Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4175/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması 24.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4027/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 dekabr 2024-cü il tarixldə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə akt ları
1. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı 7.000 manat məbləğində maddi və 3000 manat məbləğində mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-251/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddianın qismən təmin edilməsi, cavabdehdən mənəvi ziyana görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-(001)-251/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-(001)-251/2024 saylı qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4027/2024 saylı, 12 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər G.Axundova (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının apellyasiya şikayətinin qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, cavabdehdən mənəvi zərərə görə 2.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
6. Cavabdeh kassasiya şikayə ti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 avqust 2024-cü il tarixli, 2(103)-4027/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4027/2024 saylı,18 oktyabr 2024-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qət edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə tutulan məbləğ 5.000 manatdan az təşkil etmişdir. Beləliklə, qanunvericiliyin tələblərinə müvafiq olaraq, Cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsinə yol verilmədiyindən, onun tərəfindən verilmiş ka ssasiya şikayəti geri qaytarılmalıdır.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 112.1, 112.1.1, 112.4, 402.1, 408.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətinin mümkün hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi səhhətə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsidir, səhhətə vurulmuş ziyan əmlak xarakterli iddia de yil. Digər tərəfdən isə qətnamə ilə səhhətə vurulmuş mənəvi ziyan tutulub, belə olan halda ümumiyyətlə əmlak xarakterindən söhbət gedə bilməz.
12. Cavabdeh həmçinin onu da qeyd etmişdir ki, iddianın mahiyyəti əmlak xarakterli tələb olduğu halda, qətnamədən şikayət vermək hüququ yalnız iddiaçıya verilmişdir. Beləliklə, məhkəmənin mövqeyi ziddiyyətlidir. Səhhətə vurulmuş ziyan əmlak xarakterli iddia deyil, əgər əmlak xarakterli iddiadırsa tərəflərin bərabərliyi prinsipinə əsasən bu qayda və qanun hər iki tərəfə münasibətdə tətbiq edilməlidir. Belə ki, qanunvericilikdə şikayət verən tərəflə bağlı hər hansı istisna nəzərdə tutulmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsi 22.Maddə 112.1.1. Pul vəsaitlərinin alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 23.Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərindəyerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 24.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisn a olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 25.Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsəkassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 26.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 27.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 28.Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 29.Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 30.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olmadığını və sair g östərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
35. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən ona vurulmuş maddi zərərə görə 7.000 manat, mənəvi zərərə görə 3.000 manat olmaqla, cəmi 10.000 manat iddia etmişdir.
36. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 500 manat məbləğində pul tutulmuş, qalan hissədə iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edərək, cavabdehdən iddiaçının xeyrinə tutulacaq mənəvi zərərin məbləğini 2.000 manat məbləğdə müəyyən etmişdir.
37. Göründüyü kimi, mülki iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndi rilən hissəsində iddianın qiyməti beş min manatdan az olmaqla, iki min manatdır.
38. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan normaların tələblərini hazırkı mübahisəli məsələyə tətbiq edib qeyd etmişdir ki, mülki iş üzrə qəbul edilmiş sözügedən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti iki min manat olduğundan, cavabdehin kassasiya şikayəti geri qaytarlmalıdır.
39. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia sayıldığından, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmiş və yuxarıda sad alanan prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir.
40. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
41. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 oktyabr 2024-cü il tarixli, 2(103)-4027/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.