Məhkəmə qərarları › İş №2(102)-4180/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4180/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4180/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxx” ASC-nin (İddiaçı İKB ASC) vəkili X1 iştirakı ilə, İddiaçı İKB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxxxxxxx” ASC-nin (İd diaçı İKB ASC) və Cavabdeh1 ayrı ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” ASC (İddiaçı İKB ASC) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı İKB cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı İKB-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-221/2017 saylı iş üzrə xx xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı İKB ASC-nin kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin apelyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhk əməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı İKB ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-221/2017 saylı işi üzrə xx xxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia ərizəsi qismən təmin edilmiş, iddiaçı “Nikoil” X5 ilə Cavabdeh1 arasında bağlanmış xx/xx/2008-ci il tarixli RBB(İ)081 nömrəli “Kredit Müqaviləsi” üzrə kredit müqaviləsindən irəli gələn ödənilməmiş xx xxxxx 2016-cı il tarixinədək hesablanmış müvafıq olaraq 70000 ABŞ dolları əsas borcun, 5000 ABŞ dolları dəbbə borcunun, cəmi 75000 (yetmiş beş min) ABŞ dollarının (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), iddia qaldırılması üçün öd ənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının cavabdehdən “Nikoil” X5nın xeyrinə tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi Cavabdeh1 ilə bağlanmış xx/xx/2008-ci il tarixli RBB(İ)081 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin hərracda ilkin satış qiymətinin 80000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçı “Nikoil” İKBnin xeyrinə ödənilməsi, ipotekaya qoyulmuş ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzil satıldıqdan 1 ay sonra mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüququna xitam verilməsi, həmin şəxslərin mənzildən çıxarılma ları, həmin mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olan 10 (on) manat məbləgində olan pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı “xxxxxxxxx” ASC (İddiaçı İKB ASC) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə b axarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı “xxxxxxxxx” ASC-nin (İddiaçı İKB ASC) vəkili X4 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edi lməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassa siya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Auditorlar Palat ası “İnter Audit” Auditor Təşikatının xx.xx.2019-cu il tarixli mütəqil auditor hesabatına əsasən, "İddiaçı" İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2008-ci il tarixli RBB(İ)081 nömrəli kredit müqaviləsi üzrə kredit müqaviləsi mövcuddur, müqavilə və digər aidiyyəti kredit sənədləri qanunvericiliyə (normativ xarakterli aktlara, bankdaxili qaydalara) uyğun tərtib edilmişdir. Bu müqavilə üzrə Cavabdeh1 müvafiq olaraq vəzifələrini və öhdəliklərini tam yerinə yetirməmişdir. "İddiaçı" İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2008-ci il tarixli RBB(İ)081 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin mövcuddur, ipoteka predmeti Cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakdan ibarətdir. Hazırda ipoteka predmeti Cavabdeh1 mülkiyyətindədir və 20 il müddətinə ipoteka ilə yü klü edilmişdir. "İddiaçı" İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2008-ci il tarixli RBB(İ)081 nömrəli kredit müqaviləsi üzrə iddia edilən tarixədək kredit müqaviləsindən irəli gələn ödənilməmiş əsas kredit borcu 71291,95 ABŞ dolları, faiz və cərimə borcu 30839,60 ABŞ dolları müəyyən edildi. "İddiaçı" İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli 19-y-1 -0-1417-13 nömrəli kredit müqaviləsi üzrə iddia edilən tarixədək ödənilməmiş əsas kredit borcu 4898,46 AZN, faiz borcu 3199,48 AZN və 827,48 AZN müəyyən edildi. 47/01-204 saylı notariat işindən müəyyən olunmuşdur ki: 46 saylı Dövlət Notariat Kontorunun təsdiq etdiyi "NİKOİL" X5 ilə Cavabdeh1 və X3 (təmsil etdiyi şəxs) arasında bağlanmış xx/xx/2008-ci il tarixli Alqı-satqı və İpoteka Müqaviləsində (kredit veril ən) 76000 ABŞ dolları (63665.20 manat) məbləğində pulu xx.xx.2008-ci il tarixli cari hesab çıxarışına əsasən, Cavabdeh1 ipoteka kreditinin hesabına alınmış evin dəyərini X2 ödəmişdir və bütün ərizə (o cümlədən cavabdehlərin ərizələri) və digər sənədləşmə işə əlavə edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59.3.1,59.4; MM-in 269 -270, 309.1, 319.1,324.4, 324.5, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 739, 741, 743, 744-cü maddələrini tətbiq etmişdir. “xxxxxxxxx” ASC (İddiaçı İKB ASC) və Cavabdeh1 ayrı ayrı verdikləri kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, pros essual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1317/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarında məhkəmənin mövqeyinə görə «... Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəsinin əsası kimi bank tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə 76.000 ABŞ dollarını cavabdehə verdiyini təsdiq edə biləcək sənəd-məxaric qəbzlərinin iş materiallarında aşkar edilməməsinə, müvafiq kredit müqaviləsinin xx xxxx 2008-ci il tarixdə 20 il müddətinə bağlanmaqla qüvvədə olsa da, kredit müqaviləsinin müddəti bitmədən ona dair sənədlərin yandırılması inandırıcı olmamasına istinad etmişdir. Həmçinin, apellyasiya instansiyası məhkəməsi bankla formal olaraq, həm kredit, həm də ipoteka müqaviləsinin bağladığını cavabdehin etiraf etməsi, bankın öz öhdəliyini yerinə yetirməməsi, bank tərəfindən kredit müqaviləsi ilə vəd edilən 76.000 ABŞ dolları məbləğində vəsaitin faktiki olaraq, cavabdehə verilməməsi, ipoteka predmetini cavabdehin öz vəsaiti hesabına ödəməsinə dair nəticələrini də yalnız cavabdehin izahatı ilə əsaslandırmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi xx.xx.2008-ci il tarixli, 081 saylı kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcunu müəyyən etmək mümkün olmamasına dair Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28382 saylı, xx.xx.2017-ci il tarixli ekspert rəyinə və müvafiq kredit müqaviləsinin xx xxxx 2008-ci il tarixdə 20 il müddətinə bağlanmaqla qüvvədə olsa da, kredit müqaviləsinin müddəti bitmədən ona dair sənədlərin yandırılmasının inandırıcı olmamasını əsas kimi rəhbər tutmuş, cavabdehin qeyd edilən vəsatətində müqavilənin bağlanması və həmin müqaviləyə görə müəyyən ödəmələr etməsinin göstərməsinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında ipoteka müqaviləsi bağlanarkən alınmış mənzil yüklü edilsə də onun 2008-ci ildən hazırki vaxta kimi yüklü qalıb-qalmamasını, yüklülükdən azad olunmasının səbəblərinə də qiymət verməmiş, kredit üzrə pul verilməmişdirsə, cavabdeh tərəfindən müqavilənin ləğv edilməməsinin səbəblərini araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi “NİKOİL” X5 ilə Cavabdeh1 arasında bağlanmış xx/xx/2008-ci il tarixli, RBB(İ)081 nömrəli “Kredit Müqaviləsi”nin 2.7.1-bəndində xx xxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən 76 000 ABŞ dolları məbləğində vəsaiti Alıcı-İpotekaqoyan tərəfindən bu müqavilə üzrə ipoteka predmetinin alınması üçün notariusun depozit hesabına mədaxil etməyi öhdəsinə götürməsini göstərsə də, iş materiallarında olan kredit müqaviləsi (i.v26) və ipoteka müqaviləsində (i.v 30) belə bir bəndin olması və bu bənddə qeyd edilən öhdəliyin olması müəyyən edilmir. Kollegiyanın qənaətinə görə qeyd edilən hal mövcud olmuş olsa da belə apellyasiya instansiyası məhkəməsi bununla bağlı hər hansı bir araşdırma aparmadan iddiaçı Bankın üzərinə götürdüyü öhdəliklərin yerinəyetirməməsinə dair cavabdeh tərəfin arqumentlərinin nə dərəcədə əsaslı olub-olmamasına hüquqi qiymət verməmiş, həmin faktın yoxlanılması üçün özü tərəfindən mübahis əli mənzilə dair notariat icraatını tələb edib tədqiq etməmiş, öyrənməmiş, tərəflərə isə həmin halın təsdiq və təkzibi ilə bağlı sübutlar təqdim etməsini təklif etməmişdir. Məhkəmə kollegiyası daha sonra hesab etmişdir ki, cavabdehin borcunun məbləğinin müəyyən edilməsi istiqamətində araşdırma aparılması zəruri olduğu halda, iş materiallarında olan kredit müqaviləsi, ödəmə cədvəllərinin mövcudluğu baxımından apellyasiya instansiyası məhkəməsi həmin sənədlərə istinadən iddiaçının tələb etdiyi əsas borc, müvafiq faiz və dəbbə pulunun məbləğinin müəyyən edilməsinin ekspertiza qarşısında sual qoyulmasının mümkünlüyünü də, iddanın dəlillərinin tam və hərtərəfli yoxlanılması məqsədi ilə cavabdehin özünün şəxsən iştirakının zəruriliyini müzakirə etməmişdir.» Cavabdeh tərəfin kasassiya şikayətində istinad olunan dəlilləri apelyasiya instansiya məhkəməsi tərəfindən işin hallarının düzgün araşdırılmaması, iddiaçı tərəfin dəlilləri isə tutulmalı olan borc məbləğinin düzgün müəyyən olunmaması ilə bağlıdır. Cavabdeh tərəfin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, kassasiya məhkəməsinin sözügedən qərarında apelyasiya məhkəməsində yuxarıda istinad edilən halların araşdırılmasının zəruriliyi müəyyən edilmişdir. Lakin apelyasiya instansiya məhkəməsi həmin göstərişlərin aydınlaşdılıması üçün (yalnız notariat işinin tələb olunması, borc məbləğinin müəyyən edilməsi üçün natamam mütəxəssis rəyinin alınması istisna olmaqla) hər hansı bir cəhd göstərməmiş, kassasiya məhkəməsinin qərarında göstərilənləri yalnız təkrarlamaqla kifayətlənmişdir. Apelyasiya məhkəməsi göstəri şlərinə (borc məbləğinin müəyyən olunması üçün) əməl olunması məqsədi ilə müvafiq audit yoxlanmasının keçirilməsini zəruri hesab etmiş və alınmış rəydə olan məlumatlarla kifayətlənmiş və rəydə olan məlumatların işdə olan sübutlarla qarşılıqlı yoxlanması təmin edilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İddiaçının kassasiya şiykətinə göstərmişdir ki, «… cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan auiditor hesabına istinad etdiyini qeyd etsə də hesab edirik ki, məhkəmə hesabata düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Auditorlar Palatası «İnter Audit» Auditor Təşkilatının xx.xx.201 9-cu il tarixli müstəqil auditor hesabına əsasənxx.xx.2008-ci il tarixli RBB(İ)081 nömrəli kredit mqüaviləsi üzrə iddia edilən tarixədək kredit müqaviləsindən irəli gələn ödənilməmiş əsas kredit borcu 71291,95 ABŞ dolları, faiz və cərimə borcu 30839,60 ABŞ dolları müəyyən edildi. Göründüyü kimi faiz və cərimə brcu bir yerdə qeyd edilsə də faiz borcuun olmaması qeyd edilməmişdir. Lakin məhkəmə belə nəticəyə gəlmişdir ki, faiz borcu yoxdur. Lakin Bank özü də məhkəməyə arayış təqdim edərək faiz borcunun məbləğinin 31411 ABŞ dolları olmasını bildirmişdir. Əgər məhkəmə qeyd olunan hesablamalarla düzgün nəticəyə gəlməkdə çətinlik çəkirdisə bu zaman təkrar ekspertiza təyin edə və borcun dəqiqləşdirilməsi üçün ekspert qarşısında sual qoya bilərdi. Məhkəmə onu da nəzərə ala bilərdi ki, qeyd olunan məbləğin 18 % hissəsi 12600 ABŞ dolları edir. Bu da onu göstərir ki, məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. » İddiaçı tərəfin dəlili məhkəmə kollegiyası tərəfindən borc məbləğinin düzgün müəyyən olunmaması ilə bağlı olmuşdur. Məhkəmə faiz borcunun mövcud olmaması və auditor rəyində göstərilən məbləğin yalnız dəbbə pulu kimi olması nəticəsinə gəlməsi iddiaçı tərəfin dəlillərinin əsaslı olmasını müəyyən edir. Qeyd edilməlidir ki, məhkəmə istinad etdiyi rəydə olan məlumatların (açıq ziddiyətli olması müəyyən olunduğu halda) borc məbləğinin müəyyən olunması üçün kifayət hesab etmirdisə müvafiq olaraq rəydə olan anlaşılmazlığın aradan qaldırılması üçün yeni ekspert rəyinin alınmasına təşəbbus göstərməli idi. Eyni zamanda məhkəmə kollegiyası müəyyən etmişdir ki, apelyasiya instansiya məhkəməsi ümumiyyətlə mübahisəni həll edərkən yalnız rəydə olan məlumatlara əsaslanmış və onların iş materiallarında olan sübutlarla qarşılıqlı yoxlanmasını təmin etməmişdir. Bu baxımdan hər iki kassasiya şikayətində olan dəlillərin araşdırılmaması aşkar olaraq müəyyən olunmuş olur. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliy evanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmi ş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməklə apelyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: İddiaçı “xxxxxxxxx” ASC-nin (İddiaçı İKB ASC) və Cavabdeh1 ayrı ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı “xxxxxxxxx” ASC-nin (İddiaçı İKB ASC) və Cavabdeh1 kassasiya şikayətlərinə münasibətdə ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar