Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4189/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 20 19-cu il tarixli qətnaməsi ilə (sədrlik edən S.Bəhrəmzadə) iddia tələbi təmin edilmiş, Cavabdeh 12 100 (on iki min bir yüz) manat pulun alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Talışinski, hakimlər Z.Əliyev və R.Eyvazov) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosess ual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsiilə məhkəməyə müraciət edərək, 2017-cii il tarixli Kredit müqaviləsinə əsasən onun tərəfindən Cavabdeh verilmiş və cavabdeh tərəfindən geri qaytarılmamış 12100 manat pulun cavabdehdən məcburi qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkə mə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən imzalanmış iltizamdan görünür ki, o, 2017-ci ilin mart ayında X4 ilə iş qurmaq üçün 30.069 manat broyler yetişdirmək üçün vəsait qoyulmuşdur. Vəsait X3 məxsus olmuşdur və o təsərrüfatında quşların quşların yetişdirilməsini və onlara köməklik göstərməyi öhdəsinə götürmüşdür. Quşları yetişdirdikdən sonra satışda problem olduğu üçün quşların bir qismini diri sataraq X3 8000 manat pul vermişdir. Quşun satış qiyməti 1 kg da 1.1 manat aşağı düşdüyü üçün 9770 manat zərər olmuşdur. Pulun qalan hissəsi onun tərəfi ndən ayda 1500-2000 manat ödəniləcəkdir. Qalan məbləğ 12 300 manatdır. Həmin məbləğ X1 kart hesabına köçürüləcəkdir. Xəzər PRİ-nin 2-ci PŞ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, həmin qərarın təsviri hissəsində təhqiqat araşdırılması zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, 2017-ci ilin mart ayında İran İslam Respublikasının vətəndaşı İddiaçıh oğlunun oğlu Siruşla tanış olmuşdur. Öz aralarında razılığa gələrək ona məxsus olan quşçuluq fermasına vəsait ayırmışlar. Ümumilikdə qoyulmuş 30069 manat vəsaitin 9971 manatı ziyana getmişdir. xx.xx.2018-ci il tarixdə onlarla görüşərək məsələyə aydınlıq gətirdikdən sonra yazılı iltizam verərək hər ay 1500- 2000 manat olmaqla 12.300 manat pul ödəyəcəyinə söz vermişdir. Onu da qey d etmişdir ki, İddiaçıın ona 3600 manat borcu olduğundan həmin puldan borcunu çıxmışdır, 2700 manat soyuducuya olan borcunu isə silmişdir. Qalan pulun digər hissəsini isə bu müddət ərzində ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fa yda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıq da bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər şifahi qaydada aralarında razılaşmışlar. İddiaçı cavabdehə iş qurulması ilə bağlı quş yetişdirilməsi üçün 30.069 manat manat pul vermiş, cavabdeh yetişdirdiyi quşları satdıqdan sonra qazancı ilə birlikdə əsas məbləğini də iddiaçıya qaytaracağını bildirmişdir. Sonradan həmin təsərrüfat zərərə uğradığından bütün zərər çıxıldıqdan sonra qalıq olan 12300 manat pulun iddiaçıya qaytarılması olması barədə cavabdeh tərəfindən iltizam imzalanmışdır. Lakin həmin məbləğ iddiaçıya qaytarılmamışdır. Tərəflərin iddia tələbi üzrə mübahisələndirdikləri halların həlli ilə bağlı qeyd edilməlidir ki, iddiaçı gördükləri iş müqabilində verdiyi puldan hazırda ona cavabdeh tərəfindən iddia tələbində qeyd etdiyi məbləğdə pulun qaytarılmalı olmasını, cavabdeh isə həmin pulun qaytarılmasını sübut etməlidir. İddiaçı aralarında işlə bağlı olan münasibətlərdən sonra 12100 manat məbləğində pulun qaytarılmalı olmasının sübutu kimi cavabdeh tərəfindən yazılmış və mübahisələndirilməyən iltizama istinad edir. Cavabdeh isə həmin pulun qaytarılmalı olduğu barədə iltizam verdiyini, lakin artıq puldan cəmi 6200 manatını qaytarmadığını, qalan 6000 manatın aralarında olan icarə müqaviləsinə, soyuducunun kirayəsi, baytarlıq və fəhlə xidmətlərinə görə silindiyini bildirməklə daha borcunun qalmadığını bildirsə də, 6000 manatın qaytarmasına, eləcə də aralarında hər hansı icarə müqaviləsi olmaqla ona iddiaçı tərəfindən pulun ödənilməli olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlid ir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 12100 manat məbləğində pulun tutulması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4189/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4189/2020
15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver