Məhkəmə qərarları › İş №2(102)-4174/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4174/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4174/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: icarə müqaviləsi üzrə borcun tutulması tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh icarə haqqı üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(10 3)-465/2023 nömrəli, 26 iyul 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 6 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 401/3562 nömrəli, xx.xx.2017ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 2 ünvanında yerləşən dövlət mülkiyyətində olan 254,9 kv metr torpaq sahəsi illik 4230 manat icarə haqqı ödənilməsi şərti ilə cavabdehə icarəyə verilmişdir.

2. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 401/3562 nömrəli icarə müqaviləsi üzrə 15863 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə daxildir. Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 15158 manat icarə haqqı borcu mövcuddur. xx.xx.2021-ci il tarixli, **********12 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə ba xmayaraq, cavabdeh məktubu qəbul etməkdən və icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 2 ünvanında yerləşən dövlət mülkiyyətində olan 254,9 kv metr torpaq sahəsi onun icarəsinə verilmişdir. O, ödənişləri vaxtı vaxtında edirdi. Sonra o, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə torpaq sahəsinin koordinatlarını ona verilməsi barədə müraciət etmiş, lakin ona həmin məlumatlar təqdim olunmamışdır. Bu məsələlərlə bağlı məhkəmə prosesləri keçirilmişdir. Həmçinin, iddiaçı tərəf ona təhvil-təslim aktını da təqdim etməmişdir. O, halhazırda da bilmir ki, hansı torpaq sahəsi onun icarəsinə verilib. Qeyd olunanlara əsasən iddia tələbinin təm in olunmamasını məhkəmədən xahiş etmişdir.

6. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, cavabdehin 401/3562 saylı müqavilə üzrə 15862,51 manat borcu vardır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2330/2022 saylı 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddia tələbinin təmin edilmişdir.

8. Məhkəmə mövqeyini iş materiallarına istinadən əsaslandırmış və qeyd etmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilmiş, cavabdeh isə müqavilə üzrə onun üzərinə düşən öhdəlikləri üzrlü səbəblər olmadan yerinə yetirməyərək icarə haqqını iddiaçıya ödəməmişdir.

9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərb aycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 331.1,385, 425.1, 425.2, 442 və 700-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq icarəsi müqaviləsi real müqavilədir və bu müqavilənin qüvvəyə minməsi üçün tərəflərin öz üzərinə hər hansı öhdəliklər götürməsi kifayət deyil, icarə predmeti olan əmlak təhvil verildikdə müqavilə qüvvəyə minir. Hazırkı mübahisə üzrə də işin halları ilə təsdiq olunur ki, icarə müqaviləsi bağlandıqdan sonra cavabdehin müraciətlərinə baxmayaraq torpaq sahəsi cavabdehə təhvil verilməmi şdir.

12. İşdə olan 22 aprel 2015-ci il tarixli ərizədən görünür ki, cavabdeh ƏMDK-ya müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin (qənnadı sexinin) yerləşdiyi 254,9 kv metr torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq icarəyə verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 401/3562 nömrəli, xx.xx.2017-ci il tarixli “torpaq sahəsinin icarəyə verilməsi haqqında” icarə müqaviləsinə əsasən sözügedən torpaq sahəsi illik 4230 manat icarə haqqı ödənilməsi şərti ilə cavabdehə icarəyə verilmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh yenidən ƏMDK-ya müraciət edərək sözügedən torpaq sahəsinin icarə müqaviləsinin müddətinin bitdiyinə görə onun yeni müddətə bağlanmasını xahiş etmişdir.

13. İşdə olan sənədlərdən mübahisəsiz qaydada müəyyən olunur ki, Cavabdeh həm də "xxxx" MMC-nin direktorudur.

14. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyun 2023-cü il tarixli, 10/168 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 254,9 kv metr torpaq sahəsi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 432 saylı, xx.xx.2015-ci il tarixli sərəncamı ilə həmin ünvanda yerləşən ərazidə ayrılmış torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 2 ünvanında yerləşən ərazidə ayrılmış 2823 kv me tr olan torpaq sahəsi üst-üstə düşür.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 26 iyul 2023-cü il tarixli, 2(103)-465/2023 nömrəli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin iddiaçıya ünvanlandırdığı ərizələrdən də müəyyən olunur ki, icarə müqaviləsinin bağlandığı 254,9 kvm torpaq sahəsi əmlak kompleksinin (qənnadı sexinin) yerləşdiyi ərazidir və həmin ərazidən və əmlak kompleksindən cavabdeh tərəfindən istifadə olunur. Əks halda, cavab deh 2015-ci ildə bağladığı icarə müqaviləsinin müddəti bitdikdən sonra 2017-ci ildə yenidən iddiaçıya ərizə ilə müraciət edərək onunla icarə münasibətlərinin davam etdirilməsini xahiş etməzdi və müqavilə bağlamazdı. Bu baxımdan 254,9 kvm torpaq sahəsinin yerində təhvil verilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Ekspert rəyi kifayət qədər əsaslandırılmış, cavabdeh ekspert rəyinin mötəbərliyini şübhə altına alacaq hər hansı dəlilə istinad etməmişdir. Hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.

17. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 331.1, 385.1, 425.1, 425.2, 44 2, və 700.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmşidir ki, məhkəmə tikinti-texniki ekspertizası keçirmiş və ekspert rəyi ilə müəyyən edilmiş torpaq sahələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verilmişdir. Görünən ondan ibarətdir ki, eyni torpaq sahəsi ilə bağlı üç dəfə icarə müqaviləsi bağlanmışdır. İş materia llarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia qaldıraraq xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən hesablanmış icarə haqqının tutulması barədə iddia qaldırmış, həmin iddia Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə torpaq sahəsinin icarəyə verən tərəfindən icarəçiyə təhvil verilməsi faktı sübut edilmədiyindən təmin edilməmişdir.

20. Bundan sonra cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə “SMT İnşaat " MMC arasında bağlanan 09 fevral 2018-ci il tarixli 434 saylı icarə müqaviləsinə xitam verilməsi, müdafiəçi üçün ödənilmiş 226 manat, dövlət rüsu mu kimi ödənilmiş 100 manat, cəmi 326 manat pulun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən alınaraq “SMT İnşaat " MMC-nin hesabına ödənməsi barədə iddia qaldırılmış, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1783/2022 saylı qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə “SMT İnşaat" MMC arasında bağlanan 09 fevral 2018-ci il tarixli 434 saylı icarə müqaviləsinə xitam verilmiş, hüquqi yardıma görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 226 manat məbləğində pul Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq “SMT İnşaat" MMC-yə ödənilmiş, ödənilmiş Dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq “SMT İnşaat" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)785/2022 saylı, xx.xx.2022-ci il ratixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-785/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Buna görə də xx.xx.2017-ci il tarixli, 401/3562 saylı “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti, 2 ünvanında yerləşən 254.9 kv metr. torpaq sahəsinin Cavabdeh icarəsinə verilməs i nəzərdə tutulsa da, həmin torpaq sahəsi mülki və icarə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq təhvil verilmədiyinə görə iddia rədd olunmalıdır.

21. Məhkəmə ekspertiza rəyini cavabdehə göndərməmiş, o ekspertizanın rəyi ilə tanış olmamışdır. Bundan başqa, məhkəmə 19 iyul 2023-cü il tarixdə bizə poçt vasitəsi ilə bildiriş göndərdiyini qeyd etmiş, məhkəmənin 26 iyul 2023-cü il tarixə saat 09:20-yə təyin etmişdir, lakin həmin bildiriş cavabdehə 26 iyul 2023-cü il tarixdə saat 15-00-da verilmişdir. Məhkəmənin yeri və vaxtı barəsində acavbdehə sms bildiriş belə göndərilməmişdir. Məhkəmə onun iştirakını bilərəkdən təmin etməyərək, qanunsuz və ədalətsiz qətnamənin qəbul edilməsinə nail olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

24. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

25. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclud an vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə

700. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir.

30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı iş üzrə apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin dəlillərи apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir, həmin dəl illər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə tərəfindən hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-465/2023 saylı, 26 iyul 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar