Məhkəmə qərarları › İş №2(102)-417/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-417/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-417/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehn qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borc, sübutetmə) 31.01.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaçı və vəkili xxx qızının, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(105)1725/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə A zərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaya görə 2015-ci ildə İddiaçı və Cavabdeh arasında borc münasibəti yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16000 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci il fevral ayının əvvəllərində cavabdehə 36000 ABŞ dolları məbləğində borc pul vermiş, 2016-cı ilin dekabr ayında həmin pulun 20000 ABŞ dollarını həmin vaxtın manatla olan kursu əsasında, yəni 40000 manat olmaqla ona qa ytarılmış, 16000 ABŞ dolları məbləğində borc qalmışdır. İddiaçı pulunu cavabdehdən tələb etsə də, sonuncu borcu qaytarmamışdır. İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmiş, cavabdeh ondan borc pul aldığını etiraf etsə də, guya borcunun qalmaması barədə izahat vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(060)-8939/2019 nömrəli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tələbini əsaslandıra bilməmiş, cavabdehin 16000 ABŞ dolları məbləğində öhdəliyinin olması barədə sübutlar təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(060)-8939/2019 nömrəli qətnaməsinin ləğ v edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 2(105)-1092/2020 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Qulyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(060)-8939/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıdan 27000 manat borc almasını, 27000 manatın əvəzində 40000 manat qaytarmasını həm məhkəmə kollegiyasının iclasındakı izahatında, həm də birinci instansiya məhkəməsinə ünvanladığı protokola dair qeyd barədə ərizəsində qeyd etmiş, iddia çı cavabdeh tərəfindən ona 40000 manat qaytarılmasını təsdiq etmiş, lakin cavabdehə 36000 ABŞ dolları borc verməsini, eləcə də iddia tələbində tələb edilən 16000 ABŞ dolları borcun necə yaranmasını sübut edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə 2015-ci ildə 36000 ABŞ dolları məbləğində borc verdiyini, həmin vaxtı 1 ABŞ dollarının 1 manat 05 qəpik təşkil etdiyini göstərmişdir ki, 36000 ABŞ dolları 37800 manat təşkil etmiş və iddiaçı cavabdeh tərəfindən ona 40000 manat qaytarıldığını bildirmişdir. Bununla da iddiaçı qalan 16000 ABŞ dolları borcun necə yaranmasını, necə hesablanmasını təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 2(105)-1092/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(102)-1643/2021 nömrəli qərarı ilə (hakim İ.R.Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər G.A.Quliyevdən və Z.Ə.Əliyevdən ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 2(105)-1092/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəticəyə cavabdehin ziddiyyətli izahatları əsasında və s übutları düzgün qiymətləndirmədən gəldiyindən qətnamə qanuni sayıla bilməz. Belə ki, 2015-ci ildə tərəflər arasında borc münasibəti yaranması hər iki tərəfin izahatları ilə təsdiq olunur. Lakin tərəflərin göstərdikləri həm borcun hansı valyutada verilməsinə, həm də onun məbləğinə münasibətdə bir-birindən fərqlidir. Cavabdeh aldığı 27000 manat məbləğində borcun əvəzinə iddiaçıya 40000 manat qaytarmasının səbəbini həmin borcu iddiaçıdan faizlə götürməsi ilə izah etmişdir. Lakin cavabdeh borcu hansı faizlə iddiaçıdan götürməsini göstərməmiş və 40000 manatın faizlərlə hesablanması qaydasını məhkəməyə təqdim etməmişdir. İddiaçı isə cavabdehin onun bacısı qızı olmasını əsas göstərməklə borcu ona faizlə verməsini qəti inkar etmişdir. Apellyasiya instansiyası məhkəməsinə görə iddiaçının iddia etdi yi 36000 ABŞ dollarının cavabdehə verilməsi zamanı 1 ABŞ dolları həmin dövrün rəsmi məzənnəsinə əsasən 1 manat 05 qəpik hesabı ilə cəmi 37800 manat təşkil etmiş, cavabdeh tərəfindən isə iddiaçıya 40.000 manat qaytarılmışdır. Belə olduqda iddiaçı 16000 ABŞ dolları məbləğində borcun haradan yaranmasını sübut edə bilməmişdir. Cavabdeh aldığı 27000 manat məbləğində borcun müqabilində faizlərlə birlikdə iddiaçıya 40000 manat qaytarmasını bildirdiyi halda, apellyasiya instansiyası məhkəməsi cavabdehin irəli sürdüyü dəlilə uyğun olmayan nəticəyə, yəni 1 ABŞ dollarının 1 manat 05 qəpiyə bərabər olmasına əsaslanaraq hesab etmişdir ki, iddia olunan 36000 ABŞ dolları cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi tərəflərdən heç bir inin göstərdiklərinə əsaslanmamaqla ziddiyyətlidir və cavabdeh tərəfindən iddiaçıya borcun qaytarılması nəticəsinə gəlmək üçün əsas vermir. İddiaçı tərəfindən cavabdehə borcun ABŞ dolları ilə verilməsi iddia olunduğundan, borcun manatla qaytarılması halında borcun məbləği həmin ərəfədə mövcud olan rəsmi məzənnəyə uyğun hesablanmaqla qaytarıla bilərdi. Belə olduqda, qaytarılan ərəfədə 40000 manat təxminən 20000 ABŞ dollarına bərabər olur və iddiaçının tələb etdiyi 16000 ABŞ dolları həmin hesabdan yaranır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(105)-1725/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafarindən və T.Q.Məmmədovdan ibarət tərkibdə) iddia çının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(060)-8939/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin olunması, Cavabdeh 16000 ABŞ dolları pulun (ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatla) və iddia ərizəsinin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş cəmi 61,2 manat məbləğində dövlət rüsumlarının əvəzinin tutularaq İddiaçı qaytarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən, cavabdeh iddiaçıdan kredit (borc) almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini kreditora qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Məhkəmə Mülki Məcəllənin 385.1, 439.1, 439.2, 448.1, 448.2, 739, 740.1-ci maddələrinə istinad edərək müəyyən etmişdir ki, cavabdeh iddiaçıdan 36000 ABŞ dolları borc almış, bu borcdan 2016-cı ilin dekabr ayında 40000 manat qaytarmışdır. Həmin zamanın məzənnəsi ilə bu məbləğ 20000 ABŞ dolları təşkil etdiyindən hazırda cavabdehin iddiaçıya 16000 ABŞ dolları borclu qaldığı məlum olur. Həmin borc isə ödəniləcək vaxt qüvvədə olan məzənnəyə uyğun manatla ondan iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, borc öhdəliyi ilə bağlı tərəflər arasında yazılı sübutlar olmasa belə, işin yuxarıda göstərilən halları iddianın əsaslı olmasını göstərir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı apellyasiya baxışı zamanı işin faktiki halları ilə bağlı xron oloji ardıcıllıqla dəqiq və inamlı cavab verdiyi halda, cavabdehin cavabları inamsız və ziddiyyətli olmuşdur. Bu mənada, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(105)-1725/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsasl andırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehin xəbəri olmadan birinci instansiya məhkəməsində çıxış etmiş nümayəndəsi və vəkili guya iddiaçıdan 36000 ABŞ dolları borc aldığını bildirmiş, sonra isə sözlərinin təhrif olunması əsası ilə protokola qeyd vermişdir. Lakin həm Ali Məhkəmə, həm də Sumqayıt Apellyasiya Məhkəməsi cavabdehin nümayəndəsi və vəkilinin borc məbləğinin 36000 ABŞ dolları olması barədə izahatını əsas gətirərək, iddianı təmin etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətin ə etiraz iddia ərizəsində istinad olunan işin faktiki halları və hazırki iş üzrə məhkəmə gedişatı ilə əsaslandırılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı və vəkili xxx qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlar a hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına u yğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilər lər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzg ün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmi n etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci madd əsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçıdan 36000 ABŞ dolları borc almış və onun 16000 ABŞ dolları hissəsini qaytarmamışdır. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçü n tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(105)-1725/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul ed

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar