Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4183/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1 oğluna və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-517/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 03 iyun 2014-cü il tarixdə “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında “Baş kredit razılaşması” bağlanmış, razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 03 iyun 2024-cü il tarixinədək 2.000.000 manat məbləğində kredit xətti açılmış, 03.06.2014-cü il tarixli “Kommersiya krediti müqaviləsi”nə əsasən Cavabdeh1 48 ay müddətinə kreditdən istifadəyə görə illik 18 faiz olmaqla 510.000 ABŞ dolları, 06.11.2014-cü il tarixli müqaviləyə əsasən 48 ay müddətinə, illik 18 faiz olmaqla 127.000 ABŞ dolları, 27.04.2015-ci il tarixli müqaviləyə əsasən 60 ay müddətinə 15 faizlə 400.000 ABŞ dolları məbləğində kreditlər verilmiş, sözügedən “Baş kredit razılaşması” və onun ayrılmaz hissələri olan kredit müqavilələri üz rə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsi 03 iyun 2014-cü il tarixli ipoteka müqavilələri əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 03.06.2014-cü il tarixdə bankla Cavabdeh2, X3 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2016-cı ilin noyabr ayında “Bank VTB (Azərbaycan)” ASC Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi səbəbindən 03.06.2014-cü il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə cəmi 487.873,50 ABŞ dolları, 06.11.2014-cü il tarixli “Komersiya krediti müqaviləsi” üzrə cəmi 137.598 ABŞ dolları, 27.04.2015-ci il tarixli “Bərpa olmayan krediti müqaviləsi” üzrə cəmi 578 734 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərək həmin borcun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat və ipoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq banka ödənilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və s. barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1626/2018 saylı, 26 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim: Ş.Ə.Məhərrəmova) iddia tələbi qismən təmin edilərək “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında bağlanmış 03.06.2014-cü il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə ödəniş gününə olan məzənnə üzrə cəmi 466.454,81 ABŞ dolları məbləğində pul vəsaitinin, 06.11.2014-cü il tarixli “Kommersiya krediti müqaviləsi” üzrə ödəniş gününə olan məzənnə üzrə cəmi 130.487,98 ABŞ dolları məbləğində pul vəsaitinin, 27.04.2015-ci il tarixli “Bərpa olmayan krediti müqaviləsi” üzrə ödəniş gününə olan məzənnə üzrə cəmi 467. 957,34 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı ilə Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 müştərək qay dada tutularaq banka ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişin qeydiyyat alınması üçün ödənilmiş 60 manat dövlət rüsumunun 45 manatının iddiaçıya aid edilməsi, qalan 45 manatın cavabdehlərdən müştərək qaydada tutularaq banka verilməsi, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri, yəni 145 manat məbləğində pul vəsaitinin 72 manat 50 qəpiyinin iddiaçıdan, 72 manat 50 qəpiyinin isə cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 600 manat məbləğində pul vəsaitinin 300 manatının iddiaçının özünə aid edilməsi, 300 manatının isə cavabdehlərdən müştərək qaydada tutularaq banka verilməsi qət edilmi şdir. Qətnamə ilə həmçinin Cavabdeh2 məxsus N qəsəbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 552.800 manat məbləğində müəyyən edilməsi, Cavabdeh2 məxsus N qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsinə tutma yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 175.300 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qalmış pul vəsaitin in Cavabdeh2 verilməsi, mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka predmetlərinin Cavabdeh2 tərəfindən boşaldılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh1 verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10903/2018 saylı, 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1626/2018 saylı, 26 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10903/2018 saylı, 17 oktyabr 2018-ci il tarix li qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6856/19 saylı, 30 oktyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat 28 iyun 2020-ci il tarixdə hazırkı iş üzrə digər Cavabdeh2 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-517/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1626/2018 saylı iş üzrə 26 iyul 2018-ci il tarixli qətnaməsi “ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qalmış pul vəsaitinin Cavabdeh1 verilməsi” hissəsində dəyişdirilmiş, Cavabdeh2 məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, At yalı ərazisində istifadəsində olan 0.06 ha torpaq sahəsində yerləşən 8 girişli, 14 otaqlı, 521.1 kv.m ümumi, 77.2 kv.m. əsas, 443.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının və Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.5 ha torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qalmış pul vəsaitinin Cavabdeh2 verilməsi, qətnamənin Cavabdeh2 mübahisələndirdiyi qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək borc məbləğlərinin həddindən artıq şişirdilməklə tutulmasını, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin düzgün müəyyən olunmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipo teka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. M addə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddə sinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh1 tərəfindən kredit öhdəliklərinin lazımi qaydada icra edilmədiyi qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən olunmuş, Cavabdeh2 isə həmin kredit öhdəliklərinə görə ipoteka ilə yük lü etdiyi ipoteka predmetlərinin ilkin satış qiymətlərini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya instansiyası məhkəməsi işə Cavabdeh2 apellyasiya şikayətinə əsasən mübahisələndirilmiş ipoteka predmetlərinə tutmanın yönəldilməsi və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən olunması hissəsində baxaraq “İpoteka haqqında” Qanunun 34 və 36-cı maddələrinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etmişdir. Apellyasiya instansiyası məhk əməsi həmçinin “İpoteka haqqında” Qanunun 39.3.3cü maddəsinə əsasən ipoteka predmetlərinin ilkin satış qiymətlərinin apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndirici tərəfindən müəyyən olunmasını əsas göstərməklə əmlakların dəyərinin daha cox olması barədə cavabdehin dəlillərini əsassız hesab edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticəni həmin hissədə də qanuni və əsaslı hesab etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə əməl olunmaqla çıxarılmış, maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmuş, qətnamənin ləğv edilməsi üçün əsas verən qanun pozuntusuna yol verilməmişdir. Şərh olunanla ra əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-517/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4183/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4183/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver