Məhkəmə qərarları › İş №2(102)-418/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-418/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-418/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-654/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkə mə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1x xxxx 2013-cü il tarixli 03L000009440 saylı kredit xətti müqaviləsinə əsasən, “xxxx” QSC tərəfindən Cavabdeh1 120 ay müddətə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 2. xx xxxx 2013-cü il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh1 36 ay müddətinə, aylıq faiz 2 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22.000 manat məbləğində kredit verilmişdir. 3. xx xxxxx 2015-ci il tarixli kredit razılaşmasına əsasən, Cavabdeh1 48 ay müddətinə, aylıq 1,8333 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18.500 ABŞ məbləğində kredit verilmişdir.

4. Cavabdeh1 xx xxxx 2013-cü il və xx xxxx 2013-cü il tarixli ipoteka müqavilələrinə əsasən, müvafiq olaraq “MAN-8163” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı və “DAF Fourgoun” yük markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilləri ipoteka ilə yüklü edərək bankın tələb hüququna təminat vermişdir. İpotekalar daşınar əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır.

5. Borclunun xətt müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh2, habelə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli və 29 may 2014-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır.

6. Buna baxmayaraq əsas borclu borcunu qrafik üzrə qaytarmayaraq öhdəiliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişi rəsmi reyestrə qeydə aldırmışdır.

7. Bank xx. xx.2018-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiаçı “xxxx” QSC, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “xxxx” QSC-nin xeyrinə xx xxxx 2013-cü il tarixli 03R000022967 saylı kredit razılaşması üzrə 6.744,55 manat məbləğində kredit borcu, 2.822,83 manat məbləğində faiz borcu və 4.158,43 manat məbləğində cərimə borcu olmaqla, cəmi 13.725,81 manat məbləğində borcun, xx xxxxx 2015-ci il tarixli 003R********** saylı kredit razılaşması üzrə 14.640,93 ABŞ dolları məbləğində kredit borcu, 4.710,98 ABŞ dolları məbləğində faiz borcu və 9.448,31 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 28.800,22 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödəni lmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan “DAF Fourgoun” yük markalı **-CG-*** və “MAN-8163” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillərə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-6) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc onlardan tutulmal ı və ipoteka predmetlərinə yönəldilməlidir.

10. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddia tələbində göstərilən cərimə şişirdilmişdir, o isə heç bir yerdə işləmir və maddi imkanı aşağıdır.

11. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 2(072)-511/2018 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli kredit razılaşması və ona və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlərdə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 banka olan əsas borcu 6.744,55 manat, faiz borcu 2.822,83 manat təşkil edir. Eyni zamanda xx.xx.2015-ci il tarixli kredit razılaşması və ona və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişlərdə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 banka olan əsas borcu 14.640,93 manat, faiz borcu 4.710,9 8 manat təşkil edir.

12. Cəbrayıl Rayon Məhkəməsinin (hakim M.Nuriyev) xx xxxxxx 2019-cu il tarixli, 2(072)-15/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 03R000022967 saylı kredit razılaşması üzrə 6.744,55 (altı min yeddi yüz qırx dörd manat əlli beş qəpik) manat əsas borc, 2.822,83 (iki min səkkiz yüz iyirmi iki manat səksən üç qəpik) manat faiz borcu, 415,80 (dörd yüz on beş manat səksən qəpik) manat cərimə borcu, cəmi 9.983,18 (doqquz min doqquz yüz səksən üç manat on səkkiz qəpik) manatın, 003R********** saylı kredit razılaşması üzrə isə 14.640,93 (on dörd min altı yüz qırx dollar doxsan üç sent) ABŞ dolları əsas kredit borcu, 4.710,98 (dörd min yeddi yüz on dollar doxsan səkkiz sent) ABŞ dolları faiz borcu, 944,80 (doqquz yüz qırx dörd dollar səksən sent) ABŞ dolları cərimə borcu, cəmi 20.296,71 (iyirmi min iki yüz doxsan altı dollar yetmiş bir sent) ABŞ dollarının və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc məbləğinin xarici valyuta hissəsində qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində milli valyuta ilə hesablanaraq tutulması, tutmanın ipoteka predmeti olan və ilkin satış qiyməti 11.373,80 (on bir min üç yüz yetmiş üç manat səksən qəpik) manat məbləğində müəyyən edilmiş “DAF Fourgoun” yük markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə və ilkin satış qiyməti 8.628,40 (səkkiz min altı yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində müəyyən edilmiş “MAN-8163” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobillərin açıq hərracda satılması və satışından əldə olunan vəsait hesabına qeyd olunan borc məbləğlərinin “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər kredit xətti, razılaşmalar, zaminli k və ipoteka müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, onların bank qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev) xx xxxx 2020-ci il tarixli, 2(106)-654/20 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(072)-15/2019 nömrəli qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının iza hatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Məcəllənin müvafiq maddələrini düzgün tətbiq etməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə faiz və cərimə borcuna aid hissədə razı deyil, qətnamə borc məbləğlərinə dair hissədə dəyişdirilməlidir. Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası MM-nin rəhbər prinsiplərini pozaraq onun pozulmuş hüquqlarının bərpasına köməklik göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdeh1 məhkəmə i clasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

22. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

23. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

24. Maddə 462.1 və

467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.

25. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya d igər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

27. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipote ka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

28. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

29. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq norma sının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh1 borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəllərində razılaşdırmışlar. Eyni zamanda bankın alacağı ipoteka müqavilələri ilə təminat altına alınmışdır. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatır latmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması, habelə ipoteka predmetlərinə yönəldilməsi haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır (§21-26, 28-29). Eyni zamanda cavabdehin etirazları iddianı tam və ya qismən aradan qaldıran mahiyyətdə deyil. Ona görə də, iddia tələblərinin təmin edilməsi qanuni və əsaslıdır.

37. Kollegiya kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir ona görə ki, borc məbləğləri məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir (§11). Kollegiya nəzərə alır ki, ekspert rəyi digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş eksp ertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-654/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar