Məhkəmə qərarları › İş №2(102)-4143/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4143/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4143/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin, Cavabdeh2 qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ilkin, Cavabdeh2 dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiaları barədə mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-872/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabde h2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Baxılan iş üzrə birinci instansiya məhkəməsində icraat, apellyasiya instansiyası məhkəməsində birinci icraat, kassasiya instansiyası məhkəməsində birinci icraat, həmin icraatlar üzrə tələblərin və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırılması hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5357/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qərarında ətraflı qeyd olunmuşdur (bax: i.v. 325-338, İ cild; link: https://emehkeme.gov.az/signed/ShowEdoc?guid= da682502f5604541a8432c35d688b4c0.edoc Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

1. Gəncə Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-872/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 dekabr 2021-ci il tarixli qətnaməsi cavabdehlərdən 86.000 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə alınıb iddiaçıya verilməsi hissəsində dəyişdirilmiş və Cavabdeh2 Əzət oğlundan alınmalı olan məbləğ 50.700 ABŞ dolları məbləğində müəyyənləşdirilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

2. Məhkəmə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabde hlərlə şərikli təsərrüfat yaratmamışdır. Tərəflər arasında bununla bağlı tam ortaqlıq münasibətləri mövcud olmamış, müqavilə bağlanmamışdır. İddia olunan təsərrüfatda baş vermiş zərərin iddiaçı ilə cavabdehlər arasında bərabər surətdə bölüşdürülməsinin əsasları əmələ gəlməmişdir. Çünki, bu barədə tərəflər arasında ortaqlıq müqaviləsi yoxdur. Tərəflər arasında təsərrüfat ortaqlığının yaradılması, bununla bağlı müqavilə bağlanması, icarə müqaviləsinin olması, vergi orqanlarında qeydiyyata alınması barədə işdə heç bir sübut yoxdur. Ona görə də, sözügedən pula fermanın icarəyə götürülməsi, toyuq-cücə alınması, və digər xərclərin çəkilməsi barədə cavabdeh tərəfindən tərtib edilmiş, vergi orqanlarına təqdim olunmamış hesabat xarakterli sənədlərin heç bir sübut əhəmiyyəti olmadığını nəzərə alaraq, baxılan iş üzrə həmin sənədlər əsasında ekspertiza təyin olunmasına zərurət görülməmişdir. Bundan başqa, iddiaçı Cavabdeh2 adına müxtəlif vaxtlarda 86.000 ABŞ dolları göndərməsini bildirsə də, məhkəmə araşdırması zamanı bankla göndərilmiş 37500 ABŞ dollarını “Ziraatbank”dan iddiaçının götürərək Cavabdeh2 verdiyi 9200 ABŞ dolları və ilkin olaraq verilmiş 4000 ABŞ dolları, cəmi 50700 ABŞ dollarının iddiaçı tərəfindən Cavabdeh2 göndərilməsi müəyyən olunmuşdur. Bu işin mübahisəsiz halıdır və tərəflərin izahatı ilə təsdiq olunur.

3. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 11.1, 21.1, 21.2, 64.1, 64.8, 65.3.1, 74.1, 1096.1, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.1, 77.1, 78.1, 217.2, 218.1, 218.3 -cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

4. Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozaraq, iddianı qismən təmin edərkən Mülki Məcəllənin 82-85-ci maddələrinin əvəzinə Mülki Məcəllənin 74.1-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri üzrə düzgün hüquqi qiymətləndirmə aparılmamış və nəticədə iddiaçının qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququ pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, MPM-in 88-ci maddəsinin tələblərini pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

7. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

8. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) b aşa düşülür.

9. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

10. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə

11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir.

12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

14. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

15. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

16. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmir.

17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

19. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışın ın hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası işə şikayət həddində baxara q hesab edir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İş üzrə şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv olunmasına əsas verən prosessual hüquq normalarının kobud şəkildə pozulması halları müəyyən edilmir.

35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

36. Kassasiya şikayə tinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-872/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar