Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4182/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-32/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açı q Səhmdar Cəmiyyəti və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank, hazırda ləğv prosesindədir) Cavabdeh1 və X2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 83570,61 manat əsas borc, 15894 manat faiz borcu, 2245 manat gecikdirilmiş faiz borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 99 858,61 manat pulun alınaraq Banka verilməsi, tutmanın so nuncuya məxsus olan ünvan 1 ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kv.m sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasına və X2 məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən 0,13 ha torpaq sahəsinə yönəldilməsi, həmin ipoteka predmetlərinin bazar qiymətlərinin müəyyən edilməsindən sonra açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, həmçinin ipoteka predmetlərinin satıldıqdan sonra 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-292/2018 nömrəli iş üzrə 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 83570,61 manat əsas borc, 15894 manat faiz bo rcu, 245 manat gecikdirilmiş faiz borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 99 858,61 manat pulun alınaraq Banka verilməsi, tutmanın sonuncuya məxsus olan ünvan 1 ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kv.m sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasına və X2 məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən 0,13 ha torpaq sahəsinə yönəldilməsi, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kv.m sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 129.000 manat və X2 məxsus olan Xaçmaz rayonu, Armudpada r kəndində yerləşən 0,13 ha torpaq sahəsinin ilkin satış qiymətinin 702.000 manat məbləğində müəyyən edilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(105)-32/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) Bank tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin boşaldılmaması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin ol unmuş, Cavabdeh1 və X1 mülkiyyətində olan ünvan 2 ünvanındakı 0,0113 ha torpaq sahəsi və onun üzərindəki 93,1 kv.metrlik ticarət təyinatlı qeyri-yaşayış sahəsi, həmçinin Xaçmaz rayonu, Armudpadar kəndindəki 0,013 ha torpaq sahəsinin açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmiş, həmin daşınmaz əmlakların hərracdakı ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi hissəsində qətnamə dəyişdirilmiş, Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,0113 ha torpaq sahəsi və üzərində yerləşən 93,1 kv.m sahədən ibarət birmərtəbəli qeyri-yaşayış binasının açıq hərracdakı ilkin satış qiyməti 120.000 manat, X2 məxsus olan Xaçmaz rayonu, Armudpadar kəndində olan 0,13 ha torpaq sahəsinin üzərindəki qeyri-yaşayış sahəsi ilə birlikdə ilkin satış qiyməti isə 620.000 manat müəyyən e dilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Bank və Cavabdeh1 kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin dəlilləri, onlara etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Bank (vəkil X4) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən (gecikdirilmiş faiz borcu və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində) ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar, yaxud işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin (əsas borcun tutulması hissəsində) dəyişdirilməsi barədə qər ar çıxarılmasını xahiş etmişdir. Kassasiya baxışı zamanı Bank və cavabdeh Azərbaycan Respublikasının Ali Məhkəməsinə ərizələrlə müraciət edərək, mübahisənin məhkəmədən kənar aralarında həll olunduğunu, bu səbəbdən kassasiya şikayətlərindən imtina etdiklərini bildirərək, iş üzrə kassasiya icraatına xitam verilməsini məhkəmədən xahiş etdilər. Tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-in 410.1-ci maddəsinə əsasən, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Göründüyü kimi, qanunla kassas iya şikayətindən imtina kassasiya şikayəti vermiş şəxsin hüququ olaraq müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, şikayətdən imtina şikayət verən şəxsin öz tələbindən maddihüquqi mənada imtina etməsini, yəni məhkəmə qərarı ilə barışmasını nəzərdə tutur. Məhz bu baxımdan mülki prosessual qanunvericilik şikayətdən imtina etmiş şəxsin şikayətlə məhkəməyə təkrar müraciət etməsinə yol vermir. MPM-in 410.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və ya qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tə rəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş kassasiya şikayətlərindən imtina qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Hazırkı iş üzrə başqa şəxslər tərəfindən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamədən kassasiya şikayəti verilmədiyindən, kassasiya şikayətlərindən imtina etmələri barədə tərəflərin ərizələri qəbul edilməli və kassasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 410 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh1 kassasiya şikayətlərindən imtinaları qəbul edilsin. Mülki iş üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4182/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4182/2021
02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver