Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-417/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: "xxxx" ASC Cavabdeh: Cavabdeh, X1 İddia tələbi: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: kredit və ipoteka müqavilələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə müvafiq olaraq bank tərəfindən borcalana 120 ay müddətinə, illik 8 % ödəmək şərtilə 102000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə bankla X1 arasında sonuncuya məxsus mənzilinin ipoteka qoyulması barədə ipoteka müqaviləsi bağlanmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat xx xxxxx 2018-ci il tarixdə "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aralarında bağlanmış xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 88988 ABŞ dolları əsas borc, 6675 ABŞ dolları faiz borcu, 289 ABŞ dolları cərimə olmaqla, cəmi 95952 ABŞ dolları məbləğində pulun onu xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan sonra mənzildə yaşayan şəxslərin mənzildən məcburi qaydada çıxarılması, satışdan əldə edilən vəsait qətnamənin icrasına yetərli olmadığı halda, qalan borcun Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırmış, nəticədə tələb olunan məbləğdə borcu yaranmışdır. İş üzrə alınmış xx xxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən e dilmişdir ki, borclu Cavabdeh xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixə "xxxx" ASC-yə 93867 ABŞ dolları məbləğində əsas borcu, 32395 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış faizlər üzrə borcu, cəmi 126262 ABŞ dolları borcu vardır. Eyni zamanda xx xxxxxx 2018-ci il tarixli qiymətləndirmə rəyi ilə müəyyən edilmişdir ki, ipoteka predmeti olan mənzilin bazar dəyəri 115000 manat təşkil edir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-95/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.A.İsayev) iddia qismən təmin edilmiş, Cavabdeh 88988 ABŞ dolları əsas borc, 10124 ABŞ dolları məbləğində faiz borcu, 692 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 99804 ABŞ dolları borcun alınaraq iddiaçıya ödənilməsi, borcun ipoteka predm etinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 115.000 manat müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə yetərli olmadığı halda, qalan borcun Cavabdeh ümumi qaydada tutulması qət edimiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən borc məbləği düzgün müəyyən edilməmiş, qeyri-mötəbər ekspert rəyinə əsaslanmışdır. Ona görə də təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən alınmış xx xxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdi r ki, borclu Cavabdeh xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixə "xxxx" ASC-yə 92736 ABŞ dolları məbləğində əsas borcu, 22792 ABŞ dolları faiz borcu vardır. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-403/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.B.Kərimov, Z.B.Babayev, N.F.) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 442, 443, 445, 448-ci maddələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh iddiaçıdan aldığı kreditlər üzrə əsas borcu və müqavilə ilə müə yyən edilmiş faizləri banka qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, müqavilə öhdəliklərini icra etməyərək, bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçınınipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini və onun satılmasını, habelə boşaldılmasını tələb etmək hüququ yaranmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən m əhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş, mötəbər olmayan ekspert rəylərinə istinad edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüqu qunu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bi lər. “İpoteka haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən ipoteka-öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1 və 34.1.2.-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili iş üzrə verilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəylərinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və proses sual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə cavabdeh işdə olan rəylərlə bağlı bu cür hallara istinad etməmiş, şikayətini ümumi ifadələrlə əsaslandırmış, işə baxılarkən belə pozuntular aşkar edilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən rəyə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-417/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-417/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver