Məhkəmə qərarları › İş №2(102)-4173/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4173/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4173/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, zaminliyə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh1 xxxx oğlunun vəkili X2 iştirakı i lə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-593/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə (bundan sonra – iddiaçı və ya Bank) Cavabdeh1 oğlu (bundan sonra – borcalan və ya cavabdeh) arasında bağlanılmış 23 fevral 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsinə əsasən Bank borcalana 120 ay müddətinə 3.000.000 ABŞ dollar məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, kreditlər tərəflər arasında “kredit razılaşması” formasında b ağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. Kredit xətti müqaviləsi üzrə borcalan ilə Bank arasında bağlanmış 28.02.2014-cü il tarixli 03R000025567 saylı kredit razılaşmasına əsasən, Bank borcalana 60 ay müddətinə 1.1917% aylıq faiz dərəcəsi ilə 750.000 ABŞ dolları məbləğində kredit vermişdir. Borcalan ilə Bank arasında bağlanmış 07.07.2015-ci il tarixli 03R000025567S saylı, 16.03.2016-cı il tarixli 03R000025567SA saylı, 03.10.2016-cı il tarixli 03R000025567SB saylı, 13.01.2017-ci il tarixli 03R000025567SC saylı, 12.06.2018-ci il tarixli 03R000025567SD saylı sazişlərə əsasən, 28.02.2014-cü il tarixli 03R000025567 saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə borcalan ilə Bank arasında bağlanmış 09.09.2016-cı il tarixi 003R********** saylı kredit razılaşmasına əsasən Bank borcalana 18 ay müddətinə 1.8333% aylıq faiz dərəcəsi ilə 300.000 manat məbləğində kredit vermişdir. Borcalan ilə Bank arasında bağlanılmış 29.12.2016-cı il tarixli 003R**********SA saylı, 22.05.2017-ci il tarixli 003R**********SB saylı, 12.06.2018-ci il tarixli 003R**********SC saylı sazişlə 09.09.2016-cı il tarixi 003R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilmişdir. X1 arasında bağlanmış 18 mart 2010-cu il tarixli 03S000006756 saylı, Cavabdeh2 arasında bağlanmış 24 fevral 2010-cu il tarixli 03S000006450 saylı, Cavabdeh4 arasında bağlanmış 27 fevral 2014-cü il tarixli 03S000020472 saylı zaminlik müqavilələrinə əsasən, zaminlər 23 fevral 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsi və bu müqavilənin ayrı lmaz tərkib hissələri olan kredit razılaşmalarının təminatı olaraq borcalanın öhdəliklərinin icra edilməsi üçün üzərilərinə birgə məsuliyyət götürmüşlər. Borcalan ilə Bank arasında bağlanmış 27.02.2012-ci il tarixli 03M00001481 saylı, 23 fevral 2010-cu il tarixli 03M000000767 saylı və 05.08.2010-cu il tarixli 03M000000875 saylı İpoteka müqavilələrinə əsasən, 23 fevral 2010-cu il tarixli, 03L000004826 saylı Kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz tərkib hissələri olan kredit razılaşmalarının təminatı olaraq borcalana məxsus 1) Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsində 0.124 ha torpaq sahəsində yerləşən 34 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində 292.87 kv.m ümumi, 204.57 kv.m əsas, 88.30 kv.m köməkçi sahədən ibarət 4 saylı qeyri-yaşayış sahəsi; 2) ünvan 1 ünva nında 1-ci mərtəbədə yerləşən 114.38 kv.m qeyri- yaşayış sahəsi və 3) Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 3-cü mərtəbəsində 72.7 kv.m ümumi, 52.2 kv.m yaşayış 20.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh4 ilə Bank arasında bağlanmış 27.02.2014-cü il tarixli 03M000001482 saylı İpoteka müqaviləsinə əsasən, 23 fevral 2010-cu il tarixli Kredit xətti müqaviləsi və kredit razılaşmalarının təminatı olaraq Cavabdeh4 məxsus 4) Sumqayıt şəhəri 4-ci mikrorayonda istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən 14/21 nömrəli 5 mərtəbəli binanın 4-cü girişində 3-cü mərtəbəsində yerləşən 56.33 kv.m ümumi 43.18 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 64 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. X6 ilə Bank arasında bağlan mış 18.03.2010-cu il tarixli 03M000000788 saylı İpoteka müqaviləsinə əsasən, 23 fevral 2010-cu il tarixli Kredit xətti müqaviləsi və kredit razılaşmalarının təminatı olaraq X4 məxsus 5) Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 2-ci mərtəbəsində 70.5 kv.m ümumi 47.3 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank Cavabdeh1 oğluna, Cavabdeh2, X4, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 oğlundan, Cavabdeh2, X3 və Cavabdeh4 müştərək qaydada Bankın xeyrinə 03R000025567 saylı kredit razılaşması üzrə 323.353,78 ABŞ dolları kredit borcu, 137.212,05 ABŞ dolları faiz borcu, 325.846,09 ABŞ dolları cərimə olmaqla, cəmi 786.411,92 ABŞ dolları, 003R********** saylı kredit razılaşması üzrə 211.023,22 manat kredit borcu, 8596,38 manat faiz borcu və 47.716,43 manat cərimə olmaqla, cəmi 267.336,03 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 50 manat rüsumun və 100 manat xidmət haqqının tutulması, tələbin ipoteka predmetlərinə (5 predmet) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən borcun və digər xərclərin Banka ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikd ə qalan məbləğin Cavabdeh1 oğlundan, Cavabdeh2, X3, Cavabdeh4 müştərək qaydada tutulması; ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borcalan kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, dəfələrlə ödənişləri yubatmış, nəticədə Bank qarşısında göstərilən məbləğlərdə borcu yaranmışdır. 21.09.2020-ci il tarixli maliyyə arayışına əsasən, borcalan Cavabdeh1 oğlunun 28.02.2014-cü il tarixli 03R000025567 saylı kredit razılaşması üzrə Banka 323.353,78 ABŞ dolları əsas, 15 noyabr 2019-cu il tarixə faiz borcu 137.212,05 ABŞ dolları, cərimə borcu 325.846.09 A BŞ dolları, 09.09.2016-cı il tarixli 003R********** saylı kredit razılaşması üzrə 211.023,22 manat əsas, 25 noyabr 2019-cu il tarixə faiz borcu 8596.38 manat, cərimə borcu 47.716.43 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 21 may 2020-ci il tarixli 01/317 saylı hesabata əsasən, borcalana məxsus ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 119.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 21 may 2020-ci il tarixli 01/316 saylı hesabata əsasən, borcalana məxsus Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanın 16 nömrəli mənzilinin likvid dəyəri 55.500 manat təşkil edir. "xxxx" MMC MMC tərəfindən verilmiş 21 may 2020-ci il tarixli 01/319 saylı hesabata əsasən, borcalana məxsus ünvan 3 ünvanda yerləşən 4 saylı qeyri-yaşayış sahəsinin likvid dəyəri 289.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 21 may 2020-ci il tarixli 01/315 saylı hesabata əsasən, X4 məxsus Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 29 nömrəli mənzilinin likvid dəyəri 46.500 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 21 may 2020-ci il tarixli 01/318 saylı hesabata əsasən, Cavabdeh4 məxsus Sumqayıt şəhəri 4-ci mikrorayon, 14/21 nömrəli binanın 64 nömrəli mənzilinin likvid dəyəri 40.000 manat təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-809/2020 nömrəli iş üzrə 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddia qismən təmin edilmiş, borcalandan 03R000025567 saylı kredit razılaşması üzrə 323.353,78 ABŞ dolları əsas kredit borcu, 137.212,05 ABŞ dolları faiz borcu, 15.000 ABŞ dolları cərimə, cəmi 475.565,83 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə), 003R********** saylı kredit razılaşması üzrə 211.023,22 manat əsas kredit borcu, 8.596,38 manat faiz borcu və 5.000 manat cərimə, cəmi 224.619,6 manat və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 115 manatın iddiaçının xeyrinə tutulması, tələbin ipoteka predmetlərinə (5 predmet) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, ipoteka predmeti olan Sumqayıt şəhəri 2-ci mikrorayon N.Nərimanov küçəsi 34 nömrəli binanın 4-cü girişinin 1-ci mərtəbəsində olan 4 saylı qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 289.000 manat, ünvan 4 ünvanında 1-ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 119.000 manat, Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 6A/8 nömrəli binanı n 3 otaqlı 16 nömrəli mənzilinin ilkin satış qiymətinin 55.500 manat, Sumqayıt şəhəri 4-ci mikrorayonda yerləşən 14/21 nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 3 otaqlı 64 nömrəli mənzilinin ilkin satış qiymətinin 40.000 manat və Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən 29B/24 nömrəli binanın 29 nömrəli mənzilinin ilkin satış qiymətinin 46.500 manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra Bankın iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq Cavabdeh1 oğluna, Cavabdeh4 və X4 qaytarılması, ipoteka predmetlərinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin borcalandan alınaraq Banka ödənilməsi, ipoteka predmetlər inə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin əmlakların boşaldılması, orada yaşayan cavabdehlərin çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə (borcalana) vermiş, lakin sonuncu kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Ona görə də, həmin məbləğ cavabdehdən tutulmalıdır. Bununla belə, məhkəmə tələb olunan cərim ə məbləğlərini tənasübsüz surətdə yüksək hesab edərək 15.000 ABŞ dolları və 5.000 manat məbləğinədək azaltmışdır. Məhkəmə zaminlərə qarşı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Bank ilə zaminlər arasında bağlanmış zaminlik müqavilələrinə əsasən borcalanın uzun müddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı zaminlər Bank qarşısında üzərilərinə tam məsuliyyət götürmüşlər. Bununla belə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 23 fevral 2010-cu il tarixli Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmiş, həmin kredit müqaviləsi çərçivəsində kredit razılaşmaları bağlanarkən zaminlərin razılığının alınmasına dair saziş bağlanmamışdır. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 477.0.1-ci m addəsinə əsasən hazırkı mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də X6, Cavabdeh2 və Cavabdeh4 qarşı zaminlik müqaviləsindən irəli gələrək yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. Bundan başqa, məhkəmə ipoteka predmetlərinin ilkin satış qiymətini qiymətləndirmə rəylərinə əsasən müəyyən etmiş və hesab etmişdir ki, tutma ipoteka predmetlərinə yönəldilməlidir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.1, 269.4, 319, 385.1, 386.1, 442, 445, 448.1, 462, 467, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İpoteka haqqında” Qanun) 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Qətnamədən Bank və borcalan apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin zaminlərə münasibətdə təmi n edilməməsini belə əsaslandırmışdır ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilməmiş, kredit razılaşmaları bağlanarkən zaminlərin razılığının alınmasına dair əlavə saziş bağlanmamışdır. Kredit razılaşmaları və kredit razılaşmalarına dəyişiklik və əlavələr edilməsi barədə sazişlər bağlanarkən zaminlər bütün ödəniş planları ilə tanış olmuş, “ödəniş planı ilə tanış oldum və razıyam” qeydini aparmış, verilən kreditin müddəti, məbləği, faiz dərəcəsi və valyutası barədə məlumatlı olmuşlar. Məhkəmə bunlara düzgün qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddianın zaminlərə münasibətdə təmin olunmaması hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Borcalan apellyasiya şikayə tini onunla əsaslandırmışdır ki, məhkəmədə nümayəndəsi iştirak etsə də, qətnamədə onun iştirakı göstərilməmiş, verdiyi ifadə və etirazı qətnamədə nəzərə alınmamışdır. Məhkəmə qətnaməsi ilə müəyyən edildiyi və iddiaçının da etiraf etdiyi kimi, o Banka 421.646,22 ABŞ dolları məbləğində pul ödəmişdir. Yəni bu ondan irəli gəlir ki, o, Bank qarşısında öhdəliklərini icra etmişdir. Lakin sonradan maddi durumu ilə əlaqədar yaranmış situasiyada çətinlikləri olduğu üçün ödənişləri vaxtlıvaxtında icra edə bilməmişdir. Hətta Bank ona qarşı məhkəmədə iddia qaldırdığı zaman onun tərəfindən ödənişlər olmuşdur. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlak onların yeganə yaşayış yeri olduğu üçün onun hərracda satılmasını istəmir və mənzilə qoyulmuş məbləğlə də razı deyil. Bütün bu hallar olduğu halda məhkəmə ö hdəliklərini həll edə bilməsi üçün ona vaxt verə bilərdi. Məhkəmənin 15.000 dollar cərimə müəyyən etməsi qanunsuz və əsassızdır. İkinci müqavilə üzrə 5000 manat cərimə müəyyən etməsi də doğru sayıla bilməz. Həmçinin ipoteka ilə yüklü edilmiş əmlakların dəyərləri bazar qiymətindən aşağı qiymətdə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin faiz və cərimə borcları, ipoteka ilə yüklü edilmiş əmlakların qiymətləndirilməsi, həmçinin mənzildən çıxarılması hissəsində ləğv edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-593/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən Bank və borcalan kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Bankın kassasiya şikayətinin dəlilləri Bank (Vəkil) kassasiya şikay ətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın zaminlərə münasibətdə təmin olunmaması hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Kassator göstərmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə Mülki Məcəllənin 477.0.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinin əsası kimi, həmçinin Mülki Məcəllənin 404, 472-ci maddələrinə istinad olunmuşdur. b) Borcalanın kassasiya şikayətinin dəlilləri Borcalan (vəkil X5) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Kassasiya şikayətinə görə, məhkəmə MPM-in 8, 14, 47.2, 76, 77, 79, 85, 88, Mülki Məcəllənin 152, 425, 448, 449-cu maddələrini pozmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Bankın kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını xahiş etdi. Borcalanın vəkili onun kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qay dada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi ka ssasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iddianın zaminlərə qarşı təmin edilməyən hissəsində, borclunun kassasiya şikayətinin dəlillərinə əsasən kredit borcu tələbinin təmin edilmiş və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 470.1. və 472.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda... Maddə

739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul mə bləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarı... zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit mü qavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Qərarı...müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, zamin borclunun kreditoru qarşısında öz öhdəliyini icra etməsi üçün məsuliyyəti üzərinə götürür və borclu ilə eyni həcmdə (əsas borc, faiz, məhkəmə xərcləri, zərərin əvəzinin ödənilməsi və s.) məsuliyyət daşıyır. Bu baxımdan və Mülki Məcəllənin zaminliyə xitam verilməsi hallarını tən zimləyən 477-ci maddəsində zaminliyə qismən xitam verilməsi nəzərdə tutulmadığından, müqavilələrdə zaminin məsuliyyətinin artmasına və ya digər əlverişsiz nəticələrə səbəb olan (məbləğ, müddət, faiz dərəcəsi, valyutaya və s.) dəyişiklik edildiyi halda zaminliyə bütövlükdə xitam verilir. Zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərin ə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razı lığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli Qərardadı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq həmin Qərarlar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. MPM Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun (maddə 13.7). Məhk əmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:... məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar (maddə 392.1.5). Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur (maddə 392.2). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Konstitusiya Məhkəməsinin qərarları aşağıda göstərilən vaxtlardan qüvvəyə minir: Azərbayc an Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərində, V və Vİİ hissələrində nəzərdə tutulmuş məsələlər üzrə qəbul olunmuş qərarlar - qərarın özündə göstərilən vaxtdan (maddə 67.0.1)... Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən kredit borcu tələbinin təmin edilmiş hissəsində və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır v ə hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İşə baxmış məhkəmələr zaminlərə qarşı iddia tələbinin rədd olunmasını Mülki Məcəllənin 477.0.1-ci maddəsinə və həmin maddənin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarına istinadla əsaslandırmışlar. Halbuki həmin qərarın tətbiqi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərardadında qeyd olunmuşdur ki, bu qərarlarda ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin qərarın qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq həm in qərar qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Lakin baxılan iş üzrə mübahisəli zaminlik müqavilələri həmin qərarın qüvvəyə minməsindən əvvəl bağlanmış, habelə hazırkı iş üzrə iddia ərizəsi qeyd olunan qərarlar qüvvəyə mindikdən sonra məhkəmənin icraatına daxil olmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 477.0.1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri hazırkı mübahisəyə tətbiq etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bununla yanaşı, hazırkı iş üzrə iddiaçının apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, kredit razılaşmaları və kredit razılaşmalarına dəyişiklik və əlavələr edilməsi barədə sazişlər bağlanarkən zaminlər bütün ödəniş planları ilə tanış olmuş, “ödəniş planı ilə tanış oldum və razıyam” qeydini aparmış, verilən kreditin müddəti, məbləği, faiz dərəcəsi və valyutası barədə məlumatlı olmuşlar. Lakin birinci instansiya məhkəməsi bunlara düzgün qiymət verməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin dəlili üzrə hər hansı araşdırma və ya hüquqi dəyərləndirmə aparmamış, ümumiyyətlə qətnamədə bu dəlilə münasibət bildirməmişdir. Halbuki MPM-in 392-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş üzrə qəbul edilmiş məhkəmə aktında gəldiyi nəticələr barədə motivləri və rəhbər tutduğu qanunları göstərməyə, apellyasiya şikayətini təmin etmədikdə, hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur. Lakin hazı rkı iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual qanunvericiliyin istinad olunan tələblərinə riayət olunmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə q ətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şik ayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar). Məhkəmə kollegiyası qeyd o lunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – zaminlərə qarşı iddianın təmin olunmayan hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-593/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi qismən – zaminlərə qarşı iddianın təmin olunmaması hissəsində ləğv edilsin v ə iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar