Məhkəmə qərarları › İş №2(102)-4156/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4156/2019

20.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4156/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Qarayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İd diaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - ************* saylı kredit razılaşması üzrə əsas borc üzrə 15499.04 (on beş min dörd yüz doxsan doqquz dollar 04 sent) ABŞ dolları, faiz borcu üzrə 4058.40 (dörd min əlli səkkiz dollar 40 sent) ABŞ dolları və 897.8 (səkkiz yüz doxsan yeddi dollar 80) ABŞ Dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 20 445.24 (iyirmi min dörd yüz qırx beş dollar 24 sent) ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20(iyirmi) manat xidmət haqqı tutulması qət edilmişdir. Tələbin Qax şəhəri, ****************** küçəsi ***, mənzil ****-ya yönəldilsin, qeyd edilən mənzil açıq hərracdan satılsın və ümumilikdə cəmi 20 445.24 (iyirmi min dörd yüz qırx beş dollar 24 sent) ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2, Cavabdeh1 ümumi qaydada tutulması qət edilmişdir. İddia tələbinin Qax şəhəri, ********* küçəsi **, mənzil ***-ya tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cav abdeh1, T8 həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsinə dair hissəsi isə təmin edilməmişdir. İş üzrə 400(dörd yüz) manat qymətləndirmə xərci İddiaçı QSC və cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada alınıb “xxxx” MMC-nə verilməsi, iş üzrə 50(əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada alınaraq aşağıdakı hesaba ödənilməsi qət edilmişdir. (Büdcə təsnifatının kodu-*******, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X1, kodu **********, VÖEN **********, Müxbir hesab-Az41NABZ*************SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab-AZ34CTRE********************). Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yan var 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli, İ.F.Quliyev; iş 2(107)-331/2019) Qax Şəhər Məhkəməsinin 2(024)-286/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Qax Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - ********* saylı kredit razılaşması üzrə əsas borc üzrə 15499.04 (on beş min dörd yüz doxsan doqquz dollar 04 sent) ABŞ dolları, faiz borcu üzrə 4058.40 (dörd min əlli səkkiz dollar 40 sent) ABŞ dolları və 897.8 (səkkiz yüz doxsan yeddi dollar 80 )ABŞ Dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 20 445.24 (iyirmi min dörd yüz qırx beş dollar 24 sent) ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20(iyirmi) manat xidmət haqqı tutulması, tələb Qax şəhəri, ************** küçəsi *****, mənzil 6-ya yönəldilsin, qeyd edilən mənzil açıq hərracdan satılsın ipotekanın qiyməti 43000 manat müəyyən edilməsi, ümumilikdə cəmi 20 445.24 (iyirmi min dörd yüz qırx beş dollar 24 sent) ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh2, Cavabdeh1 ümumi qaydada tutulması, Qax şəhəri, ************ küçəsi **, mənzil ***-ya tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, T8 həmin evə istifadə hüququ itirilsin və onlar evdən çıxarılması, iş üzrə 400(dörd yüz) manat qymətləndirmə xərci İddiaçı QSC və cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada alınıb “xxxx” MMC-nə verilsin. İş üzrə 50(əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada alınaraq ö dənilməs qət edilmişdir. İşin halları İddiaçı «xxxx» QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ********** saylı kredit razılaşması üzrə 15 499.04 (on beş min dörd yüz doxan doqquz dollar dörd sent) ABŞ Dolları məbləğində kredit borcu, 4058.4 (dörd min əlli səkkiz dollar 40 sent) ABŞ Dolları məbləğində faiz borcu və 8973.86 (səkkiz min doqquz yüz yetmiş üç dollar 86 sent) ABŞ Dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 28531 (iyirmi səkkiz min beş yüz otuz bir) ABŞ Dolları 30 (otuz) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının tutulması, tələbin Qax şəhəri, ********** küçəsi ***, mənzil ***-ya yönəldilməsinə, qeyd edilən mənzilin açıq hərracdan satılması və ümumilikdə cəmi 28531 (iyirmi səkkiz min beş yüz otuz bir) ABŞ Dolları 30 (otuz) sent məbləğində borcun, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 ümumi qaydada tutulması, Qax şəhəri, *********** küçəsi ***, mənzil ***-ya t utma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Musayeva (Bilalova)Təravət Mirqamət qızının həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı QSC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən yəni, Qax şəhəri, ********* küçəsi ***, mənzil ***-nın ilkin satış qiymətinin 43000 manat müəyyən edilməsi hissəində ləğv olunması və həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmağını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosesual Mə cəlləsinin 88, 102-ci maddələrinintələbləri pozularaq işin ilə faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış, buna baxmayaraq əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinəəsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinəəsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə ka ssasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunmasıədalətli məhkəmə araşdırılması hüququ nun pozulmasına dəlalət etməklə mübahisə iləəlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən edilir ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 26.01.2010-cü il tarixli ****************** saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır.Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 18.05.2015-ci il tarixli ********* saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23000 (iyirmi üç min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 19.02.2016-cı il tarixli ********** saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 26.01.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 7500.96 (yeddi min beş yüz) ABŞ Dolları ödəmiş, onun 15 499.04 (on beş min dörd yüz doxsan doqquz dollar 04 sent) ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılması nadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 16.02.2018-ci il tarixə 386 gün üçün hesablanmış faiz borcu 4058.4 (dörd min əlli səkkiz dollar 40 sent) ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytannadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 16.02.2018-ci il tarixə 386 gün üçün hesablanmış cərimə 8973.86 (səkkiz min doqquz yüz yetmiş üç dollar 86 sent) ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2ci bəndinin «a» yarım bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh1 ilə bank arasında bağlanılmış 26.01.2010-cü il tarixli ****************** saylı ipoteka müqaviləsi (Qax rayonu, dövət notariusu Z.K. Xasiyeva) əsasında Qax şəhəri, ************* küçəsi ***, mənzil*** iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi idarəsi tərəfindən 1 №-li reyestr kitabının 94 № -li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla, Qax şəhəri, *********** küçəsi ***, mənzil *** Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Q anununun 36.2-ci bəndində uyğun olaraq 07.12.2017-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, 12.12.2017-ci il tarixdə ünvana çatdırılmışdır. İpoteka predmetinə tutmamn yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 18.12.2017-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. 23.01.2010-cu il tarixli forma 2 arayışına əsasən ipoteka predmeti olan mənzildə qeydiyyatda olan cavabdeh-T8 mənzil ipoteka ilə yüklü edilərkən ona tutma yönəldikdə və o satıldıqda onu qeydi-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabde h2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. 02 iyul 2017-ci il tarixli, № ******** saylı məhkəmə mühasibatlıq ekspertizası rəyi ilə Cavabdeh2 iddiaçı tərəf İddiaçı QSC-nə olan borcu əsas borc üzrə 15 499.04 (on beş min dörd yüz doxan doqquz dollar dörd sent) ABŞ Dolları məbləğində kredit borcu, faiz borcu 4058.4 (dörd min əlli səkkiz dollar 40 sent) ABŞ ABŞ dolları olmaqla 19.557,44 (on doqqiz min beş yü z əlli yeddi dollar 44 sent) ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsnin: -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -297-ci maddəsində isə müəyyən edilmişdir ki, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi ü çün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmə lidirlər. İstinad olunan maddənin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri tutmanın həmin yaşayış sahəsinə yönəldilməsi və satışı ilə şərtləndirilir. -59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Ona görə də kollegiya hesab edir ki, cavabdehlər mübahisəli evdən çıxarılmalıdırlar. -39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi h aqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq ipotekanın qiyməti ilə bağlı dəlili ilə də razılaşaraq hesab etmişdir ki, ipotekanın qiməti 43000 manat müəyyən ediməlidir. Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üz rə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyinə və prosessual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar