Məhkəmə qərarları › İş №2(102)-4162/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4162/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4162/2021 17.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması, məhkəmə sənədinin rəsmi qaydada verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil xxxxoğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2108/2019 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinə dair işə 17 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7950 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(026)-890/2017 nömrəli iş üzrə 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 6400 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manatın, cəmi 6420 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-2108/2019 nömrəli iş üzrə 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.Abbasov (sədrlik edən və məruzəçi), Ş.Abbasov və T.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsinin 2(105)-2108/2019 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə gəldiyi nəticəni onun la əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 24 iyun 2019-cu il tarixdə cavabdehin yaşadığı ünvana (Qobustan rayonu, Təklə kəndi) göndərilmiş və 01 iyul 2019-cu il tarixdə poçt xəbərnaməsi imzalanmaqla alınmışdır. Onun kassasiya şikayəti isə 15.03.2021-ci il tarixdə tərtib edilmiş və 19.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Halbuki, şikayət ən gec 01 sentyabr 2019-cu ildə təqdim edilməli idi. Başqa sözlə, cavabdeh kassasiya şikayətini qanunla müəyyən edilmiş müddət daxilində deyil, bundan təqribən 17 ay gec vermiş, qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa olunması barədə isə cavabdeh məhkəməyə ərizə verməmişdir. Məhkəmə qeyd etmişdir ki, qətnamənin 28 fevral 2021-ci il tarixdə almasına cavabdehin istinad etməsi əsassızdır, çünki bu tarixdə onun qətnamə alması inkar olunmadığı kimi, həmin qətnamənin ona məxsus ünvanda 01 iyul 2019-cu il tarixdə alınması barədə də işdə mötəbər sübut mövcuddur. Ona görə də, məhkəmə cavabdehin mübahisələndirmək istədiyi məhkəmə qətnaməsini 28 fevral 2021-ci il tarixdə almasını qətnamənin təkrar alınması kimi qiymətləndirərək hesab etmişdir ki, qətnamə cavabdeh tərəfindən rəsmi şəkildə 01 iyul 2019-cu il tarixdə alınmışdır və kassasiya şikayətinin verilmə müddətinin axımı da məhz həmin tarixdən başlayır. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 405.0, 405.0.1, 408.1, 408.1.4, 408.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştira kçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkilxxxxxoğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini çoxsaylı müraciətlərdən sonra 28.02.2021-ci il tarixdə almış və qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti vermişdir. O çobanlıq etdiyindən ilin 5 ayını Quba rayonunda keçirir. Ona görə də, qətnamənin göndərildiyi ünvanda olmur. Poçt xəbərnaməsindəki imza ona və ailə üzvlərinə məxsus deyil. Məhkəmənin gəldiyi nəticə yanlışdır. Prosessual normaların tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icr aatı iştirakçılarının izahatları Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə b axmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Maddə 146 Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 405.1 405.0.1 Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Maddə 408.2. Bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti geri qaytarılarkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavab dehin məhkəmə sənədi göndərilən ünvanda olmaması ona məhkəmə sənədinin rəsmi qaydada verilməsi faktını istisna etmir. MPM-in 146-cı maddəsinə görə, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsində verdiyi apellyasiya şikayətində rəsmi ünvan kimi Qobustan rayon Təklə kəndini göstərmiş və məhkəmə sənədləri də həmin ünvana göndərilmişdir. Cavabdeh məhkəməyə ünvanının dəyişməsi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2108/2019 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar