarlar).
78. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
79. Təkrar apellyasiya baxışında tərəflərin izahat ları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilibedilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
80. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1177/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.