Məhkəmə qərarları › İş №2(102)-4152/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4152/2021

13.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4152/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4152/21 (Açar sözlər: zərərin əvəzinin və borcun ödənilməsi, tələbin qismən sübut edilməsi) Bakı şəhəri, 13 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2372/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayəti üzrə işə 13 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh 07 aprel 2017-ci il tarixli, 9352 saylı müqavilə əsasında Bakı şəhəri, Suraxanı rayonu, Aşağı qəsəbə küçəsi, 8 “a” saylı ev üzrə təbii qazdan istifadə edir.

2. İddiaçı tərəfindən cavabdehə təbii qazın sərfiyyatına görə borc və qanunsuz qoşulmaya görə zərər hesablanıb. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 7045,40 manat zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7075,40 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh məxsus fərdi yaşayış evinə **********00081 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1502AZ**********05 nömrəli qaz sayğacı quraşdırılmışdır.

5. Cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin və “X1”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır.

6. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X1n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 22 noyabr 2017-ci il tarixli ******* saylı akta əsasən 281,80 manat, 29 noyabr 2017-ci il tarixli ******* saylı akta əsasən 64,80 manat, 07 fevral 2018-ci il tarixli ******* saylı akt əsasında 234,40 manat, 14 mart 2018-ci il tarixli ******* saylı akt əsasında 517,40 manat, 21 iyun 2018- ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, 27 iyul 2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, 30 avqust 2018-ci il tarixli ******* saylı akt əsasında 219.60 manat, 31 yanvar 2019-cu il tarixli ******* saylı akt əsasında 549 manat, 28 fevral 2019-cu il tarixli *** **** saylı akt əsasında 109,80 manat, 29 mart 2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 30 aprel 2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, 30 may 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30 sentyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat, 30 oktyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29 noyabr 2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, 30 dekabr 2019-cu il tarixli, ******* saylı akt əsasında 252 manat, 30 yanvar 2020-ci cu il tarixli, ******* saylı akt əsasında 252 manat, 28 fevral 2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, 05 mart 2020-ci il tarixli, ******* saylı akt əsasında 42 manat, cəmi 4670 manat məbləğində dəymiş ziyan hesablanmışdır.

7. Bundan əlavə, ca vabdehin 2013-cü ilin noyabr ayına kimi sərfiyyata görə borcunun məbləği 1916,65 manat, 2019-cu ildən hazıra kimi isə 628 manat təşkil edir.

8. Cavabdeh borcundan 90 manat ödəniş etmiş, 79.41 manat isə borca görə tutulma aparılmışdır. Belə olduğu halda cavabdehin 7045,40 manat borcu yaranmışdır.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 386, 442, 443.1, 448.2-ci maddələrinə istinad etmişdir.

11. Cavabdeh iddianı qismən qəbul edərək göstərib ki, İddiaçı ilə 07 aprel 2017-ci il tarixli 9352 saylı müqavilə imzalamış və ona məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. 2017-ci ildə həqiqətən qaz xəttinə qanunsuz qoşulma halı olmuş, bununla əlaqədar məhkəmə araşdırılması aparılmış və o, bu halı etiraf etmiş və ondan İddiaçı xeyrinə 217,20 manat məbləğdə pul vəsaitini n tiutulması barədə qərar qəbul olunmuşdur. Əslində, hazırda İddiaçı ilə onun arasında iki müqavilə mövcuddur. Belə ki, bunlardan biri əvvəl həmin ünvanda yerləşən, lakin ayrıca xətti olan qayınanasına aid evlə bağlı olmuş, sonradan isə müqavilə onun adına rəsmləşdirilmişdir. Sərfiyyata görə borcunu vaxtıvaxtında ödəsə də, maddi çətinlikləri ilə əlaqədar borcunu tam ödəyə bilmədyindən qazın sərfiyyatına görə borc yığılması mümkündür, lakin iddia tələbində qeyd olunan tələb üzrə bu məbləğ şişirdilmişdir. Qaz xəttinə özbaşına qoşulma halları ilə bağlı isə aktlardan xəbəri olmamış, həmin aktlar ona təqdim olunmamışdır. Qaz sərfiyyatına görə borcunun müəyyən edilərək həmin vəsaitin ondan tutulması barədə qətnamə qəbul edilməsinə etiraz etmir, qalan hissədə isə iddianı qəbul etmir.

12. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3635/2020 nömrəli, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 218,20 (iki yüz on səkkiz manat 20 qəpik) manat və təbii qazdan istifadəyə görə yaranmış 628,20 (altı yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat məbləğində borcun, eləcə də 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 866,40 (səkkiz yüz altmış altı manat qırx qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Anar Qasımov)

13. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçı tərəfindən 22 noyabr 2017-ci il tarixli ******* saylı akta əsasən 281,80 manat, 29noyabr 2017-ci il tarixli * ****** saylı akta əsasən 64,80 manat,07fevral 2018-ci il tarixli ******* saylı akt əsasında 234,40 manat, 14mart 2018-ci il tarixli ******* saylı akt əsasında 517,40 manat, 21 iyun 2018- ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, 27 iyul 2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat, 30avqust 2018-ci il tarixli ******* saylı akt əsasında 219.60 manat, 31 yanvar 2019-cu il tarixli ******* saylı akt əsasında 549 manat, 28fevral 2019- cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 29mart 2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat, 30aprel 2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat, 30 may 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30 sentyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 97,20 manat, 30oktyabr 20 19-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29 noyabr 2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, 30dekabr 2019-cu il tarixli, ******* saylı akt əsasında 252 manat, 30yanvar 2020-ci cu il tarixli, ******* saylı akt əsasında 252 manat, 28fevral 2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, 05mart 2020-ci il tarixli, ******* saylı akt əsasında 42 manat dəymiş zərər hesablanmışdır.

14. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdeh tərəfindən **********00081 nömrəli abonent kodu ilə təbii qazdan istifadə edilməsi və həmin qazın istifadəsinə görə borcunu ödəməməsi abonent saldosundan görünsə də, müəyyən edilir ki, həmin borcun bir hissəsi – 1916,65 qəpik 2013-cü ilə qədər yaranmış borc, 628.20 qəpik isə 2016-cı ildən sonra yaranmış borcdur. Cavabd ehin istifadə etdiyi təbii qaza görə borcunu ödəməməsi sonuncunun “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə görürdüyü öhdəlikləri yerinə yetirməməsi kimi qiymətləndirilməlidir. Bununla belə cavabdehin 2013-cü ilə qədər yaranmış borcun ödənilməsi ilə bağlı məsuliyyəti istisna edilir. Çünki abonent haqqında məlumatlara əsasən cavabdeh tərəfindən həyata keçirilmiş vaxtaşırı ödənişlər müddəti ötmüş qalıq borcuna görə deyil, aylıq təbii qazın sərfiyyatına görə həyata keçirilmişdir.

15. Birinci instansiya məhkəməsi öhdəliklərin xitamı haqqında qanunvericilik normalarına istinad edərək, belə nəticəyə gəlib ki, cavabdehin iddiaçıya olan 2013-cü il tarixə hesablanmış 1916.65 manat məbləğində borcun ötən beş ild ən artıq müddət ərzində İddiaçı ASC tərəfindən tələb edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülmədiyindən, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal olmadığından iddiaçının iddia tələbi təmin olunmamalıdır. Bununla belə, 628,20 manat pulun tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Qanunsuz qoşulma ilə bağlı aktlara görə pul tutulmasına dair iddia tələbi üzrə isə birinci instansiya məhkəməsi “Qaz təchizatı haqqında” Qanunun 3.4-cü maddəsinə istinadən qeyd edib ki, Qanunun tələbinə görə akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli olduğu halda, müvafiq aktlar istehlakçıya təqdim edilməmiş, istehlakçı həmin aktla tanış edilməmiş və akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır.

17. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı birinci aktın tərtib olunmasından sonrakı üç il ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmamasını əsaslandıra bilməyib. Digər tərəfdən ilk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdi. Bununla yanaşı, iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunmuş olur. Cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və cavabdehə məxsus olan evə aid olması müəyyən edilməmiş olur. Belə olan halda da cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz.

18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ötürülən qaza və qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iddiaçı daşıyır. MPM-nin 77.2-ci maddəsinə görə də dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

19. Birinci instansiya məhkəmə si sonda belə nəticəyə gəlib ki, iddia qismən təmin olunmalı və təbii qazdan istifadəyə görə yaranmış cəmi 628,20 manat məbləğində borc, eləcə də qanunsuz qoşulma nəticəsində akta görə hesablanmış 281,80 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

20. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 527.1, 551.2.1, 552.1, “Qaz təchizatı haqqında” Qanunun 3.4, 13, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın müvafiq bəndlərinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı qətnamədən apelyasiya şikayəti verib.

22. Apelyasiya şikayətinin dəlilləri: - cavabdeh 2019-cu ildən etibarın hazırki vaxta qədər heç bir ödəniş etməyib. İstehlakçının altı ilə yaxın müddətdə ödəniş etmədən təbii qazdan hansı formada istifadə etməsi araşdırılmayıb; - cavabdeh sayğacdankənar xətt vasitəsilə təbii qazdan istifadə etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2372/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3635/2020 nömrəli 28 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı İB-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi) Qürbət Əsgərov, Vahid Sadıqov)

24. Apellyasiya məhkəməsi də müəyyən etmişdir ki, cavabdeh tərəfindən həyata keçirilmiş vaxtaşırı ödənişlər müddəti ötmüş qalıq borcuna görə deyil, aylıq təbii qazın sərfiyyatına görə həyata keçirilmişdir. Cavabdehin iddiaçıya olan 2013-cü il tarixə hesablan mış 1916.65 manat məbləğində borcun ötən beş ildən artıq müddət ərzində İddiaçı ASC tərəfindən tələb edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülmədiyindən, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal olmadığından iddiaçının iddia tələbi təmin olunmamalıdır. Həmçinin abonent haqqında məlumatlara əsasən cavabdeh tərəfindən həyata keçirilmiş vaxtaşırı ödənişlər müddəti ötmüş qalıq borcuna görə deyil, aylıq təbii qazın sərfiyyatına görə həyata keçirilmişdir. Bundan başqa, iddiaçı tərəf birinci aktın tərtib olunmasından sonrakı üç il ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmamasını əsaslandıra bilmir.

25. İddiaçı tərəfindən cavabdehə hesablanmış 2750.20 manat məbləğində borcun məhz abonenti n sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə etməsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı əsaslı sübutlar təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı “Azəriqa” İstehsalat Birliyi qətnamədən kassasiya şikayəti verib, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi, iddianın təmin olunmayan hissəsində işin yeni apellyasiya baxışına qaytarılmasının xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri: - mübahisə cavabdehin qaz sayğacına müdaxilə etməsi səbəbinə görə deyil, qaz sayğacına ayrı-ayrı vaxtlarda qanunsuz qoşulması səbəbindən yaranıb; - apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulub. - cavabdehin borcunun məbləği barədə düzgün araşdırma aparılmayıb. b) Kassasiya şikayətinə qarşı tərəin etirazının dəlilləri

28. Kassasiya şikayətlərinə qarşı tərəfin etirazları daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

30. Cavabdeh vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamam ilə və ya qismən xitam verilir. Maddə 551.2.1. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Maddə 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. “Qaz təchizatı haqqında” Qanun Maddə 13, 8-ci hissə. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı ist ehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1» Bənd 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Bənd 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmay araq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda ( götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Bənd 6.5 və 6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna ol unmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdır ılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahid liyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının iddianın təmin edilməyən hissəsində ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsindən də iddiaçı apellyasiya şikayəti verib, apellyasiya baxışının predmeti də iddiaçının apellyasiya şikayəti üzrə həmin hissə olub. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

35. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

36. İddia tələbi cavabdehin təbii qazdan istifadəyə görə yaranmış borcunun ödənilməsi barədədir.

37. Borc məbləği iki hissədən – qeyri-qanuni qoşulma nəticəsində aktlar əsasında hesablanmış 4670,00 manat maddi ziyan və 2544,85 manat sayğac borcundan ibarətdir. 2544,85 manat sayğac borcunun 1916,65 manatı 2013-cü ilədək yaranmış borc, 628,20 manatı isə 2013-cü ildən sonra yaranmış borcdur, həmçinin cavabdeh tərəfindən edilmiş 90 manat və 79,41 manat ödəniş həmin borcdan çıxılmaqla, borcun məbləği 7045,40 manat təşkil etmişdir.

38. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə cavabdehin iddiaçıya hesabladığı 1916.65 manat borc 2013-cü il tarixədək olan dövrə düşür və borcun ötən beş ildən artıq müddət ərzində İddiaçı ASC tərəfindən tələb edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülməyib, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal yoxdur.

39. Bu baxımdan 2013-cü ildən sonra yaranmış sayğaqc üzrə 628,20 borc cavabdehdən tutulub. Həmin hissə hazırda mübahisə predmeti deyil.

40. İddiaçı qeyri-qanuni qoşulma nəticəsində aktlar əsasında hesablanmış maddi ziyanın qismən tutulmasından narazıdır və həmin h issədə iddianın tam təmin olunmasını xahiş edir.

41. Məhkəmələr həmin borc məbləği hissəsində iddianı yalnız birinci akt üzrə hesablanmış məbləğ hissəsində təmin edərkən ona istinad ediblər ki, iddiaçı birinci aktın tərtib olunmasından sonrakı üç il ərzində kənar xəttin hansı səbəbdən işlək vəziyyətdə saxlanmasını və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmamasını əsaslandıra bilməyib. Digər tərəfdən ilk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdi. Bununla yanaşı, iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyy ən olunmuş olur. Cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və cavabdehə məxsus olan evə aid olması müəyyən edilməmiş olur. Belə olan halda da cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. Həmçinin akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmiş, istehlakçı həmin aktla tanış edilməmiş və akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır.

42. Məhkəmə kollegiyası məhkəmələrin qeyd edilən hissədə iddia tələ bi ilə bağlı mövqeyini əsaslı sayır.

43. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməyən hissəsində tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğundur.

44. Apellyasiya məhkəməsi bütün sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2372/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hiss ədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar