Məhkəmə qərarları › İş №2(102)-4153/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4153/2020

23.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4153/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh vəkili X5 və İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və XXX oğlunun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(005)-860/2018, hakim R.N.Quliyev) İddiaçı Cavabdeh və XXX oğluna qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh qətnamə icra edilən günə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq 107.000 ABŞ dollarının alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, ilk iddia qalan hissələrdə, Cavabdeh İddiaçı qarşı borcun qaytarılması tələbinə dair qarşılıqlı iddiası və müstəqil tələb irəli sürən 3-cü şəxs X1 Cavabdeh və XXX oğluna qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-5762/2019, hakimlər İ.K.Xəlilov, X.A.Cəmilova və İ.Ə.Kərimli) İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, X1 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə X2 aid hissədə ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, qətnamə icra olunan tarixə Azərbaycan manatının məzənnəsinə uyğun olaraq Cavabdeh X1 xeyrinə 10.000 ABŞ dolları pulun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-6576/2019, hakimlər A.Ə.İsgəndərov, Ə.A.Əhmədov, İ.K.Dəmirov)Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi İddiaçı və X1 iddialarının təmin olunması hissəsində ləğv edilmiş və iş həmin hissələrdə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-723/2019, hakimlər E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, X1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya baxışının predmetini təşkil edən hissədə - ilk iddianın qismən təmin edilərək Cavabdeh qətnamə icra edilən günə Azərbaycan manatının məzənnəsinə uyğun 107.000 ABŞ dolları məbləğində pulun alınıb İddiaçı ödənilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh xx.xx.2015-ci il tarixli müqavilə üzrə 100.000 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan manatı ilə məzənnəsi ilə və 2500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə, o cümlədən Cavabdeh mübahisələndirdiyi digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh və XXX oğlu verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya ilk iddianın və üçüncü şəxsin iddiasının rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2017-ci il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, XXX oğlunu da cavabdeh qismində göstərməklə cavabdehlərdən vurduqları zərərə görə 404.425 ABŞ dolları, dəzgah və avadanlığa görə 7.000 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 53.000 ABŞ dolları və 21.000 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 isə Cavabdeh və XXX oğluna qarşı müstəqil tələb irəli sürərək, cavabdehlərdən ona borclu olduqları 10 000 ABŞ dollarının, bu pulu qaytarmamaqla ona vurmuş olduqları maddi ziyan qismindəbankın uçot dərəcəsi ilə hesablanmış 10.000 ABŞ dollarının, həmçinin borcun ödəniləcəyi günə qədər bu məbləğə hesablanacaq bank uçot dərəcəsinə uyğun faiz məbləğinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator kassasiya şikayətini onunla əsaslandırmışdı r ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən təqdim edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorların vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, ilkin iddiaçının nümayəndəsi isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2015-ci il tarixdə İddiaçı və Cavabdeh arasında sadə yazılı formada müqavilə bağlanmış, müqavilə şərtlərinə əsasən İddiaçı, 110.000 ABŞ dolları dəyərində malları (travertin, oniks, mərmər, qranit) Cavabdeh satmağı, Cavabdeh isə həmin məbləğin 40.000 ABŞ dollarını xx.xx.2015-ci il tarixində və mal satıldıqca 60.000 ABŞ dollarını ona, 10.000 ABŞ dollarını Sahib Baxşəliyevə ödəməyi öhdələrinə götürmüşlər. İslam Abdıyev müqavilə öhdəliklərini yerinə yetirdiyini, müqavilədə nəzərdə tutulan malları, həmçinin 7.000 ABŞ dolları dəyərində daş kəsən dəzgahı Cavabdeh təhvil v erdiyini bildirərək müvafiq iddia tələblərini irəli sürmüş, Cavabdeh isə əvvəlcə belə müqavilənin mövcudluğunu inkar etsə də, məhkəmə prosesinin gedişində sözügedən malları və dəzgahı aldığını etiraf etmiş, lakin malların dəyərini ödədiyini və 13.000 ABŞ dolları borcunun qaldığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələ b etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh müqavilədə nəzərdə tutulmuş malları, habelə daş kəsən dəzgahı İddiaçı aldığını etiraf etdiyindən, İddiaçı müvafiq halı sübutetmə vəzifəsindən azad olmaqla, malların dəyərini qismən ödəmiş olduğunu sübut etmək bilavasitə Cavabdeh üzərinə düşməkdədir. Cavabdeh isə malların və dəzgahın dəyərini ödəmiş olduğuna dair heç bir sübut təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsinin ondan mallara görə 100.000 ABŞ dollarının İddiaçı xeyrinə tutulmalı olması barədə gəlinən nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Cavabdeh daş kəsən dəzgaha görə 7000 ABŞ dolları tutulması tələbin ə dair hissədə apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iş materiallarından tərəflərin (İddiaçı və Cavabdeh) dəzgahın dəyərini 7000 ABŞ dollarına razılaşdırdıqları müəyyən olunmur – onların biri-birlərinə qarşı cinayət təqibi orqanlarına etdikləri şikayət əsasında toplanmış materialda verilən izahatlardan isə aydın olur ki, İsax həmin dəzgahı Ədalət adlı şəxsə 2500 manata satmışdır. Bu halda, sözügedən dəzgaha görə Cavabdeh yalnız 2500 manat pul tutula bilər. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin Sahib Baxşəliyevin iddia tələbi üzrə gəldiyi nəticə ilə də razılaşaraq hesab etmişdir ki, ona aid malların Cavabdeh verildiyi sübuta yetirilməmiş, məhz malları təhvil verən şəxs kimi təqdim olunan Alxan Nəbiyev özü birinci instansiya məhkəməsində şahid qismində ifadə verərkən Sahib Baxşəliyevə aid malları Cavabdeh təhvil vermədiyini, malları Sahib Baxşəliyevin özünə qaytardığını göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinəəsasən, qətnamə işüzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə işüzrə müəyyən edilmiş həqiqi hallara və qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şi kayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar