Məhkəmə qərarları › İş №2(102)-4166/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4166/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4166/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı «İddiaçı» ASC-nin Cavabdeh qarşı “kreditin və ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı «İddiaçı» ASC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəm ə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı «İddiaçı» ASC-nin Cavabdeh qarşı iddiası təmin olunaraq, Cavabdeh iddiaçı «İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9942 (doqquz min doqquz yüz qırx iki) ABŞ dolları 95 (doxsan beş) sent əsas və 1649 (bir min altı yüz qırx doqquz) ABŞ dolları 75 (yetmiş beş) sent faiz, cəmi 11592 (on bir min beş yüz doxsan iki) ABŞ dolları 7 (yeddi) sent kredit borcu ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 20 (iyirmi) manat dövlət rüsumu vəsaitin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən F.Talışinski, hakimlər S.Hacıyev və R.Eyvazov) xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə apel yasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Ə.Mirzəliyev, hakimlər G.Quliyev və T.Qoldman)xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş apelyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Ş.Məmmədova, hakimlər V.Həsənov və X.Sarıyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il t arixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Q.Əsgərov, hakimlər E.Vəliyeva və İ.Dadaşov) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı «İddiaçı» ASC-nin Cavabdeh 9942,95 ABŞ dolları əsas borcun, 1649,75 A BŞ dolları faiz borcunun və 20 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsinin təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci qismində 200 (iki yüz) manat pulun «İddiaçı» ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/hAZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı «İddiaçı» ASC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb ed ən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı «İddiaçı» ASC Cavabdeh qarşı «kreditin, ona hesablanmış faizlərin qaytarılması barədə»iddia verərək, Cavabdeh iddiaçı «İddiaçı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9942 (doqquz min doqquz yüz qırx iki) ABŞ dolları 95 (doxsan beş) sent əsas, 1649 (bir min altı yüz qırx doqquz) ABŞ dolları 75 (yetmiş beş) sent faiz, cəmi 11592 (on bir min beş yüz doxsan iki) ABŞ dolları 7 (yeddi) sent kredit borcunun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı «İddiaçı» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh xx xxxxxx 2014-cü il tarixli, kredit xətti müqaviləsinə əsasən 12 ay müddətinə illik 25 faiz olmaqla 10000 (on min) ABŞ dolları məbləğində kredit verilmişdir. «İddiaçı» Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışında əsas kredit məbləği üzrə xx.xx.2015-ci il tarixdə 1015, 87 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə isə 25348,54 ABŞ dolları ödənildiyi, iddia qaldırılan günə (xx.xx.2015-ci il tarixə) əsas kredit borcunun 9942, 95 ABŞ dolları, faiz borcunun isə 1649,75 AB dolları təşkil etdiyi göstərilmişdir. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilir ki, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə əsas borcu 9942,95 ABŞ dolları, faiz borcu 1649,75 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7 və 103.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Azərbaycan Kredit Bürosu” tərəfindən borcalan Cavabdeh haqqında verilmiş, xx.xx.2018-ci il tar ixli çıxarışdan görünür ki, Cavabdeh kredit xx.xx.2014-cü il tarixdə verilmiş, müqavilənin bitmə tarixi xx.xx.2015-ci il tarixli kredit xətti üzrə onun götürdüyü 10000 ABŞ dolları kredit kartı üzrə (istehlak krediti) əsas və faiz borclarının gecikdirildiyi günlər olmamışdır. Bundan başqa, iddiaçı «İddiaçı» ASC-nin Cavabdeh barəsində verdiyi xx.xx.2019cu il tarixli «hesab haqqında məlumat»da giriş və çıxış qalığının 9942,95 USD olması göstərilmiş, «hesablanmış kredit limiti, faizsiz kredit, faiz hesablanan kredit, overdraft, vaxtı keçmiş kredit» hissələri üzrə hesablanmış faizlərin «0» olması qeyd edilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin müddəti xx xxxxxx 2015-ci il tarixdə bitmişdir və müqavilə müddət i bitdikdən sonra xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh tərəfindən «İddiaçı» ASC-yə 25348,54 ABŞ dolları ödəniş edilmişdir. Bu hal «İddiaçı» ASC tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx xxxxx 2016-cı il tarixli maliyyə arayışında da göstərilmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtı nda icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Hazırki iş üzrə Cavabdeh xx xxxxxx 2014-cü il tarixli, kredit xətti müqaviləsi üzrə «İddiaçı» ASC-yə əsas və faiz borcunun olması müəyyən olunmadığından, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənl əri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «İddiaçı» ASC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar