Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4179/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: təmir-tikinti işlərinin qüsurlu icra edilməsi nəticəsində zərərin ödənilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(103)955/2021 nömrəli qətnaməsindən iddiaçı t ərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İcraçı "xxxx" MTK və sifarişçi xxx arasında bağlanan 05 sentyabr 2016-cı il tarixli Mənzilin alqı-satqısı barədə MN-329/16 saylı müqavilə ilə “icraçı” ünvan 1 məhəllədə inşa edilən “xxx” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı binanın, A blok, 8-ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi 95,55 kv.metr olan 329 nömrəli mənzili sifarişçiyə təhvil verməyi, sifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. 10 yanvar 2019-cu il tarixli podrat müqaviləsi ilə Cavabdeh öz materiallarından isti fadə etməklə İddiaçı1 sahibliyində olan ünvan 1 ünvanında yerləşən, tikinti sahəsi 94,55 kv.m təşkil edən 3,20 metr hündürlüyü olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini təmir edib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək, müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzdda daxil olmaqla 40000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 20000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsi ilə ödəyir, 10000 manatı evin təmirinin 70%-ni gördükdən sonra, qalan 10000 manat isə təmir bitdikdən sonra notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci maddəsinə əsasən birinci tərə f sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən 10 mart 2019-cu il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürmüşdür. İddiaçı2 İddiaçı1 əridir. 08 avqust 2018-ci il tarixli kirayə müqaviləsinə əsasən X1-zadə xxxoğluna ünvan 2 ünvanında yerləşən 26 saylı mənzili bütün əşyaları ilə birlikdə 1 il müddətinə, aylıq kirayə haqqı 500 manat olmaqla kirayəyə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçıların arasında bağlanmış 10 yanvar 2019-cu il tarixli podrat müqaviləsinə əsasən 20000 manat pulun, sonradan həmin şəxsə ödənilmiş 5000 manat və 4000 manat pulun, həmçinin 5000 manat mənəvi və 5000 manat maddi ziyanın, ümumilikdə 39000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 və X2 ünvan 3 ünvanında yerləşən mənzili almışlar. Cavabdeh 10 yanvar 2019-cu il tarixdə mənzillərini təmir etmək adı ilə iddiaçıları aldadaraq 25000 manat pulu ələ keçirmişdir. Belə ki, mənzili təmir etdirmək məqsədi ilə 10 yanvar 2019-cu il tarixdə xxx və Cavabdeh arasında notarial qaydada podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçılar sifarişçi kimi müqavilənin şərtlərinə uyğun olaraq 20000 manatı həmin gün notariusun depozit hesabı vasitəsilə Cavabdeh ödəmişlər. Cavabdeh 10 yanvar 2019-cu il tarixdən etibarən mənzildə təmir işlərinə başlayacağını vəd etmiş, lakin bir neçə gün sonra havaların soyuq keçməsi ilə əlaqədar olaraq təmiri təxirə salmaq məcburiyyətində olduğunu bildirmişdir. İddiaçılar cavabdehdən işin görülməsini dəfələrlə tələb etdikdən sonra 2019-cu ilin mart ayında cavabdeh evin elektrik və santexnik işlərini görməyə başlamışdır. Novruz bayramı ərəfəsində Cavabdeh zəng vuraraq Bakıda olmadığını söyləmiş, evin təmirinə alış-veriş etməsi üçün xxx adlı şəxsə 500 manat verməsini xahiş etmişdir. İddiaçı etiraz etməyərək xxxlə Yasamal rayonu ərazisində görüşərək xxxın xahişi ilə ona 500 manat pul vermişdir. Bundan əlavə İddiaçı2 xxx oğl u cavabdehin xahişi ilə, ayrı-ayrı vaxtlarda cavabdehə 3800 manat, 500 manat, 100 manat və 1000 manat, ümumilikdə, 25000 manat pul vermişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində ünvan 1 məhəllədə yerləşən “xxx” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı bina, A blok, 8-ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi, 94,55 kv.metr olan 329 nömrəli mənzili təmir etdirmək üçün, o, yenidən 11 iyun 2019-cu il tarixdə "xxxx" ASC-də CC/72247/69 saylı kredit müqaviləsinə əsasən pul götürmüş, həmin kreditə əsasən faiz ödəməli olmuşdur. Həmçinin ailə 10 yanvar 2019-cu il tarixdən kirayədə yaşayır. Cavabdeh qeyd olunan mənzili qısa bir vaxtda təmir etmək adı ilə onları aldatmışdır. Buna görə də, ailə həddindən artıq stress keçirmiş, onlara həm maddi həm də mənəvi ziyan dəymişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(001)4371/2020 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev) iddia qismən təmin edilmiş, 20000 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi, 3500 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 389.1, 425.1, 433.1, 442, 443.1, 443.2, 445.1, 445.2.1, 752.1, 753.1, 756.1, 759.2, 762.3, 1096-ci maddələrinə istinad edərək hesab etmişdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Sifarişçi, yəni İddiaçı1 müqavilə üzrə üzərinə düşən ilkin mərhələdə 20000 manat razılaşdırılmış muzdu podratçıya (cavabdeh ə) vermişdir. Cavabdeh müqavilə üzrə muzd almasına baxmayaraq öhdəliyini 10 mart 2019-cu il tarixədək yerinə yetirməmiş, iddiaçıdan aldığı muzdu hal-hazıradək geri qaytarmamışdır. Digər İddiaçı2 cavabdehə müxtəlif vaxtlarda 5000 manat ödədiyini bildirsə də, bununla bağlı hər-hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, müqavilə üzrə iddiaçılar birgə kreditor olmadığından, cavabdehdən 20000 manat pul tutularaq iddiaçıya verilməlidir. Vurulmuş 9000 (4000 manat kirayə haqqı + 5000 manat bankdan götürülmüş kreditə görə ödənilmiş faiz) manat maddi zərərlə bağlı məhkəmə qeyd etmişdir ki, iddia bu hissədə də qismən əsaslıdır. Belə ki, iddiaçılar 08 dekabr 2018-ci il tarixdən 1 il müddətinə aylıq 500 manat kira yə haqqı ödəməklə kirayə müqaviləsi bağlamışlar. İddiaçı özü etiraf edir ki, oktyabr ayında özü mənzili təmir elətdirərək evinə köçmüşdür. Bu baxımdan məhkəmə hesab etmişdir ki, podrat müqaviləsinin mart ayınadək qüvvədə olmasını nəzərə alınarsa, müqavilənin bitdiyi vaxtdan iddiaçılara 7 ay əlavə kirayə haqqı ödəməyə məcbur qalmaqla zərər dəymişdir. Bu isə 3500 manat təşkil edir. İddiaçı2 cavabdehin öhdəliyini pozmasına görə özünün mənzili təmir elətdirməyə məcbur qalması, bununla bağlı "xxxx" ASC-dən kredit götürməklə ona 5000 manat zərər dəyməsinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia bu hissədə əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla iddiaçı ona konkret olaraq 5000 manat zərər dəyməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, ikincisi həmin kreditin götürülməsini n cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması ilə səbəbli əlaqəsi müəyyən edilmir. Mənəvi zərər tələbi ilə bağlı birinci instansiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, iddiaçı ona mənəvi zərər vurulmasını sübut edə bilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(001)-4371/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(103)-955/2021 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(001)-4371/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh apellyasiya şikayətində göstərilən hallarla bağlı, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş pul məbləğinin dəyərində onlara məxsus mənzildə bütün təmir-t ikinti işlərinin aparıldığını göstərsə də, qeyd olunanlarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Bundan başqa cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsələr də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdikləri etirazlarını əsaslandıra bilməmişlər, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(103)-955/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işi n yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin iştirakı olmadan baxılmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsində iddiaçının özü tərəfindən bildirilmişdir ki, cavabdeh onun evində elektrik, söküntü, malyar və digər işlər görmüşdür. Məhkəmə ən azı iddiaçının sözlərinə görə ekspertiza təyin etməli və görülmüş işlərin xərcini iddiadan çıxmalı idi. İddiaçı tərəfindən verilmiş pul məbləğində cavabdehə məxsus mənzildə bütün təmir-tikinti işləri aparılmışdır. Lakin məhkəmə həmin h alı araşdırmamış, nə ekspertiza təyin etməmiş və iddiaçının sübut etməli olduğu hallara heç bir hüquqi qiymət vermədən əsassız olaraq iddiaçıların sözlərini əsas götürməklə iddianı qismən təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tut araq işə həmin tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ə dalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilsə də, iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini cavabdeh vermiş və qətnaməni iddianın təmin olunmuş hissəsində ləğv edilməsini xahiş etmişdir. Hazırda cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini eyni dəlillərlə mübahisələndirdiyindən kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericil iyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakir ə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazl arının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmən in iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması, cavabdeh tərəfin isə həmin müqaviləyə əsasən müəyyən olunmuş muzdun bir hissəsini aldığı halda, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməməsi, yəni razılaşdırılmış işlərin müəyyən olunan müddətdə yerinə yetirməməsi və iddiaçıların sahibliyində olan mənzilin təmirinin onların öz vəsaitləri hesabına tamamlanması işin mübahisələndirilməyən hallarıdır. İddiaçılar həmin hallara istinad edərək, cavabdehə ödənilmiş pul vəsaitin tam qaytarılmasını tələb etmiş və işin faktiki hallarını araşdıran məhkəmələr İddiaçı1 tərəfindən cavabdehə ödənilməsi sübut olunmuş vəsaitin tam qaytarılmasını qət etmişlər. Halbuki, cavabdeh apellyasiya şikayətində, habelə onun nümayəndəsi apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında cavabdehin iddiaçılardan aldığı vəsait həcmində təmir işləri görməsini, bu halı müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə zərurət olduğunu bildirmişlər. İddiaçılar da iddia ərizələrində, eyni zamanda İddiaçı2 apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında cavabdehin verilmiş pulun müqabilində santexnik və elektrik işlərinin görməsini təsdiq etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi görülən işlərin konkret nədən ibarət olması, onların dəyərinin müəyyən edilməsi istiqamətində araşdırma aparmamış və nəticə olaraq MM-in 759.2-ci maddəsinin tətbiqdə səhvə yol vermişdir. Halbuki, həmin normaya əsasən podrat müqaviləsinə podratçının təqsiri nəticəsində xitam verildiyi və görülmüş işlərdə sifarişçinin marağı olduğu halda, podratçının yerinə yetirilmiş işin haqqını tələb etmək hüququ nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası həmçinin təmin olunmuş tələbin digər hissəsi üzrə də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddianı 3500 manat hissəsində təmin edərkən birinci instansiya məhkəməsi və qətnaməni həmin hissədə dəyişdirilmədən saxlayarkən apellyasiya instansiyası məhkəməsi mövqelərini onunla əsaslandırmışlar ki, iddiaçılar 08 dekabr 2018-ci il tarixdən 1 il müddətinə aylıq 500 manat kirayə haqqı ödəməklə kirayə müqaviləsi bağlamış, podrat müqaviləsinin müddəti mart ayında bitdiyi halda, cavabdehin öhdəliklərini icra etməməsi nəticəsində iddiaçılar oktyabr ayına kimi kirayədə yaşamış və bu 7 ay ərzində əlavə kirayə haqqı ödəməklə iddiaçılara zərər dəymişdir. Lakin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iş materiallarında olan kirayə müqaviləsi 08 dekabr 2018-ci il tarixdən 1 il müddətinə bağlanmışdır. Yəni iddiaçı kirayə aldığı mənzildə 08 dekabr 2018-ci il tarixədək qalacağını cavabdehlə bağlanmış podrat müqaviləsindən əvvəl öhdəsinə götürmüşdür. Belə olan halda, məhkəmə iddiaçıların cavabdehin kirayədə 2020-ci ilin oktyabr ayınadək yaşamaları ilə cavabdehin podrat müqaviləsindən irəli gələn öhdəliklərinin icra etməməsi arasında səbəbli əlaqənin olub-olmaması xüsusatına hüquqi qiymət verməmişdir. Halbuki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərtin mövcudluğu tələb olunur. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq mə suliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı). Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən m ühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbir ləri görməli, o cümlədən cavabdehin iddiaçıların sahibliyində olan mənzildə hansı növ və dəyərində işlərin görülməsi araşdırılmalı, zəruri olduğu halda məhkəmə ekspertizanın təyin edilməsi məsələsi müzakirə olunmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 fevral 2021-ci il tarixl i, 2(103)-955/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4179/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4179/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver