Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4166/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən olunması, zaminin məsuliyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(105)1158/2021 nömrəli qətnaməsin dən İddiaçı QSC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 24 fevral 2014-cü il tarixli, 03L000010031 saylı kredit xətti müqaviləsi ilə İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi çərçivəsində bağlanmış 12 dekabr 2014-cü il tarixli 003R********** saylı kredit razılaşması ilə İddiaçı QSC tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün İddiaçı QSC və Cavabdeh2 arasında bağlan mış 24 fevral 2014-cü il tarixli, Cavabdeh3 arasında bağlanmış 12 dekabr 2014-cü il tarixli zaminlik müqavilələri ilə sonuncular borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. 16 mart 2015-ci il tarixli, 003R**********S saylı və 18 dekabr 2015-ci il tarixli, 003R**********SA saylı sazişlərlə İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş, son nəticədə kreditin qalığının son ödəmə vaxtı 14 noyabr 2017-ci il müəyyən edilmişdir. İddiaçı QSC tərəfindən təqdim edilmiş 20 noyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 12 dekabr 2014-cü il tarixli 003R********** saylı kredit razılaşması üzrə 14 noyabr 2017-ci il tarixə 14335 ABŞ dolları məbləğində əsas kredit borcu, 3163,57 ABŞ dolları məbləğində faiz borcu və 10243,15 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27741,72 ABŞ dolları məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 003R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 14335 ABŞ dolları kredit borcu, 16198,07 ABŞ dolları faiz borcu və 23499,22 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 54032,29 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan tərəfindən kredit xətti və kredit razılaşmasından irəli gələn öhdəliklər tam icra edilmədiyindən, onun iddiaçı qarşısında borcu yaranmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)-3813/2020 nömrəli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddia qismən təmin edilmiş, Cavabdeh1 12 dekabr 2014-cü il tarixli 003R********** saylı kredit razılaşması üzrə 14335 ABŞ dolları əsas, 3163,57 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə, cəmi 17798,57 ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 9,90 manatın İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla belə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 425-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına istinad etməklə hesab etmişdir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövrə həmin müqavilə üzrə faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir tələbin irəli sürülməsi qanuni və əsaslı deyildir. Belə ki, mülki işin materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış 12 dekabr 2014cü il tarixli kredit razılaşmasının müddəti 14 noyabr 2017-cı il tarixdə bitmiş, iddiaçı müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün borcluya qarşı pul tələbi (faiz borcu və cərimə) irəli sürmüşdür. Məhkəmə həmçinin hesab etmişdir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsinə əsasən 10243,15 ABŞ dolları məbləğində cərimə aza ldılaraq 300 ABŞ dolları müəyyən edilməlidir. Zaminlərə qarşı tələbə hüquqi qiymət verən birinci instansiya məhkəməsi Mülki Məcəlləsinin 477.0.1 və 477.0.4-cü maddələrinə istinad etmiş və hesab etmişdir ki, zaminliyə xitam verilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı QSC apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)-3813/2020 nömrəli qətnaməsinin qismən – iddia tələbinin zaminlərə münasibətdə təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)-3813/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın qismən rədd edilməs i barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(105)-1158/2021 nömrəli qətnaməsi ilə (hakim G.F.Tağızadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.M.Məmmədovadan və T.O.Quliyevdən ibarət tərkibdə) iddiaçının və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(060)-3813/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə davamlı olaraq faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir iddia tələbinin irəli sürülməsinin hüquqi əsası yoxdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iş üzrə birinci instansiya məhkəməsi tərəfindən zaminlərə qarşı iddia müddətinin düzgün tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etməmiş və hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci və 477.0.4-cü maddələrinə düzgün olaraq istinad edərək, mübahisə üzrə zaminliyə artıq xitam verilməsini, bu səbəbdən də Cavabdeh2 və Cavabdeh3 qarşı yönəlmiş tələbin əsassız olmasını və təmin edilə bilməməsini göstərmişdir. Nəhayət, apellyasiya instansiyası məhkəməsi cavabdehin Respublikada ABŞ dolların Azərbaycan manatına olan məzənnəsinin artması ilə əlaqədar olaraq kreditin vaxtında ödəyə bilməməsi barədə dəlili qəbul etməmiş və göstərmişdir ki, t ərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh Bank qarşısında öhdəlik götürmüşdür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı QSC kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(105)-1158/2021 nömrəli qətnaməsinin qismən, yəni zaminlərə münasibətdə olan hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, əsassız olaraq Mülki Məcəllənin 477.0.1 və 477.0.4-cü maddələrinə istinad etmi şdir. Belə ki, iddiaçı ilə zaminlər arasında bağlanmış müvafiq müqavilələrdə zaminlik müqaviləsinin müddəti 24 fevral 2024-cü il tarixə kimi müəyyən olunmuşdur. Həmçinin məhkəmə həmin müddəti cavabdehlərin iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə verilmədən, “iddia” müddəti kimi deyil, “kəsici” müddət kimi tətbiq etmiş, halbuki “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2020-ci il tarixli qərarında MM-in 477.0.4-cü maddəsi iddia müddətinin misalı kimi göstərilmişdir. Həmçinin zaminlik müqavilələrində 24 fevral 2014-cü il tarixli kredit x ətti müqaviləsindən irəli gələn öhdəliklərə görə yaranması və borclunun kreditor qarşısında əsas öhdəliyinin həddi (məbləği və müddəti) açıq-aydın qeyd edilmişdir. Cavabdeh1 isə 12 dekabr 2014-cü il tarixli kredit razılaşması ilə 20000 ABŞ dolları məbləğində kredit verilmiş, zamin Cavabdeh2 ödəniş planı ilə tanış edilərək, ona imza etmişdir. İddiaçının tələbi isə zaminlərin öhdəlik kimi götürdükləri 30000 ABŞ dolları məbləğindəki limiti aşmamışdır. Həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(105)-1158/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansi yası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, o, krediti ABŞ dolları ilə deyil, manatla götürmüş, ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsinin qalxmasına kimi borcunu vaxtında ödəmişdir. Məhkəmə tərəfindən onun etdiyi ödənişləri nəzərə alınmamış və borcun müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nüm ayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, vəkillərin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktla ra istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən yalnız zaminlərə münasibətdə təmin olunmamış hissəsində, cavabdeh tərəfindən isə müvafiq olaraq təmin olunmuş hissədə apellyasiya qaydasında mübahisələndirilmişdir. Hazırki kassasiya şikayətlərinin dəlilləri də apellyasiya şikayətlərinin dəlillərinə uyğun olduğundan, kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq ed ilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə l azımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun ic ranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardı qda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkli ndə borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəf li və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlk olaraq iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddianı zaminlərə münasibətdə rədd edən məhkəmələrin mövqeyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.0.1-ci maddəsinə uyğun olmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh2 ilə zaminlik müqaviləsi 24 fevral 2014-cü il tarixdə bağlanılsa da, 12 dekabr 2014-cü il tarixli razılaşma ilə borcalana konkret kredit məbləği verilərkən o, ödəniş planı ilə tanış edilərək, kreditin müddəti və faizi barədə məlumatlandırılmışdır. Həmçinin zamin Cavabdeh3 ilə zaminlik müqaviləsi 12 dekabr 2014-cü il tarixdə bağlanmışdır. Lakin iş materiallarından müəyyən olunur ki, sonradan kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmiş və kreditin son qaytarılması tarixi 14 noyabr 2017-ci il tarixədək uzadılmış, əlavə 2017-ci ilin yanvar mart ayları üçün faizlərin və 498,76 ABŞ dolları komissiya haqqının tutulması nəzərdə tutulmuşdur. Zaminlərin 16 mart 2015-ci il və 18 dekabr 2015-ci il tarixli Sazişlərin şərtləri, tərtib olunmuş ödəniş planları ilə tanış edilməsinə dair sübutlar məhkəmələrə təqdim olunmamışdır. Beləliklə, müəyyən olunur ki, kredit razılaşması ilə müəyyən edilən öhdəlik zaminin razılığı olmadan dəyişdirilmiş və bununla onun məsuliyyəti artmışdır. Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş müddətlərin “kəsici” və ya “iddia” müddətinin olmasına dair iddiaçının kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özünün də istinad etdiyi “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, “İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0. 4cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir.” Göründüyü kimi həmin qərarda Konstitusiya Məhkəməsi MM-in 477.0.4-cü maddəsini tələb hüququ xarakteri daşıyan, lakin iddia müddəti olmayan (istisna təşkil edən) müddətin nümunəsi kimi təqdim olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MM-in 477.0.1-ci maddəsinin tətbiqi iddianın zaminlərə aid hissədə rədd edilməsi üçün kifayət etdiyindən, məhkəmələr tərəfindən Məcəllənin 477.0.4-cü maddəsinin tətbiqinin əsaslılığı na dair kassasiya şikayətinin dəlillərinə əlavə hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipinə uyğun zərurət yoxdur. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kreditin ABŞ dolları ilə verilməsi iş materiallarından mübahisəsiz müəyyən olunur. Cavabdeh borcun düzgün hesablanmamasını göstərsə də, bununla bağlı hər hansı sübutu (ödədiyi, lakin iddiaçının təqdim etdiyi hesabdan çıxarışda əksini tapmamış məbləğlərə dair maliyyə sənədləri və s.) işin faktiki hallarını araşdıran məhkəmələrə verməmiş, eyni zamanda birinci instansiya məhkəməsində iştirak etdiyi halda, ekspertizanın keçirilməsinə dair vəsatət verməmiş, apellyasiya instansiyası məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, həmin məhkəməyə hər hansı üzrlü səbəb gö stərmədən getməmişdir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC-nin və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri t əmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(105)-1158/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4166/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4166/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver