Məhkəmə qərarları › İş №2(102)-4181/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4181/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4181/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-48/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30.07.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 17 faiz dərəcəsi olmaqla 18.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq 30.07.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus “Kia Cerato” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2016-cı ilin iyun ayında İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsi səbəbindən banka cəmi 13.982,49 ABŞ dolları borcunun yaranmasını əsas göstərərək 30.07.2013-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsini, həmin borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və s. barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-12/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: Z.A.Quliyev) iddiaçı qismən təmin edilərək İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 iyul 2013-cü il tarixli kredit müqaviləsi ləğv olunmuş, 12.747,05 ABŞ dolları məbləğində əsas, 938,92 ABŞ dolları məbləğində faiz, 10 ABŞ dolları penya olmaqla, cəmi 13.695,97 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir. Qətnamə ilə həmçinin tutma Cavabdeh məxsus “Kia Cerato” markalı ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilmiş, həmin avtomobilin ilkin satış qiyməti 16.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğdən Cavabdeh 13.695,97 ABŞ dolları məbləğində borcunun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı, ödənilmiş dövlət rüsumunun 26 manatının İddiaçı ASC-nə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin işdəki sübutlara düzgün qiymət verilmədən, işin halları tam və hərtərəfli araşdırılmadan çıxarılma sını əsas göstərərək ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən həmçinin İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-48/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(046)-12/2019 nömrəli qətnaməsi dəyişdirilmiş, 30 iyul 2013-cü il tarixli “İpoteka müqaviləsi”nə uy ğun оlаrаq ipоtekа qоyulmuş “Kia Cerato” markalı ** FB *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ilkin satış qiyməti 17.000 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək borcun məbləğinin həddindən artıq şişirdilməklə tutulmasını, ipoteka predmeti olan avtomobilə tutmanın yönəldilməsinin qanunsuz olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil ol mamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun is ə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka sa xlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayətində borcun məbləğinin şişirdilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsinin qanunsuz olmaqla dəyərinin düzgün müəyyən olunmaması iddia olunsa da, iş materiallarından görünür ki, cavabdehdən tutulması qət olunmuş borcun məbləği ekspertin rəyi ilə müəyyən olunmaqla kassasiya şikayətinin dəlilləri borcun məbləğinin düzgün müəyyən olunmaması nəticəsinə gəlmək üçün əsas vermir. İpoteka predmetinin ilkin satış qiyməti isə Azərbayc an Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir. Belə olduqda ipoteka predmetinin dəyərinin düzgün müəyyən olunmamasına dair şikayətin dəlili əsaslı sayıla bilməz. Cavabdeh kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmədiyindən, kollegiya hesab edir ki, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi müəyyən olunmuş sübutlara və yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə əməl olunmaqla çıxarılmış, maddi və prosessual hüquq normalarının tələblərinə əməl o lunmuş, qətnamənin ləğv edilməsi üçün əsas verən qanun pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-48/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar