Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4158/2020 26.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13699/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev, iş № 2(011)-1180/2019) iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı 20.000 manat məbləğində pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh3 Cavabdeh1 xeyrinə 19.000 manat tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 10.300 ABŞ dolları məbləğində pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh1 İddiaçı xeyrinə 10.300 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) Cavabdeh3 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2018-ci ilin fevral ayında Cavabdeh1 Cavabdeh3 kreditə görə girovda olan a vtomobili 20.000 manata almış və sonradan həmin avtomobili girovda olduğu vəziyyətdə İddiaçı satmışdır. Avtomobilin mülkiyyətçisi Cavabdeh2 avtomobilə görə verdiyi etibarnamələri ləğv etdirmiş və nəticədə avtomobili İddiaçı geri götürmüşdür. Bununla əlaqədar Cavabdeh1 Cavabdeh3 qarşı 20.000 manat məbləğində pul tələbi barədə, İddiaçı isə Cavabdeh1 qarşı 10.300 ABŞ dolları məbləğində pul tələbi barədə məhkəmədə iddia qaldırmış, iş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdeh1 qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsi barədə kasasiya şikayəti vermişdir. İddiaçı və Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklə rindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, iş kasasiya baxışından çıxarılaraq apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh3 apelyasiya şikayəti vermiş və işə onun şikayəti əsasında baxılaraq qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən ape lyasiya şikayəti verməmiş və apelyasiya instansiyası məhkəməsi ona münasibətdə işə baxmamışdır. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Cavabdeh1 barəsində apelyasiya qaydasında işə baxılmaqla apelyasiya instansiyası məhkəməsinin qətnaməsi olmadığından, onun tərəfindən verilmiş kasasiya şikayətinə baxıla bilməz və bununla əlaqədar iş kasasiya baxışından çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13699/2019 saylı qətnaməsindən verilmiş kasasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayətinə baxılması istisna olunduğundan iş kasasiya baxışından çıxarılaraq apelyasiya instansiyası məhkə məsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4158/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4158/2020
26.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver