Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4185/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və http://supremecourt.gov.az/static/view/284X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair ilkin, Cavabdeh İddiaçı2 və 53 saylı X4rşı müqavilə və sazişin etibarsızlığı barədə iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şi kayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.Mürsəlov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 40.000 (qırx min) manat borc və ödənilmiş 20 manat dövlət rüsumu, cəmi 40020 (qırx min iyirmi) manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehlər İddiaçı2 və 53 saylı X2rşı kredit müqaviləsinin və sazişin etibarsız hesab olunması tələbinə dair iddiasının iddia müddəti keçdiyindən təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Qarada ğ Rayon Məhkəməsinin xx xxxx 2019- cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd edilməsi və qaşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsin i xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçı2 “borc tələbinə” dair ərizə ilə məhkəməyə müarciət edərək Cavabdeh 40000 manat məbləğində əsas borcun, 2000 manat borcu gecikdirməklə ondan faydalanmağa görə hesablanmış faizlərin və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 42020 manat pulun tutularaq İddiaçı2 ödənilməsini xahiş etmişdir. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı2 və 53 saylı X4rşı iddia qaldıraraq 53 saylı X3 cavabdehlə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin və xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə dəyişiklik barədə sazişin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh İddiaçı2 və 53 saylı X2rşı müqavilə və sazişin etibarsızlığı tələbinə dair mülki iş, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)279/2019 saylı mülki işə birləşdirilməsi və həmin mülki işin baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin məhkəmədə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin a şağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə borc verən İddiaçı2, borc alan ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 40000 manat məbləğində borc pul verir, borc alan həmin pul məbləğini xx.xx.2014-cü il müddətinə qaytarmağı öhdəsinə götürür. Bundan sonra xx xxxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə dəyişiklik barədə saziş bağlanmaqla xx.xx.2014-cü il tarixli kredit müqaviləsi dəyişdirilərək, həmin kredit müqaviləsi üzrə 40000 manat borcun qaytarılma müddəti tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2017-ci il tarixə qədər uzadılmışdır. xx xxxxxxx 2018-ci il tarixli icra qeydinə əsasən Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 40000 manat pulun tutulması qeyd edilmiş və icra olunması üçün Qar adağ rayon İcra şöbəsinə göndərilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbinin qanuni əsasını MM-nin 739-cu maddəsi (borc müqaviləsi) təşkil edir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kredit orun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 354-cü maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bundan başqa nəzərə alınmalıdır ki, əqdin etibarsızlığının mübahisələndirilməsi üçün qanunverici bir il müddə t müəyyən etmişdir ki, bu müddət iddia müddəti deyil kəsici müddətdir. Yəni həmin müddət iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəmyə müraciət olmadan məhkəmələr tərəfindən birbaşa tətbiq edilir. İş materialları ilə müəyyən edilir ki,Cavabdeh onunla İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin və xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə dəyişiklik barədə sazişin etibarsız hesab olunması barədə iddia ərizəsini xx.xx.2019-cu ildə vermişdir. Həmin müqavilə və sazişin son icra müddəti xx.xx.2017-ci il müəyyən edildiyindən qanunvericilikdə nəzərdə tutulmuş bir illik kəsici müddət xx.xx.2018-ci ildə bitmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehdən 40.000 (qırx min) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi və iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehlər İddiaçı2 və 53 saylı X2rşı kredit müqaviləsinin və sazişin etibarsız hesab olunması tələbinə dair kəsici müddət keçdiyindən iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4185/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4185/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver