Məhkəmə qərarları › İş №2(102)-4171/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4171/2020

27.10.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4171/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh2 MMC hüquqi varisi Cavabdeh2 MTK vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-cu il tarixli, 2(103)319/2020 saylı qətnaməsindən Cavabdeh2 MMC hüquq varisi Cavabdeh2 MTK kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5 81/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.C.Xəlilova) İddiaçı Cavabdeh2 MMC və digərlərinə qarşı “mülkiyyət hüququnun tanınması, mənzildən istifadəyə yaradılan manelərə son qoyulması və müqavilənin etibarsız hesab edilməsi” barədə ilk iddia qismən təmin, Cavabdeh2 MMC İddiaçı və digərlərinə qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə qarşılqılı iddiası rədd edilərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa olunmuş binanın 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.metr olan, 3 otaqlı, 17 saylı mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılmasının Cavabdeh2 MMC rəhbərliyinə həvalə edilməsi və qalan hissədə ilk iddianın rədd olunması qət edilib. Eyni za manda həmin məhkəmənin xx xxxxx 2019-cu il tarixli əlavə qətnaməsi ilə Cavabdeh2 MMC ilə X1 arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli, 17 saylı müqavilənin etibarsız hesab edilməsi qət edilib. Cavabdeh2 MMC qətnamədən və əlavə qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-319/2020 saylı qətnaməsi ilə (hakimlər Z.Ə.Əliyev sədrlik edən, məruzəçi, F.Ş.Talışinski və R.Ə.Eyvazov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi və xx xxxxx 2019-cu il tarixli əlavə qətnaməsi mübahisələndirilən hissədə apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Cavabdeh “xxxx” MMC hüquq varisi Cavabdeh2 MTK qətnamədən kasasiya şikayəti verib. İŞİN H ALLARİ İşdən görünür ki, İddiaçı məhkəmədə Cavabdeh2 MMC və digərlərinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa olunmuş binanın 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.metr olan, 3 otaqlı, 17 saylı mənzil üzərində mülkiyyət hüququnun tanınması, həmin mənzildən onun sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılmasının Cavabdeh2 MMC rəhbərliyinə həvalə edilməsi və Cavabdeh2 MMC ilə Tofiq Balayev arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli, 17 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh2 MMC isə məhkəmədə İddiaçı və digərlərinə qarşı qarşılıqlı iddia verərək, Cavabdeh1 MMC ilə İddiaçı arasında xx xxxxx 2012-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa olunmuş binanın 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən 145 kv.metr sahəsi olan 3 otaqlı, 17 saylı mənzilə dair bağlanmış müqavilənin, eyni tarixli və xx xxx 2008-ci il tarixli maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddianın təmin edilm əsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. İddiaçı kasasiya şikayətinə dair etiraz ərizəsində kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh2 MMC hüquq varisi Cavabdeh2 MTK vəkili Nail İbadov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Cavabdeh1 MMC və üçüncü şəxs Tofiq Balayev məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gə lmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, cavabdehin vəkili Nail İbadovun izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini və əlavə qətnaməni mübahisələndirilən hissədə apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlayarkən, ilk iddianın qismən əsaslı olmasına, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların müəyyən edilməməsinə, ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.4, 340.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən madd i və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında yaşayış evinin tikintisi ilə əlaqədar pay barədə xx xxxxx 2012-ci il tarixli müqavilə imzalanıb. Həmin Müqavilənin şərtlərinə görə, əqdin əsas predmeti Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa olunan binanın 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.metr olan 3 otaqlı, 17 saylı mənzildən ibarətdir. P ayçı ona düşən mənzil sahəsi üçün 67.976 manat (85000 ABŞ dolları) ödəməlidir. Tikinti işləri tam başa çatdırıldıqdan sonra müqavilənin əsas predmeti olan mənzil icraçı tərəfindən təhvil verilir, payçı isə qəbul edir. Cavabdeh1 MMC xx xxxxx 2012-ci il tarixli maliyyə arayışına görə, Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal yaşayış massivində inşa olunan yaşayış binası Cavabdeh2 MMC və Cavabdeh1 MMC məxsusdur və mənzilin dəyəri İddiaçı tərəfindən tam məbləğdə ödənilib və borcu yoxdur. Bundan əlavə, Cavabdeh2 MMC ilə Tofiq Balayev arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli, 17 saylı koperativ mənzilin tikintisi barədə müqaviləyə əsasən, Cəmiyyət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa olunan binanın 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 145 kv.metr olan 3 otaqlı, 17 saylı mənzili payçı olaraq Tofiq Balayevə təhvil verməyi, payçı isə müəyyənləşdirilmiş 88.450 manat pul vəsaitini Cəmiyyətə ödəməyi öhdəsinə götürüb. Tarxi və nömrəsi olmayan maliyyə arayışında həmin mənzilin pay haqqının Tofiq Balayev tərəfindən tam məbləğdə ödənildiyi və Cəmiyyətə borcunun olmadığı qeyd edilib. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, tədqiq olunan xx xxxxx 2008-ci il tarixdə bağlanmış mənzil tikintisi haqqında Tofiq Balayevin adına 17 saylı müqavilənin əslindəki, tarixsiz Tofiq Balayevin adına maliyyə arayışının əslindəki “İ.M.Axundov” soyadlarının qarşısındakı imzalar kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə; həmin imzalar ilə müqavilənin əslindəki “payçı” qrafas ındakı imza və soyad kimyəvi tərkiblərinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunub. Həmin sənədlərdəki möhürlərin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarının kimyəvi tərkibinə uyğundur. Həmin sənədlərdəki imza və möhürlərin icra olunma tarixini müəyyən etmək mümkün olmadı. Eyni zamanda işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli məhkəmə xəttşünaslıq ekspertinin rəyinə əsasən, Cavabdeh2 MMC ilə Tofiq Balayev arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli, 17 saylı kooperativ mənzil tikintisi haqqında müqavilədə “payçı” qrafasında “Balayev”xxxx“MMC direktoru” qrafasındakı imza və 100-cü vərəqədəki maliyyə arayışında Cavabdeh2 MMC sədri” qrafasındakı imza İmran Axundov tərəfindən icra olunub. Müqavilədə “payçı” qrafasın dakı “Balayev T.D. AZE 05302454” yazılar Tofiq Balayev və İmran Axundov tərəfindən yox, başqa şəxs tərəfindən icra olunub. Hazırda İddiaçı, sözügedən mənzilin dəyərini tam ödəyərək aldığını, mənzilin onun sahibliyinə verildiyini, orada yaşamaq üçün şərait yaratdığını və bəzi təmir işləri gördüyünü, faktiki olaraq həmin mənzildə yaşadığını, lakin Cavabdeh2 MMC əməkdaşlarının əlavə təmir işləri aparmağa və mənzildən sərbəst istifadə etməsinə imkan vermədiklərini göstərib, ilk iddia tələbini irəli sürüb. Cavabdeh2 MMC isə, sözügedən binanın özünə məxsus olduğunu, Cavabdeh1 MMC mübahisəli mənzili İddiaçı satmaq səlahiyyətinin olmadığını, mənzili xx xxxxx 2008-ci il tarixli müqavilə əsasında Tofiq Balayevə satdığını göstərib, qarşılıqlı iddia tələbini irəli sürüb. Apelyasiya instansiyası məhkəm əsi sadalanan sübutları araşdırıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, Mülki Məcəllənin mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış müqavilədən və ona əlavə edilmiş maliyyə arayışından müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə İddiaçı tərəfindən əməl olunmasına, habelə Cavabdeh1 MMC tərəfindən mənzilin təhvil verilməsinə baxmayaraq, həmin mənzildə təmir işlərinin aparılmasına Cavabdeh2 MMC tərəfindən maneəçilik törədilir, halbuki 2012-ci ildə İddiaçı mənzilin dəyərini tam ödəməklə həmin mənzilə sahiblik və istifadə etmək hüququ əldə etmişdir. Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərən cam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, Tofiq Balayevlə Cavabdeh2 MMC arasında bağlanmış müqavilə İddiaçı tərəfindən mübahisələndirildiyindən, yəni həmin müqavilənin uydurma müqavilə olması və sonuncunun iddia tələbinə maneəçilk törədilməsi məqsədi ilə sonradan geri tarixlə bağlanılması bildirildiyindən, həmin müqavilənin həqiqiliyini yoxlanılması məqsədi ilə Cavabdeh2” MMC nümayəndəsinə Cəmiyyətlə 2008-ci il tarixdə bağlanmış mübahisəli mənzilin yerləş diyi binada yerləşən mənzillərin alqı-satqı müqavilələrinin qeydiyyatı kitabını məhkəməyə təqdim olunması təklif edilməsinə baxmayaraq, həmin kitablar məhkəməyə təqdim edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlara əsaslanaraq qeyd etmişdir ki, Tofiq Balayevlə bağlanmış müqavilə uydurma müqavilədir. Belə ki, həmin müqavilənin mövcud olduğu halda Cavabdeh2 MMC və ya Tofiq Balayev tərəfindən İddiaçıla bağlanmış mənzilin tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə bu neçə il ərzində məhkəmədə iddia qaldırmamışdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, pay haqqının tam ödənilməsini, başqa sözlə əmlaka mülkiyyət hüququ əldə edilməsini təsdiqləyən sübut kimi maliyyə arayışının mötəbərliliyi nəzərə alınmaldır. Belə ki, sənədin rəsmi kitabda qeydiyyatdan keçməsini göstərən əlamətlər kimi onun nömrə və tarixinin olması mühüm əhəmiyyət kəsb edir. Hazırki işdə, Cavabdeh1 MMC tərəfindən İddiaçı verilmiş maliyyə arayışının tarixi və nömrəsi vardır. Cavabdeh2 MMC Tofiq Balayevə verdiyi maliyyə arayışında isə sənədin nömrəsi və tarixi mövcud deyil. Yuxarıda qeyd olunan səbəblərdən həmin sənədin mötəbərliliyinə ciddi şübhələr olduğu halda, Cavabdeh2 MMC və Tofiq Balayev, ona verilmiş maliyyə arayışında tarixin və nömrənin olmamasının səbəblərini ağlabatan dəlillərlə izah edə bilməmişlər. Apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, Cavabdeh2 MMC ilə Tofiq Balayev arasında tərtib edilmiş müqavilə və maliyyə arayışı qarşılıqlı hüquq və öhdəlik yaratmağa yönəl miş iradə ifadələri olmamaqla, görünüş üçün bağlanmış uydurma əqddir. Belə əqd isə əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. Mülki Məcəllənin 337.1-ci və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Odur ki, birinci instansiya məhkəməsinin Cavabdeh2 MMC ilə Tofiq Balayev arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli, 17 saylı müqavil ənin etibarsız hesab edilməsinə dair qənaəti əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq onu da qeyd etmişdir ki, hətta Cavabdeh2 MMC və Tofiq Balayev arasındakı müqavilə etibarlı olsaydı belə, mübahisəli mənzil üzərində İddiaçı üstün hüququ vardır. Belə ki, mülki hüquq münasibətlərində borclunun eyni əşyanı iki və ya daha artıq şəxsə (kreditora) verəcəyi barədə öhdəlik götürməsi (müqavilə bağlaması) halları mümkündür. Yəni borclu, bağladığı müqavilələrlə bir əşyanı müxtəlif şəxslərə verəcəyi (mülkiyyətinə keçirəcəyi) barədə üzərinə öhdəlik götürmüş olur. Bu məzmunda müqavilənin bağlanması ilə kreditorlardan heç biri avtomatik olaraq həmin əşyanın mülkiyyətçisi olmur (mülkiyyəti qazanmırlar). Belə hallarda əşyanın mülkiyyətini alıcılardan hansının qazanması qanunvericiliklə tənzimlənmişdir. Mülkiyyətin qazanılması borclunun əşyaya sərəncam verməsi- daşınarlarda əşyanı alıcının faktiki sahibliyinə verməsi (Mülki Məcəllənin 182-ci maddəsi), daşınmaz əşyalarda əşyanın dövlət reyetrindəki qeydini alıcının adına keçirməsi (Mülki Məcəllənin 139-cu maddəsi), fərdimüəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsi halında isə əşyanın üçüncü şəxsə mülkiyyət hüququ ilə (faktiki yiyələnmə formasında sahibliyə) verilməsi ilə mümkün olur (Mülki Məcəllənin 452.1-ci maddəsi). Hazırki işdə, mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmamış əşyadır. Ona görə də, həmin mənzilin verilməsi barədə İddiaçı və Tofiq Balayevlə bağlanmış müqavilələr üzrə onlardan hansının üstün hüququnun yaranmasına Mülki Məcəllənin 452-ci maddəsi tətbiq edilir. Həmin M əcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etm əmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Bu baxımdan əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqən əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Cavabdeh2 MMC, mübahisəli mənzilə dair Tofiq Balayevlə müqavilənin daha əvvəl- xx xxxxx 2008-ci il tarixdə bağlanıldığına istinad etsə də (Cavabdeh1 MMC ilə İddiaçı arasındakı müqavilə xx xxxxx 2012-ci il tarixdə bağlanmışdır) əşya üzərində üstün hüququn yaranması üçün yaşayış sahəsinin onlardan hansının faktiki sahibliyinə verilməsi əsas götürülməlidir. Hazırki işdə, Cavabdeh2 MMC, mübahisəli mənzili Tofiq Balayevin sahibliyinə verdiyini təsdiqləyən mötə bər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə mənzilə sahiblik etməsi, orada müvafiq təmir işləri aparması onun izahatı ilə yanaşı apelyasiya baxışında keçirilmiş tikinti-texniki ekspertizanın rəyi ilə təsdiq olunur. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, İddiaçı tərəfindən mənzilin divarına və tavanına şpaklyovka çəkilmiş, sanitar qovşağına unitaz quraşdırılmış və mənzilin qapısı dəyişdirilərək dəmir qapı əvəz olunmuşdur. Eyni zamanda mənzilin dəhliz və bir otağının tavanına şpaklyovka çəkilmişdir. Mənzilin bir otağının daxilində döşəməyə dik düzülərək, plastik qapı-pəncərə və bir əd əd taxta qapı quraşdırılmışdır. Mənzilin hazırkı vəziyyəti (təmir, kommunal, sanitar və digər şərtlər nəzərə alınmaqla) orada daimi yaşayış üçün qənaətbəxş olmadığı müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 452-ci maddəsi baxımından mübahisəli əşya üzərində hüquq iddia edən kreditorlardan hansının üstün olmasının müəyyənləşdirilməsi üçün mənzilin daimi yaşayış üçün qənaətbəxş olması zəruri deyil. Vacib olan mənzilə kreditorlardan hansının faktiki sahiblik etməsidir. Ekspertizanın rəyi ilə təsdiqlənən işlər (yeni qapının qoyulması, müvafiq təmir işlərinin aparılması və s.) mübahisəli mənzilin İddiaçı sahibliyində olması nəticəsinə gəlmək üçün kifayə t edir. Ona görə də mübahisəli mənzil daha əvvəl İddiaçı sahibliyinə verildiyi üçün həmin mənzil üzərində onun üstün hüququ yaranmışdır. Odur ki, Tofiq Balayevin müqaviləsi etibarlı olsaydı belə, Mülki Məcəllənin 452-ci maddəsinin (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur) tələbi baxımından onun müqaviləni daha əvvəl bağlaması İddiaçı mənzil üzərindəki hüququnu aradan qaldıra bilməzdi. Daha sonra apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, İddiaçı sözügedən mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılmasının Cavabdeh2 MMC rəhbərliyinə həvalə edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət də əsaslıdır. Eyni zamanda qarşılıqlı id dianı əsassız hesab edən apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin 2.1.5-ci bəndinə əsasən Cavabdeh1 MMC mənzil satmaq səlahiyyəti olmadığından, mənzil üçün Cavabdeh2 MMC pul vəsaiti ödənilmədiyindən, İddiaçıla bağlanmış mənzil tikintisi haqqında müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından, yəni binanın qanuni sahibi Cavabdeh2 MMC ilə bağlanmadığından, habelə həmin mənzil barəsində 2008-ci ilin aprel ayında Tofiq Balayev arasında mənzil tikintisi haqqında müqavilə bağlanıldığından etibarsız hesab edilməlidir. Sözügedən müqavilənin 2.1.5-ci bəndinə əsasən “bu müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələ rinin satışını eyni qiymətlə aparmaqla, satış alqısatqı müqavilələri və digər sənədlər əsasında Cavabdeh2 MMC adından rəsmiləşdiriləcəkdir, əgər satışı Cavabdeh1 MMC öz adından rəsmiləşdirərsə payçılar və rəsmi dövlət orqanları, alıcılar qarşısında özü öz əmlakı ilə məsuliyyət daşıyacaq. Cavabdeh1 MMC gördüyü işin yarısı dəyərində, yəni payına düşən hissəsinin 25 faizi həcmində Cavabdeh2 MMC möhürü və imzası ilə satış apara bilər. Mülki Məcəlləsinin 350-ci maddəsinə əsasən, əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çı xarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (t əmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gə ldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kassatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh2 MMC hüquq varisi Cavabdeh2 MTK kasasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-cu il tarixli, 2(103)319/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar