Məhkəmə qərarları › İş №2(102)-4160/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4160/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4160/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, zaminliyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1841/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassa siya şikayəti üzrə işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) (bundan sonra iddiaçı və ya bank) ilə Cavabdeh1 arasında bağlanan 16 iyul 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən bank borcalana birdəfəlik illik 28 % dərəcəsi ilə, 24 ay müddətinə, aylıq ödəniş 697,08 ABŞ dolları olmaqla 12700 ABŞ dolları biznes krediti verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə borcunu borcverənə qaytarmağı barədə öhdəlik götürmüşdür. Müqavilənin 1.7 və 1.8-ci bəndlərinə əsasən kreditin ve rilmə tarixi 16 iyul 2013-cü il, bağlanma tarixi isə 16 iyul 2015-ci il olaraq müəyyən edilmişdir. Müqavilənin 1.14-cü bəndinə əsasən gecikdirilmiş borc yaranan halda hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 180 faiz miqdarında cərimə hesablanır. Bank ilə Cavabdeh1 və zamin Cavabdeh4 arasında bağlanan 16 iyul 2013-cü il tarixli, 2-MZ4-2-0-426-13 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında 16 iyul 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra olunması üçün cavabdehdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsi qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Bank ilə Cavabdeh1 və zamin Cavabdeh5 arasında bağlanan 16 iyul 2013-cü il tarixli, 2-MZ4-2-0-426-13 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh5 kreditor qarşısında 16 iyul 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra olunması üçün cavabdehdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsi qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Bank ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanan 16 iyul 2013-cü il tarixli, 2-MZ4-2-0-426-13 saylı zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında 16 iyul 2013-cü il tarixli 2-MZ4-2-0-426 -13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra olunması üçün cavabdehdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsi qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Bank ilə Cavabdeh1 və zamin Cavabdeh3 arasında bağlanan 16 iyul 2013-cü il tarixli, 2-MZ4-2-0-426-13 saylı zaminlik müqaviləsinə əsasən, zamin kreditor qarşısında 16 iyul 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra olunması üçün cavabdehdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən zaminlik icrasını təmin etdiyi kredit müqaviləsi qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit m əbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14710/2014 saylı, 16 dekabr 2014-cü il tarixli məhkəmə əmri ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 müştərək qaydada 7203 ABŞ dolları əsas borc və 2846 ABŞ dolları faiz borcu, cəmi 10049 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində vəsait "xxxx" İKB ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Cavabdeh3 23 yanvar 2019-cu il tarixin də həmin məhkəmə əmrindən etiraz verərək, əmrin ləğv edilib iddia icraatına keçirilməsiini xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(001)14710/2014 saylı qərardadı ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli 2(001)-14710/2014 saylı məhkəmə əmrinin ləğv edilməsi və iş üzrə iddia icraatına keçirilməsi, məhkəmənin hazırlıq iclasının 28 mart 2019-cu il tarixə saat 09:00-a təyin edilməsi qərara alınmışdır. Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli qərardadı ilə 2(001)-3708/2019 mülki iş baxılmamış saxlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada bankın xeyrinə 16 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3513,36 ABŞ dolları əsas, 4420,85 ABŞ dolları faiz və 17184,73 ABŞ dolları cərimə borcu olmaqla 16 iyul 2015-ci il tarixdə n 10 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış 1315,2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 26434,14 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödməmişdir. Borclu Cavabdeh1 banka 16 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə 3513,36 ABŞ dolları əsas, 4420,85 ABŞ dolları faiz və 17184,73 ABŞ dolları cərimə borcu olmaqla 16 iyul 2015-ci il tarixdən 10 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 1315,2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olma qla, ümumilikdə cəmi 26434,14 ABŞ dolları borcu vardır. 16 iyul 2013-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər ödənilməlidir. İddiaçı tərəfindən cavabdehlərə ünvanlanan 11 iyun 2020-ci il tarixli xəbərdarlıq məktublarında borclulara 16 iyul 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsindən irəli gələn borc məbləğini xəbərdarlıq məktubunu aldıqları tarixdən etibarən 5 gün müddətində bank ödəmələri barədə məlumat verilmiş, əks təqdirdə borc məbləğinin borclu və zamindən müştərək qaydada tutulması barədə məhkəməyə müraciət e diləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 10 iyun 2020-ci il tarixli maliyyə arayışına əsasən 16 iyul 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş 19 aprel 2019-cu il tarixində 3601,46 ABŞ dolları məbləğində olmuşdur. 16 iyul 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 3513,36 ABŞ dolları, Faiz borcu üzrə 4420,85 ABŞ dolları, cərimə borcu üzrə 17184,73 ABŞ dolları, əsas borca hesablanmış 5% həddində əldən çıxmış fayda üzrə 1315,2 ABŞ dolları olmaqla ümumilikdə banka olan borc məbləği 25118,94 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 16 iyul 2013-cü il tarixindən 27 oktyabr 2020-ci il tarixinə olan hesabdan çıxarış əsasən borclu sonuncu dəfə 19 aprel 2019-cu il tar ixində 3601,47 ABŞ dolları ödəniş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İlikn Əliyev) 2(001)-4001/2020 saylı, 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 16 iyul 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3513,36 ABŞ dolları, faiz borcu üzrə 2166,2 ABŞ dolları, gecikdirilmiş vaxt üçün isə 860,8 ABŞ dolları faiz borcu, ümumilikdə 6540,36 ABŞ dolları məbləğində pul vəsaitinin ödənişin icra edildiyi anda Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manat valyutası ilə Cavabdeh1 Firuddin qızından tutularaq banka ödənilməsi, ödənilmiş dövlət rüsumunun 7,5 manat hissəsinin Cavabdeh1 Firuddin qızından tutularaq banka ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslan dırmışdır ki, iddiaçı ilə cavabdehlər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazimi qaydada icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu əsasla iddiaçının qalıq kredit borcunun cavabdehlərdən tələb edilməsi ilə bağlı subyektiv hüququ vardır. Cavabdeh1 Firuddin qızı kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmədiyindən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Kredit borcunun müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, sözügedən kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə düşməsi və 3601,46 ABŞ dolları kompensasiya məbləğinin bankın hesabına mədaxil edilərək borcalanın əsas borcundan silinməsi işin mübahisəsiz halıdır. Eyni zamanda hesabdan çıxarış məlumatlarından görünür ki, borclu tərəfindən 24 may 2018-ci ildə ödəniş edilmişdir və bu hal kredit müqaviləsinin Fərmanın restrukturizasiya ilə bağlı hissəsinə düşməməsini deməyə əsas verir. Belə ki, sözügedən fərmanın 8.6-cı maddəsinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012ci il yanvarın 1-dən bu Fərman q üvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulmuşdur. Bundan başqa Fərmanın 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin. Bununla bağlı A zərbaycan Respublikasinin Maliyyə Bazarlarina Nəzarət Palatasinın 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.2-ci bəndində qeyd edilmişdir ki, fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Həmin Qaydaların 5.2.2-ci maddəsinə əsasən kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əha tə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, kredit müqaviləsi üzrə faiz borcu kompensasiya məbləğinə münasibətdə azaldılmalı, dəbbə pulu isə silinməlidir. Odur ki, əsas borc kompensasiya məbləği müəyyən edildiyi zaman 7114,82 (12700+3601,469186,.64=7114,82) ABŞ dolları məbləğində olmuş, kompensasiya məbləği isə əsas borca nisbətdə 51 faiz təşkil etmişdir. Bu baxımdan tələb olunan faiz borcu 51 faiz azaldılmalıdır. Yəni 4420,85 ABŞ dolları məbləğində tələb olunan faiz borcu 51 faiz azaldılaraq 2166,2 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə də qismən əsaslıdır. Belə ki, kredit müqaviləsinin müddətinin bitdiyi, yəni 16.07.2015-ci ildən maliyyə arayışının verildiyi 10 iyun 2020-ci ilədək 58 ay 24 gün müddətdə borclu pul məbləğinin ödənilməsini gecikdirmişdir. Yəni borclu müqavilənin müddətinin bitdiyi vaxtdan əsassız olaraq saxladığı pul məbləğini borcverənə qaytarmalı olduğu halda bunu etməmişdir. Bu məbləğ əsas borcun 3513,36 ABŞ dolları olduğu, illik 5 faiz məbləğində 1764 gün gecikmə günü nəzərə alınarsa 860,8 ABŞ dolları təşkil edir (3513,36 əsas borc X 5% /360 X 1764 gecikmə günü = 860,8). Ona görə də məhkəmə hesab etmişdir ki, 16 iyul 2013-cü il tarixli 2-MZ4-2-0-426-13 saylı kredit müqaviləsinə əsasən qalıq kredit borcu əsas bo rc üzrə 3513,36 ABŞ dolları, faiz borcu üzrə 2166.2 ABŞ dolları, gecikdirilmiş vaxt üçün isə 860,8 ABŞ dolları faiz borcu, ümumilikdə 6540,36 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə müəyyən edilmiş borcun eyni zamanda cavabdeh – zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutulması hissəsində iddianı əsaslı hesab etməyərək bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki işdə məhkəmə əmrinin ləğvi nəticəsində hazırki tələblə bağlı mülki iş tərəflərin iştirak etməmələri ilə bağlı 29.04.2019-cu ildə məhkəmənin qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan şikayət verilməmiş və qanuni qüvvəsini almışdır. Yəni 2015-ci ildə kredit müqaviləsinin müddəti bitməsinə baxmayaraq, müqavilənin qüvvədə olduğu müddətdə məhkəmə əmri qəbul edildiyinə və son radan iddia icraatına keçilərək mülki işin baxılması davam etdiyinə görə müddətin axımı kəsilmişdir, lakin mülki iş baxılmamış saxlanıldıqdan sonra müddətin axımı yenidən başlamışdır. Odur ki, zaminliklə bağlı öhdəliyin müddəti həmin tarixdən hesablanmalıdır. Hazırki tələblə bağlı iddia ərizəsi məhkəmənin icraatına 15.07.2020-ci ildə daxil olmuşdur. Beləliklə zaminlərə qarşı iddia 1 ildən sonra verildiyindən zaminliyə xitam verilməlidir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək apellyasiya şikayətinin faiz borcu və cərimə borcu tələbinin tam təmin edilməli olması ilə bağlı dəlili ilə bağlı qeyd etmişdir ki, problemli kreditlər üzrə Fərmana istinad etməklə kredit müqaviləsi üzrə faiz borcunun kompensasiya məbləğinə münasibətdə azaldılması, dəbbə pulu isə silinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla bu hissədə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsinin zaminlərə yönəlmiş tələbin rədd edilməli olduğu mövqeyini məhkəmə əsaslı hesab edərək qeyd etmişdir ki, məhkəmə müəyyən etdiyi hallardan tərəflərin qarşılıq lı hüquq və vəzifələri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bank ilə zaminlər arasında bağlanmış 16 iyul 2013-cü il tarixli zaminlik müqavilələrində göstərilmişdir ki, həmin müqavilə 24 ay müddətinə bağlanılır. Mül ki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Göründüyü kimi, zaminlərlə ilə bağlanılmış 16 iyul 2013-cü il tarixli müqavilələr üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə xitam verilməlidir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şi kayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasın ı mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edi lməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, cavabdeh tələbin təmin edilən hissəsini mübah isələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin rədd edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predm eti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqav iləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetm ə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkə mə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1841/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar