Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4151/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi və debitor borcu ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3651/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı İB tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla Cavabdeh **********00001 nömrəli abonent kodu verilmişdir.
2. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X3 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuşdur.
3. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək tərtib edilmiş çoxsaylı aktlara əsasən ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən, abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən cəmi 6121,99 manat dəymiş ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 6121,99 manat məbləğində dəymiş ziyan, 2509,95 manat debitor borcu və 106,32 manat dövlət rüsumu olmaqla, cəmi 8738,26 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq, iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı ərizəsini işin hallarına uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndlərinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacına müdaxilə edilməsi faktı aşkar olunmuş, qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında cəmi 6121,99 manat dəymiş ziyan, 2509,95 manat isə debitor borcu hesablanmışdır. Cavabdeh ziyan məbləğini ödəmədiyindən məhkəməyə müraciət olunmuşdur.
6. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək qeyd e tmişdir ki, faktiki olaraq 11 ildir ki, yoldaşından ayrı yaşayır, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən isə rəsmi ayrılmışdır. Barəsində aktların tərtib edildiyi ünvan 1 ünvanında yaşamır. Hətta bununla bağlı İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinə ərizə belə ünvanlamışdır. Ona görə də, hesab etmişdir ki, hazırkı iddiaya cavab verməli olan şəxs o deyildir, ona görə də, iddianın rədd olunmasını xahiş etmişdir.
7. Cavabdehin etirazını sübut etmək üçün təqdim etdiyi Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən, Cavabdeh, ünvan 3 ünvanında qeydiyyatdadır, 2012-ci il tarixdən hal-hazıra kimi həmin ünvanda yaşayır. 8. ünvan 4əsinin (bundan sonra – birinc i instansiya məhkəməsi) e-2(008)-761/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmənin mövqeyi onunla əsaslandırılmışdır ki, hazırkı işdə davamlı olaraq deliktin – təbii qazdan qeyri-qanuni şəkildə istifadə faktının məhz Cavabdeh tərəfindən törədilməsi halı iddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən araşdırılmış sübutlarla öz təsdiqini tapmamış, orada göstərilənlər sübuta yetirilməmişdir. Buna görə də, iddia tələbi dəymiş maddi ziyana görə hesablanmış pul məbləğinin ondan tutulması hissəsində təmin edilə bilməz. Eyni zamanda, Cavabdeh 2012- ci ildən ünvan 1 ünvanında yaşamaması mövcud iş materialları ilə təsdiqləndiyindən, sözügedən ünvan üzrə yaranmış sərfiyyat borcu da cavabdehdən tələb edilə bilm əz, ona görə iddia göstərilən hissədə də rədd edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini iddia tələbinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qe ydə alınmayan) hesablayaraq müvafiq aktlarla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.
13. Apellyasiya icraatı zamanı cavabdehin keçmiş həyat yoldaşı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3651/23 nömrəli, 04 iyul 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsini iddia etsə də, bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Əksinə, işin araşdırmış halları ilə iddiaçının dəlillərinin əsassız olması öz təsdiqini tapmışdır. Cavabdehin 2012-ci ildən bəri ünvan 1 ünvanında yaşamaması mövcud iş materialları ilə təsdiq edilmişdir. Cavabdeh bildirmişdir ki, o, 2012-ci ildən Şəmkir rayonunda yaşayır. 2021-ci ildə nikahı pozulmuş və uşaqların yaşayış yeri onun yanında müəyyən edilmişdir. Hətta bu barədə cavavdehin əri ilə məhkəmə mübahisəsi üzrə Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən rəy də verilmişdir. Uşaqlar faktiki olaraq ataları ilə Bakı şəhərində yaşadıqlarından E.Salayev tərəfindən ona qarşı iddia qaldırılmış və iddia təmin olunaraq uşaqların yaşayış yeri atalarının yanı müəyyən olunmuşdur. O, uzun illərdir Şəmkir rayonunda yaşayır, keçmiş həyat yoldaşı və uşaqları ilə heç bir əlaqəsi yoxdur.
16. Məhkəmə hesab etmişdir ki,iddiaçı cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar təbii qazdan istifadə etməsini, yəni cavabdeh tərəfindən ona birbaşa maddi zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətlərə yol verməsini sübuta yetirə bilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbi nin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
17. Cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz sayğacına müdaxilə edilməsi faktı aşkar olunmasına baxmayaraq iddiaçı tərəf cavabdehin faktiki olaraq həmin ünvanda yaşamadığı üçün, qaz sayğacına dair müqavilənin dəyişdirilməsi barədə ərizəsinə, eləcə də birinci instansiya məhkəməsində iddiaya cavab verməli olan şəxsin onun olmaması ilə bağlı dəlillərinə heç bir mövqe ifadə etməmişdir. İşin aşdırılmış halları ilə qazın talanması halı olmuş olsa da belə, burada cavabdehin təqsirli hərəkətləri olması faktı öz təsdiqi tapmamışdır.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir və həmin dəlillər əsassı z olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 21.1, 21.2, 1096, 1097.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”, Azərbaycan Respublikası MPM-in 14.2, 88, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində iddiaçı təşkilata vurulmuş maddi zər ər üzrə hesablanmış borc məbləğinin tutulması ilə bağlı iddianı təmin etməmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək cavabdeh tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir.
22. Kassator qeyd etmişdir ki, əgər istehlakçı qeydiyyata alındığı ünvandan köçmüşdürsə bu barədə paylayıcıya məlumat verməli idi və paylayıcı da həmin məlumat əsasında qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməli idi. Hazırki halda cavabdeh artıq uzun müddətdir ki, həmin ünvanda yaşamadığını bildirir, lakin iş materialları ilə də təsdiq olunur ki, cavabdehin həmin ünvanda yaşamadığını iddia etdiyi müddət ərzində sözügedən ünvanda həm sayğac vasitəsilə, bəzi hallarda isə sayğacda n kənar qeyri-qanuni birləşmə vasitəsilə daim təbii qazdan istifadə edilmişdir. Belə olan halda yenə də istehlakçı(cavabdeh) qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə də paylayıcıya (İddiaçı İB-yə) ziyan vurmuşdur. Əgər cavabdeh vaxtında qeyd olunan məsələ ilə əlaqədar iddiaçıya məlumat vermiş olsaydı sözügedən ünvana qazın verilişi dayandırılardı və nəticədə də hazırda tələb olunan borc məbləği yaranmazdı. Apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini də düzgün tətbiq etməmiş və qətnamə qəbul edərkən pozuntuya yol vermişdir.
23. Kassator həmçinin qeyd edmişdir ki,, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinas ı həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən (fotoşəkillərdə koordinat, tarix və saat öz əksini tapıb) də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda İddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmalara dair sübutların olmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı e tiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096. M ülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.
30. Maddə 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdi q edən plombu olmalıdır.
31. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
32. Maddə 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak et diyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
33. Maddə 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alğı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir.
34. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatm ış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
35. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticəl ərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı mübahisə abonentin cavabdehə məxsus ümumi qazpaylayıcı qaz xəttinə ayrı-ayrı vaxtlarda qanunsuz qoşulmaqla təbii qazdan sayğacdan kənar istifadə edib-etməməsinin, həmçinin debitor borcunun olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır.
49. Nəzərə alınmalıdır ki, tələb olunan borcun cavabdeh tərəfindən real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz iddiaçı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.
50. İşə baxmış məhkəmələr təbii qazdan sayğacdan kənar istifadə olunmasına dair işin mübahisələndirilən halları üzrə araşdırma apararaq qeyd etmişdir ki, hazırkı işdə davamlı olaraq deliktin – təbii qazdan qeyri-qanuni şəkildə istifadə faktının məhz Cavabdeh tərəfindən törədilməsi halı iddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən araşdırılmış sübutlarla öz təsdiqini tapmamış, orada göstərilənlər sübuta yetirilməmişdir. əksinə olaraq, Cavabdeh 2012-ci ildən bəri ünvan 1 ünvanında yaşamaması mövcud iş materialları ilə təsdiq edilmişdir.
51. Apellya siya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar təbii qazdan istifadə etməsini, yəni cavabdeh tərəfindən ona birbaşa maddi zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətlərə yol verməsini sübuta yetirə bilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
53. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin ha llar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(103)-3651/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.