Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4188/2020 06.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin vəkili X2, Cavabdeh, X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsindən iddiaçı “xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC-nin adından çıxış edən törəmə müə ssisəsi olan İddiaçı MMC Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən 3088 manat məbləğində əsas borc, 500.16 manat məbləğində faiz borcu olmaqla, cəmi 3588.16 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq “xxxx” QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim H.Hüseynli) xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)-2669/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-İ.Xəlilov (sərlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməsi, iddia tələbinin təmin edilməm əsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili x kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahi ş etdi. Vəkil həmçinin bildirdi ki, hazırkı iddia İddiaçı MMC-nin adından qaldırılmış köhnə işlərdəndir. MMC-nin subyektiv hüququ ilə bağlı yaranan çətinliklər nəzərə alınmaqla artıq iddialar “xxxx” QSC-nin adından qaldırılır. Cavabdeh Səbinə Nağıyeva məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Cavabdeh “X7” MMC-dən “Kirby” markalı, “Sentria” modelli yuyucu maşını almış və “xxxx” ASCni n İslam Bankçılığı Departamenti ilə cavabeh aralarında bağlanmış borc müqaviləsi üzrə malın dəyərininbank tərəfindən hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. xx.xx.2014-cü il tarixli borc müqaviləsinə əsasən, “xxxx” ASCnin İslam Bankçılığı Departamenti Cavabdeh 18 ay müddətinə, illik 20 % olmaqla 3088 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəlinə əsasən, kredit və ona hesablanmış faizlər xx.xx.2014-ci il tarixdən başlayıb, hər ay 199,99 manat son ayı isə 199,98 manat olmaqla 18 ay müddətində ödənilməli idi və ödəniş xx.xx.2016-cı il tarixdə bitməli idi. Bundan başqa, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, müqavilənin ləğv edilməsi barədə xx.xx.2014-cü il tarixli razılaşma ilə “X7” MMC ilə cavabdeh arasında yuyucu maşının və onun hissələrinin alqı-satqısı barədə müqavilə ləğv olunmuş, alınmış mal cavabdeh tərəfindən geri qaytarılmış və bu barədə həmin tarixli təhvil-təslim aktı tərtib olunmuşdur. Cavabdeh ilə “xxxx” ASC-nin İslam Bankçılığı Departamenti arasında bağlanmış borc müqaviləsi əsasında bank tərəfindın cavabdehin aldığı ev əşyasına görə pul ödəməsi, bir neçə gündən sonra cavabdehin həmin əşyanı elə şirkətin özünə qaytarması və bununla bağlı müvafiq sənədləşmə aparılması işin mübahisəsiz hallarıdır. İddiaçı hazırda həmin kredit müqaviləsi üzrə cavabdehin adından ödədiyi borcu tələb edir. İşə baxan məhkəmə cavabdeh tərəfindən iddia tələbinin etiraf edilməsini əsas tutaraq, əlavə araşdırma aparmadan iddianı təmin etmişdir. Lakin cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, o Azərbaycan dilini yaxşı bilmir və məhkəmədə də işə baxılan zaman iddianı qəbul etməmişdir. Apelyasiya icraatı zamanı cavabdeh məhkəmə icraatının aparıldığı dili bilmədiyi üçün o tərcüməçi ilə təmin olunmuşdur. Lakin işə baxan məhkəmə cavabdehin tərcüməçi xidmətindən istifadə etmək hüququnu təmin etməmiş, nəticədə qətnamənin ləğvinə əsas olan prosessual pozuntuya yol vermişdir. Apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 387.2.3. maddəsinə əsasən, işə baxılan zaman icraatın aparıldığı dil haqqında qaydalar pozulmasını əsas götürərək şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi qənaətinə gəlmişdir. Cavabdeh icraatın aparıldığı dili bilmirsə, deməli onun həmin prosesdə hüquq və vəzifələrinə dair bütün müddəalar p ozulmuşdur. Prosesin aparıldığı dili bilməyən şəxsin hər-hansı hüquqları həyata keçirməsi, mübahisə ilə bağlı müdafiəsini qurması absurddur. Apelyasiya icraatı zamanı cavabdeh tərcüməçi ilə təmin edilmiş, iddiaçının təqdim etdiyi sənədlərin mahiyyəti ilə tanış olduqdan sonra iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək həmin əsasla iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, “xxxx”ASC-nin İslam Bankçılığı Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə borc müqaviləsi bağlanmış və sonuncu ödənişin tarixi xx.xx.2016-cı il tarix müəyyən olunmuşdur. Cavabdeh aldığı əşyanı xx xxxxxxx 2014-cü il tarixdə şirkətə geri qaytarmış və həmin vaxtdan da banka kredit borcu üzrə heç bir ödəniş etməmişdir. Bu hal iddiaçıya məlum olsa da həmin tarixdən bu günə qədər kredit müqaviləsi üzrə borcludan öhdəliklərin yerinə yetirilməsi tələb olunmamışdır. İddiaçı bank müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı 3 illik iddia müddətini ötürməklə xx.xx.2019-cu il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizə ilə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Beləliklə, iddiaçı iddia müddətini buraxmaqla məhkəməyə müraciət etmiş və bunu heç bir səbəblə əsaslandırmamışdır. Ona görə məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini əsaslı hesab edir. Nə qədər ki, 1-ci instansiya məhkəməsində icraat azərbaycan dilini bilməyən şəxsə tərcüməçi təmin etmədən aparılmışdır, məhkəmə kolle giyası apelyasiya icraatında iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsini qəbul edir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2.maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəlləsinin 375.2. maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, mübahis ənin həlli baxımından ilk növbədə iddiaçının belə bir tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasını aydınlaşdırmaq lazımdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə d ə həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı işdən görünür ki, irəli sürülmüş tələb hüququ “xxxx” QSC-yə məxsusdur. İddianı isə onun törəmə müəssisəsi olduğu qeyd edilən İddiaçı MMC qaldırmış və pul məbləğinin “xxxx” QSC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Belə olan halda, İddiaçı MMC məhkəmədə “xxxx” QSC-nin adından hərəkət edən nümayəndəsi kimi çıxış etmək istəmişdir. Hüquqi şəxsin nümayəndəsi ilə bağlı qaydalar qanunvericilikdə aşağıdakı kimi tənzimlənmişdir. Mülki Prosessual Məcəllənin 69.1-ci, 69.2-ci və 69.3-cü maddələrinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. İddiaçı MMC isə “xxxx” QSC-nin nümayəndəsi kimi məhkəmədə iddia qaldırmaq səlahiyyətinə dair yuxarıda qeyd edilən qaydada rəsmiləşdirilmiş sənədləri məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar nəzərə alınmadığı və hüquq normaları düzgün tətbiq edilmədiyi üçün qətnamə məhz bu əs asla ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4188/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4188/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver