Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-416/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 23 yanvar 2019-cu il İş 2(102)-416/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı X3 vəkili x2nun iştirakı ilə, cavabdeh və vəkili X5 oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsi ilə (N.Ə.Misirzadə, iş 2(011)-1427/2018)İddiaçı X3cavabdehlər Cav abdeh1, X2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 11G-1-0-1086-14 saylı, 02 dekabr 2014-cii il tarixli kredit müqaviləsi ləğv edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 34205,03 ABŞ dolları əsas borc, 14983,92 ABŞ dolları faiz borcu, 76,63 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 49265.58 ABŞ dolları məbləğində Azərbaycan Respubikası manatı X1 alınaraq “xxxx” İKB ASC-yə ödənilməsi, 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqı X1 alınaraq “xxxx” İKB ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 3 saylı evin, 119 saylı mənzilinə (yeni qaydalarla: AZİ 142, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 63, M6, m 1) yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 3 saylı evin, 119 saylı mənzilinin ilkin satış qiyməti 93000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən “xxxx” İKB ASC-yə olan borc ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 3 saylı evin, 119 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən çıxarılmaqla, həmin mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə (X.A.Mərdanova (sədrlik edən və məruzəçi), İ.Ş.Vəliyev və E.M.Həsənov, iş2(103)-9088/2018) Bakı şəhəri, Xətai rayon məhkəməsinin 30 may 2018-ci il tarixli, 2(011)-1427/2018 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X5 oğlu kassasiyaşikayətiveribqətnaməninləğvedilməsini xahişetmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı X3 vəkili x2 kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəməiclasınınvaxtıvəyeribarədətərəflərəlazımiqaydadaxəbərverilmiş, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 üzürsüzsəbəbdənməhkəməiclasınagəlmədiklərindənkassasiyakollegiyasıişəonlarıniştirakıolmadan baxılmasınımümkünhe sabetmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 xxxx” İKB ASC-nin xeyrinə 02.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 34205,03 ABŞ dolları əsas, 14983,92 ABŞ dolları faiz, 76,63 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 49265,58 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqında ödənilməsi, tutmanın Cavabdeh1 Səfıyar oğlunun mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, X8 küçəsində yerləşən, 3 saylı evin 119 saylı mənzilinə yönəldil məsi, həmin mənzilin açıq hərracdan satılması və borcun X mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus Xmənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, X8 küçəsində yerləşən, 3 saylı evin 119 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə “xxxx” İKB ASC arasında bağlanmış 02.12.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilm işdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili X5 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanzaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçının vəkili x2 dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdurki, 02 dekabr 2014-cü il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 25%-lə 60 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit verilmişdir. B orcun ödənilməsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X8 küçəsində yerləşən, 3 saylı evin 119 saylı mənzil 02.12.2014-cü il tarixli ipoteka müqaviləsi ilə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin, kredit vəsaitinin ödəməli olmasına dair vəzifələrini yerinə yetirməmişdir. İddiaçı borclulardan borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından məlum olur ki, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan bank ö hdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda borcun zaminlər tərəfindən ödənilməsini tələb etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instan siya məhkəməsi iddanın əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehdən banka olan əsas və faiz borcunun məbləği iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışı və Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2018-ci il tarixli, 950 saylı ekspert rəyi əsasında hesablanmış 34205,03 ABŞ dolları əsas borc, 14983,92 ABŞ dolları faiz borcu müəyyən edilmişdir. Həmin maliyyə arayışının və rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi kredit borcunu iddia tələbində göstərilən məbləğdə nəzərə almaqda haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddianın cərimə borcu hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiyası məhkəməsibirinci instansiya məhkəməsinin iddiaçı tərəfindən hesablan mış 76,63 ABŞ dolları məbləğində cərimə borcunun müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xeyrinə tutulmalı olan məbləğin ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla cavabdehlərdən tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və sala matlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. -295-ci maddəsinə görə isə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. -317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. -319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini ye rinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfındən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş mənzilə yönəldilməli, həmin mənzilin açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına kredit borcu tutularaq banka ödənilməlidir. İşin mübahisə olunmayan halına görə ipoteka müqaviləsi bağlanan zaman digər cavabdehlər Xmənzilin banka kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermişlər, evə tutma yönəldildikdə və o satıldıqda onu qeyd-ş ərtsiz tərk edəcəyini öhdəsinə götürmüşlər. İş materiallarından görünür ki, bank ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə ilə müraciət etmiş və bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. -319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmi ş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamənin tələbin ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, mənzilin satılması və ondan əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməsi hissəsi də qanunidir və birinci instansiya məhkəməsi bununla bağlı ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan“xxxx” MMC-nin 0130/18/NB saylı, 26 fevral 2018-ci il tarixli ekspert rəyindən görünür ki, Xmənzilin orta bazar qiyməti 93.000 manat müəyyən olunur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipotek a qoyan ilə ipoteka saxlayan arasında ipoteka müqaviləsi bağlanarkən sözügedən əmlak 93000 manat məbləğində qiymətləndirilmiş, işə birinci instansiya məhkəməsində baxılarkən onun qiyməti ilə bağlı ekspert rəyi alınmış, həmin rəy əsasında mənzilin ilkin satış qiyməti müəyyən olunmuş, cavabdeh Cavabdeh1 tərəfindən mənzilin qiymətinin fərqli olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızd ır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 21 avqust 2018-ci il tarixli, 2(103)-9088/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.
Məhkəmə qərarları › İş №2(102)-416/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-416/2019
23.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver