Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4170/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması, sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-906/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9000 manat borcun və ödədiyi 110 manat dövlət rüsumunun, ümumilikdə isə 9110 manat pulun tutularaq, ona ödənilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh keçmiş qudasıdır. Qızı Nərmin cavabdehin oğlu İsrail ilə ailə həyatı qurmuşdur. Aralarında qohumluq əlaqələri mövcud olduğundan cavabdeh 2019-cu ilin sonunda ondan 10000 manat borc pul istəmiş və həmin vəsaiti ona borc olaraq vermişdir. Bir neçə ay sonra 2020-ci ilin əvvəllərində cavabdeh borcundan 1000 manat ödəmiş, qalan borcu hələ də qaytarmamışdır. Araların da qohumluq əlaqələri olduğuna görə, həmin pulu istədiyi zaman çox da israr etməmiş, yüngül formada bir neçə dəfə borcunu tələb etmişdir. Lakin Cavabdeh pandemiya dövrü olduğunu, işlərinin yaxşı getmədiyini bildirərək, daha sonra ödəyəcəyini ona bildirmişdir. Hazırda övladlarının nikahı pozulub, münasibətləri kəskinləşib.
3. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçı cavabdehdən tələb etdiyi pul barədə heç bir yazılı və şifahi sübut təqdim etməmişdir.
4. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(050)-118/2023 saylı, 06 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim: Z.Zeynalov) iddia təmin edilməmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında şərtləri notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi üzrə ö hdəlik münasibətləri yaranmamış, yazılı borc müqaviləsi olmamış, iddiaçı müəyyənləşdirilmiş pul məbləğini cavabdehə borc verməsi barədə sübut təqdim edə bilməmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 739, 740, 385-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1. və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilmədiyi halda, məhkəmə işə baxılmasını təxirə salmamış, işə onun iştirakı ol madan baxmışdır. Bununla yanaşı, sözügedən borcun verilməsində şəxsən iştirak etmiş arvadının və qızının ərizələri məhkəmə tərəfindən nəzərə alınmamış, yekun məhkəmə aktında da sözügedən ərizələrə heç bir münasibət bildirilməmişdir. İş materiallarına tələb olunan borcu təsdiq edən yazışmalar əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə prosesində bütün sübutlar lazımınca qiymətləndirilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş və qərəzli qətnamə qəbul edilmişdir.
9. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-906/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər P.T.Əhmədov (sədrlik edən və məruzəçi) İ.Q.Əsədov və O.N.İsmayılov) apelyasiya şikayəti təmin edilməmiş, birinci i nstansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə baxmayaraq, tərəflər arasında müqavilə üzrə öhdəlik münasibətlərinin yaranmasını sübut edə bilməmiş və müəyyənləşdirilmiş pul məbləğini cavabdehə borc verməsi barədə mötəbər sübut təqdim etməmişdir.
11. İş materiallarından aşkar görünür ki, iddiaçı birinci instansiya məhkəməsində məhkəmə iclaslarının yeri və vaxtı barədə kifayət qədər məlumatlandırılmışdır. Hətta, iddiaçı 06 fevral 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir.
12. İddiaçı birinci instansiya məhkəməsində dindirilməsini tələb etdiyi şahidlərin if adələrinin alınması üçün hər hansı vəsatət verməmiş, mülki prosessual qanunvericiliyin ona verdiyi hüquqdan istifadə etməmişdir.
13. Bundan başqa, iddiaçı və ya onun birinci instansiya məhkəməsində iştirak etmiş səlahiyyətli nümayəndəsi iş materiallarında olan “Whatsapp” yazışmalarında tərəflər arasında borc münasibətlərinin mövcud olub-olmaması halı üzrə araşdırma aparılmasını tələb etməmişlər. Ümumiyyətlə, “Whatsapp” sosial şəbəkəsində olan işdə iştirak etməyən digər şəxslər arasında baş verməsi ehtimal edilən yazışmalar iş üzrə hər hansı sübut əhəmiyyətinə malik deyildir.
14. Məhkəmə qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəlillərini əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassa siya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti iddianın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya)
18. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkl ində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllə
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 407.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə kas sasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir, Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
30. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-906/2023 nömrəli iş üzrə 4 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.