Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4167/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh1 və onun vəkili Fərəcov Salman Böyükağa oğlunun iştirakları ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabd eh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-2881/2019) iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı-nin xeyrinə -22R000002073 saylı kredit razılaşması üzrə 52593.03 ABŞ dolları kredit borcu, 35946.30 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 93539,33 ABŞ dolları, 22R000008070 saylı kredit razılaşması üzrə 11037.57 ABŞ dolları kredit borcu, 10436.46 ABŞ dolları faiz borcu, 1100 ABŞ dolları cərimə olmaqla, cəmi 22574,03 ABŞ dolları, ümumilikdə 116113,36 ABŞ dolları məbləğində borc ödəniş günü manata məzənnə ilə manatla və məhkəmədə iddia üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulması, iddia tələbi qalan hissədə təmin edilməməsi və aparılmış məhkəməmühasibatlıq ekspertiza tədqiqatının dəyəri 120 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), Z.Əliyev və R.Eyvazov, iş № 2(103)-2665/2020) cavabdehlər tərəfindən verilmiş və Cavabdeh1 münasibətdə baxılan (hissədə) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2881/2019 saylı işi üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 vəkili Fərəc ov Salman Böyükağa oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı KB ASC ilə Cavabdeh1 arasında xx xxxx 2011-ci il tarixində 22L000000252 saylı X2 bağlanmışdır. Həmin kredit müqaviləsinə görə kredit alan 120 ay müddətinədək 400.000.0 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı KB ASC ilə Cavabdeh1 arasında xx xxxx 2011-ci il tarixində 22L000000252 saylı X1 əsasən xx xxxx 2013-cü il tarixdə 22R000002073 saylı kredit razılaşması bağlanmışdır. Həmin kredit müqaviləsinə görə kredit alan illik faiz dərəcəsi 18% olmaqla, 36 ay müddətinə 180.000,0 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı KB ASC ilə Cavabdeh1 arasında xx xxxx 2011-ci il tarixind ə 22L000000252 saylı X1 əsasən xx xxxx 2013-cü il tarixdə 22R000002073 saylı kredit razılaşmasına əlavə saziş bağlanaraq müqavilə müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. (səh.7). İddiaçı KB ASC ilə Cavabdeh1 arasında xx xxxx 2011-ci il tarixində 22L000000252 saylı X1 əsasən xx xxxx 2014-cü İ tarixdə 22R000008070 saylı kredit razılaşması bağlanmışdır. Həmin kredit müqaviləsinə görə kredit alan illik faiz dərəcəsi 18% olmaqla, 36 ay müddətinə 40.000,0 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışına görə, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2019-cu il tarixə 52593,03 ABŞ dolları əsas, 35946,3 ABŞ dolları faiz, 11906,89 ABŞ dolları cərimə, cəmi 104046,22 ABŞ dolları borcu vardır. (səh.31). xx.xx.2019-cu il tarixli maliyyə arayışına görə, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2019cu il tarixə 11037,57 ABŞ dolları əsas, 10436,46 ABŞ dolları faiz, 2766,04 ABŞ dolları cərimə, cəmi 24240,07 ABŞ dolları borcu vardır (səh.32). Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 19428 saylı rəyinə əsasən: xx xxxx 2013-cü il tarixdə 22RQ00Q02Q73 saylı kredit razılaşması üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və “İddiaçı'’ KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2011-ci il tarixində 22L000000252 saylı X1 əsasən xx xxxx 2013-cü il tarixdə 22R000002073 saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2019-cu il tarixə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən; əsas bor c üzrə — 55.593,03 ABŞ dolları; faiz borcu üzrə — 43.463,83 ABŞ dolları. xx xxxx 2014-cü il tarixdə 22R000008070 saylı kredit razılaşması üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarışlardan və İddiaçı KB ASC ilə Cavabdeh1 arasında xx xxxx 2011-ci il tarixində 22L000000252 saylıX1 əsasən xx xxxx 2014-cü il tarixdə 22R000008070 saylı kredit razılaşmasının qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 müqavilə müddətinə, yəni xx.xx.2019-cu il tarixə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən: əsas borc üzrə - 11.037,57 ABŞ dolları faiz borcu üzrə 11.338,39 ABŞ dolları.Ekspertiza xərci 120 (yüz iyirmi ) manat müəyyən edilmişdir (səh.123). Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 424, 425.1, 427.3, 439, 442, 443-449, 470-477, 739- 744cü maddələrini maddəsini tətbiq etmişdir. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göst ərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tə rəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qər
Məhkəmə qərarları › İş №2(102)-4167/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4167/2020
11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver