Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4156/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4156/2022 Açar sözlər: nəqliyyat vasitəsinə dəymiş ziyan, sübutetmə Bakı şəhəri 17 oktyabr 2022-ci il 17.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası barədə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-175/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 20 avqust 2021-ci il tarixdə, saat 12:50 radələrində Qəbələ rayonu ərazisində “Mazda” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman cavabdeh hərəkəti qaydalarını (yəni birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməklə) pozmuş, idarə etdiyi “Qaz 53” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol nəqliyyat hadisəsi törətmişdir.
2. İnzibati xəta haqqında İXP ******* nömrəli protokola əsasən cavabdehin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 327.4-cü madələrinin tərkib əlamətləri olduğu müəyyən edilmişdir. 3. 20 mart 2021-ci il tarixli İnzibati tənbe h vermə haqqında qərarın surətinə əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 339.1-1 və 327.4-cü maddələri ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir.
4. İş materiallarında olan, "xxxx" MMC “Mazda” avtomobillərə texniki xidməti tərəfindən 02 aprel 2021-ci il tarixdə tərtib edilmiş avtobilə dəymiş zərər barədə cədvələ əsasən «MAZDA» markalı, **-FV-*** dövlət nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 17360.11 (on yeddi min üç yüz altmış manat on bir qəpik) manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17360,11 manat vurduğu zərərə və 30,4 manat dövlət rüsumuna görə olmaqla cəmi 17390,51 manat məbləğində pul alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir6
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ROTARY MOTORS MMC “Mazda” avtomobillərə texniki xidməti tərəfindən “Mazda” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, MZ-56591 nömrəli iş kartı tərtib edilmiş və vurulmuş zərərin miqdarı 17360,11 manat müəyyən edilmişdir. Cavabdeh yolnəqliyyat hadisəsi törətdiyi zaman avtomobilimə vurduğu zərəri ödəyəcəyini bildirmiş, lakin sonradan bundan boyun qaçırmışdır. O, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin təqsirli əməli nəticəsində ona 17360,1.1 manat maddi zərər dəymiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30,4 mana t məbləğində dövlət rüsumu ödəmişdir. "xxxx" ASC tərəfindən verilmiş 237 nömrəli, 16 aprel 2021-ci il tarixli arayışla “Mazda” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka müqaviləsi əsasında girov götürülmüş və 16 aprel 2021-ci il tarixə 11983,02 manat borcu vardır.
7. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2021- ci il tarixli 9/4032 saylı rəyinə əsasən yol nəqliyyat hadisəsi nəticəsində «MAZDA» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı 2012-ci il buraxılışlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 17096 (on yeddi min doxsan altı) manat müəyyən olunmuşdur.
8. Qəbələ Rayon Məhkəmənin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 sentyabr 2021-ci il tarixli, 2(025)-721/2021 n ömrəli qətnaməsi ilə (hakim E.İsayev) iddia qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 17096 (on yeddi min doxsan altı) manat və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat olmaqla cəmi 17126 (on yeddi min bir yüz iyirmi altı) manat tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, «MAZDA» markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində İddiaçı istifadə, sahiblik və sərəncam hüququna malikdir. Nəqliyyat vasitəsi İddiaçı qanuni istifadəsindədir və həmin nəqliyyat vasitəsi üzərində əmlak hüququ vardır. Həmin əmlaka vurulmuş zərərin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. O, əmlak üzərində hüquqlarını istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə etmək hüququna malikdir.
10. Məhkəmə öz mövqeyini “X1” Azərbaycan Respublikası Qanununun 36.3-cü, 37-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
12. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 fevral 2022-ci il tarixli, 9/9562-8/3362 nömrəli məhkəmə yol –nəqliyyat v ə əmtəəşünaslıq ekspertizaları üzrə ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışı “Mazda” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 17096.0 manat müəyyən edilmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiya məhkməsi) 2(107)-175/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və E.Ş.Hüseynov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq şikayətin dəlilləri ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının avtomobilinə cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmiş və haqlı olaraq qüsur aktına və ekspert rəyinə əsaslanaraq cavabdehdən iddiaçının xeyrinə «MAZDA» markalı, **-FV-*** dövlət nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 17096 manat məbləğində pul vəsaiti tutmuşdur.
15. Belə ki, cavabdeh apellyasiya şikayətində dəymiş ziyanın məbləğini “şişirdiyildiyi” bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, etirazını yalnız formal mülahizə ilə əsaslandırmağa çalışmışdır. Kollegiya qeyd etmişdir ki, apellyator ekspertiza tədqiqatının nəticəsi ilə razılaşmadığını bildirsə də, yenidən ekspertizanın keçirilməsinin zəruriliyinə dair hər hansı ciddi dəlillər göstərməmişdir.
16. Lakin kollegiya işin tam və obyektiv həlli məqəsədilə, eləcə də apellyasiya şikayətinin dəlilləri baxımından kompleks məhkəmə yol-nəqliyyat və əmtəəşünaslıq ekspertizaları təyin etmiş və verilmiş rəy üzrə dəymiş ziyanın məbləği yenə də əvvəlki ekspert rəyi ilə eynilik təşkil etməklə, 17096 manat müəyyən edilmişdir.
17. Kollegiya cavabdeh tərəfin bu dəlilinə, yəni ekspert rəyi ilə razılaşmamasına münasibət bildirərək qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 1
8. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1108.2-ci və Mülki Prosessual Məcəlləsinin 372.2, 372.7-ci maddələrənə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 29 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassator Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsinə, “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Azərbaycan Respublikası Qanunuun 1-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-cı maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, məhkəmə aktında istinad edilən ekspert rəyi tədqiqat obyektinə baxış keçirilmədən, "xxxx" MMC tərəfindən avtomobilə keçrilmiş baxış aktındakı məlumatların köçürülməsi ilə tərtib edilmişdir. Cavabdeh tərəf olaraq həmin avtomobilə baxış keçirilməsinə dəvət edilməyib, eləcə də ekspertizada iştirakı təmin edilməyib. İddiaçı özü də məhkəmə araşdırması zamanı təsdiq edib ki, hadisədən dərhal sonra avtomobilə cüzi ziyan dəyib. Məhkəmə faktları qiymətləndirərkən nəzərə almalı idi ki, avtomobilə dəyən ziyan avtomobilin öz dəyərindən dəfələrlə çox ola bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 2
1. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edilsə də, kassasiya şikayətinin dəlilləri maddi ziyan tələbinin təmin eilən hiss əsi ilə bağlı olduğundan, məhkəmə aktı yalnız 17096 manat maddi ziyan tələbinin təmin edilmiş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
25. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdaf iə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
26. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
27. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 76.1 Tərəflərin tələb və et irazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən ed ilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Cavabdeh kassasiya şikayətində iddiaçının avtomobilinə dəymiş ziyanın düzgün hesablanm adığı və iş üzrə alınmış ekspert rəyinin yanlış olduğunu, iş üzrə təkrar ekspertiza keçirilməli olduğunu qeyd etmişdir.
36. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməli olan məbləğ müvafiq ekspertiza keçirilməklə müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
38. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
39. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
40. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
41. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və di gər sübutlarla yanaşı qiymətləndirilir.
42. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Cavabdeh tərəf vurulmuş ziyanın daha az məbləğdə olması və ekspert rəyinin düzgün olmaması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Buna görə də, iş üzrə təkrar ekspertiza keçirilməsinə də əsaslar mövcud olmamışdır.
44. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişiklik edilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Çümşüd oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-175/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi iddianın maddi ziyanın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.