Məhkəmə qərarları › İş №2(102)-4180/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4180/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4180/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı-nin cavabdehlər Baxşəliyeva Şəfahət Qaraxan oğluna, Vəkil, X8, X1 qarşı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4180/21 (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ekspert rəyləri ) Bakı şəhəri, 20 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı Qaplı Səhmdar Cəmiyyətinin vəkili X17 oğlunun, cavabdeh Baxşıyev Şəfahət Qarax an oğlunun və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Qaplı Səhmdar Cəmiyyətinin cavabdehlər xxx Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9379/2019 nömrəli, 20 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh xxx kassasiya şikayətinə 20 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Qaplı Səhmdar Cəmiyyəti 12.03.2010-cu il tarixli, 04L000002766 saylı “Kredit xətti müqaviləsi”nə əsasən cavabdeh Baxşıyev Şəfahət Qaraxan oğluna 120 ay müddətinə 150000 ABŞ dolları məbləğində kredit xətti açıb. 2. 19.09.2011-ci il tarixli 04R000008083 sa ylı kredit razılaşması əsasında cavabdeh Baxşıyev Şəfahət Qaraxan oğluna 22 ay müddətinə aylıq 2,1667 faizlə 12500 ABŞ dolları, 25.04.2012-ci il tarixli kredit razılaşması üzrə isə 30 ay müddətinə aylıq 2,0833 faizlə 40000 ABŞ dolları kredit verilib.

3. Öhədliyin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri, eləcə də Cavabdeh3 ilə ipoteka müqaviləsi bağlanıb. İpoteka müqaviləsinə əsasən ipoteka predmetinin qiyməti qarşılıqlı razılığa əsasən 42896,22 manat müəyyən edilib. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Sabunçu Rayon məhkəməsinə müraciət edərək, cavabdehlər X11, X2 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 04R000008083 saylı kredit razılaşması üzrə 4372,77 ABŞ dolları məbləğində əsas, 2561.12 ABŞ dolları məbləğində faiz borcu və 2862 ABŞ dolları məbləğində cərimə daxil olmaqla cəmi 9795,89 ABŞ dolları məbləğində borcun, 04R000008990 saylı kredit razılaşması üzrə 31810,09 ABŞ dolları məbləğində əsas, 17915,16 ABŞ dolları məbləğində faiz borcu, 22637 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 72362,25 ABŞ dolları, ümumilikdə 82158,14 ABŞ dolları borcun, məhkəmə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulmasını, tələbin Cavabdeh3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində istifadədə olan 0,01407 ha torpaq sahəsində yerləşən 8/1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi y aşayış evinin açıq hərracdan satılması və ümumilikdə 82158,14 (səksən iki min yüz əlli səkkiz dollar on dörd sent) ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi, əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə tələbin X5, X2 və Cavabdeh2 ümumi qaydada tutulması, X4 məxsus ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra X3 həmin fərdi yaşayış evinə yaşayış və istifadə hüququnun itirilməsi, X3 həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və İddiaçı-yə t əhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh Şəfahət Baxşıyev kredit müqaviləsi üzrə öhədliklərini yerinə yetrmir.

6. Cavabdehlər Cavabdeh2, X7 da zaminlik müqaviləsinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu X11 ilə birgə məsuliyyət daşıyırlar.

7. Hər iki müqavilə üzrə borc 16 oktyabr 2015-ə hesablanıb.

16. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 317.1, 442, 445.2.1. 448.1, 465.2, 472-ci “İpoteka haqqında” Qanunun 39 və 59-cu maddələrinə istinad etmişdir.

8. Cavabdeh xxx iddia tələbini qismən qəbul etmiş və bildirmişdir ki, sahibkarlıqla, uşaq oyuncaqlarının istehsalı ilə məşğul olmuşdur. Dəfələrlə İddiaçı ASC-dən kredit götürüb, sonra geri qaytarmışdı r. İndiyə kimi 240000 manat məbləğdən çox kreditə pul alıb geri qaytarmışdır. Son vaxtlar maddi vəziyyəti ağırlaşmış, ona görə krediti ödəmək imkanı olmamışdır. Banka evi satması və borcunu ödəməsi barədə ərizə də yazmışdır. Cərimə məbləğləri isə həddindən artıq şişirdilmişdir.

9. Sabunçu Rayon Məhkəməsinin 2(008)-485/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 04R000008083 saylı kredit razılaşması üzrə 4372,77 ABŞ dolları əsas borcun, 2.561,12 ABŞ dolları faiz borcunun və 300 ABŞ dolları cərimə daxil olmaqla, cəmi 7.233,89 ABŞ dolları kredit borcunun, 04R000008990 saylı kredit razılaşması üzrə 31.810,09 ABŞ dolları əsas borcun, 17.915,16 ABŞ dolları faiz borcunun, 2.500 ABŞ dolları cərimə olmaqla, cəmi 52.225,25 ABŞ dolları, ümumilikdə 59459,14 ABŞ dolları kredit borcunun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla) tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh3 məxsus xxx istifadədə olan 0,01407 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 92 m2 yaşayış, 130,8 m2 köməkçi sahədən ibarət 8/1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim Anar Rzayev)

10. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi, kredit razılaşmaları, zaminlik və ipoteka müqavilələrinə əsasən müəyyən etmişdir ki, tərəflər həmin müqa vilələrdən irəli gələn öhdəlik münasibətləri var, borclu xxx kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hər iki kredit razılaşması üzrə əsas və faiz borcları cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Amma cərimə tənasübsüz surətdə yüksək hesablandığı üçün azaldılmalıdır. Eləcə də tələb ipoteka predmeti olan əmlaka yönəlməklə, həmin əmlak açıq hərracda satılmaqla əldə edilən vəsait hesabına borc ödənilməlidir.

12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 269.1, 279, 385.1, 442, 445.2, 448.1, 462.1, 465.2, 467-ci, “İpoteka haqqında” Qanunun 10.4, 33, 34.1.1 və 59.3.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdeh Şəfahət Baxşıyev apellyasiya şikayəti verib, qətnaməni n ləğv olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlilləri belə olub: - birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozub, işi tam və hərtərəfli araşdırımayıb; - kredit borcu düzgün hesablanmayıb, ödənişlərin nəzərə alınmayıb; - 2800 ABŞ dolları cərimə çoxdur; - devalvasiya olduğuna gğrə ödənişlərində problem yaranıb.

15. Apellyasiya baxşında apellyasiya instansiyası 27 sentyabr 2017-ci il tarixli qərardadlarla iş üzrə qiymətləndirmə və mühasibatlı qekspertizaları təyin etmişdir. 16. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin rəyinə əsasən ipoteka predmeti olan xxx istifadədə olan 0,01407 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 92 m2 yaşayış, 130,8 m2 köməkçi sahədən ibarət 8/1 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 52000 manatdır.

17. Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2018-ci il tarixli, 13525 saylı ekspertiza rəyinə əsasən X6 21 oktyabr 2015-ci il tarixədək: -19 sentyabr 2011-ci il tarixli, 04R000008083 saylı kredit müqaviləsi üzrə əsas borcu 4293,75 ABŞ dolları, faiz borcu 2592,47 ABŞ dolları; - 25 aprel 2012-ci il tarixli 04R000008990 saylı kredit müqaviləsi üzrə əsas borc 31646,14 ABŞ dolları, faiz borcu 18372,34 ABŞ dolları təşkil edir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1539/2018 nömrəli, 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 28 mart 2016-cı il tarixli qətnaməsi - ipoteka predmetinin ilkin satış qiyməti 52000 manat müəyyən edilməklə, həmçinin 04R000008083 saylı kredit razılaşması üzrə iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləği 4293,75 ABŞ dolları, 04R000008990 saylı kredit razılaşması üzrə isə əsas borcun məbləği 31646,14 ABŞ dolları müəyyən olunmaqla dəyişdirilmiş, qətnamə qalan hissələrdə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəfael Eyvazov (sədrlik edən və məruzəçi), Sənan Hacıyev, Fuad Talışınski)

19. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, qanunverici məhkəmənin üzərinə tələbdə göstərilib-göstəriməməsindən asılı olmayaraq ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olmasını müəyyən etsə də, birinci instansiya məhkəməsi isə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmiş, onu qətnamədə göstərməmişdir. İpoteka müqaviləsində tərəflərin qarşılıqlı razılığına əsasən ipotekanın dəyəri 42896,22 manat həddində müəyyən olunmuşdur.

20. Apellyasisiya məhkəməsi hesab etmişdir ki, ipoteka müqaviləsi 2010-cu il tarixdə bağlandığından və üzərindən uzun müddət keçdiyindən, ipoteka predmetinin dəyərinin obyektiv müəyyən olunması üçün keçirilimiş qiymətləndirmə ekspertizasına əsasən ipoteka predmeti olan xxx istifadədə olan 0,01407 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 92 m2 yaşayış, 130,8 m2 köməkçi sahədən ibarət 8/1 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 52000 manat müəyyən edilməlidir. İpotekanın ilkin satış qiymətinin 52000 manat müəyyən edilməsi obyektiv və ədalətlidir.

21. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətində kredit borcunu mübahisələndirməsinə əsasən təyin etdiyi mühasibatlıq ekspertizasının rəyinə uyğun olaraq, ekspert rəyində əsas borc aşağı məbləğlərdə müəyyən olunduğu üçün hər iki kredit razılaşması üzrə əsas borcun tutulması hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq, əsas brocun məbləğini ekspert rəyinə uyğun dəyişdirmişdir.

22. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin digər dəlilləri ilə razılaşmayaraq, qeyd edib ki, cavabdehin maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar kredit ödənişlərini həyata keçirə bilməməsi onu kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliklərdən azad etmir. Həmçinin, ölkədə devalivasiyanın baş verməsi də cavabdehi müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından da azad edilməsi üçün əsas deyil. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. Cavabdeh xxx kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və daha ədalətli qərar qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır; - məhkəmə borc məbləğinin şişirdilməsini, ölkədə baş verən devalvasiyanı və ipoteka predmetinin ilkin satış qiymətini dəyərindən aşağı qiymətləndirilməsini nəzərə almamış, bu hallara əhəmiyyət verməmişdir;

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1544/2019 nömrəli, 20 may 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1539/2018 nömrəli, 07 avqust 2019cu il tarixli qətnaməsi cavabdehdən ümumi bo rcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

26. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - apellyasiya instansiyası məhkəməsi əsas borcu ekspert rəyinə uyğun olaraq müəyyən edib azaltsa da, cavabdehdən tutulmalı olan ümumi borc məbləğini dəyişdirməyərək səhvə yol vermiş, müvafiq olaraq ümumi borc məbləğinin də azaldılmalı olmasını diqqətdən qaçırmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi 04R000008083 saylı kredit razılaşması üzrə məhkəmə tərəfindən müəyyən edilmiş 4372,77 ABŞ dolları əsas borcu 4293,75 ABŞ dollarına, 04R000008990 saylı kredit razılaşması üzrə isə müəyyən edilmiş 31810,09 ABŞ dolları əsas borcu 31646,14 ABŞ dolla rına dəyişmişdir. Lakin məhkəmə hər iki kredit razılaşması üzrə cavabdehlərdən ümumilikdə tutulan məbləği dəyişdirməyərək pozuntuya yol vermişdir. apellyasiya instansiyası məhkəməsinin ipotekanın ilkin satış qiyməti hissədə gəldiyi nəticə işin hallarına uyğun olmamış, məhkəmə mütəxəssis rəyini tam, hərtərəfli və obyektiv araşdırmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. İşə ikinci dəfə apellyasiya qaydasında baxılarkən 19 iyul 2019-cu il tarixli qərardadla ipoteka predmetinin qiymətini müəyyən etmək üçün qiymətləndirmə ekspertizası təyin edilmiş, qiymətləndirmənin aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. 28. "xxxx" MMC -nin 20/FT saylı 04.12.2019-cu il tarixli rəyinə əsasən ipoteka predmeti olan evin həmin günə qiyməti 57.049 manat müəyyən edilmişdir.

29. Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9379/2019 nömrəli, 20 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2016-cı il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni ümumi borcun məbləğinin müəyyən edilməsi və ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2016-cı il tarixli qətnaməyə (İş № 2(008)-485/2016) və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli qətnaməyə (iş № 2(103)-1539/2018) əsasən 04R000008083 saylı “Kredit razılaşması” üzrə iddiaçının xey rinə tutulmalı olan cəmi borcun məbləği 7.154,87 ABŞ dolları, 04R000008990 saylı “Kredit razılaşması” üzrə iddiaçının xeyrinə tutulmalı olan cəmi borcun məbləği 52.061,3 ABŞ dolları, ümumilikdə isə 59.061 (əlli doqquz min altmış bir) ABŞ dolları 17 (on yeddi) sent müəyyən edilməsi, ipoteka predmetinin - Cavabdeh3 məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsində istifadədə olan 0,01407 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 92 kv.m yaşayış, 130,8 kv.m köməkçi sahədən ibarət 8/1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 57.049 (əlli yeddi min qırx doqquz) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Elşad Şamayev)

30. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Ali Məhkəəmnin qərarına uyğun olaraq hesab edib ki, 04R000008083 saylı “Kredit razılaşması” üzrə iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləği 4.293,75 ABŞ dolları, ümumi borcun məbləği 7.154,87 ABŞ dolları, 04R000008990 saylı “Kredit razılaşması” üzrə iddiaçının xeyrinə tutulmalı olan əsas borcun məbləği 31.646,14 ABŞ dolları, ümumi borcun məbləği 52.061,3 ABŞ dolları, ümumilikdə isə borcun məbləği 59.061,3 ABŞ dolları müəyyən edilməlidir.

31. İpoteka predmetinin qiymətinə gəldikdə, apellyasiya məhkəməsi sonuncu qiymətləndirmə rəyinə əsasən belə nəticəyə gəlib ki, ipoteka predmetinin qiyməti ilkin satış qiyməti 57049 manat olmalıdır.

32. Apellyasiya instansiyası “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh Baxşıyev Şəfahət Qaraxan oğlu (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

34. Kassasiya şikayətinin dəlilləri: - məhkəmə borcluların və mənzildə yaşayan ailənin onların yeganə yaşayış yerlərinin olmasını nəzərə almayıb; - apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına uyğun sübutlara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı

35. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında cavabdeh Baxşıyev Şəfahət Qaraxan oğlu və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

37. Məhkəmə kollegiyasının iclasında İddiaçı-nin vəkili X13 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi.

38. İşə baxılmasının vaxtı və yeri barədə digər cavabdehlər lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanunun Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxl ayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 4

16. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bil ər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

40. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının predmeti yalnız ümumi borcun məbləğinin müəyyən edilməsi və ipoteka predmetinin qiyməti olmuş, apellyasiya məhkəməsi də həmin hissələr üzrə qətnamə çıxarmışdır. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, məhkəmə kollegiyası apellyasiya baxışının predmeti olmuş həmin hissələri yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına və uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında verdiyi göstərişlərə əməl etməklə, ümumi borcun məbləğini və qiymətləndirmə ekspertizasına əsasən ipoteka predmetinin qiymətini müəyyən etmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

44. Məhkəmə kollegiyası borcluların və mənzildə yaşayan ailənin onların yeganə yaşayış yerlərinin olması barədə cavabdeh in dəlillərini əsasız sayır və qeyd edir ki, hazırki iş üzrə apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissələr yalnız ümumi borcun məbləği və ipoteka predmetinin qiyməti olub ki, bu hissələrə də apellyasiya məhkəməsi qiymət verib. Ümumi borcun məbləği əsas və faiz borcunun toplanması ilə adi riyazi hesablama, ipoteka predmetinin qiyməti isə ekspert rəyi ilə müəyyən edilib. Buna görə də ipoteka predmeti olan evin orada yaşayan ailənin yeganə yaşayış yeri olması barədə dəlilin yoxlanılan hissəyə aidiyyatı yoxdur.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rə hbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9379/2019 nömrəli, 20 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar