Məhkəmə qərarları › İş №2(102)-4155/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4155/2023

25.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4155/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh İddiaçı2 qarşı ilk və İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızının, İddiaçı6 və İddiaçı3 İddiaçı1, Cavabdeh2, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı birləşdirilmiş iddia tələbləri barədə iş üzrə QƏRARI (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüq ar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair ilk və iddiaçılar İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızının, İddiaçı6 və İddiaçı3 cavabdehlər İddiaçı1, Cavabdeh2, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və s.” tələblərinə dair birləşdirilmiş mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(107)-14/2023 nömrəli, 23 avqust 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı1 cavabdeh İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə istifadəyə mane olan hallara son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçılar İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 cavabdehlər İddiaçı1, Cavabdeh2 və Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinə, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üç üncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-172A Kod 40613018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli, reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında iddiaçıların xüsusi mülkiyyətlərinə verilmiş 1,14 ha həyətyanı torpaq sahəsinin zəbt olunmuş hissəsindən cavabdehlərin çıxarılması, hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi və cavabdeh İddiaçı1 tərəfindən qanunsuz bağlanılmış gediş-gəliş yolunun açılaraq maneələrin aradan qaldırılması, ödədikləri 10 manat məbləğind ə dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. Qəbələ Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

4. Qəbələ Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(025)-52/2020 nömrəli qətnaməsi ilə (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim A.B.Əliyev) İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə olan hallara son qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçılar İddiaçı2, İddiaçı4, Osmanova (Babayeva) Türanə Oqtay qızı, İddiaçı6 və İddiaçı3 cavabdehlər X2, Cavabdeh2, Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinə və müstəqil tələb irəli sürməyən şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini n Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddiasının təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 05 mart 2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ına əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı5 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində 1,14 ha həyətyanı torpaq sahəsinin 0,0588 ha hissəsindən cavabdeh İddiaçı1, 0,20 ha hissəsindən Cavabdeh2 çıxarılması və hörülmüş dəmir tor hasarın onların hesabına sökülməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ına əsasən İddiaçı2, İddiaçı4, İddiaçı3, İddiaçı6 və İddiaçı5 birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mirzəbəyli kəndində 1,14 ha həyətyanı torpaq sahəsinə Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsinin mülkiyyətində olan, İddiaçı1 tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması və X5 tərəfindən maneələrin aradan qaldırılması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

5. İddiaçı1 və birləşdirilmiş iş üzrə Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, müvafiq olaraq ilk iddianın təmin edilməsini, birləşdirilmiş iddianın isə təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

6. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 05 noyabr 2020-ci il tarixli, 2(107)-2051/2020 nömrəli qətnaməsi ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), İ.Məlikov, A.Mahmudov) apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

7. İddiaçı (birləşdirilmiş iddia üzrə cavabdeh) İddiaçı1 kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qə bul edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra - kassasiya instansiyası məhkəməsi) 2(102)-2414/2021nömrəli, 24 may 2021-ci il tarixli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva, A.Abbasov) iddiaçı (birləşdirilmiş iddia üzrə cavabdeh) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. d) Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

9. İşə yenidən baxan apelyasiya instansiya məhkəməsinin (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), G.Cavadova, E.Mehdiyev) 8 iyun 2023-cü il tarixli, 2(102)14/2023 nömrəli qətnaməsi ilə İddiaçı1 və birləşdirilmiş iş ü zrə Cavabdeh2 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qismən, yəni hörülmüş dəmir tor hasarın İddiaçı1 və Cavabdeh2 hesabına sökülməsi, İddiaçı1 tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbi “Hörülmüş dəmir tor hasarın İddiaçı1 və Cavabdeh2 hesabına sökülməsi, İddiaçı1 tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması”na dair hissədə rədd edilməsi, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Cavabdeh2, kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edildiyi ona aid hissədə ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsində müəyyən edil miş hallar və sübutlar əsasında iddia tələblərinin ona aid hissədə bütünlüklə rədd edilməsinə xahiş etmişdir.

11. Apellyasiya instansiyası məhkəməsinin 2(107)-14/2023 nömrəli, 23 avqust 2023-cü il tarixli qərardadı ilə (hakimlər E.Mehdiyev (məruzəçi), Ə.Məcidov və G.Cavadova) Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

12. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə verilmişdir. Kassasiya şikayəti elektron imza ilə yalnız vəkil Nümayəndə tərəfindən imzalanmışdır. Kassasiya şikayəti Cavabdeh2 tərəfindən fiziki qaydada imzalansa d a, elektron qaydada cavabdeh tərəfindən imzalanmamışdır. 11 avqust 2021-ci il tarixli etibarnamədə Cavabdeh2 tərəfindən MPM-in 74.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlər, o cümlədən məhkəmə aktından şikayətin verilməsi səlahiyyəti Nümayəndə verilsə də, həmin etibarnamənin müddəti 11 avqust 2023-cü il tarixdə bitmişdir.

13. Məhkəmə qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2, 10-1.3, 10-1.7, 69.2, 407.3, 408.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh X3 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi qənaət əsassızdır və məhkəmə qeyd olunan normaların tələblərini düzgün şərh etməyərək, gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. Belə ki. kassasiya şikayətinin elektron qaydada yalnız vəkil tərəfindən imzalanması ilə bağlı qeyd edilməlidir ki, şikayətin mahiyyəti üzrə baxılması üçün yetərli olmuşdur. Bununla da, məhkəmənin qəbul etdiyi qərardadla onun “məhkəməyə çatımlılıq” hüququ pozulmuşdur. b)

16. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməs i, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

18. Maddə 10.1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

19. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron im zadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

20. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

21. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

22. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və pr osessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh X1 şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyas iya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, müəyyən olunduğu kimi kassasiya şikayəti elektron imza ilə yalnız vəkil Nümayəndə tərəfindən imzalanmışdır. Kassasiya şikayəti Cavabdeh2 tərəfindən fiziki qaydada imzalansa da, elektron qaydada cavabdeh tərəfindən imzalanmamışdır. 11 avqust 2021-ci il tarixli etibarnamədə Cavabdeh2 tərəfindən MPM-in 74.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlər, o cümlədən məhkəmə aktından şikayətin verilməsi səlahiyyəti Nümayəndə verilsə də, həmin etibarnamənin müddəti 11 avqust 2023-cü il tarixdə bitmişdir.

29. Göstərilənlər baxımından apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iş üzrə tərəf olan işdə iştiak edən şəxs şikayəti imzalamamış, vəkilə isə verilən etibarnamənin müd dətinin ötməsi səbəbindən həmin şəxsin adından şikayəti imzalamaq səlahiyyəti olmamışdır.

3. Hazırkı şikayət təqdim edildiyi məqamda onu imzalayan nümayəndənin imzalamaq səlahiyyətinin olmaması apellyasiyanın qeyri-mümkün sayılması üçün əsasdır.

4. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsinin mövqeyi qanunvericiliyə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

5. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

6. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-14/2023 nömrəli iş üzrə 23 avqust 2023-c ü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar