Məhkəmə qərarları › İş №2(102)-4158/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4158/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4158/2021 06.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X5 qarşı kredit müqaviləsinin ləğvi və pulun qaytarılması barədə ilk X4 İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRAR (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4323/2020 nömrəli iş üzrə 19 aprel 2021-ci il tarixli qərard adından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X5 qarşı kredit müqaviləsinin ləğvi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 11 yanvar 2018-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşı X7 ilə notarial qaydada kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsinə əsasən X8 70 000 (yetmiş min) manat pul borcludur və həmin pulu iddiaçıya 11 iyul 2018-ci il tarixdən etibarən hər ayın 11-dən gec olmayaraq ayda 12 000 (on iki min) manat olmaqla 11 noyabr 2018-ci il tarixə kimi ödəməyi öhdəsinə göt ürmüşdür. X12 Hakı kredit müqaviləsində göstərilən 70 000 (yetmiş min) manat puldan hər hansı ödəniş etməyərək müqavilənin şərtlərini pozmuşdur. İddiaçı dəfələrlə X11 şifahi qaydada borcunu ödəməsini bildirsə də, sonuncu ona əhəmiyyət verməyərək aralarında bağlanılmış 11 yanvar 2018-ci il tarixli kredit müqaviləsinin şərtlərini pozaraq borclu olduğu 70 000 (yetmiş min) manatdan ödəniş etməmişdir. Bu səbəbdən də iddiaçı xəbərnaməli poçt vasitəsi ilə 08 oktyabr 2018-ci il tarixdə X11 müraciət edərək aralarında bağlanılmış 11 yanvar 2018-ci il tarixli kredit müqaviləsinin şərtlərini pozduğuna görə ona borclu olduğu 70 000 (yetmiş min) manat pulu 05 (beş) gün müddətində ödəməsini, ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar etmişdir. Buna baxmayaraq X8 heç bir ödəniş etməmişd ir. Qeyd edilənləri nəzərə alaraq, 11 yanvar 2018-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşı X13 ilə onun arasında notarial qaydada bağlanılmış kredit müqaviləsini ləğv edərək cavabdehin ona verməli olduğu 70 000 (yetmiş min) manat əsas borc, məhkəmə qətnamə çıxartdığı günədək hesablanaraq gecikdirilmiş vaxt üçün illik beş faiz, vəkil ilə bağlanılmış müqaviləyə görə ödənilmiş 200 (iki yüz) manat və dəymiş maddi ziyana görə 10 000 (on min) manat pulun X9 tutularaq ona verilməsi barədə iddiaçının xeyrinə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ərizə verərək iddia tələbinin 10.000 manat mənəvi zərər və 200 manat tutulması hissəsindən imtina etdiyini, yalnız 70.000 manat məbləğində əsas borcun tutulmasına dair qətnamə çıxarılmasını xahiş et mişdir. X7 cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək 70 000 manat məbləğində pulun X1 tutularaq ona ödənilməsini xahiş etmişdir. Göstərilən məbləğdə borcun verilməsini ehtiva edən və 11.01.2018-ci il tarixdə 41 saylı notariat ofisində imzalanmış müqavilə etibarsız hesab edilməlidir. Belə ki, ilkin iddia üzrə cavabdeh Azərbaycan dilini bilmədiyi üçün imzaladığı müqavilənin mahiyyətini və müqavilə öhdəliklərinə əməl edilmədiyi təqdirdə onun nəticələrini anlamamışdır. Notarius isə qanunvericiliyin normalarını pozaraq ilkin iddia üzrə cavabdehi tərcüməçi ilə təmin etməmiş və sənədlərin tərcümə edilərək ona təqdim edilməsini təmin etməmi şdir. X7 Azərbaycan Respublikasının dövlət dilini bilmir və bu barədə məhkəməyə ərizə də ünvanlamışdır ki, ona tərcüməçi təyin edilsin. Qeyd edilənləri nəzərə alaraq, 11.01.2018-ci il tarixdə İddiaçı və X7 arasında 41 saylı notariat ofisində imzalanmış kredit müqaviləsi etibarsız hesab edilsin. Qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsi mənim və müvəkkilimin iştirakı olmadan müzakirə edilsin və AR-nın MPM-nə uyğun olaraq müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-481/2019 saylı, 18.12.2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək 11 yanvar 2018-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşı X7 ilə İddiaçı arasında notarial qaydada bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X3 70 000 (yetmiş min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi qət edilmişdir. Cavabdeh X7 apellyasiya şikayəti verərək Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-481/2019 saylı, 18.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) 2(103)-4323/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-481/20 19 saylı, 18.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, Türkiyə Respublikasının vətəndaşı cavabdeh X13 ilə İddiaçı arasında 11 yanvar 2018-ci il tarixində, Bakı şəhəri 41 saylı Notariat Ofisində notarial qaydada bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X9 70.000 (yetmiş min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh X10 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh X13 Mustafa oğlu kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi qə tnaməni 23.10.2020-ci il tarixində qəbzə imza etməklə qəbul etmişdir. Qətnamədən şikayət verilməsinin sonuncu günü 24.12.2020-ci il tarixi olmuşdur. Cavabdeh 18.12.2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin X6 Hospitalına qəbul edilmiş və 07.01.2021-ci ildə evə buraxılmışdır. Bu səbəbdən cavabdehin vəkillə müqavilə bağlamaq imkanı olmamışdır. Eyni zamanda, xüsusi karantin rejimi ilə əlaqədar 14 dekabr tarixindən 25 yanvar tarixinədək məhkəmələrdə işlərin baxılması dayandırılmışdır. Cavabdeh qətnaməni indiyədək əldə etməmiş və vəkili qətnaməni qəbul etsə də, xəstə olması səbəbindən müqavilə bağlaya bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4323/2020 saylı, 19 fevral 2021-ci il tarixli qərardadı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4323/2020 saylı, 1 2.06.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə cavabdeh X13 Mustafa oğlu tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4323/2020 saylı, 19 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2020-ci il tarixli 2(103)4323/2020 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4323/2020 saylı, 19.02.2021-ci il tarixli qərardadından cavabdeh X13 Mustafa oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin hazırda kassasiya şik ayəti verdiyi qərarardad kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizənin rədd edilməsi barədə olduğundan həmin qərardaddan kassasiya şikayəti vermək hüququ nəzərdə tutulmamışdır. İş materiallarından görünür ki, cavabdeh prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən kassasiya şikayətini ərizəyə əlavə etməmişdir. Bu hal məhkəmə dəftərxanasının 01 fevral 2021-ci il tarixli aktı ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmənin 19 fevral 2021-ci il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması ilə bağlı deyil, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizənin rədd edilməsi barədə olmuşdu r. Həmin qərardaddan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2020-ci il tarixli 2(103)-4323/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-nin 408-ci maddəsinə əsasən apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək üçün ötürülmüş müddətin apellyasiya məhkəməsi tərəfindən bərpa edilməməsinə görə qəbul edilmiş qərardaddan Ali Məhkəməyə şikayət verilə bilər. Lakin hakim Anar Tanrıverdiyevin sədrlik etdiyi tərkib Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsaslanıb hesab etmişdir ki, cavabdehin hazırda kassasiya şikayəti verdiyi qərardad kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizənin rədd edilməsi barədə olduğundan həmin qərardaddan kassasiya şikayəti vermək hüququ nəzərdə tutulmamışdır. MPM-nin 133.5, 133.6, 267.1, 402, 408-ci maddələrinə əsasən X13 Mustafa oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4323/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə onun tərəfindən verilmiş (ərizənin) vəsatətin təmin edilməməsinə görə kassasiya şikayətinin qaytarılması barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4323/2020 saylı, 19 fevral 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verib, buna baxmayaraq hakim həmin şikayəti MPM-nin 40 2-ci maddəsinə əsasən şikayət verilməsinə icazə verilən kassasiya şikayəti hesab etməmişdir. Göründüyü kimi apellyasiya məhkəməsinin qətnaməsindən ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə (vəsatət) təmin edilmədikdə, məhkəmə tərkibi yalnız MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayətini geri qaytarmaqla qərardad qəbul edə bilər ki, həmin qərardaddan da göstərilən maddənin 408.4-cü maddəsinə əsasən kassasiya şikayəti verilə bilər. Heç də təsadüfi deyildir ki, Bakı Apellyasiya Məhkəməsi “Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4323/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə”yə baxıb 2(103)-4323/2020 saylı, 19 fevral 2021-ci il tarixli qərardad qəbul edərkən MPM-nin 408-ci m addəsinə əsaslanmışdır. Lakin Mülki Kollegiya 2(103)-4323/2020 saylı 19.02.2021-ci il tarixli qərardad qəbul edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4323/2020 saylı, 12.06.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpası haqqında ərizəni (vəsatəti) təmin etməyərək kassasiya şikayətini geri qaytarmaq əvəzinə, kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə verilmiş ərizəni təmin etməmiş və göstərilən qərardaddan kassasiya şikayətinin verilməsinin mümkün olmamasını qərara almışdır. Sonradan həmin qərardaddan narazı qalan cavabdeh haqlı olaraq yuxarıda göstərilən prosessual hüquq normalarına əsaslanaraq kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4323/2020 saylı, 19 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Lakin mülki kollegiya göstərilən prosessual hüquq normalarını kobud şəkildə pozaraq qərardadı ləğv edərək geri qaytarmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

402. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və k ommersiya kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddəti n buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarıl ır. Maddə 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsassızdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, cavabdehin kassasiya şikayəti verməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsinin hüquqi nəticəsi həmin kassasiya şikayətinin geri qaytarılmasıdır. Çünki Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsində kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsat ət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Buna görə də, Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsində kassasiya şikayətinin qaytarılması barəsində qərardadlardan şikayət verilməsi, prossesual müddətin bərpası haqqında vəsatətin təmin edilməməsi barədə qərardadlardan da şikayət verilməsini ehtiva edir. Çünki bu iki məsələ birlikdə həll edilməlidir. Apellyasiya məhkəməsinin müddətin bərpası barədə ərizəyə kassasiya şikayətinin əlavə edilməməsinə görə 19 fevral 2021-ci il tarixli qərardadının kassasiya şikayətinin geri qaytarılması ilə bağlı deyil, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizənin rədd edilməsi barədə olması barədə qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə MPM-nin 133.3-cü maddəsinə isti nad etsə də, özü həmin maddənin tələblərinə əməl etməyərək müddətin bərpası haqqında ərizə ilə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilmədiyi, yəni kassasiya şikayəti verilmədiyi halda, müddətin bərpası ərizəsinə baxaraq, onu təmin etməmiş və nəticədə məhkəmə aktından kassasiya şikayəti verilməsi imkanını aradan qaldıran bu qərardaddan tərəfin şikayət vermək hüququnu məhdudlaşdırmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsaslı sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsasdır. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək, iş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 402-407-ci maddələrinə uyğunluğunun yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qərara aldı: Cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4323/2020 nömrəli iş üzrə 19 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin və qətnamədən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar