Məhkəmə qərarları › İş №2(102)-4155/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4155/2022

24.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4155/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma, mənzilə istifadə hüququnun itirilməsi və mənzilin tamamilə boşaldılması tələbinə dair iddiası barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2180/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları

1. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)127/2013 saylı, 10 iyun 2013-cü il tarixli qətnaməsinin surətinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında 10 sentyabr 2009-cu il tarixli, 286 saylı kredit müqaviləsi üzrə 55650 manat əsas borc və 16630 manat faiz borcu, 05 may 2010-cu il tarixli 106 saylı kredit müqaviləsi üzrə 59500 manat əsas borc, 17752 manat faiz borcu, 30 manat dəbbə pulu və məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq, İddiaçı ASC-nin hesabına keçirilməsi, tutulacaq məbləğin kredit in təminatı kimi ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0,079 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 12 mərtəbəli binada 215,11 kv metr ümumi, 122,9 kv metr yaşayış sahəsindən ibarət 5 otaqlı, 7 nömrəli mənzilə tutmanın yönəldilməsi və həmin mənzilin açıq hərracda satışa çıxarılması, satışdan əldə edilmiş vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalı olan pul vəsaitinin ödənilməsi, mənzilin satışından əldə olunmuş vəsaitin borcun ödənilməsindən artıq qalan hissəsinin borclu Cavabdeh1 verilməsi, borclu Cavabdeh1 həmin mənzildən çıxarılması, keçirilmiş ekspertizaya görə 70 manat məbləğində məhkəmə xərcinin 35 manatının İddiaçı ASC-yə, 35 manatının isə Cavabdeh1 aid edilməsi qət ol unmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4820/2013 saylı, 01 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2013-cü il tarixli qətnaməsinin qismən, 05 may 2010-cu il tarixli 106 saylı kredit müqaviləsi üzrə 59500 manat əsas borc, 17752 manat faiz borcu, 30 manat dəbbə pulu üzrə tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində istifadədə olan 0,079 ha torpaq sahəsində yerləşən 14 nömrəli binanın 7 nömrəli mənzilə yönəldilməsi hissəsində ləğv edilərək, həmin hissədə İddiaçı ASC-nin iddia ərizəsinin təmin olunmaması, qalan hissədə qətnamənin Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qə t edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ASC (bundan sonra-iddiaçı)məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları Xədicə Sultanova və İbrahim Sultanovla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 14 saylı evin 7 saylı mənzilindən çıxarılmaları, mənzilin tamamilə boşaldılması, mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi və Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları X1 və X2 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinə dəyisiklik edərək, yetkinlik yaşına çatmayan X1 və X2 cavabdehlər sırasından çıxarılması, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 onun yetkinlik yaşına çatmayan övladları Xədicə Sultanova və İbrahim Sultanovla birlikdə bankın mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 14 saylı evin 7 saylı mənzilindən çıxarılmaları, mənzilin tamamilə boşaldılması və mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları Xədicə Sultanova və İbrahim Sultanovun mənzilən istifadə hüquqlarının itirilmiş hesab edilərək, xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC 18 noyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Bakı şəh əri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 14 saylı evin 7 saylı mənzilini alaraq tam mülkiyyət əldə etmişdir. Hal-hazırda cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaları və qeydiyyatda qalmaları Bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir, bankın mülkiyyətində olan mənzil üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən cavabdehlərin Bankın mülkiyyətində olan mənzilə dair hüquqları itirilmiş hesab edilməklə çıxarılmalı və mənzil tamamilə boşaldılmalıdır.

5. İş materiallarında olan, 18 noyabr 2020-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilənin və 47/04-03 saylı protokolun surətinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzili Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4820/2013 saylı, 01 noyabr 2013cü il tarixli qətnaməsinə əsasən hərrac vasitəsi ilə iddiaçıya satılmış, bankın həmin mənzil üzərindəki hüquqları 22 aprel 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq onun adına müvafiq çıxarış verilmişdir.

6. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki 14 nömrəli evin ümumi sahəsi 215,11 kv metr olan 7 nömrəli mənzili iddiaçının xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə daşınmaz əmlakın Dövlət reyestrində 22 aprel 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

7. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli Arayışlarına əsasən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan övladları xx.xx.2007-ci il təvəllüdlü X3 və 21 fevral 2013-cü il təvəllüdlü X4 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzilində qeydiyyatdadırlar.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2(001)-5458/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə(hakim F.Hətəmzadə) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə İddiaçı A SC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzilindən çıxarılmaları, mənzilin tamamilə boşaldılaraq, mülkiyyətçi İddiaçı ASC-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən 14 saylı evin 7 saylı mənzili üzərindəki istifadə hüquqlarına xitam verilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli mənzil üzərindəki hüquqları mülkiyy ət hüquqlarının müdafiəsi kontekstindən qorunmalıdır. Mənzilin Bankın mülkiyyətinə keçməsi keçmiş mülkiyyətçinin bank qaşısındakı öhdəliyini vaxtında yerinə yetirməməsi ilə bağlıdır. Bank qanuni əsaslarla ipoteka ilə yüklü olunmuş əmlak üzərində hüquqlar əldə etmişdir. Belə olan halda iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və onun mənafeyi üstünlük təşkil edir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152 və 152.5-ci, “İpoteka haqqında” qanunun 59.3 və 59.4 və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 2.3 və 9.5 maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh3 (bundan sonra-cavabdeh) nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv e dilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2180/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A. Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və F.Ş.Talışinskidən ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin prosessual hüquq normalarını pozması, sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğyn qiymət verməməsi, işin faktiki hallarını araşdırmaması, tərəflərin çəkişmə prinsipinə riayət etməməsi qeyd edilsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim olunmamışdır. Odur ki, apelyasiya şikayətinin həmin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi digər dəlilləri də əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zərurət yoxdur.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152 və 152.5-ci, “İpoteka haqqında” qanunun 59.3 və 59.4-cü və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 2.3 və 9.5-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya ş ikayətinin dəlilləri

15. Cavabdeh Sultanov Bahəddin Abdulla oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 09 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh Azərbaycan Respublikası Konstitusyasının 60-cı və 127-ci maddəsinin 4-cü və 7-ci hissələrinə, İnsan Hüquq və X5 Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə və MPM-nin 9, 14.1 və 88-ci maddələrinə istinad edərək, kassasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağı instansiya məhkəmələri tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, işə baxarkən obyektiv araşdırma aparmamış, cavabdeh tərəfin təqdim etdtiyi sübutlara, tam, hərtərəfli və obyektiv baxmamış, bu sübutla ra düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmələr heç bir ciddi əsaslandırma etmədən sadəcə formal mülahizələrə əsaslanıb qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2180/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

20. Maddə 13.1. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Maddə 29.1 və 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

23. Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakın ı geri tələb edə bilər.

26. Maddə 157.4. Mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İpoteka haqqında” qanun

27. Maddə 59.3. İpoteka qoyulmuş mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 (bir) ay ərzində tərk etməlidirlər.

28. Maddə 59.4. Nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafıq olaraq tutmanın yönəldilmə si barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanun

29. Maddə 2.3. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

30. Maddə 9.5. Şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

1. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasi ya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisləndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

2. Cavabdehin iddiaya etirazının əsası kimi kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razılaşır, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət görmür.

3. Od ur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2180/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar