Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-418/2023 13.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" firmasının Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı "xxxx" firmasının Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5205/2022 nömrəli iş üzrə 31 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İŞİN HALLARİ
1. Cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müddətli olaraq iddiaçı firmada satış təmsilçisi vəzifəsinə işə götürülmüşdür. 2. 20.03.2020-ci il tarixli 03 nömrəli əmr və Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən cavabdehin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmişdir.
3. Cavabdeh tərəfindən verilmiş yazılı izahata əsasən o, marketlərdən aldığı məbləği kassaya təhvil verməməklə iddiaçıya 15.312,49 manat ziyan vurduğunu etiraf etmiş, vurduğu ziyanı xx.xx.2020-ci il tarixədək tam olaraq qaytarmağı öz öhdəsinə götürm üşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyana görə 15.312,49 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddianın əsaslarına görə, cavabdeh xx.xx.2019-cu il tarixdən iddiaçıda satış təmsilçisi kimi işə başlamış, vəzifəsi tabeliyində olan marketlərə sifariş götürmək, sifarişin gəlməsinə nəzarət etmək, müştəridə olan pulu müştəridən götürüb firmanın kassasına təhvil vermək olmuşdur. Lakin cavabdeh marketlərdən aldığı pul vəsaiti iddiaçının kassasına təhvil verməmiş, nəticədə MMC-yə 15.312.49 manat məbləğdə ziyan vurmuşdur. Cavabdeh iddiaçıya ərizə ilə müraciət edərək, həmin pul vəsaitini şəxsi ehtiyac ları üçün istifadə etdiyini etiraf edib, pulu xx.xx.2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürsə də, qaytarmamışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6050/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasova) iddia tələbi təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... qeyd edilən məbləğin ödənilməsi üçün cavabdehə kifayət qədər vaxtın verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh işəgötürən "xxxx" MMC qarşısında maddi məsuliyyət daşıması müvafiq sənədlərində əks olunmuşdur. Belə ki, Cavabdeh ilə imzalanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə əsasən Maddi məsul şəxsin təqsiri(qəsd və ya ehtiyyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın ödənilməsi q aydası qanunvericiliyə əsasən həyata keçirilir.”
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 194, 199, 202-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
10. Apelyasiya şikayətinin dəlillərinə görə, iddiaçının tələbində olan bu qeydi (15.312,49 manat pul vəsaitini cavabdeh şəxsi ehtiyacları üçün istifadə etməsi barədə yazılı ərizəsi) birbaşa ona təzyiq nəticəsində yazdırılmışdır, Şirkətdə 5-6 əməkdaş üzərinə hücum çəkərək qeyd edilən ərizəni yazmayacağı təq dirdə ona xəsarət yetirəcəkləri ilə hədələyərək həmin ərizənin yazılmasına nail olmuşlar. 15.312,49 manat onlara ziyan vurulduğunu iddia edən iddiaçı qeyd edilən hala dair sübutlarını məhkəməyə təqdim etsin. Bundan əlavə, cavabdeh 15.312,49 manat pulun deyil, 7.000 min manat borcun olmasını etiraf etmişdir. Həmin borcun da 3500 manat hissəsini ödəmişdir, yerdə qalan hissə isə son ayın əmək haqqısı, son haqq hesabı kartdan adına çıxarılmış, ona təqdim edilməyən pullarla əvəzləşdirmişlər. Sadəcə iddiaçı tərəfindən təzyiq nəticəsində yuxarıda adı çəkilmiş ərizə ona yazdırdılmış, o, 15.312,49 manat pulu məcbur qalaraq etiraf etmişdir. İddiaçı onun adına olan maaş kartını sifariş versə də, tərəfindən həmin kart istifadə olunmamışdır, ümumiyyətlə ona təqdim edilməmişdir, çünki maaş kartı iddia çı tərəfindən öz mülahizələri istiqamətində istifadə olunmuşdur. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı onun iştirakı təmin edilməmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5205/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), X.Mərdanova və R.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilmiş, iddia təmin edilmiş, cavabdehdən 15.312,49 manat məbləğdə pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... məhkəmə, iclasların yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəki şmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.... yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, marketlərdən aldığı məbləği kassaya təhvil verməməklə MMC-yə 15.312,49 manat ziyan vurduğunu etiraf etmiş, vurduğu ziyanı xx.xx.2020-ci il tarixədək tam olaraq qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh ilə imzalanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə əsasən Maddi məsul şəxsin təqsiri(qəsd və ya ehtiyyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın ödənilməsi qaydası qanunvericiliyə əsasən həyata keçirilir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən İşçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. Göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, müəyyən edilmiş vaxtadək vurulmuş maddi ziyanı qaytarmaqdan yayınmışdır.... Cavabdehin apellyasiya şikayətinin - pul vəsaitinin qaytarılması barədə dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçı borcun 7000 manat olması, həmin borcun da 3500 manat hissəsini ödəməsi, yerdə qalan hissənin isə son ayın əmək haqqısı, son haqq hesabı, kartdan adına çıxarılmış, ona təqdim edilməyən pullarla əvəzləşdirməsi barədə hər hansı sübut təqdim etməmişdir. İş materiallarında olan cavabdehin kartından çıxarışdan 2664 manat vəsaitin məxaric olması görünsə də həmin vəsaitin iddiaçıya ödənilməsi işin faktiki halları ilə müəyyən edilməmişdir.”
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1, 194.1, 194.2, 199, 200.1-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayətinin ilk üç dəlili apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. Şikayəti n digər dəlillərinə görə, AR ƏƏSMN yanında X1 Sumqayıt Regional ərazi şöbəsinə müraciət etmiş, iddiaçı barədə inzibati xəta haqqında protokol tərtib edilmiş, eyni zamanda, son haqq-hesabın ödənilməsi barədə iddiaçıya göstəriş verilmişdir. Qeyd edilən halı təsdiq edən xx.xx.2022-ci il tarixli məktubu apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Səhhətilə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməmiş, bu barədə məhkəməyə məlumat vermiş olsa da, məhkəmə iclası təxirə salınmamış, tələm-tələsik mübahisəli qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna mali k olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1097.1. Mülki hüquq pozuntu su (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar; Maddə
194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyət inə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur;
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir; Maddə
199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Maddə
202. Ziyanın məbləğinin müəyyən edilməsi
1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərar: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərar: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.”
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tər əf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi iş ə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual h üquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.
23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliy inin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Baxılan iş üzrə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini prosessual hüquqi əsaslarla ləğv edib, iddianı təmin etməklə işin müəyyən edilmiş hallar ına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmış, iş üzrə sübutetmə yükü düzgün bölüşdürülmüş və sübutlara hüquqi qiymət verilmişdir.
26. Məhkəmə kollegiyası hazırkı mübahisənin hüquqi aspektləri ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasın da səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. M ülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəlindiyi təqdirdə təmin edilə bilər.
27. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə aparılan dəyərləndirmə bu Qərarın 26-cı bəndində qeyd olunan xüsusatları əhatə etmişdir.
28. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, dəlillər apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onlara apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
29. Şikayətin X1 məktubunun apellyasiya məhkəməsi tərəfindən araşdırılmaması barədə dəlili məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.
30. Cavabdeh məh kəmə iclasında iştirak edə bilmədiyindən, məhkəmə iclasının təxirə salınmamasına dair dəlil isə əsassızdır. Belə ki, apellyasiya məhkəməsinin bununla bağlı hərəkətləri MPM-in 376.2-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
31. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5205/2022 nömrəli 31 avqust 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Q