Məhkəmə qərarları › İş №2(102)-419/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-419/2019

23.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-419/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 23 yanvar 2019-cu il iş № 2(102)-419 /19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili MBnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 sentyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 yanvar 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim X.Məhə rrəmova, iş № 2(004)-17/2018 saylı mülki iş) İddiaçı-nin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı-nin xeyrinə 07 dekabr 2011-ci il tarixli, RB/FS-2806 saylı Baş kredit müqaviləsi üzrə 62293,99 manat məbləğində əsas kredit borcu, 07 dekabr 2014-cü il tarixə hesablanmış 34665,89 manat məbləğində faiz borcu, 07.12.2014-cü il tarixdən 27.03.2018-ci il tarixinə kimi əsas kredit borcuna illik 5 %-lə hesablanmış 10101 manat faiz borcu, 1600 manat məbləğində cərimə borcu, cəmi 108660,88 manat, 14 noyabr 2011-ci il tarixli, RB/FS-2794 saylı kredit müqaviləsi üzrə 175665 manat məbləğində əsas kredit borcu, 14 noyabr 2014-cü il tarixə hesablanmış 106143,91 manat məbləğində faiz borcu, 15.11.2014-cü il tarixdən 27.03.2018-ci il tarixinə kimi əsas kredit borcuna illik 5 %-lə hesablanmış 292 77 manat faiz borcu, 4000 manat məbləğində cərimə borcu, cəmi 315085,91 manat, 01 iyun 2012-ci il tarixli, RB/FS-2905 saylı Baş kredit müqaviləsi üzrə 38500 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 01 fevral 2013-cü il tarixinə kimi hesablanmış 23598,33 manat məbləğində faiz borcu, 01.02.2013-cü il tarixdən 27.03.2018-ci il tarixinə kimi əsas kredit borcuna illik 5 %-lə hesablanmış 13520 manat faiz borcu, 3000 manat məbləğində cərimə borcu, cəmi 78618,33 manat, 26 sentyabr 2013-cü il tarixli, RB/FS-3232 saylı Baş kredit müqaviləsi üzrə 50000 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 26 dekabr 2013-cü il tarixinə kimi hesablanmış 3345.19 manat məbləğində faiz borcu, 26.12.2013cü il tarixindən 27.03.2018-ci il tarixinə kimi əsas kredit borcuna illik 5 %-lə hesablanmış 12291 manat faiz borcu, 2000 manat məbləğində cərimə borcu, cəmi 67636,19 manat və 14 may 2013-cü il tarixli, rbkk-5133 saylı şəxsi kredit kartlarına kredit xəttinin verilməsi haqqında müqaviləsi üzrə 4999,28 manat məbləğində əsas kredit borcu, 14 may 2014-cü il tarixinə kimi hesablanmış 824,16 manat məbləğində faiz borcu, 14.05.2014-cü il tarixindən 27.03.2018-ci il tarixinə kimi əsas kredit borcuna illik 5 %-lə hesablanmış 958 manat faiz borcu, cəmi 6781,44 manat, ümumilikdə 576782,75 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat və bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində pul vəsaiti tutulması; 07 dekabr 2011-ci il tarixli, RB/FS-2806 saylı Baş kredit müqaviləsi üzrə 62293,99 manat məbləğində əsas kredit borcu, 07 dekabr 2014-cü il tarixə hesablan mış 34665,89 manat məbləğində faiz borcu, 07.12.2014-cü il tarixdən 27.03.2018-ci il tarixinə kimi əsas kredit borcuna illik 5 %-lə hesablanmış 10101 manat faiz borcu, 1600 manat məbləğində cərimə borcu, cəmi 108660,88 manat, 14 noyabr 2011-ci il tarixli, RB/FS-2794 saylı kredit müqaviləsi üzrə 175665 manat məbləğində əsas kredit borcu, 14 noyabr 2014-cü il tarixə hesablanmış 106143,91 manat məbləğində faiz borcu, 15.11.2014-cü il tarixdən 27.03.2018-ci il tarixinə kimi əsas kredit borcuna illik 5 %-lə hesablanmış 29277 manat faiz borcu, 4000 manat məbləğində cərimə borcu, cəmi 315085,91 manat, 01 iyun 2012-ci il tarixli, RB/FS-2905 saylı Baş kredit müqaviləsi üzrə 38500 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 01 fevral 2013-cü il tarixinə kimi hesablanmış 23598,33 manat məbləğində faiz borcu, 01.02.2013-cü il tarixdən 27.03.2018-ci il tarixinə kimi əsas kredit borcuna illik 5 %-lə hesablanmış 13520 manat faiz borcu, 3000 manat məbləğində cərimə borcu, cəmi 78618,33 manat məbləğinə borca görə tutma Cavabdeh1 məxsus olan **-TL-*** dövlət qeydiyyat nişanlı “Lexus LX470” minik markalı, buraxılış ili 2006-cı il, ban JTJHTOOW374021536, qara rəngli avtomaşına yönəldilməsi; 14 noyabr 2011-ci il tarixli, RB/FS-2794 saylı kredit müqaviləsi üzrə 175665 manat məbləğində əsas kredit borcu, 14 noyabr 2014-cü il tarixə hesablanmış 106143,91 manat məbləğində faiz borcu, 15.11.2014-cü il tarixdən 27.03.2018-ci il tarixinə kimi əsas kredit borcuna illik 5 %-lə hesablanmış 29277 manat faiz borcu, 4000 manat məbləğində cərimə borcu, cəmi 315085,91 manat, 01 iyun 2012-c i il tarixli, RB/FS-2905 saylı Baş kredit müqaviləsi üzrə 38500 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 01 fevral 2013-cü il tarixinə kimi hesablanmış 23598,33 manat məbləğində faiz borcu, 01.02.2013-cü il tarixdən 27.03.2018-ci il tarixinə kimi əsas kredit borcuna illik 5 %-lə hesablanmış 13520 manat faiz borcu, 3000 manat məbləğində cərimə borcu, cəmi 78618,33 manat məbləğinə borca görə tutma Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,135 ha torpaq sahəsinə yönəldilməsi; Cavabdeh1 məxsus olan ** TL *** dövlət qeydiyyat nişanlı “Lexus LX470” minik markalı avtomaşın açıq hərracdan satılması və əldə edilmiş vəsait hesabına 07 dekabr 2011-ci il tarixli, RB/FS-2806 saylı və 14 noyabr 2011-ci il tarixli, RB/FS-2794 saylı və 01 iyun 2012-ci il t arixli, RB/FS-2905 saylı kredit müqavilələr üzrə cavabdehin İddiaçı açıq səhmdar cəmiyyətinə olan borcunun ödənilməsi; Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,135 ha torpaq sahəsi açıq hərracdan satılsın və əldə edilmiş vəsait hesabına 14 noyabr 2011-ci il tarixli, RB/FS-2794 saylı və 01 iyun 2012-ci il tarixli, RB/FS-2905 saylı kredit müqavilələr üzrə cavabdehin İddiaçı açıq səhmdar cəmiyyətinə olan borcunun ödənilməsi; əmlakların satışından artıq qalan məbləğin Cavabdeh1 qaytarılması; Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,135 ha torpaq sahəsinin ilkin satış qiyməti 40000 manat məbləğində müəyyən edilməsi; Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,135 ha torpaq sahəsinə tutma yönəldildikdən və həmin torpaq satıldıqdan sonra ən geci 1 (bir) ay müddətində boşaldılması və Cavabdeh1 ordan çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən, məruzəçi), İ.Vəliyev və E.Həsənov, 2(103)-8527/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-17/2018 saylı 09 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanlmışdır. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı-nin xeyrinə 07 dekabr 2011-ci il tarixli, RB/FS2806 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 62293,99 manat, faiz borcuna görə 39857,14 manat, cərimə borcuna görə 160 00 manat, cəmi 118151,13 manat, 14 noyabr 2011ci il tarixli, RB/FS-2794 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 175665 manat, faiz borcuna görə 123241,97 manat, cərimə borcuna görə 40000 manat, cəmi 338906,97 manat, 01 iyun 2012-ci il tarixli, RB/FS-2905 saylı istehlak krediti müqaviləsi üzrə borcunun məbləği kreditə görə 38500 manat, faiz borcuna görə 59159,66 manat, cərimə borcuna görə 30000 manat, cəmi 127659,66 manat, 26 sentyabr 2013-cü il tarixli, RB/FS-3232 saylı istehlak krediti müqaviləsi üzrə borcunun məbləği kreditə görə 50000 manat, faiz borcuna görə 40401,70 manat, cərimə borcuna görə 20000 manat, borcun cəmi məbləği 110401,70 manat, 14 may 2013-cü il tarixli, rbkk-5133 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 4999,28 manat, faiz borcuna gö rə 2008,24 manat, borcun cəmi məbləği 7007,52 manat, ümumilikdə 602765,45 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 90 manat pul tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhər, ÜNVANə, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha torpaq sahəsinə və Cavabdeh1 məxsus olan ** TL *** dövlət qeydiyyat nişanlı “Lexus LX 470” minik markalı avtomaşına yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 kredit müqavilələri üzrə olan borcunun və ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhər, ÜNVANinə və Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,135 ha torpaq sahəsinə tutmanın yönəldilməsi və həmin əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 və Cavabdeh1 həmin yaşayış sahələrindən çıxarılmaları və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilərək iddia ərizəsində göstərilən digər tələblərlə yanaşı, Cavabdeh1 İddiaçı-nin xeyrinə 01.06.2012-ci il tarixli, RB/FS-2905 saylı kredit müqaviləsi üzrə əsas borca görə 38500 manat, faiz borcuna görə 63420,88 manat, cərimə borcuna görə 30008, 9 manat, cəmi 131929,78 manat, 26.09.2013-cü il tarixli, RB/FS-3232 saylı kredit müqaviləsi üzrə əsas borca görə 50000 manat, faiz borcuna görə 49624,66 manat, cərimə borcuna görə 20000 manat, cəmi 119624,66 manat, 14.05.2013-cü il tarixli, rbkk-5133 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4999,28 manat, faiz borcuna görə 2607,5 manat, cəmi 7606,78 manat,07.12.2011-ci il tarixli, RB/FS-2806 saylı kredit müqaviləsi üzrə əsas borca görə 62293,99 manat, faiz borcuna görə 46751,12manat, cərimə borcuna görə 16000, cəmi 125045,11 manat,14.11.2011-ci il tarixli, RB/FS2794 saylı kredit müqaviləsi üzrə əsas borca görə 175665 manat, faiz borcuna görə 142682,23 manat, cərimə borcuna görə 40000 manat, cəmi 358347,23 manat,cəmi742553,56manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Ba kı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat dövlət rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 90 manat pulun tutulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi yenidən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 07.12.2011-ci il tarixli, RB/FS-2806 saylı İstehlak kredit müqaviləsi üzrə kreditə görə 62293,99 manat, faiz borcuna görə 49948,93 manat, cərimə borcuna görə 16000 manat, cəmi 128242,92 manat; 14.11.2011-ci il tarixli, RB/FS-2794 saylı istehlak kredit müqaviləsi üzrə kreditə görə 175665 manat, faiz borcuna görə 151699,7 manat, cərimə borcuna görə 40000 manat, cəmi 367364,7 manat; 01.06.2012-ci il tarixli, RB/FS-2905 saylı istehlak kredit müqaviləsi üzrə kreditə görə 38500 ma nat, faiz borcuna görə 65397,47 manat, cərimə borcuna görə 30000 manat, cəmi 133906,37 manat; 26.09.2013-cü il tarixli, RB/FS-3232 saylı istehlak kredit müqaviləsi üzrə kreditə görə 50000 manat, faiz borcuna görə 53902,78 manat, cərimə borcuna görə 20000 manat, cəmi 123902,78 manat; 14.05.2013-cü il tarixli, rbkk-5133 saylı istehlak kredit müqaviləsi üzrə kreditə görə 4999,28 manat, faiz borcuna görə 2885,47 manat, cəmi 7884,75 manat, ümumilikdə 761301,52 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 90 manat pulun tutulması, ipoteka predmeti olan Cavabdeh1 məxsus **-TL-*** dövlət qeydiyyat nişanlı “Lexus LX470” minik markalı, avtomaş ına yönəldilməsi, bu əmlakın hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti tələb həcmində iddiaçıya ödənilməsi, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhər, ÜNVANə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 borcunun ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha torpaq sahəsinə ilkin satış qiyməti müəyyən edilməklə yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhər, ÜNVANə və Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha torpaq sahəsinə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin h əmin yaşayış sahələrindən çıxarılmas və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 07.12.2011-ci il tarixli, RB/FS-2806 saylı Baş Kredit müqaviləsi üzrə kreditə görə 62293,99 manat, faiz borcuna görə 83463,64 manat, cərimə borcuna görə 16000 manat, cəmi 161757,63 manat; 14.11.2011-ci il tarixli, RB/FS-2794 saylı istehlak kredit müqaviləsi üzrə kreditə görə 175665 manat, faiz borcuna görə 246207,47 manat, cərimə borcuna görə 40000 manat, cəmi 461872,47 manat; 01.06.2012-ci il tarixli, RB/FS-2905 saylı istehlak kredit müqaviləsi üzrə kreditə görə 38500 manat, faiz borcuna görə 86113,16 manat, cərimə borcuna görə 30000 manat, cəmi 154613,16 manat; 26.09.2013-cü il tarixli, RB/FS-3232 saylı istehlak kredit müqaviləsi üzrə kreditə görə 50000 manat, faiz borcuna görə 98739,7 manat, cərimə borcuna görə 20000 manat, cəmi 168739,7 manat; 14.05.2013-cü il tarixli, rbkk-5133 saylı istehlak kredit müqaviləsi üzrə kreditə görə 4999,28 manat, faiz borcuna görə 5798,74 manat, cəmi 10798,02 manat, ümumilikdə 957780,98 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 90 manat pulun tutulması, ipoteka predmeti olan Cavabdeh1 məxsus **-TL-*** dövlət qeydiyyat nişanlı “Lexus LX470” minik markalı avtomaşına yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, sat ışdan əldə olunmuş pul vəsaiti tələb həcmində iddiaçıya ödənilməsi, tələbin Cavabdeh2 məxus ünvan 1 ünvanında yerləşən yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 borcunun ödənilməsi, tələbin Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha torpaq sahəsinə ilkin satış qiyməti müəyyən edilməklə yönəldilməsi, ipoteka predmetləri olan Cavabdeh2 məxus ünvan 1 yaşayış sahəsi və Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin həmin yaşayış sahələrindən çıxarılması və onun boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin artırılmasına dair yenidən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 07.12.2011-ci il tarixli, RB/FS-2806 saylı Baş Kredit müqaviləsi üzrə kreditə görə 62293,99 manat, faiz borcuna görə 83463,64 manat, cərimə borcuna görə 16000 manat, cəmi 161757,63 manat; 14.11.2011-ci il tarixli, RB/FS-2794 saylı istehlak kredit müqaviləsi üzrə kreditə görə 175665 manat, faiz borcuna görə 246207,47 manat, cərimə borcuna görə 40000 manat, cəmi 461872,47 manat; 01.06.2012-ci il tarixli, RB/FS-2905 saylı baş kredit müqaviləsi üzrə kreditə görə 38500 manat, faiz borcuna görə 86113,16 manat, cərimə borcuna görə 30000 manat, cəmi 154613,16 manat; 26.09.2013-cü il tarixli, RB/FS-3232 saylı istehlak kredit müqaviləsi üzrə kreditə görə 50000 manat, faiz borcuna görə 98739,7 manat, cərimə borcuna görə 20000 manat, cəmi 168739,7 manat; 14.05.2013-cü il tarixli, rbkk-5133 saylı kredit müqaviləsi üzrə kreditə görə 4999,28 manat, faiz borcuna görə 5798,74 manat, cəmi 10798,02 manat, ümumilikdə 957780,98 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 90 manat məbləğində pulun tutulması, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarının 2-ci bəndinə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məblə ğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik Cavabdeh1 07.12.2011-ci il tarixli, RB/FS-2806 saylı Baş Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının bitməli olduğu andan, yəni 07.12.2014-cü il tarixindən bu günə qədər 62293,99 manat əsas borca illik 5 %lə hesablanmış 10101 manat, 14.11.2011-ci il tarixli, RB/FS-2794 saylı Baş Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının bitməli olduğu andan, yəni 15.11.2014-cü il tarixindən bu günə qədər 175665 manat əsas borca illik 5 %-lə hesablanmış 29277 manat, 01.06.2012-ci il tarixli, RB/FS-2905 saylı Baş Kredit müqaviləsi ü zrə öhdəliklərin icrasının bitməli olduğu andan, yəni 01.02.2013-cü il tarixindən bu günə qədər əsas kredit borcuna illik 5%-lə hesablanmış 13520 manat, 26.09.2013-cü il tarixli, RB/FS-3232 saylı Baş Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının bitməli olduğu andan, yəni 26.12.2013-cü il tarixindən bu günə qədər əsas kredit borcuna illik 5%-lə hesablanmış 12291 manat, 14.05.2013-cü il tarixli, rbkk-5133 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının bitməli olduğu andan, yəni 14.05.2014-cü il tarixindən bu günə qədər əsas kredit borcuna illik 5 %-lə hesablanmış 958 manat tutulması, ipoteka predmeti Cavabdeh1 məxsus olan ** TL *** dövlət qeydiyyat nişanlı “Lexus LX470” minik markalı, avtomaşına yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hes abına Cavabdeh1 kredit müqavilələri üzrə olan borcunun iddiaçıya ödənilməsi, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhər, ÜNVANə yönəldilməsi, əmlaklın ilkin satış qiymətlərinin müəyyən edilməsi, satışdan əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh1 borcunun ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha torpaq sahəsinə ilkin satış qiymətinin müəyyən edilməklə yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Bakı şəhər, ÜNVANə, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1350 ha torpaq sahəsinə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin həmin yaşayış sahələrindən çıxarılması və boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qə tnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili MB kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 07 dekabr 2011-ci il tarixli, RB/FS-2806 saylı Baş kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24% faiz olmaqla 36 ay müddətinə 80000 manat, 14 noyabr 2011-ci il tarixli, RB/FS-2794 saylı Baş kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24% faiz ol maqla 36 ay müddətinə 200000 manat, 01 iyun 2012-ci il tarixli, RB/FS-2905 saylı Baş kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 faiz olmaqla 08 ay müddətinə 150000 manat, 26 sentyabr 2013-cü il tarixli, RB/FS-3232 saylı Baş kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 20 % faiz dərəcəsi olmaqla 03 ay müddətinə 100000 manat və 14 may 2013-cü il tarixli, rbkk-5133 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 26 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 5000 manat məbləğində cavabdehə kredit verilmişdir. 14 noyabr 2011-ci il tarixli, RB/FS-2794 saylı və 01 iyun 2012-ci il tarixli, RB/FS-2905 saylı kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,135 ha torpaq sahəsi, 07 dekabr 201 1-ci il tarixli, RB/FS-2806 saylı və 14 noyabr 2011ci il tarixli, RB/FS-2794 saylı və 01 iyun 2012-ci il tarixli, RB/FS-2905 saylı kredit müqavilələrinə əsasən Cavabdeh1 məxsus olan ** TL *** dövlət qeydiyyat nişanlı “Lexus LX470” minik markalı avtomaşın, 14 noyabr 2011-ci il tarixli, RB/FS-2794 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan Bakı şəhər, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində olan 0,045024 ha torpaq sahəsində istifadədə yerləşən 73 saylı evin 70 saylı mənzili, banka ipotekaya qoyulmuş və İddiaçı qarşısında yüklü edilmişdir. Cavabdeh2 məxsus olan Bakı şəhər, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində olan 0,045024 ha torpaq sahəsində istifadədə yerləşən 73 saylı evin 70 saylı mənzilə dair Bankla cavabdehlər arasında bağlanmış ipoteka müqavilələri qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. Kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən yayınmışdır. İddaçı kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin, kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. İddiaçı borcludan borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Nəticədə Cavabdeh1 07.12.2011-ci il tarixli, RB/FS-2806 saylı Baş Kredit müqaviləsi üzrə kreditə görə 62293,99 manat, faiz borcuna görə müqavilə müddətinin bitdiyi 07 dekabr 2014-cü il tarixə 34665,89 manat, həmin müqavilə üzrə öhdəliklərin icrasının bitməli olduğu andan, yəni 07.12.2014-cü il tarixindən 28 mart 2018-ci il tarixədək 62293,99 manat əsas borca illik 5 %-lə hesablanmış 10101 manat, cərimə borcuna görə 16000 manat, 14.11.2011-ci il tarixli, RB/FS-2794 saylı istehlak kredit müqaviləsi üzrə kreditə görə 175665 manat, faiz borcuna görə müqavilə müddəti bitdiyi, yəni 15 noyabr 2014-cü il tarixə 106143,91 manat, həmin müqavilə üzrə öhdəliklərin icrasının bitməli olduğu andan, yəni 15.11.2014-cü il tarixindən 28 mart 2018-ci il tarixədək 175665 manat əsas borca il lik 5 %-lə hesablanmış 29277 manat, cərimə borcuna görə 40000 manat, 01.06.2012-ci il tarixli, RB/FS-2905 saylı istehlak kredit müqaviləsi üzrə kreditə görə 38500 manat, faiz borcuna görə müqavilə bitdiyi 01 fevral 2013-cü il tarixə 23598,33 manat, həmin müqavilə üzrə öhdəliklərin icrasının bitməli olduğu andan, yəni 01.02.2013-cü il tarixindən 28 mart 2018-ci il tarixədək əsas kredit borcuna illik 5 %-lə hesablanmış 13520 manat, cərimə borcuna görə 30000 manat, 26.09.2013-cü il tarixli, RB/FS-3232 saylı istehlak kredit müqaviləsi üzrə kreditə görə 50000 manat, faiz borcuna görə müqavilə müddəti bitdiyi tarixə, yəni 26 dekabr 2013-cü il tarixə 3.345,19 manat, həmin müqavilə üzrə öhdəliklərin icrasının bitməli olduğu andan, yəni 26.12.2013-cü il tarixindən 28 mart 2018-ci il tarixədək əsas kredit borcuna illik 5 %-lə hesablanmış 12291 manat, cərimə borcuna görə 20000 manat, 14.05.2013-cü il tarixli, rbkk-5133 saylı istehlak kredit müqaviləsi üzrə kreditə görə 4999,28 manat, faiz borcuna görə müqavilə müddəti bitdiyi tarixə, yəni 14 may 2014-cü il tarixə 824,16 manat, həmin müqavilə üzrə öhdəliklərin icrasının bitməli olduğu andan, yəni 14.05.2014-cü il tarixindən 28 mart 2018-ci il tarixədək əsas kredit borcuna illik 5 %-lə 958 manat təşkil etmişdir. İşdən göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın borcludan müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikl əri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə cavabdehin bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi ipotekaya qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Cərimə borcu ilə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Həmin Məcəllənin 462.1-ci maddəsinin tələbinə görə, birinci instansiya məhk əməsi iddia tələbinin cərimə borcunun tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-c i maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə də razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik oldu ğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respkublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən isə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu tərəfındən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipoteka qoyulmuş mənzilə və avtomobilə yönəldilməli, həmin mənzil və avtomobil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilm iş vəsait hesabına kredit borcu tutularaq banka ödənilməlidir. İşin mübahisə olunmayan halına görə ipoteka müqaviləsi bağlanan zaman cavabdeh Vəliyev X1 rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,135 ha torpaq sahəsini Banka kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq vermiş, torpaq sahəsinə tutma yönəldildikdə və o satıldıqda onu qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşlər. İş materiallarından görünür ki, Bank ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizə ilə müraciət etmiş və bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Azərbaycan Respkublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, i poteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan gö türülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Qanunun “ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası” başlıqlı 36cı maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönə ldilməsi üçün əsasdır. “xxxx” MMC-nin 20, 20/1, və 20/2 saylı 09 sentyabr 2015-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus **-TL-*** dövlət qeydiyyat nişanlı “Lexus LX 470” markalı avtomobilin qiyməti 26.000 manat; Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,135 ha torpaq sahəsinin qiyməti 40.000 manat müəyyən olunmuşdur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka qoyan ilə ipoteka saxlayan arasında ipoteka müqaviləsi bağlanarkən sözügedən avtomobil 26.000 manat; daşınmaz əmlak isə 40.000 manat məbləğində qiymətləndirilmiş, işə birinci instansiya məhkəməsində baxılarkən onun qiyməti ilə bağlı ekspert rəyi alınmış, həmin rəy əsasında mənzilin ilkin satış qiyməti müəyyən olunmuş, eləcə də məhkəmə kollegiyasının araşdırması zamanı mənzilin qiymətinin fərqli olması barədə hər hansı sübutu məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassa siya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMəhkəmənin hakimi QəhrəmanAllahverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar